Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-804/2022 18.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Əbdürəhmanov Aqşin Qasım oğlunun katibliyi, Cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 30 sentyabr 2021-ci il tarixli 2(004)-5372/2021 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən onun xeyrinə mənəvi zərərin əvəzi kimi 15000 manat məbləğində pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 03 may 2019-cu il tarixli 2(004)-877/2019 saylı qətnaməsinə əsasən Cavabdeh1 birgə nikahlarından doğulmuş 13 oktyabr 2017-ci il təvəllüdlü X3 hər ayın birinci və üçüncü həftələrinin şənbə günləri saat 11:00-dan saat 13:00-dək ona göstərməyə borcludur. Cavabdeh1 Azərbaycan Respublikası Ali Məhkəməsinin 10 fevral 2020-ci il tarixli 2(102)- 831/2020 saylı qərarından sui-istifadə edərək övladını ona bir daha göstərməmək məqsədi ilə 26 dekabr 2020-ci il tarixdə ölkədən Türkiyə Respublikası istiqamətində çıxmış və hazırkı dövrədək ölkəyə qayıtmamışdır. Qətnaməyə əsasən cavabdehə uşağı yalnız ali təhsil müddətində ölkə xaricində saxlamağa icazə verilmişdir. Cavabdeh tətil günlərində geri qayıtmalı idi. Cavabdeh1 DSX-ya və icra şöbəsinə Türkiyə Respublikasında ali təhsil alması barədə sənəd təqdim etməmişdir. Ona görə ali təhsil məsələsi şübhəlidir. DSX cavabdehi sərhəddən buraxmaqla və Cavabdeh1 isə uşağı ona göstərməməklə ona mənəvi ziyan vurmuşlar. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 30 sentyabr 2021-ci il tarixli 2(004)- 5372/2021 saylı qətnaməsi ilə iddia rədd edilmişdir. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinin məzmunu iddia ərizəsinin məzmununa uyğundur. Məhkəmə kollegiyasının iclasında cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin nümayəndəsi X4 apellyasiya şikayətinin təmin edilməməsini məhkəmədən xahiş etdi. İddiaçı və Cavabdeh1 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, məhkəmə iclasına gəlmədiklərinə görə məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası proses iştirakçısının izahatını dinləyib, iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 30 sentyabr 2021-ci il tarixli 2(004)-5372/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 03 may 2019-cu il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh1 qarşı uşaqla ünsiyyət hüququnun təmin edilməsi tələbinə dair iddiası qismən təmin edilmiş, ona 13 oktyabr 2017-ci il təvəlüdlü azyaşlı övladı X6 ilə hər ayın 1-ci və 3-cü həftəsinin şənbə günü saat 11:00-dan 13:00-dək 2 saat müddətində ünsiyyətdə olmaq hüququ verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 10 fevral 2020-ci il tarixli qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin 19 sentyabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilərək 13 oktyabr 2017-ci il təvəlüdlü X2 iddiaçı-anası Cavabdeh1 Türkiyə Respublikasında təhsil aldığı müddət ərzində atası İddiaçı razılığı olmadan Türkiyə Respublikasına sərbəst surətdə gedib-gəlməsinə icazə verilmişdir. Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti tərəfindən İddiaçı müraciətinə verilmiş 22 fevral 2021-ci il tarixli cavab məktubundan görünür ki, İddiaçı övladı X6 anası Cavabdeh1 ilə birlikdə 26 dekabr 2020-ci il tarixdə Azərbaycan-Türkiyə istiqamətində Ali Məhkəmənin 10 fevral 2020-ci il tarixli qərarı əsasında dövlət sərhədindən buraxılmışdır. Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsi tərəfindən Yasamal Rayon Məhkəməsinin şifahi sorğusuna 21.09.2021-ci il tarixli cavab məktubundan görünür ki, İddiaçı azyaşlı övladı ilə ünsiyyət hüququ bir neçə dəfə əyani və virtual şəkildə təmin olunmuş, 2020-ci ilin sentyabr ayında isə 5, 12 və 19 sentyabr aylarında ünsiyyət Cavabdeh1 tərəfindən təmin olunmamışdır. İddiaçı 30 sentyabr-27 dekabr 2020-ci il tarixlərdə səfərbərlik üzrə hərbi xidmətdə olmuş, 26 dekabr 2020-ci il tarixdə Cavabdeh1 azyaşlı uşağı ilə birlikdə ölkə hüdudlarından kənara çıxmışdır. İş materiallarından görünür ki, Cavabdeh1 barəsində icra məmuru tərəfindən inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilmiş, məhkəmənin 24 sentyabr 2020-ci il tarixli qərardadı ilə protokol geri qaytarılmışdır. Beləliklə, Cavabdeh1 uşaqla ünsiyyətə dair məhkəmə qətnaməsini qərəzli olaraq icra etməməsinə görə inzibati məsuliyyətə cəlb olunması barədə iş materiallarında hər hansı sənəd yoxdur. İşdən görünür ki, Cavabdeh1 Türkiyə Respublikasında təhsil aldığı müddətdə azyaşlı X5 atasının razılığı olmadan Türkiyə Respublikasına sərbəst surətdə gedib-gəlməsinə icazə verilmişdir. Cavabdeh1 hansı səbəbdən ölkəyə qayıtmaması və məhkəmə qətnaməsini qərəzli olaraq icra etməməsi barədə iş materiallarında heç bir sübut yoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin 10 fevral 2020-ci il tarixli 2(102)- 831/2020 saylı qərarı ilə Cavabdeh1 azyaşlı övladını Türkiyə Respublikasına aparmağa icazə verildiyindən və digər cavabdeh Dövlət Sərhəd Xidməti də həmin qərarı icra etdiyindən cavabdehlərin hərəkətlərində hər hansı qanun pozuntusu olmamış və onların hərəkətləri iddiaçıya mənəvi zərər vuran hərəkətlər kimi qiymətləndirilə bilməz. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında göstərilmişdir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı rədd etməklə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402-403-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 30 sentyabr 2021-ci il tarixli 2(004)- 5372/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına yazılı formada elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-804/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-804/2022
18.01.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver