Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-8019/2021 14.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tofiq Səməd oğlu Səmədovun sədrliyi və məruzəsi ilə, İkram Sabir oğlu Şirinov və Anar Vəzir oğlu Tanrıverdiyevdən ibarət tərkibdə, İsmayılova Günel Rza qızının katibliyi ilə, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı Cavabdeh-nə və mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" firmasına qarşı ipoteka müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 17 iyun 2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətin tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-125/21 saylı 17 noyabr 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilərək, "xxxx" firmasına məxsus olan ünvan 1 ünvanda yerləşən qeyriyaşayış sahəsinə dair ipoteka qoyan "xxxx" firması ilə ipoteka saxlayan "xxxx" Bank ASC arasında bağlanmış 08.07.2015-ci il tarixli **********58815/SİM nömrəli sonrakı ipoteka müqaviləsinin qismən, yəni - İddiaçı 09.07.2009-cu il tarixli müqaviləyə əsasən 165.000 ABŞ dolları dəyərini tam ödəməklə "xxxx" firmasından aldığı ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış sahəsinin 1 mərtəbəsindəki ümumi sahəsi 55 kv.m. olan 1 nömrəli dükana aid hissəsində etibarsız hesab edilməsi qət edilmişdir. Cavabdeh-ninsəlahiyyətli nümayəndəsi-vəkili apellyasiya şikayəti verərək, Yasamal Rayon Məhkəməsinin hazırkı iş üzrə 17.06.2021-ci il tarixli qətnaməsinin tamamilə ləğv edilərək, iddianın rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İşə apellyasiya qaydasında baxılarkən Cavabdeh-nin səlahiyyətli nümayəndəsivəkili ərizə verərək Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının icraatında olan 2(103)-6490/2021 saylı və 2(103)-8019/2021 saylı işlərin birləşdirilərək, bir icraatda baxılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, hər iki iş üzrə qəbul edilmiş məhkəmə aktlarından da işdə olan digər sənədlərdən də görünür ki, İddiaçı iddiası ünvan 2 ünvanındakı obyektin 1-ci mərtəbəsində ümumi sahəsi 55 kv.m olan 1 saylı dükan ilə bağlıdır. Bundan başqa hər iki işdə subyektiv baxımdan da tərəflər eynidir. Apellyasiya instansiya məhkəməsi hesab edir ki, ədalət mühakiməsinin tez, düzgün, səmərəli və keyfiyyətli həyata keçirilməsi məqsədi ilə hər iki iş bir icraatda birləşdirilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 169.3-cü maddəsinə əsasən hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədə müvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 169.3, 263, 264 və 400-cü maddələrini rəhbər tuturaq apellyasiya instansiyası məhkəməsi q ə r a r a a l d ı: İddiaçı Cavabdeh-nə və mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" firmasına qarşı ipoteka müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair mülki iş İddiaçı cavabdeh "xxxx" Firmasına qarşı “qeyri yaşayış sahəsinin istifadə və sahibliyə verilməsi, obyekt üzərində onun mülkiyyət hüququnun rəsmiləşdirilməsi tələbinə dair mülki işlər bir icraatda birləşdirilsin. Qərardaddan şikayət verilmir.
Məhkəmə qərarları › İş №2(103)-8019/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-8019/2021
14.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver