Məhkəmə qərarları › İş №2(103)-80/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-80/2022

06.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-80/2022 06.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Cəmilova Xəyalə Adil qızının sədrliyi və məruzəsi ilə, Mirzə Nəsib oğlu Tağızadədən və Aytən Pənah qızı Oruczadədən ibarət tərkibdə, Alıcanlı-Yusifli Sevinc Mahir qızının katibliyi ilə, İddiaçı cavabdeh ASC "xxxx" Sığorta şirkətinə qarşı “sığorta ödənişinin və dəbbə pulunun ödənilməsi” tələbinə dair iddiası üzrə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin qəbul etdiyi 2(006)-4090/2019 saylı 30 oktyabr 2019-cu il tarixli qətnamədən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə 06 aprel 2022-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh ASC "xxxx" Sığorta şirkətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ** GC *** dövlət nömrə nişanlı «Kia Quoris» markalı avtomobilə yolnəqliyyat hadisəsinə görə dəyən 12108 manat ziyanın və gecikdirilən müddətdə, yəni sığorta ödənişinin verildiyi günə qədər ödənilməli məbləğin hər bir gün üçün 0,2 faizi miqdarında dəbbə pulunun cavabdeh ASC “Standart İnsurance” Sığorta şirkətindən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-4090/2019 saylı 30 oktyabr 2019-cu il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, cavabdeh ASC "xxxx" Şirkətindən avtomobilə dəymiş ziyana görə 5908,00 manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı verilməsi, iş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri olan 120 manatın 100 manatının cavabdeh ASC "xxxx" Şirkətindən, 20 manatının isə İddiaçı alınaraq dövlət büdcəsinə ödənilməsi və iddianın digər hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamədən narazı qalan İddiaçı tərəfindən apellyasiya şikayəti verilərək, qətnamənin qismən ləğv edilərək, iddianın tam təmin olunması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3749/2020 saylı 17 iyun 2020-ci il tarixli qərardadı ilə iş üzrə icraatın ərizəçi Azərbaycan Respublikasının Mərkəzi Bankının ASC “Standart İnsurance” Sığorta şirkətinə qarşı “müflis elan edilmə” tələbinə dair ərizəsi üzrə işə baxılıb yekun məhkəmə qərarı qanuni qüvvəsini alanadək dayandırılması qərara alınmışdır. Sonradan məlum olmuşdur ki, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)- 1575/2020-ci il tarixli qətnaməsinə əsasən ərizə təmin edilərək, ASC “Standart İnsurance” Sığorta şirkətinin müflis elan edilməsi qət edilmiş və qətnamə 14 sentyabr 2020-ci il tarixdə qanuni qüvvəsini almışdır. Bu səbəbdən də məhkəmənin 2(103)-80/2022 saylı 17 mart 2022-ci il tarixli qərardadı ilə iş üzrə icraat təzələnmiş və işə baxılması 06.04.2022-ci il tarixə təyin edilmişdir. Həmin tarixdə keçirilən məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış tərəflər məhkəmə iclasında iştiraklarını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinin tələbinə görə işə İddiaçı və cavabdeh ASC "xxxx" Sığorta şirkətinin nüməndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı tərəfindən məhkəmənin elektron kabinetinə daxil olmuş ərizənin məzmunundan görünür ki, o, apellyasiya şikayətindən imtina etmiş və bununla bağlı apellyasiya icraatına xitam verilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə (bundan sonra – MPM) əsasən işdə iştirak edən şəxsin apellyasiya şikayətindən imtina etməsi birinci instansiya məhkəməsi qətnaməsinin qanuni qüvvəyə minməsinə səbəb olur. Apellyasiya şikayəti verən şəxs apellyasiya instansiyası məhkəməsində qətnamə qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. Məhkəmə bu Məcəllənin 191-ci maddəsində nəzərdə tutulan əsaslar olduqda şikayətdən imtinanı rədd edə və işə apellyasiya qaydasında baxa bilər. Şikayətdən imtinanın qəbul edilməsi haqqında məhkəmə qərardad qəbul edir və bu qərardadla apellyasiya şikayətindən imtina etmiş şəxslərə münasibətdə apellyasiya icraatına xitam verir (369-cu maddə). Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayətindən imtina etməsi qanuna zidd deyil, hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozmur. Ona görə də, apellyasiyadan imtina qəbul edilməli və apellyasiya icraatına xitam verilməlidir. Yuxarıdakılara əsasən və MPM-in 261 və 263-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiyadan imtina qəbul edilsin və apellyasiya icraatına xitam verilsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Mirzə Tağızadə Aytən Oruczadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar