Məhkəmə qərarları › İş №2(103)-8097/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-8097/2022

16.12.2022 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-8097/2022 16.12.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Emin Mehdiyev və Xəyal Sarıyevdən ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh7 və başqalarına qarşı “müqavilələrin və etibarnamələrin etibarsız hesab edilməsi və reyestr çıxarışlarının ləğv edilməsi barədə” iddiasına dair mülki iş üzrə Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadından iddiaçının şikayətinə yazılı icraat qaydasında baxaraq müəyyən etdi: Həmin qərardadla qərara alınıb ki, iddia ərizəsi baxılmamış saxlanılsın. Şikayətdə tələb olunub ki, qərardad ləğv olunsun. Şikayət təmin oluna bilməz. Belə ki, iddia ərizəsi ona görə baxılmamış saxlanılıb ki, o, səlahiyyəti olmayan şəxs tərəfindən imzalanıb. Yəni iddia ərizəsini iddiaçının vəkili və nümayəndəsi Vəkil1 imzalayıb, lakin iddiaçının ona verdiyi etibarnamədə iddia ərizəsinin imzalanması səlahiyyəti xüsusi göstərilməyib. Mülki-Prosessual Məcəllənin 74.2-ci maddəsinə görə, iddia ərizəsinin imzalanması səlahiyyəti təmsil olunan tərəfin verdiyi etibarnamədə xüsusi göstərilməlidir. Müəyyən olunur ki, həqiqətən də həmin etibarnamədə iddia ərizəsinin imzalanması səlahiyyəti xüsusi göstərilməyib. Mülki-Prosessual Məcəllənin 259.0.3-cü maddəsinə görə, ərizə buna səlahiyyəti olmayan şəxs tərəfindən imzalandıqda o, baxılmamış saxlanılır. Ona görə də birinci instansiya məhkəməsi iddia ərizəsini baxılmamış saxlamaqla düzgün nəticəyə gəlib, qərardadın ləğv edilməsi üçün əsas yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 397 və 398-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət təmin edilməsin. Hazırkı iş üzrə Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar