Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8173/2020 19.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şərafət Asif qızı Məmmədovanın sədrliyi və məruzəsi ilə, Emin Əlixan oğlu Mehdiyev və Xəyal Əjdər oğlu Sarıyevdən ibarət tərkibdə, Humay Məmməd qızı Qurbanovanın katibliyi ilə, Cavabdeh iştirakı ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2(011)- 4459/2020 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı –xx.xx.2010-cu il təvəllüdlü X1 üçün hər ay sabit pul məbləğində 1000 manat alimentin X3 tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 2000-ci ildə Naxçıvan MR, Şərur rayonunda xx.xx.1970-ci il tarixində doğulmuş AR X5 Xidmətində çalışan Cavabdeh Ağaəli oğlu ilə taniş olmuş və onunla uzun müddət sevgi münasibətlərində olduqdan sonra, 2009-cu ilin sonlarında ailə qurmaq məqsədi ilə qoşulub qaçmışdır. Ər-arvad kimi bir yerdə yaşamağa başladıqdan sonra iddiaçı onun evli olduğundan şübhələnmiş və cavabdeh hələ iddiaçı ilə tanış olmamışdan əvvəl evli olduğunu və 2 oğul övladına sahib olduğunu boynuna almışdır. xx xxxxxx 2010-cu il tarixdə X9 dünyaya gəlmişdir. Sonradan Cavabdeh Azərbaycanda dələduzluq üstə axtarışda olduğunu söyləyərək, Rusiya Federasiyasına getdiyini bildirib, bir müddət sonra iddiaçını və uşağını yanına aparacağına söz verərək aradan çıxmışdır. İddiaçı ilk müddətlərdə onunla telefon əlaqəsinə çıxsa da, sonradan cavabdehin telefonlarına zəng çatmamışdır. 10 il keçəndən sonra Cavabdeh Azərbaycana qayıtmışdır və iddiaçı axtarışlarının səyi nəticəsində onu tapmışdır. Bu günki gündə o öz uşağına sahib çıxmır, ona atalıq qayğısı göstərmir, onun necə və hansı şəraitdə böyüdüyündən xəbəri yoxdur, sonuncu dəfə uşağı 6 aylıq olanda görüb. Cavabdeh 10 il ərzində özünü subay kimi qələmə verərək iddiaçını, aldadıb, onun həyatını puç etdiyi azmış kimi, oğlunun da atasız böyüməsi onun sağlamlığına fiziki və psixoloji təsir etmişdir. İddiaçının oğlunun gözündə problem var, bir dəfə əməliyyat olunub, və yenidən əməliyyat olunması üçün küllü miqdarda pul vəsaiti lazımdır. İddiaçı Cavabdeh qoşulub qaçandan kirayələrdə yaşayır, qalacaq yeri yoxdur, onun aylıq gəliri yoxdur, iddiaçıya və oğluna qohum-əqrəba baxır, iddiaçı istəmir ki, onun uşağı digər uşaqlardan geri qalsın, iddiaçının hər ay liseyin sürücü servisinə 100 manat xərci çıxır, uşaq təhsilindən geri qalmasın deyə iddiaçı ona müəllim tutmuşdur. Bütün bu məsrəfləriə İddiaçı gücü çatmır. Cavabdeh uşağa maddi yardım göstərmək istəmir, iddiaçı uşağa maddi yardım istəyəndə ona hədə-qorxu gəlir, iddiaçını həbs etdirəcəyini, qohumlarının başına oyun açacağını bildirir, şantaj edir. Dövlət tərəfindən təyin olunan sabit aliment olan 170 manatla uşağın aylıq tələbatını ödəmək çətin olacaq, məhkəmə tərəfindən aliment yüksək kəsilərsə, iddiaçı oğlunun gələcəkdə kirayələrdə yaşamaması üçün şərait yaradardı. İddiaçının nümayəndəsi və vəkili Vəkil sonradan iddia tələblərinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx xxxxxx 2010-cu il təvəllüdlü X1 üçün Cavabdeh hər ay 1000 manat alimentin tutulması barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2(011)- 4459/2020 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, xx xxxxxx 2010-cu il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh Ağaəli oğlundan xx xxxxxx 2020-ci il tarixdən başlayaraq, hər ay 170 (yüz yetmiş) manat məbləğində sabit pul şəkilində aliment tutularaq İddiaçı ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, Cavabdeh Ağaəli oğlundan 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməsi, qətnamənin dərhal icra edilməsi qət olunmuşdur. Qətnamədən İddiaçı apelyasiya şikayəti verərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4459/2020 saylı iş üzrə xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsi və alimentin artırılması barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, Azərbaycan Respiblikası Əmək və əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında dövlət Sosial Müdafiə Fondunun X10 İdarəsindən xx xxxxxxxx 2020-ci il tarixdə verimiş arayışa əsasən Cavabdeh hər ay 1722.81 manat məbləğində yaşa görə əmək pensiyası ödənilir. Azərbaycan Respublikası Əmək və əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Xətai rayon Xidmət nümayəndəliyindən əldə edilmiş arayışa əsasən Cavabdeh X7 görə 80 manat məbləğində ömürlük Azərbaycan RespublikasıPrezidentinin təqaüdü təyin olunmuşdur. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apelyasiya şikayətinə etiraz edərək təmin olunmamasını və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən qüvvəsində saxlanılmasını xahiş etmişdir.Əlavə olaraq ildirmişdir ki, məhkəmə qətnaməsi ilə hər ay 170 manat ödənilməsi qət olunsa da o, 200 manat ödəyir.Həmçinin, digər nikahından olan övladları yetkinlik yaşına çatmışdır. İş üzrə iddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kolegiyası iş üzrə materialları, apelyasiya şikayətinin dəllillərini və tərəfin izahatını araşdıraraq hesab edir ki, iddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin olunmalı qətnamə alimentin məbləği hissəsində dəyişdirilməlidir. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2010-cu il təvəllüdlü X6 “Valideynləri” qrafasında atası “Cavabdeh Ağaəli oğlu”, anası isə “İddiaçı”dır. İş materiallarında olan atalığın müəyyən olunması haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2010-cu il təvəllüdlü X6 atası “Cavabdeh Ağaəli oğlu”dur. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh yetkinlik yaşına çatmamış uşağın valideyni olduğundan, yetkinlik yaşına çatmamış uşaq isə hazırda iddiaçının yanında saxlandığından, uşağın saxlanması üçün cavabdehdən aliment tutulmasına dair iddia tələbi əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Qeyd edilən Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi alimentin tutulması ilə bağlı düzgün nəticəyə gəlsə də, alimentin tutulması məbləğində düzgün nəticəyə gəlməmişdir. Belə ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun X10 üzrə Mərkəzi Filialının xx xxxxxxxx 2020ci il tarixli, **********1 saylı məktubuna əsasən xx xxxxx 1970-ci il təvəllüdlü Cavabdeh Mərkəz filialı tərəfindən hər ay 1722,81 manat məbləğində yaşa görə əmək pensiyası ödənildiyi qeyd olunmuşdur. Əlavə olaraq Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Xətai rayon Xidmət Nümayəndəliyinin **********4 sayılı, xx xxxxxx 2020-ci il tarixli məktubuna əsasən Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Xətai rayon Xidmət Nümayəndəliyindən vətəndaş Cavabdeh X7 görə 80.00 (səksən) manat məbləğində ömürlük Azərbaycan Respublikası Prezidentinin təqaüdü təyin olunmuduğu qeyd olunmuşdur. Apelyasiya baxışı zamanı cavabdeh yetkinlik yaşına çatmayan uşağının olmamasını qeyd etmişdir. Məhkəmə kollegiyası tərəflərin yetkinlik yaşına çatmamış uşağının təminatının mümkün qədər maksimal saxlanması imkanlarını, eyni zamanda cavabdehin aliment verməsinə dair maddi imkanlarını, həmçinin tərəflərin maddi və ailə vəziyyətini, mövcud iqtisadi vəziyyətdə inflyasiyanı və diqqətəlayiq olan digər halları və iddiaçının tələbini nəzərə alaraq hesab edir ki, qətnamə tutulan alimentin məbləği hissəsində dəyişdirilərək uşaq yetkinlik yaşına çatanadək cavabdehdən hər ay 450 (dörd yüz əlli) manat məbləğində aliment tutulmalıdır. Məhkəmə kollegiyası eyni zamanda hesab edir ki, qətnamə dərhal icra edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 234.2.1-ci maddəsinə əsasən, şəxsin saxlanması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Məhkəmə kollegiyası iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək, hesab edir ki, apelyasiya şikayəti qismən təmin olunmalı, qətnamə alimentin məbləği hissəsində dəyişdirilməli, xx xxxxxx 2010-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün X2 450 (dörd yüz əlli manat) sabit pul məbləğində aliment tutulmalı, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Mülki Prosessual Məcəllənin 384.0.3-cü maddəsinə əsasən apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qət etdi: İddiaçının apelyasiya şikayəti qismən təmin olunsun. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 07sentyabr 2020-ci il tarixli 2(011)- 4459/2020 nömrəli qətnaməsi alimentin məbləği hissəsində dəyişdirilsin. xx xxxxxx 2010-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün X2 450 (dörd yüz əlli) manat sabit pul məbləğində aliment tutulsun. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Şərafət Məmmədova
Məhkəmə qərarları › İş №2(103)-8173/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8173/2020
19.11.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver