Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-8194/2020 22.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X1 (sədrliyi və məruzəsi ilə), Şirinov Ziya Allahverdi oğlu və Eyvazov Rafael Əmir oğlundan ibarət tərkibdə, hakim köməkçisi Hüseynova Amilya Aqil qızının katibliyi ilə, İddiaçı Selahattin oğlunun Cavabdeh qarşı əmlak tələbinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-389/2020 saylı işi üzrə xx.xx.2020-ci il tarixli qərardadından Cavabdehtərəfindən verilmiş apellyasiyanın mümkünlüyünə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-389/2020 saylı işi üzrəxx.xx.2020-ci il tarixli qərardadı ilə İddiaçı Selahattin oğlunun Cavabdeh qarşı əmlak tələbinə dair mülki iş üzrə Cavabdeh tərəfindən verilmiş mübahisənin ərazi aidiyyəti üzrə göndərilməsinə dair vəsatəti təmin edilməmişdir, Cavabdeh qərardaddan şikayət vermişdir (iş səh. 131,140). Məhkəmə kollegiyası müəyyən etmişdir ki, məhkəmənin xx.xx.2020-ci il tarixli qərardadı və qətnaməsinin tərəflərə rəsmi qaydada göndərilmiş (səh.137-139). Prosessual qanunvericiliyə görə, qətnamənin alındığı tarix nəzərə alınmaqla, birinci instansiya məhkəməsi məzmun tələblərinə cavab verən apellyasiya şikayətini (ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə) apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra apellyasiya instansiyası məhkəməsinə göndərməli olduğu halda, işdə iştirak edən şəxslərin qətnamədən şikayət vermək hüququnu nəzərə almayaraq şikayət vermə (hüquqlarını təmin etməmiş) müddətini gözləməmiş və qərardaddan şikayətin prosessual müddətlərdə verilməsi müəyyən edilməmişdir. Ona görə də məhkəmə məhkəmə sənədlərinin çatdırılması üzrə vəzifələrə aid prosessual hərəkətləri və müvafiq gözləntiləri səlahiyyəti həddində həyata keçirməli və işdə iştirak edən bütün şəxslərin məhkəmə aktlarından şikayət vermə hüquqlarını təmin etməlidir. Ümumiyyətlə diqqətə çatdırılmalıdır ki, ərazi aidiyyəti üzrə vəsatətin təmin edilməyərək işə baxılması və qətnamə qəbul edilməsi artıq qeyd edilən qərardaddan verilən şikayətin (qətnamədən şikayət verilmədən) baxılmasını əhəmiyyətsiz edir. Əks halda, işə apellyasiya qaydasında baxılmaq üçün prosessual qeyri-müəyyənlik hüquq tətbiqetmədə sui-istifadəyə məruz qalmanın tipik təzahürlərinə şərait yaradan amildir. Şərh olunanlara və Azərbaycan Respublikası Konstitusiyasının 24 (İİİ), 80; “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 62-67, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2, 128-133, 135.3, 135.5, 263, 264, 357, 360-366, 402-406-cı maddələrinə əsasən məhkəmə kollegiyası q ə r a r a a l d ı: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-389/2020 saylı işi üzrə xx.xx.2020-ci il tarixli qərardadından Cavabdeh tərəfindən verilmiş apellyasiya qeyrimümkün hesab edilsin və mülki iş Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına yazılı formada kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-8194/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-8194/2020
22.10.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver