Məhkəmə qərarları › İş №2(103)-8191/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-8191/2020

05.11.2020 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair mülki iş - Maddi ziyanın ödənilməsi - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-8191/2020 05.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şərafət Asif qızı Məmmədovanın sədirliyi və məruzəsi ilə, Emin Əlixan oğlu Mehdiyev və Xəyal Əjdər oğlu Sarıyevdən ibarət tərkibdə, Mövlayev Azər Aydın qızının katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili Vəkil Rəşid qızının iştirakı ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakim X4 “Qətnamənin icrasının təmin etmə tədbiri” barədə Yasamal Rayon Məhkəməsinin2(004)- 17/20 saylı, xx.xx.2020-ci il tarixli qərardadından Cavabdeh1 tərəfindən verilmiş şikayətəəsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1və Bakı şəhəri Cavabdeh2nə qarşı iddiası və həmçinin iş üzrə iddiaçı tərəfindən müstəqil tələb irəli sürən üçüncü şəxs X3 Cavabdeh1 və Cavabdeh2nə qarşı müstəqil iddia ərizəsi üzrə qəbul edilmiş Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin «04» sentyabr 2020-ci il tarixli 2(004)-17/2020 nömrəli qətnaməsi ilə İddiaçı iddiası və iddiaçı tərəfindən müstəqil tələb irəli sürən üçüncü şəxs X1 iddiası qismən təmin edilmiş, Cavabdeh1 məxsus olan, Bakı şəhəri, Yasamal rayonu, X2, 7 saylı evin 2-ci mərbətəsinin üzərindəki (2 mərtəbəli binasının üzərindəki) özbaşına inşa edilmiş 3- cü və 4-cü mərtəbələrinin inşasının qanunsuz hesab edilməsi, Bakı şəhər Cavabdeh2 Başçısının xx.xx.2017-ci il tarixli 157 saylı Sərəncamının ləğv edilməsi qət edilmişdir. İddiaçı və müstəqil tələb irəli sürən üçüncü şəxs X1 nümayəndəsi və vəkili Vəkil Rəşid qızı çıxarılacaq qətnamənin icrasının təmin edilməsi tədbiri barədə ərizə ilə məhkəməyə müraciət edərək, iş üzrə qəbul edilmiş Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(004)-17/2020 saylı qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədi ilə Cavabdeh1 məxsus Bakı şəhəri, Yasamal rayonu, T.Xəlil küçəsi, 7 saylı evin və həmin evin ikinci mərtəbəsinin üzərində inşa edilmiş 3-cü və 4-cü mərtəbələrindəki tikililərin üzərinə həbs qoyulması və cavabdehə həmin tikililəri özgəninkiləşdirməyi qadağa edilməsi haqqında qərardad qəbul edilməsini məhkəmədən xahiş emişdir. Yasamal Rayon Məhkəməsinin2(004)–17/20 saylı, xx.xx.2020-ci il tarixli qərardadı ilə iş üzrə İddiaçı və müstəqil tələb irəli sürən üçüncü şəxs X1 nümayəndəsi Vəkil Rəşid qızının qətnamənin icrasının təmin etmə tədbiri barədə ərizəsi təmin edilərək, Cavabdeh1 məxsus olan (1365 saylı reyestr kitabında 204912-ci səhifədə qeydəalma № 30/204912, xx xxxxxx 2005- ci il tarixdə qeydiyyat aparılmış)Bakı şəhəri, Yasamal rayonu, T.Xəlil küçəsi, 7 saylı evin ikinci mərtəbəsinin üzərində inşa edilmiş 3-cü və 4-cü mərtəbələrindəki tikililərin üzərinəhəbs qoyulmuş, cavabdehə həmin tikililəri özgəninkiləşdirmək qadağan edilmişdir. Həmin qərardaddan ilkin iddia üzrə Cavabdeh1 tərəfindən şikayət verilərək qərardadın ləğv edilməsi xahiş edilmişdir. Bakı Şəhəri Yasanmal Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qərardadı ilə şikayət təmin edilməyərək baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili izahat verərək, şikayətin təmin edilməməsini və iş üzrə birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. İş üzrə digər tərəflər məhkəmə iclası barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq tərəflərin iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası şikayətin dəlillərini və mülki işin materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-17/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 157-ci maddəsinə əsasən, hakim işdə iştirak edən şəxsin ərizəsinə ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir; 158.1.2 və 158.1.3-cü maddəsinə görə iddianı təmin etmək üçün müəyyən hərəkətləri etməyi cavabdehə və mübahisə predmetinə aid olan müəyyən hərəkətləri etməyi başqa şəxslərə qadağan edilə bilər. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə qəbul etdiyi qərardaddan verilmiş şikayəti təmin etməməklə qanuni və əsaslı nəticəyə gəlmişdir. Belə ki, məhkəmə kollegiyası hesab edir ki, Qanunun göstərilən müddəaları baxımından iddianı təmin tədbiri, çıxarılacaq məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədilə tətbiq olunan və qətnamənin icrasını gələcəkdə çətinləşdirən və ya qeyri-mümkün edə bilən halların mübahisəyə baxılarkən aradan qaldırılmasına yönələn prosessual tədbirdir. Öz təbiəti etibarilə iddianı təmin tədbirləri məhkəmə müdafiəsi hüququnun ayrılmaz ünsürü olan, qəbul edilən yekun məhkəmə aktının icrasının təmin edilməsinə xidmət edir. Belə ki, iddianın təmin olunması haqqında qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi özlüyündə pozulmuş subyektiv hüququn bərpasının elanıdırsa, qətnamənin icrası həmin subyektiv hüququn real bərpası deməkdir. Qeyd olunanları nəzərə alaraq və Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsi ilə nəzərdə tutulmuş səlahiyyətlərinə əsaslanaraq kollegiya hesab edir ki, şikayət təmin edilməməli və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 397, 398, 400 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Şikayət təmin edilməsin. Bakı şəhər Yasamal Rayon Məhkəməsinin 2(004)-17/2020 saylı, xx xxxxxxx 2020ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Sədrlik edən: Şərafət Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar