Məhkəmə qərarları › İş №2(103)-8105/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-8105/2020

04.11.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-8105/2020 04.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Arifli Şamxal Mehdi oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə birgə nikahlarından doğulmuş xx.xx.2015-ci il təvəllüdlü X2 üçün hər ay 250 manat məbləğində alimentin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşə birinci instansiya məhkəməsində baxılarkən cavabdeh tərəf vəsatətlə müraciət edərək iş üzrə icraatın dayandırılmasını xahiş etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə (hakim İ.Qaralov, iş № 2(003)-2205/20) vəsatət təmin olunaraq, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair 2(003)-2205/2020 saylı mülki iş üzrə icraat, iddiaçı Cavabdeh İddiaçı qarşı nikahın pozulması, uşaqların ananın yanında saxlanılması və aliment tələbi barədə mülki iş üzrə yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək dayandırılmışdır. İddiaçı həmin qərardaddan şikayət vermiş və şikayətini onunla əsaslandırmışdır ki, qızları X10 cavabdehlə faktiki ayrıldıqları gündən etibarən onun himayəsindədir və bu müddət ərzində onun saxlanması üçün çəkilmiş bütün vəsaitləri o təkbaşına ödəmişdir. Cavabdeh Zəhranın saxlanması üçün ona heç bir köməklik göstərmir. Halbuki, o, cavabdehin himayəsində olan qızlarının saxlanması üçün bütün xərclərdə iştirak edir. Cavabdehin ona qarşı iddia tələbi üzrə baxılan iş bundan sonra aylarla davam edə bilər və nəticədə hətta iki uşağın atanın himayəsində saxlanması barədə yekun qərar çıxarıla bilər. Məhkəmənin cavabdehdən aliment tutulması məsələsinə baxılması üçün məhz qanuni qüvvəyə minmiş qərarla uşağın onun himayəsində qalması şərtini qoyması tamamilə ədalətsizdir və onun hüquqlarının pozulması deməkdir. Xəzər Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qərardadı ilə şikayət təmin edilməyərək baxılması üçün mülki işə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Tərəflər işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş olsalar da, məhkəmə iclasına gəlməmiş və gəlməməyin səbəbləri haqqında məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə kollegiyası sədrlik edənin məruzəsini dinləyərək, şikayətin dəlillərini müzakirə edərək hesab edir ki, şikayət təmin olunmamalı və Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiya məhkəməsinin iş üzrə icraatın dayandırılmasına dair mövqeyi əsaslı olmuşdur. Belə ki, iş materiallarında olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh ilə cavabdeh İddiaçı arasında xx.xx.2014-cü il tarixdə bağlanmış nikah pozulmuş, birgə nikahdan doğulmuş xx.xx.2016- cı il təvəllüdlü X9 anasının yanında saxlanılmış, xx.xx.2015-ci il təvəllüdlü X7 atası İddiaçı alınaraq anasının himayəsinə verilməsi, cavabdeh İddiaçı xx.xx.2016-cı il təvəllüdlü X1 üçün xx.xx.2019-cu il tarixdən başlayaraq hər ay qazancının (başqa gəlirlərinin) dörddə bir hissəsi miqdarında alimentin tutularaq iddiaçı X5 verilməsi, xx.xx.2015-ci il təvəllüdlü X6 cavabdeh X8 alınıb iddiaçı X3 himayəsinə verildiyi gündən alimentin tutulması dəyişilərək cavabdehdən hər iki uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay qazancının (başqa gəlirlərinin) üçdə bir hissəsi miqdarında aliment tutularaq iddiaçı X5 verilməsi qət edilmişdir. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə dəyişdirilmədən saxlanılmışdır. İşə Ali Məhkəmənin Mülki Kollegiyasında kassasiya qaydasında baxılması xx.xx.2020-ci il tarixə təyin edilmişdir. Göründüyü kimi, iddiaçı Cavabdeh İddiaçı qarşı nikahın pozulması, uşaqların iddiaçının yanında saxlanılması və aliment tələbi barədə mülki iş həll edilməyincə hazırkı işə baxılması mümkün deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.1.4-cü maddəsinə əsasən, Konstitusiya Məhkəməsinin icraatı qaydasında, mülki, cinayət, inzibati xəta və ya inzibati mübahisə üzrə məhkəmə icraatı qaydasında baxılan başqa bir iş həll edilməyincə işə baxmaq mümkün olmazsa hakim iş üzrə icraatı dayandırmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.1.4-cü maddəsinin şərh edilməsinə dair xx xxxx 2004-cü il tarixli Qərarında qeyd etmişdir ki, Mülki Prosessual Məcəllənin 254.1.4cü maddəsinin «Konstitusiya Məhkəməsinin icraatı qaydasında, mülki, cinayət və ya inzibati qaydada baxılan başqa bir iş həll edilməyincə işə baxmaq mümkün olmazsa» müddəası məhkəmə tərəflndən müvafiq növ icraat üzrə çıxarılmış qərarın, qətnamənin, hökmün, qərardadın qanuni qüvvəyə minməsini ehtiva edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 398.0.1, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı şikayəti təmin edilməsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Akif İsgəndərov Hakimlər İlham Kərimli Elşən Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar