Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-8011/2021 13.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Arifli Şamxal Mehdi oğlunun katibliyi, iddiaçının nümayəndəsi (vəkili) Vəkil1 iştirakı ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 07 may 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən e t d i: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh3 qarşı əmtəə nişanından istifadənin qadağan edilməsi, əmtəə nişanının gecə klubundan sökülməsi və pul ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 2338,7 kv.metr olan qeyri-yaşayış sahəsinin “İnfiniti club” adı altında istifadə edilməsinə görə Cavabdeh3 2 000 000 (iki milyon) manat pul vəsaitinin tutularaq - İddiaçı xeyrinə ödənilməsi, həmin qeyri-yaşayış sahəsinin “İnfiniti club” adı altında və ya ona qarışdırılacaq qədər oxşar digər nişanlardan hər hansı digər formada istifadə olunmasının cavabdehlər Cavabdeh3, Cavabdeh4 və Cavabdeh1 qadağan olunması və “İnfiniti club” əmtəə nişanının ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 2338,7 kv.metr olan qeyri-yaşayış sahəsindən (“İnfiniti club" adı ilə fəaliyyət göstərən gecə klubundan) sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 2338,7 kv.metr olan qeyri-yaşayış sahəsi (“İnfiniti ” adı altında gecə klubu) əmlakın mülkiyyətçiləri Cavabdeh4 və Cavabdeh1 ilə X3 arasında bağlanmış 05 mart 2019-cu il tarixli icarə müqaviləsi əsasında X1 istifadəsinə verilmişdir. Həmin əmlakın üzərində olan əmtəə nişanı “İnfiniti club “- İddiaçı məxsusdur. İcarə müqaviləsi bağlandıqdan sonra X3 ilə qeyri-yaşayış sahəsinin işlədilməsi üçün Cavabdeh3 şifahi razılığa gəlmiş və işləməyə başlamışlar. Lakin 10 gün sonra Cavabdeh3 Abdullayev Ağanın işçilərini obyektdən çıxararaq obyekti zəbt edib və orada olan daşınar və sair əmlakları özünün qanunsuz istifadəsinə keçirərək öz işçiləri ilə işlədir. Həmçinin həmin obyekt (gecə klubu) hazırda “İnfiniti club” adı altında fəaliyyət göstərir ki, həmin əmtəə nişanı - İddiaçı məxsusdur. O, dəfələrlə Cavabdeh3 ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 2338,7 kv.metr olan qeyri-yaşayış sahəsində (“İnfiniti" adı altında gecə klubu) olan əmtəə nişanını dəyişdirməyi və əmtəə nişanına görə klubun əldə etdiyi gəlirin ona ödənilməsini tələb etsə də, Cavabdeh3 tərəfindən bununla bağlı heç bir tədbir görülməmişdir. Qeyd edir ki, həmin “İnfiniti club” ölkədə kifayət qədər geniş tanınmış bir addır. Həmin ada görə sözügedən gecə klubuna çoxsaylı müştərilər və turistlər gəlir. Gecə Klubunun aylıq qazancı 500 000 manatdan daha yüksəkdir. Lakin 4 aydan çox müddətə həmin gecə klubunu idarə etməsinə baxmayaraq Cavabdeh3 və obyektin mülkiyyətçiləri tərəfindən ona heç bir ödəniş edilməmişdir. O, dəfələrlə həmin əmtəə nişanından istifadə edilməməsini və əmtəə nişanına görə əldə olunmuş gəlirin ödənilməsini tələb etsə də, cavabdehlər buna heç bir əhəmiyyət verməmiş və bu günə qədər də həmin obyekti “İnfiniti club” adı altında işlətməyə davam etmişlər. Buna görə onun hüquqları kobud şəkildə pozulmuş və ona külli miqdarda maddi zərər dəymişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 07 may 2021-ci il tarixli qətnaməsi ilə (hakim K.Əmirxanova, iş № 2(005)-1633/21) iddia rədd edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi (vəkili) məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi. Məhkəmə kollegiyası sədrlik edənin məruzəsini, iddiaçının nümayəndəsinin izahatını dinləyərək, şikayətin dəlillərini müzakirə edərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, Nərimanov Rayon Məhkəməsinin iş üzrə 07 may 2021-ci il tarixli qətnaməsi ləğv edilməli və iş baxılması üçün aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. İşdən göründüyü kimi, iddiaçı mülkiyyətində olan əmtəə nişanından istifadənin cavabdehlərə qadağan olunmasını, əmtəə nişanının gecə klubundan sökülməsini və əmtəə nişanından istifadə nəticəsində ona vurulmuş zərərin əvəzinin ödənilməsini tələb edir. İstər iddiaçı, istərsə də cavabdehlər vergi ödəyicisi kimi vergi orqanında qeydiyyatdan keçməklə fərdi sahibkar statusu olan şəxslərdir. Məhkəmə kollegiyası hesab edir ki, tərəflər arasında mübahisəli hüquq münasibəti sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar yaranmışdır. Azərbaycan Respublikası MPM-nin 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Həmin Məcəllənin 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. “İşlərin ümumi, yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli 10 saylı qərarının 19-cu bəndində məhkəmələrə izah edilir ki, MPM-nin 26.2-ci maddəsində kommersiya məhkəmələrinin müstəsna baxış predmetinə aid edilmiş həmin Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş “Bankın öhdəliklərinin könüllü restrukturizasiyası haqqında” işlərin xarakteri özü-özlüyündə yalnız sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsini diktə edir. Eyni zamanda müflisləşmə, sənaye mülkiyyəti obyektlərinin (əmtəə nişanı, coğrafi göstərici, ixtira, faydalı model və sənaye nümunəsi) istifadəsi və müdafiəsi ilə bağlı (şəxsi hüquqların müdafiəsinə dair tələblər istisna olmaqla), habelə kommersiya hüquqi şəxsləri ilə bağlı koporativ tələblər üzrə işlərə də aid edilməlidir. Həmin qərara əlavə olunmuş cədvəldə də xüsusi olaraq qeyd olunmuşdur ki, sənaye mülkiyyəti obyektlərinin (əmtəə nişanı, coğrafi göstərici, ixtira, faydalı model və sənaye nümunəsi) istifadəsi və müdafiəsi ilə bağlı (şəxsi hüquqların müdafiəsinə dair tələblər istisna olmaqla) tələblərə mübahisə tərəflərinin subyet tərkibindən asılı olmayaraq kommersiya məhkəmələri baxır. Azərbaycan Respublikası MPM-nin 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. Məhkəmə kollegiyası qeyd edir ki, məhkəmələr məhkəmə aidiyyətini müəyyən edərkən üç əsas xüsusiyəti: işdə iştirak edən şəxslərin subyektiv tərkibini (hüquqi, fiziki şəxslər və sahibkarlar), mübahisənin predmetini (iddia ərizəsində və ya ərizədə qoyulan tələbin xarakterini) və hüquq münasibətinin xarakterini (mübahisənin hansı hüquq münasibətindən yaranması, məs, mülki, ailə, iqtisad və.s) yoxlamalıdır. Bununla yanaşı hər üç xüsusiyyət bir-biri ilə birbaşa bağlı olduğundan, məhkəmə aidiyyəti müəyyən edilərkən onların üçünün də yoxlanılması zəruridir. Məhkəmə aidiyyəti ədalət mühakiməsinin həyata keçirilməsi zamanı şəxsin hüquqlarının və qanuni maraqlarının prossesual təminatlarına zəmanət verən şərtlərdən biri olduğuna görə o, qanunla dəqiq müəyyən edilməlidir. Əks təqdirdə bu və ya digər işin hansı məhkəmə tərəfindən ağlabatan müddətdə baxılmasında çətinlik yarada, son nəticədə isə şəxsin pozulmuş hüquqlarının bərpa edilməsini qeyri-mümkün edə bilər. Hüqüq və azadlıqların məhkəmə təminatı hüququ ilk növbədə, qanunla müəyyən edilmiş müvafiq yurisdiksiyalı məhkəmələr tərəfindən işə baxılmasını nəzərdə tutur. Məhkəmənin qanunla müəyyən edilməsi isə baxılan iş üzrə onun aidiyyətinin qabaqcadan aydın şəkildə şərtləndirilməsini və ikili anlam daşımamasını tələb edir. Məhkəmə aidiyyətinə dəqiq riayət edilməsi mübahisənin müvafiq məhkəmə icraatı qaydasında hərtərəfli araşdırılmasına zəmanət yaradır. Məhkəmə icraatı növündən asılı olaraq məhkəmə prosesi xüsusi prinsiplər və prossesual qaydalara müvafiq aparılır. Bu prinsip və prossesual normalara riayət edilməsi mübahisənin ixtisaslaşdırılmış qaydada ədalətli həll edilməsinə şərait yaradır. Məhz ona görə mübahisəyə müvafiq məhkəmə aidiyyəti qaydasında baxılması konstitusion baxımdan əhəmiyyət kəsb edir. Məhkəmə kollegiyası hesab edir ki, kommersiya mübahisələrindən yaranan tələblər yalnız kommersiya məhkəmələrində baxılmalıdır. Bu baxımdan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırkı iddia tələbi - kommersiya mübahisəsi olduğundan həmin tələbə baxılması səlahiyyəti mülki icraat qaydasında kommersiya məhkəməsinə aiddir. İş materiallarından məlum olur ki, cavabdehlər Bakı şəhərində qeydiyyatdadırlar. Eləcə də, əmtəə nişanından istifadənin qadağan olunmasının tələb edildiyi obyekt Bakı şəhərində yerləşir. Göstərilənlərə əsasən hazırkı iddia Bakı Kommersiya Məhkəməsində baxılmalıdır. Azərbaycan Respublikası MPM-nin 32.3-cü maddəsinə görə hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər. Həmin Məcəllənin 32.4-cü maddəsinə görə aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır. Həmin Məcəllənin 385.1.1-ci maddəsinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 384.0.4-cü maddəsinə görə isə apellyasiya instansiyası məhkəməsi işə məhkəmə və ya ərazi aidiyyəti qaydalarının pozulması ilə baxıldığını müəyyən etdikdə, qətnaməni ləğv edib, işi aidiyyəti üzrə birinci instansiya məhkəməsinə göndərə bilər. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 07 may 2021-ci il tarixli, qətnaməsi ləğv edilməli, mülki iş aidiyyatı üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 24.2, 26.1, 31.1, 32.3, 32.4, 384.0.4, 385.1.1-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara a l d ı: Apellyasiya şikayəti qismən təmin olunsun. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin iş üzrə 07 may 2021-ci il tarixli qətnaməsi ləğv edilsin. Mülki iş aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Akif İsgəndərov Hakimlər: İlham Kərimli Elşən Kazımov
Məhkəmə qərarları › İş №2(103)-8011/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-8011/2021
13.10.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver