Məhkəmə qərarları › İş №2(103)-7989/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7989/2021

28.10.2021 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7989/2021 28.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Əbdürəhmanov Aqşin Qasım oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdehin nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Bakı şəhəri 9 saylı Dövlət notariat kontoruna və Abşeron rayon 1 saylı notariat kontoruna qarşı müqavilələrə xitam verilməsi və notariusun icra qeydinin ləğv edilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 16 may 2021-ci il tarixli 2(005)-1639/2021 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Bakı şəhəri 9 saylı Dövlət notariat kontoruna və Abşeron rayon 1 saylı notariat kontoruna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 ilə aralarında bağlanmış 19 avqust 2017-ci il tarixli kredit müqaviləsinə və eyni tarixli ipoteka müqaviləsinə xitam verilməsi və Abşeron rayon 1 saylı notariat kontoru tərəfindən verilmiş 19.08.2020-ci il tarixli 8İ-4462 reyestr nömrəli icra qeydinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, Lətafət adlı qadının vasitəsilə Cavabdeh1 10000 ABŞ dolları məbləğində borc almış və Bakı şəhəri 9 saylı notariat kontorunda kredit müqaviləsi bağlanmışdır. Eyni zamanda mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mənzil ipoteka ilə yüklü edilmiş və həmin tarixdə ipoteka müqaviləsi bağlanmışdır. Aralarında bağlanmış kredit müqaviləsinin 2-ci bəndinə əsasən, borc bir il müddətinə verilir. Aralarında olan razılığa əsasən borcun qaytarılma müddəti əlavə olaraq 1 il müddətinə uzadılmışdır. Cavabdehlə aralarında bağlanmış 19 avqust 2017-ci il tarixli kredit müqaviləsinə uyğun və ümumi razılıq əsasında o hər ay Lətalət vasitəsilə, yəni Lətafət 25 ay müddətində əl dükanından pulları götürməklə Cavabdeh1 680 manat olmaqla ümumilikdə 17025 manat pul ödəmişdir. Cavabdeh1 borc tam ödənildiyi halda, cavabdeh hüquqdan sui-istifadə edərək ona ziyan vurmaq (mənzilini əlindən almaq) məqsədi ilə notariusu aldadaraq Abşeron rayon 1 saylı notariat kontorunda 19.08.2020-ci il tarixli 8İ-4462 nömrəli icra sənədinin verilməsinə nail olmuş və həmin icra sənədi icra olunması üçün Bakı şəhəri Nərimanov rayon icra və probasiya şöbəsinə göndərilmişdir. İcra və probasiya şöbəsinin 20.11.2020-ci il tarixli bildirişindən və icraata başlamaq haqqında qərardan görünür ki, guya 10000 ABŞ dolları borcu olduğu üçün Cavabdeh1 tələbi ilə tutma ona məxsus ipoteka yüklü edilmiş mənzilinə yönəldilmişdir. Buna görə də hesab edir ki, həmin kredit və ipoteka müqavilələri ləğv edilməli və hər iki müqaviləyə xitam verilməli, notariusun icra qeydi ləğv edilməlidir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 16 may 2021-ci il tarixli 2(005)- 1639/2021 saylı qətnaməsi ilə iddia rədd edilmişdir. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın tam təmin edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulmuş, iş üçün əhəmiyyətli olan faktiki hallar tam araşdırılmamış, iddiaçıya iddia tələbinin əsası kimi istinad etdiyi halları sübut təqdim etmək üçün lazımi şərait yaradılmamışdır. İddiaçı tərəfindən cavabdehə olan kredit borcu tam qaytarılmasına baxmayaraq, məhkəmə əsassız olaraq iddianı rədd etmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, cavabdehin nümayəndəsi isə apellyasiya şikayətinin əsassız olduğunu, iddiaçı tərəfindən cavabdehə olan borcun qaytarılmadığını, borcun qaytarılması üçün borcluya yazılı bildiriş göndərildiyini, lakin borclunun bildirişə heç bir reaksiya vermədiyini, buna görə də notarius tərəfindən icra vərəqəsi verildiyini, hal-hazırda ipoteka predmeti olan mənzilin açıq hərraca çıxarıldığını, iddiaçının məqsədinin prosesi uzatmaq olduğunu bildirdi və apellyasiya şikayətinin təmin olunmamasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdehlər Bakı şəhəri 9 saylı Dövlət notariat kontoru, Abşeron rayon 1 saylı notariat kontoru və müstəqil tələb irəli sürməyən Bakı şəhəri Nərimanov rayon icra və probasiya şöbəsi məhkəmə kollegiyasının iclasına öz nümayəndələrini göndərməmişlər. Abşeron rayon 1 saylı notariat kontorunun notariusu B.İslamov məktubla məhkəməyə müraciət edərək apellyasiya şikayətinə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən məhkəmə kollegiyası işə gəlməyən cavabdehlərin və üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası tərəflərin nümayəndələrinin izahatlarını dinləyib, iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 16 may 2021-ci il tarixli 2(005)-1639/2021 saylı qətnaməsi iddiaçının apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılmalıdır. İşdə olan sübutlardan görünür ki, 19 avqust 2017-ci tarixli kredit müqaviləsinə əsasən Cavabdeh1 İddiaçı 10000 ABŞ dolları (həmin günə valyuta kursu üzrə 17000 manat) məbləğində borc pul vermiş, İddiaçı borcunu 19 fevral 2018-ci il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür. Tərəflər arasında Bakı şəhəri 9 saylı Dövlət notariat kontorunda bağlanmış 19 avqust 2017-ci il tarixli ipoteka müqaviləsinə əsasən, borc müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədi ilə İddiaçı mülkiyyətində olan ünvan 1-da yerləşən mənzili ipoteka ilə yüklü etmişdir. Bakı şəhəri Nərimanov rayon icra və probasiya şöbəsinin icra məmurunun 20.11.2020-ci il tarixli qərarından görünür ki, Abşeron rayon 1 saylı notariat kontorunun 19.08.2020-ci il tarixli 8İ-4462 nömrəli icra sənədi üzrə icraata başlanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə görə, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 528-ci maddəsinə əsasən, öhdəliyə onun kreditorun xeyrinə lazımınca icrası (icra) nəticəsində xitam verilir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 48.1.2-ci maddəsinə əsasən ipotekaya əsas öhdəliyə xitam verildikdə xitam verilir. İş materiallarından görünür ki, İddiaçı Cavabdeh1 olan borcunu ödəməsi barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. Buna görə də birinci instansiya məhkəməsi müqavilələrə xitam verilməsi barədə iddia tələbini təmin etməməkdə haqlı olmuşdur. “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə əsasən, borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır. Barəsində icra qeydi aparılan tələb üçün qanunla başqa müddət müəyyən edilməmişdirsə, icra qeydi tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçənədək aparılır. İcra qeydinin aparılması üçün dövlət orqanları, habelə hüquqi və fiziki şəxslər “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron imzadan istifadə etməklə elektron formada müraciət edə bilərlər. Fiziki şəxslər yazılı qaydada da notariat ofisilərınə müraciət edə bilərlər. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Bildirişin forması Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. İpoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin göndərilməsi qaydası və bu bildirişdən sonra notarius tərəfindən icra qeydinin aparılması müddəti “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Bildiriş, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunur; -elektron formada müraciət olunduqda, ərizəyə əlavə olunan sənədlər skan edilərək və ya elektron sənəd formasında ona qoşma kimi əlavə olunur. Skan edilmiş sənədlərin həqiqiliyi ilə bağlı hər hansı şübhələrin yarandığı hallarda tələbkardan həmin sənədlərin əsillərinin təqdim edilməsi tələb olunur. İcra qeydi aparılmış tələb borclu tərəfindən məhkəmə qaydasında mübahisələndirilə bilər. Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin siyahısını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Eyni tələblər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 sentyabr 2000-ci il tarixli, 167 saylı Qərarı ilə təsdiqlənmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın 161-ci bəndində nəzərdə tutulmuşdur. Qanunvericiliyin tələblərinə əsasən notarius icra qeydini borcun mübahisəsiz olduğunu, borclunun tələbkar qarşısında digər məsuliyyətini təsdiq etdiyi, həmçinin notarius vasitəsi ilə kreditorun ödəniş müddətinin keçirilməsi haqqında yazılı bildirişin borcluya göndərildiyi halda aparır. Abşeron rayon 1 saylı notariat kontorundan tələb olunmuş notariat işində olan sənədlərdən görünür ki, tələbkar Cavabdeh1 icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borclu İddiaçı tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərmiş, N.Abdulayevanın yaşadığı ünvanda bildirişin qəbul edilməsindən imtina edilmişdir. Beləliklə, borclu İddiaçı bildirişə hər hansı reaksiya verməmiş və borcun mübahisəli olduğunu bildirməmişdir. Notariat kontorunda borcun mübahisəli olduğuna dair hər hansı məlumat olmadığından və bildiriş borcluya çatdığından, borcun tutulması barədə icra qeydi verilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi notariusun icra qeydinin ləğv edilməsi barədə iddia tələbini təmin etməməkdə də haqlı olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. İddiaçıya iddia tələbinin əsası kimi istinad etdiyi halları sübut təqdim etmək üçün lazımi şərait yaradılmaması barədə apellyasiya şikayətinin dəlili ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsində işə baxılarkən 27 aprel 2021-ci il tarixli məhkəmə iclasında iddiaçının nümayəndəsi Yasin Abdullayev digər proses iştirakçılarının iştirakının təmin edilməsi və şahidlərin çağırılması məqsədilə məhkəmə iclasının təxirə salınmasını xahiş etmiş, vəsatət təmin edilərək məhkəmə iclası 16 may 2021-ci il tarixinə təxirə salınmışdır. Yasin Abdullayev 16 may 2021-ci il tarixli məhkəmə iclasında iştirak etsə də, məhkəməyə heç bir sübut təqdim etməmiş, məhkəmə tədqiqatı materiallarına əlavə etmək istədiyi hər hansı tədqiqat materialının olmadığını bildirmişdir. (i.v.74-75) Birinci instansiya məhkəməsində işə baxılarkən qüvvədə olmuş redaksiyada Azərbaycan Respublikası MPM-in 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Şərh olunanlara əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki halları, tərəflərin qarşılıqlı münasibətləri və tətbiq edilməli olan hüquq normaları ilə bağlı düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası MPM-in 382, 384, 392, 393, 402- 404, 405 və 406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 16 may 2021-ci il tarixli 2(005)-1639/2021 saylı qətnaməsi iddiaçının apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatora aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə yazılı formada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar