Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8010/2021 06.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Həsənov Rəşad Məhəmməd oğlu və İbayev Vəfaddin Ələm oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi, İddiaçı, nümayəndəsi və vəkili Vəkil2, Cavabdeh2 Şirkətinin Azərbaycan Respublikasındakı Filialının nümayəndəsi və vəkili Vəkil1 iştirakları ilə İddiaçı Neftçilərin Hüquqlarını X1 Birliyi müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi qeyd edilməklə Cavabdeh2 Şirkətinin Azərbaycan Respublikasındakı Filialına qarşı “maddi və mənəvi ziyanın tutulması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-274/2021 saylı, 16 iyun 2021-ci il tarixli qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: İddiaçı iddia ərizəsi və iddianın dəqiqləşdirilməsi barədə ərizələr ilə məhkəməyə müraciət edərək, Neftçilərin Hüquqlarını X1 Birliyi müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi qeyd edilməklə cavabdeh "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı Filialından 32393.50 manat məbləğində maddi və 100000 manat mənəvi ziyanın tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 05 mart 2012-ci il tarixdə cavabdeh "xxxx" Şirkətinin Azərbaycan Respublikasmdakı filialı ilə ("Şirkət") əmək müqaviləsi bağlayaraq, kran-operator (maşinistmexanik) vəzifəsinə işə qəbul olunmuşdur. İddiaçının əsas iş yeri dənizdə yerləşən Mərkəzi Azəri platformasıdır. Şirkətdə qəbul edilmiş qaydalara əsasən, işçinin dənizdə işləməsi üçün sağlamlıq göstəricilərinin yoxlanılması məqsədilə, iddiaçıya Prime Hospitalda 08.06.2020-ci il tarixdə tibbi müayinə təyin edilmişdir. Təyin edilmiş tibbi müayinənin 08.06.2020-ci il tarixli rəyinə əsasən, iddiaçının səhhətində sol kameraların dilatasiyası, sol mədəciyin konsentrik hipertrofiyası, MVP mitral qapağın arxa tayının prolapsı, mitral qapağın arxa tayının xorda rupturu (PML, prolapsı, koaptasiya pozulması), ciddi (111°) mitral çatışmamazlığı aşkar edilmiş və təcili olaraq ürək əməliyyatı tövsiyə edilmişdir. Həmin günü axşam, işçi bu barədə şirkətdə X6 vəzifəsində çalışan əməkdaş Elmar müəllimə və Şirkətin İnsan Resursları Departamentinin rəhbəri Adilə Ağazadəyə məlumat verərkən, Şirkətin aidiyyatı olan əməkdaşları iddiaçıya bildirmişlər ki, Prime Hospitalın 08.06.2020-ci il tarixli rəyinə baxmayaraq, şirkət İddiaçı dənizdə işə tam yayarlı olduğu barədə sertifikat almış və o, 15.06.2020-ci il tarixdə dənizə işə çıxmalıdır. Əks halda işçinin işə çıxmaması iş öhdəliklərinin pozulması kimi qiymətləndiriləcəkdir. Bu barədə 10.06.2020-ci il tarixdə iddiaçı Şirkətin İnsan Resursları Departamentinin rəhbəri Adilə Ağazadəyə rəsmi email göndərərək, işçi barəsində işə yararlıq sertifikatının kim tərəfindən tərtib edilməsi barədə məlumat verilməsini, yaranmış vəziyyətə aydınlıq gətirilməsini, səhhətində yaranmış problemlərin həll edilməsi istiqamətində şirkət tərəfindən görüləcək tədbirlər barədə məlumat verilməsini xahiş etmişdir. 11.06.2020-ci il tarixdə Adilə Ağazadə iddiaçıya cavab emailı göndərərək, işə yararlıq sertifikatının hal-hazırda ləğv olduğunu və Şirkətin hər bir işçini əhatə edən "xxxx" Şirkəti ilə bağlanmış könüllü tibb sığorta müqaviləsi çərçivəsində əməliyyatla bağlı xərclərin sığorta tərəfindən qarşılacağını və eləcə də, işçiyə digər güzəştlərin edilməsini bildirmişdir. X8 yaranmış problemlərin hansı istiqamətdə və qaydada həll edilməsi barədə heç bir məlumat verməmişdir. İddiaçının vəziyyəti gündən günə ağırlaşdığı üçün, işçi Şirkətin İnsan Resursları Departamentindən aldığı məlumata əsasən yaranmış problemin həll edilməsi ilə bağlı email və telefon vasitəsi sığorta şirkətinə müraciət edərək, kardioloji müayinəyə və həkimə göndərişin verilməsini xahiş etmişdir. Lakin Şirkət tərəfindən verilmiş məlumata zidd olaraq, Sığorta Şirkəti müxtəlif bahənələrlə müvafiq göndərişin verməkdən boyun qaçırmışdır. Nəhayət, 16.06.2020-ci il tarixdə Sığorta Şirkəti iddiaçını müayinədən keçmək üçün Respublika Diaqnostika Mərkəzinə yönəldmişdir. Sığortanın göndərişi ilə, İddiaçı bütün müayinələrdən keçmişdir. Müayinələrin nəticəsində işçidə MİTRAL ÇATİŞMAZLİQ -4) aşkar edilərək, təcili əməliyyat təyin edilmiş və adına xəstəlik vərəqəsi açılmışdır. İddiaçı təkrar olaraq, bu barədə Şirkətin İnsan Resursları Departamentinin rəhbərinə məlumat verərək, ona tələb olunan əməliyyatın və əməliyyat sonrası reabilitasiya xərclərinin kim tərəfindən və hansı qaydada ödənilməsi barədə məlumat verilməsini və eyni zamanda işçinin əmək müqaviləsi (əlavələrlə) və sığorta şəhadətnaməsinin göndərilməsini xahiş etmişdir. Lakin bu günki günə kimi İddiaçı 8 il ərzində işlədiyi Şirkət işçinin müraciətlərinə heç bir əhəmiyyət verməyərək, iddiaçıya tam laqeyd münasibətini göstərmişdir. Halbuki, İddiaçı əmələ gəlmiş xəstəlik məhz illərlə dəniz şəraitində işləməkdən və Şirkətin öz işçilərinə vaxtı-vaxtında tələb olunan keyfiyyətli müayinə və müalicə təşkil etmədikdən əmələ gəlmişdir. Çünki həmin müayinələr lazımı qaydada təşkil olunsaydı, iddiaçıda aşkar edilmiş bu cür ciddi və ağır xəstəlik və onun səbəbləri 8 il ərzində hər il keçdiyi müayinələrdə aşkar edilərdi. Beləliklə, Respublika Diaqnostika Mərkəzinin tərtib etdiyi 22.06.2020-ci il tarixli anemnizinə əsasən, iddiaçıya degenerativ mitral qabaq xəstəliyi, mitral ciddi prolapsı, mitral çatışmazlıq +4 diaqnozu qoyulmuşdur. Eyni zamanda, Azərbaycan Respublikası DTX Hərbi-Tibb Baş İdarəsinin 15.07.2020-ci il tarixli rəyə əsasən, İddiaçı aorta qabaq protezləşməsi tələb olunur. İddiaçı uzun müddətdir ki, dəniz şəraitində qaldırıcı qurğularla işləyir. İşçinin iş yeri su əhatəli olduğu üçün həmin iş yerində iddiaçı mütəmadi olaraq hava təzyiqin dəyişilməsi və rütubət təsirinə məruz qalır. Təbiidir ki, belə olan şəraitdə iddiaçıda ürək-damar xəstəlikləri, bir başa rütubət olan iş şəraitində yaranan revmatizm xəstəliyi, müxtəlif növ qandövranm və ürək çatışmazlıqlarla əlaqədar xəstəliklərin yaranması şübhəsizdir. Yuxarıda qeyd edildiyi kimi, iddiaçının əsas iş yeri Mərkəzi Azəri platformasıdır. Mərkəzi Azəri platforması - Bakıdan 100 kilometr şərqdə Xəzər dənizində suyun dərinliyinin təxminən 128 metr olduğu yerdə bir dəniz hasilat, qazma və yaşayış platformasıdır. Əmək şəraiti ağır və zərərli olan işlərdə və iqlim şəraitinə görə işləmək üçün əlverişli olmayan iş yerlərində çalışan işçilərin əmək haqqının yüksək məbləğdə ödənilməsini təmin edən artımların (əmsalların) məbləğinin minimum miqdarının müəyyən edilməsi haqqında Azərbaycan Respublikası Nazirlət Kabinetinin 137 saylı Qərarının 4-cü bəndindən görünür ki, sahildən 70 km-dən artıq zaqlıqda Xəzər dənizində yerləşən obyektlərdə çalışan işçilərin tarif (vəzifə) maaşlarına əlavələrin əmsalının minimum miqdarı 1,75. Göründüyü kimi, iddiaçının işlədiyi dəniz platforması əmək şəraiti ağır, zərərli olan və elim şəraitinə görə işləmək üçün əlverişli olmayan iş yeridir. Bundan əlavə, Əmək şəraitinə və əmək funksiyasının xarakterinə görə əlavə məzuniyyət tüququ verən, zərərli və ağır istehsalatların, peşə və vəzifələrin Siyahısı"nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 92 saylı Qərarının Vİ.7 bəndinə əsasən, Qaldırıcının maşinisti, quyuların yoxlanılması üzrə qaldırıcının maşinisti və Vİ.31 Qaldırıcı maşın maşinisti üçün 6 gün əlavə məzuniyyət nəzərdə tutulmuşdur. İşçinin peşə xəstəliyinə tutulmağı ehtimalı yüksək olan iş yerlərinin Siyahısının təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 saylı Qərarının 12,14 və 26-ci bəndlərində neft-kimya ilə əlaqədar iş yerləri, yüksək atmosfer təzyiqi şəraitində olan iş yerləri və su əhatəli istehsal şəraitində olan iş yerləri nəzərdə tutulmuşdur. Qeyd edilən hüquqi-normativ aktlardan görünür ki, iddiaçınm işlədiyi vəzifə və iş yeri zərərli, əmək şəraiti ağır olan və müxtəlif peşə xəstəliklərin tutulmağı ehtimalı yüksək olan iş yeridir. Lakin cavabdehin səhlənkarlığı nəticəsində bu cür ağır və zərərli şəraitində çalışan işçilərin səhhətində vaxtı vaxtında problemlərin müəyyən edilməsi üçün onlar bütün lazımı müayinələrə cəlb olunmurlar və bu isə öz növbəsində yuxarıda qeyd edilən bərbad nəticələrə gətirib çıxardır. Vikipediya azad Ensiklopediyasına əsasən, Mitral qapaq çatışmazlığı və ya mitral çatışmazlıq anadangəlmə və əsasən qazanılma ürək qüsuru olub, ikitaylı qapaqların - iltihabi prosseslərlə: revmatizm, sistemli qırmızı qurd eşənəyi, sistemli sklerodermiya, arteriit və s.-lərlə zədələnməsi ilə meydana çıxmış olur. Göründüyü kimi, iddiaçıda aşkar edilmiş mitral çatışmazlığının əsas səbəbi revmatizm xəstəliyidir. İddiaçının cavabdeh şirkətində işləyən bütün müddət ərzində mütəmadi olaraq müayinələrdən keçməsinə baxmayaraq, bu cür ağır və əməliyyatı tələb edən xəstəlik yalnız bu müayinədə aşkar olunmuşdur. Qeyd etdiyi kimi, işçidə aşkar edilmiş xəstəlik, revmatizm və digər ürək-damar xəstəliklərin vaxtında müayinə və müalicə edilməməsi nəticəsində yaranır. Bu fakt həmçinin işə qəbul edərkən işçinin səhhətində problem olmadığına dair tibbi arayış təqdim etməsi ilə də təsdiqlənir. Qeyd olunanlara əsasən, görünür ki, cavabdeh tərəfindən hüquq-normativ aktlarla müəyyən edilmiş və tələb olunan işçilərin bütün müayinələri vaxtı-vaxtında və lazimi keyfiyyətdə təşkil edilmiş olsaydı, İddiaçı mitral çatışmazlığı İV xəstəliyə səbəb olan ilkin xəstəliklər vaxtında aşkar edilərək müalicə edilərdi və bu cür nəticəyə gətirib çıxardmazdır. Əmək Məcəlləsinin 215-ci maddəsinə əsasən, müəssisənin mülkiyyətçisi və işəgötürəni işçilərin iş yerlərində əməyin mühafizəsi normalarının və qaydalarının yerinə yetirilməsinə bilavasitə cavabdehdirlər və işçilərə lazımi sanitariya-məişət və müalicəprofilaktik xidmətinin təşkilini təmin etməlidir. Səhiyyə Nazirliyinin Kollegiyasının 46 saylı, 13.12.2012-ci il tarixli İcbari tibbi müayinələrin təkmilləşdirilməsi barədə qərarın 4-cü bəndinə əsasən, neft-qaz sənayesində, o cümlədən dəniz neftçıxarmasında işlərdə işləyən işçilər 1 ildə 1 dəfə - terapevt, nevropatoloq, oftalmoloq, cərrah, otorinolarinqoloq, stomatoloq, dermatoveneroloq, psixiatr müayinələrdən keçməlidirlər. Həmin Qərarın 3.11ci bəndinə görə, ətraf hava və su mühitinin yüksək və aşağı təzyiqi ilə işlərdə işləyən işçilər üçün ildə 1 dəfədən az olmayaraq terapevt, otorinolarinqoloq, nevropatoloq, oftalmoloq, cərrah, dermatoveneroloq, stomatoloq müayinələri təşkil olunmalıdır. Həmin bəndlərində həmçinin əks göstərişlər də nəzərdə tutulmuşdur: hipertoniya xəstəliyi llİ dərəcə, ürəyin və perikardın istənilən dərəcəli qandövranı çatışmamazlıqla xroniki xəstəlikləri Ürəyin işemik xəstəliyi: stenokardiya FKİİ, orta riskli, Təqvim ilində 4 və daha çox kəskinləşmə tezliyi ilə dərinin xroniki fəsadlaşan xəstəlikləri, Vegetativ (avtorıom) sinir sisteminin aşkar (nəzərə çarpan şəkildə) pozulması, Təqvim ilində 3 və daha çox kəskinləşmə tezliyi ilə periferik sinir sisteminin xroniki xəstəlikləri, Kompensasiya dərəcəsindən asılı olmayaraq damarların obliterəedici xəstəlikləri, Reyno xəstəliyi və sindromu, Ayaqların varikoz və tromboflebitik xəstəlikləri, limfoangit, Təqvim ilində 3 və daha çox kəskinləşmə tezliyi ilə sümük-əzələ sisteminin xəstəlikləri və sidik yollarının və böyrəklərin istənilən dərəcəli və lokalizasiyalı xroniki xəstəliklərdir. Lakin qeyd edilən bütün əks göstərişlərinə və qanunvericilik tələblərinə baxmayaraq, cavabdeh İddiaçı mütəmadi olaraq işə cəlb etmişdir. Hətta sonuncu müayinədə də belə iddiaçıya platformaya getməyini bildirmişdir. Əmək qanunvericiliyinə əsasən hətta işçi özü tibbi müayinələrdən keçməkdən boyun qaçırdıqda və ya keçirilmiş müayinələrin nəticələrinə əsasən həkim komissiyalarının verdikləri tövsiyələri yerinə yetirmədikdə işdən kənarlaşdırılır. Lakin hazırki halda, iddiaçı məcburi qaydada işə cəlb edilmişdir. Əmək Məcəlləsinin 238-ci maddəsinə görə, İşçilərin iş yerlərində sağlam və təhlükəsiz əməyin mühafizəsi şəraiti təmin edilmədikdə və kollektiv müqavilələrdə nəzərdə tutulan tədbirlər yerinə yetirilmədikdə qanunvericilikdə nəzərdə tutulmuş hallarda və qaydada işəgötürən inzibati və cinayət məsuliyyətinə cəlb edilir. Hal-hazırda iddiaçıya tələb olunan əməliyyat təcili və ağır xarakter daşıyır. Lakin həmin əməliyyatı öz hesabına ödəmək işçinin imkanları xaricindədir. Əməliyyat və əməliyyatdan sonra reabilitasiya bahalı olduğundan, həmin əməliyyatın edilməsi üçün iddiaçı hətta kredit almaq üçün müxtəlif banklara müraciət etsə də, tələb olunan maliyyə vəsaiti tapa bilməmişdir. Bu səbəbdən də, iddiaçı İşəgötürənə müraciət edərək, müvafiq köməkliyin göstərilməsini xahiş etmişdir. Lakin Şirkətin hazırki problemin həll edilməsində hərəkətsizlik və laqeyd münasibəti gündən-günə iddiaçının vəziyyətini ağırlaşdıraraq, onun həyat və sağlamlığı böyük təhlükə altına qoyur. Hazırki mübahisənin bütün faktiki hallarından və qanunvericilik normalarından görünür ki, cavabdehin qanunazidd hərəkətləri nəticəsində iddiaçıya maddi və mənəvi ziyan dəymişdir. Beləliklə İddiaçı tələb olunan xərcləri 20000 manat civarındadır. Lakin 17.06.2020-ci il tarixdən iddiaçı işləmir və onun hər hansı başqa gəliri mövcud deyil. Həmçinin iddiaçı ailədə yeganə qazanc gətirən şəxsdir, təqaüdçü anası onun himayəsindədir. Bundan əlavə, qeyd edildiyi kimi, iddiaçının səhhətində olan ciddi problemlərin işlədiyi işlə əlaqədar olmasına baxmayaraq, cavabdeh öz işçisinə tam laqeyd münasibət göstərərək, öz hərəkət və hərəkətsizliyi ilə iddiaçının mənəvi vəziyyətini də gündən-günə ağırlaşdırır. 17.06.2020-ci il tarixdən xəstəlik vərəqəsi əsasında işləmədiyi üçün əməliyyatı və əməliyyatdan sonra reabilitasiya xərclərini öz hesabına ödəyə bilmir. Bu səbəbdən də, iddiaçı sarsıntı içində yaşayır. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-274/2021 saylı, 16 iyun 2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdeh "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı Filialından 21.03.2021-ci ildən 16.06.2021-ci ilədək işdən kənarlaşdırıldığı üçün (1924.50 manat aylıq əmək haqqı x 3 aya =5772 manat) dəymiş maddi ziyan və vəkillə bağladığı müqaviləyə görə ödədiyi pulun 200 manatı tutularaq İddiaçı ödənilməsi və iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamədən apellyasiya şikayəti verən iddiaçı onun dəyişdirilərək, cavabdeh "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı Filialından 26620,00 manat məbləğində maddi ziyan məbləğini (20000 manat əməliyyat xərcləri+6500 manat hüquqi xidmətlərə görə və 120 manat vəkilə olan xərclərini) eləcə də 22.03.2021-ci il tarixdən məhkəmə qərarı qüvvəyə mindiyi günə qədər iddiaçının işdən kənarlaşdırıldığı üçün bütün əlavə ödənişləri nəzərə alınmaqla əmək haqqının məbləği və 100000,00 manat məbləğində mənəvi ziyanın tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia tələbinin dəlilləri ilə əsaslandırılmaqla yanaşı göstərilmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tələbləri pozulmuş və iddinın təmin edilməyən hissəsində düzgün olmayan nəticəyə gəlinmişdir. Qətnamədən həmçinin cavabdeh də apellyasiya şikayəti verərək, qətnamənin – iddia tələbinin təmin edilən hissəsində ləğv edilərək, iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi cavabdehin müvəqqəti kənarlaşdırma ilə bağlı heç bir əmr olmamasına baxmayaraq 21 mart 2021-ci il tarixdən 2021-ci ilin iyun ayına qədər iddiaçının işə buraxmaması səbəbi ilə qeyd edilən dövr üçün dəymiş ziyanın ödənilməsi qənaətinə gələrək qətnamə qəbul etmişdir. Birinci instansiya məhkəməsinin bu hissədə gəldiyi nəticə işin hallarına uyğun gəlməməsi və maddi hüquq normalarının düzgün tətbiq edilməməsi səbəbi ilə qətnamə bu hissədə ləğv edilməlidir. Mülki iş materiallarında olan iddiaçı və cavabdeh arasında olan email yazışmalarından görünür ki, cavabdeh iddiaçının işə buraxılmasının yoxlanması üçün tibbi müayinədən keçmək üçün zəruri şərait yaratmış, lakin iddiaçı, 19 aprel 2021-ci il tarixli mailində müayinədən keçməkdən imtina etmişdir. Birinci instansiya məhkəməsi cavabdeh tərəfindən qanunvericiliklə üzərinə qoyulmuş öhdəlikləri tam şəkildə yerinə yetirdiyi üçün delikt törətmədiyini düzgün qaydada əsaslandırmışdır. Lakin, birinci instansiya məhkəməsi yanlışlığa yol verərək iddiaçının delikt nəticəsində vurulan ziyanı əsaslandırmaq üçün işə çıxmadığı müddət üçün əmək haqqını hesablamasını - iddianın əsası kimi qiymətləndirərək Əmək Məcəlləsinin 62-ci maddəsini tətbiq etmiş işə buraxılmaması üçün əmək haqqı almaq hüququ kimi qiymətləndirmişdir. Birinci instansiya məhkəməsinin qeyd etdiyi kimi "işçinin müvəqqəti kənarlaşdırılmasına dair hər hansı əmr olmadığı üçün bu kənarlaşdırılma qanuni hesab edilə bilməz..." fikirləri düzgün deyil. Belə ki, cavabdehin iddiaçını işdən kənarlaşdırmaq üçün əmr verməyə hüquqi əsası yox idi. Başqa sözlərlə, hətta cavabdeh tərəfindən Əmək Məcəlləsinin 62-ci maddəsi tətbiq edilərək iddiaçı işdən kənarlaşdırılmış olsa idi, bu hal əmək qanunvericiliyinin pozuntusuna səbəb ola bilərdi. Hazırki iş üzrə iddiaçı icbari tibbi müayinə olunmaqdan boyun qaçırmır, sadəcə səhhəti ilə bağlı işə çıxmır. Digər tərəfdən nəzərə almaq lazımdır ki, Əmək Məcəlləsinin 75-ci maddəsinə əsasən cavabdehin iddiaçı ilə olan əmək müqaviləsinə xitam vermək hüququna malik olduğu halda əmək müqaviləsinə xitam verməyərək işçinin sağalmasını gözləmişdir. Lakin birinci instansiya məhkəməsinin qətnaməsindən sonra məcbur olaraq əmək müqaviləsinə qanunvericiliyə uyğun olaraq xitam verilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı və onun nümayəndəsi eyni zamanda vəkili tərəflərindən verilmiş apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilərək, iddia tələblərinin tam təmin edilməsini xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi eyni zamanda vəkili tərəflərindən verilmiş apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddia tələblərinin tam rədd edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci hissəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası izahatları dinləyib, iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti isə təmin edilməklə, birinci instansiya məhkəməsinin qətnaməsi iddianın təmin edilən hissəsində ləğv edilməli, həmin hissədə yeni qətnamə qəbul edilməklə iddia tələbi maddi ziyanın tutulması hissəsində tam təmin edilməməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan əmək müqaviləsinin təsdiq olunmuş surətindən görünür ki, "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı Filialı ilə İddiaçı arasında əmək müqaviləsi bağlanılaraq 1-ci dərəcəli Kran Operatoru vəzifəsinə təyin edilmişdir. İş materiallarında olan Respublika Diaqnostika Mərkəzinin № L1236803 nömrəli arayışından görünür ki, əsas diaqnoz olaraq X4 Xəstəliyi, X7 Prolapsı, Mitral Çatışmazlıq (4+) qeyd olunmuşdur. İş materiallarında olan X3 08.06.2020-ci il tarixli Transtorakal Exokardioqrafiya arayışından görünür ki, nəticə hissəsində sol kameraların dialatasiyası, sol mədəciyin konsentrik hipertrofiyası, MVP – mitral qapağın arxa tayının prolapsı, mitral qapağın arxa tayının xorda rupturu (PML proalpsı, koaptasiya pozulması, ciddi (İİİ0) mitral çatışmazlıq, TEE tövsiyyə olunduğu qeyd olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi-Tibb İdarəsi tərəfindən verilmiş arayışdan görünür ki, İddiaçı Raçidoviçə qazanılma ürək qüsuru, mitral çatışmazlıq – İİİ0 dərəcə diaqnozu qoyulmuşdur. İş materiallarında olan X5 A1220745 nömrəli, 23.11.2020-ci il tarixli Kompyuter Tomoqrafiyasından görünür ki, sağ ağciyərdə alt lobda geniş buzlu şüşə və qismən konsolidasiya sahəsi izlənməkdədir. Əlamətlər aktiv viral infeksiya düşündürməkdədir. Az dərəcəli ağciyər parenxima tutulumu mövcuddur. İrəli dəyərləndirilməsi tövsiyyə olunur. İş materiallarında olan SN seriyalı, 00007 nömrəli əmək qabiliyyətinin olmaması vərəqəsindən görünür ki, İddiaçı Raçidoviç 10.03.2021-ci il tarixdən 21.03.2021-ci il tarixədək işdən azad edilmişdir. İş materiallarında olan İddiaçı Raçidoviç ilə "xxxx" MMC arasında bağlanmış Hüquqi xidmətlərin göstərilməsinə dair 09 iyun 2020-ci il tarixli müqavilədən görünür ki, icraçı tərəfindən göstərilən xidmətlərin ümumi dəyəri 6500 manat təşkil edir. İş materiallarında olan İddiaçı Raçidoviç ilə 7 saylı Vəkil Bürosu arasında bağlanmış Hüquqi yardımın göstərilməsinə dair 11.11.2020-ci il tarixli müqavilədən görünür ki, hüquqi yardımın dəyəri 120 manat təşkil edir. İş materiallarında olan 0285/19 saylı, 04 dekabr 2019-cu il tarixli Könüllü Tibbi Sığorta müqaviləsinin 1-ci bəndindən görünür ki, sığortaçı, "xxxx" ASC-nin Könüllü Tibbi Sığorta (bundan sonra “KTS”) Qaydalarına müvafiq olaraq bu müqavilənin 15-ci bəndində nəzərdə tutulmuş şərtlərlə Sığorta Şəhadətnaməsi əsasında Sığorta olunanları Könüllü Tibbi Sığorta Proqramı ilə təmin etməyi, göstəriləcək tibbi yardımın təşkilini və onların ödənilməsini öz üzərinə götürür; Sığortalı isə bu müqavilə ilə müəyyən olunmuş sığorta haqqını tam məbləğdə və vaxtında ödəməyi və müqavilə üzrə öhdəliklərini lazımi qaydada yerinə yetirməyi üzərinə götürür; Qanunvericilikdə nəzərdə tutulmuş hallar istisna olmaqla, müqavilənin məbləği (sığorta haqqı) dəyişilməz qalır; Sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində sığorta olunan şəxsin xəstəliyi və ya bədbəxt hadisə nəticəsində yaranmış və tibbi müayinə/müalicə tələb edən hal və ya bu müqavilənin 15-ci bəndi üzrə təminata daxil olan başqa bir hal Sığorta hadisəsi hesab olunur. Həmin müqavilənin 16-cı bəndinə əsasən - cərrahi müalicə tələb edən ürək-damar xəstəlikləri, invaziv kardiologiya; bütün növ damar çatmamazlıqları, həmçinin aşağı ətraf damarlarının varikoz genişlənməsi - sığorta risklərindən istisnalar və (və ya) sığorta təminatında məhdudiyyətlər kimi nəzərdə tutulmuşdur. Göründüyü kimi 0285/19 saylı, 04 dekabr 2019-cu il tarixli Könüllü Tibbi Sığorta müqaviləsi ilə iddiaçının hazırki xəstəliyi, yəni cərrahi müalicə tələb edən ürək-damar xəstəlikləri sığorta risklərindən istisnalar və (və ya) sığorta təminatında məhdudiyyətlər kimi nəzərdə tutulduğundan həmin müqaviləyə əsasən iddiaçının əməliyyat xərclərininin cavabehin üzərinə qoyulması əsassızdır. Bundan başqa iş materiallarında olan **********24 nömrəli, 07.07.2020-ci il tarixli İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqaviləsindən görünür ki, "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı Filialı ilə "xxxx" ASC arasında sığorta müqaviləsi bağlanmışdır. Məhkəmə kollegiyası ilk olaraq qeyd edir ki, iddiaçı, cavabdehdən əməliyyat xərclərini tələb etsə də, iddia tələbi həmin hissədə əsassız olmuşdur. Belə ki, iddiaçı peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi barədə hər hansı sübut təqdim etməmişdir. Halbuki cavabdehin "xxxx" ASC ilə bağladığı icbari sığorta müqaviləsinin 1-ci bəndinə əsasən sığortalının qanunun 13-cü maddəsinə uyğun olraq müəyyən edilmiş müvafiq sığorta tarifləri əsasında hesablanan və bu müqavilədə razılaşdırılmış müvafiq sığorta haqqını ödəməsi müqabilində onunla bağlanmış əmək və ya mülki-hüquqi müqavilə əsasında işlər və ya xidmətin həyata keçirilməsinə cəlb edilmiş fiziki şəxslərin həyatına və sağlamlığına istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından dəyən zərərlə əlaqədar onların peşə əmək qabiliyyətinin itirilməsinə və ya ölümünə görə sığortaçı qanunun 18-ci maddəsində müəyyən edilmiş qaydada sığorta ödənişinin verilməsini öhdəliyi götürür. Həmin müqavilənin 11.1-ci bəndinə əsasən müqavilənin qüvvəə olduğu dövr ərzində işləri, sidmətləri yerinə yetirərkən, bədənüzvlərinin, toxumalarının zədələnməsi ilə sağlamlığının qəflətən və kəskin pozulması və (və ya) əlverişsiz və zərərli istehsalat amillərinin orqanizminə təsiri, habelə xraoniki və ya kəskin xəstəliyi nəticəsində sığorta olunanın peşə əmək qabiliyyətini itirməsi, yaxu ölümü ilə əlaqədar sığorta ödənişinin ödənilməsi üçün əsas olan hal sığorta hadisəsi hesab edilir. Həmin müqavilənin 11.4.2-ci bəndinə əsasən Azərbaycan Respublikası Əmək və Əahalinin Sosial Müdafiəsi Nazirliyinin istehsalatda bədbəxt hadisə və ya peşə xəstəliyi nəticəsində sığorta olunanın peşə əmək qabiliyyətinin itirilməsi dərəcəsini təsdiq edən qərarı və ya şəxsin ölümü haqqında şəhadətnamənin təqdim edilməsi əsasında sığorta hadisəsi müəyyən olunur. Həmçinin cavabdehin "xxxx" ASC ilə bağladığı icbari sığorta müqaviləsinə əsasən sığorta ödənişinin ödənilməsi üçün əsas olan hal sığorta hadisəsi hesab edilir və sığorta hadisəsinin müəyyən edilməsi üçün də Azərbaycan Respublikası Əmək və Əahalinin Sosial Müdafiəsi Nazirliyinin istehsalatda bədbəxt hadisə və ya peşə xəstəliyi nəticəsində sığorta olunanın peşə əmək qabiliyyətinin itirilməsi dərəcəsini təsdiq edən qərarı təqdim edilməlidir. İddiaçı isə bu barədə hər hansı mötəbər sübut təqdim etmədiyindən həmin müqaviləyə əsasən də iddiaçı, cavabdehdən əməliyyat xərclərini tələb edə bilməz. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, birinci instansiya məhkəməsi baxışı zamanı 363/KEŞ saylı, 12 aprel 2021-ci il tarixli məhkəmə-tibb ekspert rəyi təqdim edilmişdir. Həmin rəyin nəticə hissəsinin 5-ci bəndinə əsasən İddiaçı adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə, həmçinin aparılmış funksional diaqnostik müayinələrin cavablarına əsasən, onda hal-hazırda “Revmatizm (qeyri fəal gedişli); Mitral qapağınprolapsı, İİ0; Mitral çatmamazlığı İİİ0, hipertoniya İİ dərəcə” kimi xəstəliklərinin olduğu müəyyən edildi. Qeyd olunan xəstəliklər uzun sürən xroniki gedişli xəstəliklərə aiddir və streptokokk infeksiyası fonunda yaranan “Revmatizm” xəstəliyibirləşdirici toxumalarının iltihabına səbəb olur və xüsusən ürək qüsurlarına gətirib çıxardan bir patologiyadır. Həmin rəyin 6-8-ci bəndlərinə göstərilir ki, tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən, İddiaçı qeyd olunan ürək qüsuru qazanılmış mənşəli olub, əlverişsiz (hipotoniya, rütubət, atmosfer təzyiq dəyişilməsi) şəraitlə bağlı streptokokk mənşəli infeksiyasından törənmiş xəstəliklərdən (farengit, tonzillit, angina, pnevmoniya və s.) sonra tədricən inkişaf etmiş və ürək qüsurunun sonuncu mərhələsində özünü biruzə vermişdir. Həmin rəyin 9-cu bəndinə əsasən İddiaçı aşkar edilmiş revmatizm xəstəliyi fonundan qazanılmış ürək qüsurlarının inkişafına, yəni ürək qapaq aparatının birləşdirici toxumalarının iltihabına gətirib çıxartmışdır. Ədəbiyyat mənbələrinə istinadən, qazanılmış ürək qüsurları 80% revamtik zədələnmələri ilə əlaqədardır. Göründüyü kimi iş üzrə keçirilmiş məhkəmə-tibb ekspert rəyi ilə iddiaçıda olan ürək qüsuru qazanılmış mənşəli olmaqla, əlverişsiz şəraitlə bağlı streptokokk mənşəli infeksiyasından törənmiş xəstəliklərdən sonra tədricən inkişaf etmiş və ürək qüsurunun sonuncu mərhələsində özünü biruzə verməsi müəyyən edilmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçıda əmələ gəlmiş xəstəliyin məhz peşə xəstəliyi olması işin faktiki halları ilə müəyyən edilməmişdir. Bundan başqa iş materiallarından göründüyü kimi cavabdeh Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən bütün əməkdaşlarının qanunvericiliyə uyğun tibbi müayinələrdən keçməsini təmin etmiş, onlara fərdi mühafizə vasitələrinin verilməsi də daxil olmaqla əmək qanunvericiliyi, texniki təhlükəsizlik haqqında qanunvericilik və əmək müqaviləsi üzrə öhdəsinə düşən bütün öhdəlikləri vicdanla yerinə yetirmiş və əməyin təhlükəsizliyi qaydalarına əməl etmişdir. Belə ki, cavabdeh tərəfindən qanunvericiliyə uyğun olaraq iddiaçı mütəmadi tibbi müayinədən keçmiş və səhiyyə təşkilatı tərəfindən müvafiq sertifikat aldıqdan sonra əmək funksiyalarının icrası üçün işə buraxılmışdı. İddiaçı tərəfindən isə tibbi müayinələrinin formal həyata keçirilməsi mübahisələndirilməmişdir. Həmçinin cavabdeh "İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında" Azərbaycan Respublikasının qanununa uyğun olaraq bütün əməkdaşlarını sığortalanmasını təmin etmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi həmin hissədə iddia tələbini rədd etməklə düzgün nəticəyə gəlmişdir. Eyni zamanda qeyd edilməlidir ki, cavabdeh tərəfindən iddiaçının işdən kənarlaşdırılması halı işin faktiki halları ilə müəyyən edilməsə də, birinci instansiya məhkəməsi “işçinin müvəqqəti kənarlaşdırılmasına dair hər hansı əmr olmadığı üçün bu kənarlaşdırılma qanuni hesab edilə bilməz” barədə gəldiyi nəticə düzgün olmamışdır. İşin mübahisəsiz halları ondan ibarət olmuşdur ki, iddiaçı dəniz platformasında çalışmış, işə çıxarkən bütün işçilər tibbi müayinədən keçib sağlam olduqları müəyyən edildikdən sonra işə buraxılması və ya sağlamlıq durumu qənaətbəxşedici olmayan işçilərin platformaya buraxılmaması barədə işəgötürən tərəfindən qayda müəyyən edilmiş, İddiaçı 21.03.2021-ci il tarixədək əmək qabiliyyətli olmadığı üçün işə çıxmamışdır. Bundan sonra iddiaçının məhz cavabdeh tərəfindən hər hansı əks göstərişi ilə işə çıxa bilməməsi halı öz təsdiqini tapmır. Belə ki, iddiaçı səhhətində olan problemlərlə bağlı olaraq işə çıxmamışdır, həmçinin cavabdeh tərəf iddiaçıya yenidən tibbi müayinələrdən keçirilməsini təklif etsə də (işdə olan email yazışmaları) iddiaçı həmin təkliflə razılaşmamış və işə çıxmamaqda davam etmişdir. Belə olan halda hazırki iş üzrə Əmək Məcəlləsini 62-ci maddəsinin tətbiq edilməsi əsassızdır, çünki cavabdeh şirkətin iddiaçının işə çıxmaması barədə hər hansı bir göstərişi olmamış, eləcə də iddiaçının məhz cavabdehin götərişi ilə işə çıxmaması öz təsdiqini tapmamışdır. Bu mənada qeyd olunmalıdır ki, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya əlamətləri ilə də uzlaşmamaqdadır; çünkü iddia tələbinin qanuni əsası kimi istinad olunan Mülki Məcəllənin 21-ci maddəsinə əsasən, “zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür”. Mülki Məcəllənin 1096.1-ci və 1097.1-ci maddələrinə görə isə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Mülki qanunvericiliyin yuxarıda sadalanmış müddəalarının mənasından göründüyü kimi mülki hüquq pozuntusuna (deliktə) görə məsuliyyətin yaranması dispozisiya şərti kimi üç əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin mövcudluğu və zərər vuran şəxsin təqsirliliyi. Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır. Göründüyü kimi iddiaçının işə çıxmadığı dövrdə cavabdehin təqsirli hərəkətləri olmamışdır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi maddi ziyanın tutulması hissəsində tamamilə əsassız olmuşdur. Məhkəmə kollegiyası eyni zamanda qeyd edir ki, iddiaçı iddia tələbində cavabdehin əsassız və qanunsuz hərəkətləri səbəbindən mənəvi sarsıntı keçirməsi, sağlamlığının pozulması, mənfi psixi reaksiyaya səbəb olması nəticəsində fiziki əzab çəkdiyini göstərsə də, keçirdiyi fiziki və mənəvi sarsıntılarla bağlı öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etmədiyindən iddia tələbi mənəvi ziyanın tutulması hissəsində də əsassız olmuşdur. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti isə təmin edilməklə, birinci instansiya məhkəməsinin qətnaməsi iddianın təmin edilən hissəsində ləğv edilməli, həmin hissədə yeni qətnamə qəbul edilməklə iddia tələbi maddi ziyanın tutulması hissəsində tam təmin edilməməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Cavabdeh2 Şirkətinin Azərbaycan Respublikasındakı Filialının apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-274/2021 saylı, 16 iyun 2021-ci il tarixli qətnaməsi iddia tələbinin təin edilən - cavabdeh "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı Filialından 21.03.2021-ci ildən 16.06.2021-ci ilədək işdən kənarlaşdırıldığı üçün (1924.50 manat aylıq əmək haqqı x 3 aya =5772 manat) dəymiş maddi ziyan və vəkillə bağladığı müqaviləyə görə ödədiyi pulun 200 manatı tutularaq İddiaçı ödənilməsi hissəsində ləğv edilsin. Həmin hissədə yeni qətnamə qəbul edilsin. İddiaçı Neftçilərin Hüquqlarını X1 Birliyi müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi qeyd edilməklə Cavabdeh2 Şirkətinin Azərbaycan Respublikasındakı Filialına qarşı “maddi ziyanın tutulması” hissəsində tam rədd edilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. İddia verilməsi üçün ödənilmiş və apellyasiya şikayətlərinin verilməsi üçün ödənilmiş dövlət rüsumlarının məbləği tərəflərin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Vəfaddin İbayev Rəşad Həsənov
Məhkəmə qərarları › İş №2(103)-8010/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8010/2021
06.10.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver