Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-8093/2020 04.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-260/2020 saylı xx xxxxxxxx 2020-ci il tarixli qərardadından Cavabdeh1 nümayəndəsi və vəkili X2 tərəfindən verilmiş şikayətə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı - cavabehlər Cavabdeh1 və Cavabdeh2 (3-cü şəxs qismində Bakı şəhəri 1 saylı notariat kontoru və DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi göstərilməklə) “müqavilənin etibarsız hesab edilməsi “ tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2012-ci il tarixli bağışlanma müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili X1 ərizə təqdim edərək, iddianın baxılmamış saxlanılmasını xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-260/2020 saylı xx xxxxxxxx 2020-ci il tarixli qərardadı ilə ərizəsi təmin edilmiş, İddiaçı - cavabehlər Cavabdeh1 və Cavabdeh2 (3-cü şəxs qismində Bakı şəhəri 1 saylı notariat kontoru və DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi göstərilməklə) qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbi barədə iddia ərizəsi baxılmamış saxlanılmışdır. Həmin qərardaddan Cavabdeh1 nümayəndəsi və vəkili X2 şikayət verərək, qərardadın ləğv edilməsini və mülki işə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, tərəf olaraq mülki işin baxılmamış saxlanılmasının tərəfdarı deyillər və bu barədə ərizəyə münasibətlərini yazılı şəkildə bildirmişlər. Ona görə də, baxılmamış saxlanma barədə qərardad ləğv edilməlidir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-260/2020 saylı xx xxxxxxxx 2020-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, çikayət baxılması üçün 2(009)-260/2020 saylı mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış tərəflər (nümayəndə) məhkəməyə gəlmədiklərindən, məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş bu maddədə qeyd olunan şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-260/2020 saylı xx xxxxxxxx 2020-ci il tarixli qərardadı ləğv edilməli, mülki iş mahiyyəti üzrə baxılması üçün Səbail Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, birinci instansiya məhkəməsi Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinə istinad edərək qərardadını onunla əsaslandırılmışdır ki, iddiaçının nümayəndəsi və vəkili A.Məmmədov ərizə təqdim edərək, iddianın baxılmamış saxlanılmasını xahiş etmişdir. Cavabdehin nümayəndəsi və vəkili qərarı məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə görə iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etməməsini qeyd etsə də, cavabdeh tərəfin vermiş olduğu şikayətdən də müəyyən olunur ki, cavabdeh tərəf mülki işin baxılmamış saxlanılmasının tərəfdarı deyil və mülki işə mahiyyəti üzrə baxılmasını xahiş edir. Bu halda birinci instansiya məhkəməsi qəbul etdiyi qərardadı ləğv edib, işə mahiyyəti üzrə baxmalı olduğu halda bunun etməmiş və mülki işin baxılmamış saxlanılması qənaətinə gəlməkdə haqlı olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək, qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək, qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Bu halda məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməli, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-260/2020 saylı xx xxxxxxxx 2020-ci il tarixli qərardadı ləğv edilməli, mülki iş mahiyyəti üzrə baxılması üçün Səbail Rayon Məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r a r a a l d ı: Şikayət təmin edilsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-260/2020 saylı xx xxxxxxxx 2020-ci il tarixli qərardadı ləğv edilsin. Mülki iş mahiyyəti üzrə baxılması üçün Səbail Rayon Məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-8093/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-8093/2020
04.11.2020 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver