Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8207/2020 19.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tofiq Səməd oğlu Səmədovun sədrliyi və məruzəsi ilə, İkram Sabir oğlu Şirinov və Anar Vəzir oğlu Tanrıverdiyevdən ibarət tərkibdə, Əliyeva Aytən Rafyel qızının katibliyi, Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “qızıl-zinət əşyalarının başqasının qanunsuz sahibliyindən alınması” tələbinə dair mülki iş üzrə Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 2(001)-1633/2020 saylı xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “qızıl-zinət əşyalarının başqasının qanunsuz sahibliyindən alınması” tələbinə dair iddiаsı təmin edilməmişdir. İş materiallarından görünür ki, İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qanunsuz sahibliyindən yuxarıda sadalanan(1 ədəd 585 əyarlı qızıl nişan üzüyü-5 qram 300 manat, 1 ədəd 750 əyarlı 5 ədəd brilyant qaşlı (1,5 karat) toy üzüyü-7,x xxxx 2500 manat, 1 ədəd qızıl saat (dəri kəmər ilə) 4000 manat, 1 ədəd 585 əyarlı “kardinal” formalı qızıl boyunbağı (kişi üçün)-xx xxxx 1800 manat və 1 ədəd 585 əyarlı “kardinal” formalı qızıl qolbağı (kişi üçün)-xx xxxx 1800 manat) və həqiqətdə ona məxsus olan qızıl-zinət əşyalarının tam şəkildə və xəsarətsiz olaraq birdəfəlik alınması və ya ümumi məbləğinin-10400 manat pulun və məhkəməyə ödənilmiş 30 manat dövlət rüsumunun ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, uzun illər onun atası Cavabdeh1 və anası Cavabdeh2 ilə ünvan 1 ünvanda yaşamışlar. X2 ilə ailə qurduqdan sonra da o, ünvan 2 ünvana gəlin gəlib və həmin vaxtdan iyul 2016-cı il tarixdən yanvar 2017-ci il tarixinədək orada onlarla yaşamışdır. 2017-ci ilin yanvarında onunla ata-anasının hələ də səbəbləri ona məlum olmayan aqressiyası yaranmış, onu və ailəsini ünvan 1 ünvandakı mənzildən zorakılıq tətbiq edərək çıxarmışdır. Həmin gündən bugünəcən o, ailəsi ilə birlikdə ünvan 3 ünvanda kirayədə qalır. Atası və anası onu və ailəsini evdən çıxararkən ona məxsus olan bütün qızıl-zinət əşyalarını götürmüşdür və bugünəcən qanunsuz olaraq özlərində saxlamaqdadırlar. Dəfələrlə onlara həmin əşyaların qaytarılması ilə bağlı müraciət etsə də, onlar onunla olan ədavətlərinin ucbatından ona məxsus qiymətli əşyaları özlərində saxlayırlar və könüllü olaraq qaytarmaqdan imtina edirlər. Həmin qiymətli əşyalara aşağıdakılar aiddir: 1 ədəd 585 əyarlı qızıl nişan üzüyü-5 qram 300 manat, 1 ədəd 750 əyarlı 5 ədəd brilyant qaşlı (1,5 karat) toy üzüyü-7,x xxxx 2500 manat, 1 ədəd qızıl saat (dəri kəmər ilə) 4000 manat, 1 ədəd 585 əyarlı “kardinal” formalı qızıl boyunbağı (kişi üçün)-xx xxxx 1800 manat və 1 ədəd 585 əyarlı “kardinal” formalı qızıl qolbağı (kişi üçün)-xx xxxx 1800 manat. Adı çəkilən qızıl-zinət əşyaları həqiqətdə ona məxsusdur və onların qanuni mülkiyyətçisi odur. Bunu müxtəlif vaxtlarda çəkilmiş fotoşəkillər sübut edir. Qeyd olunanları nəzərə alıb, iddia tələbnin təmin olunmasını xahiş etmişdir. İşə baxan birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi təmin edilməmişdir. İddiaçı Qasımov X5 rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, iddia ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını kollegiyadan xahiş etmişdir. Apellyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən işdə olan sübutlara obyektiv qiymət verilməməsini, işə birtərəfli baxılmasını, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların araşdırılmaması və digər əsasları göstərməklə, apellyasiya şikayətinin təmin olunması xahiş edilmişdir. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə İddiaçı kollegiyanın iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən Kollegiya işə gəlməyən iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. İşə apellyasiya qaydasında baxan Kollegiya apellyasiya şikayətinin dəlillərini müzakirə edib, şikayətlə razılaşmayaraq rədd olunmaasını xahiş edən cavabdehləri dinləyib, işdə olan sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin olunmamalı, Binəqədi rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsində şahid qismində ifadə vermiş X6 qızı ifadəsində bildirmişdir ki, Eminin ana, atası, Nərminəni tanıyır. Ailəvi dostluqları vardır. O, 2016-cı ilin əvvəlindən, həyat yoldaşı isə 10 il əvvəldən tanıyıb. Zaksdan əvvəl, zaks vaxtı və zaksdan sonra qızılları həmişə Emində görmüşdür. Eminin üstündə həmişə olmuşdur. Ya qolbağı, ya da saatı taxırdı. O, toyda olmamışdır. Nikah günü və əvvəl olmuşdur. Nərminənin qaynatası Emin və o, toya hazırlıqda o qızılları görmüşdür. Hədiyyə olunan zaman görməmişir. Ancaq üstündə istifadə etdiyi vaxt görmüşdür. Toyda hədiyyə zamanı o görməmişdir. O, zaks günü olmuşdur. Yalnız üstündə gəzdirəndə görmüşdür. Birinci instansiya məhkəməsində şahid qismində ifadə vermiş X4 ifadəsində bildirmişdir ki, dəfələrlə Eminin üzərində qızılları görmüşdür. Nərmini 10 ildir ki, tanıyır. Uşağın ad günündə, tədbirlərdə görmüşdür. Qızıllar Eminindir. Hansısa tədbirdə həmin qızılların hədiyyə olunduğunu görməmişdir. Toydan sonra 2017-ci ildə Emin artıq tək yaşayırdı. O, toyda iştirak etməmiş, gəlini qapıdan təbrik edib getmişdir, həmin vaxt iddiaçının barmağında üzüyü görmüşdür. Bundan başqa onun uşağının ad günündə iddiaçı da iştirak etmiş və üzərində həmin üzük və mübahisə predmeti olan boyunbağını görmüşdür. Saatı da başqa vaxt iddiaçının taxdığının şahidi olmuşdur. İddiaçıdan bu formada boyunbağını nə əcəb taxdığını soruşduqda iddiaçı atasının ona hədiyyə etdiyini bildirmişdir. Birinci instansiya məhkəməsində şahid qismində ifadə vermiş X1 ifadəsində bildirmişdir ki, o, Sahibin qardaşıdır. O, həmişə qızılları qardaşının əlində görmüşdür. Qardaşı ondan 4-5 il qabaq 300 manat borc istəmiş və bildirmişdir ki, oğlu ondan icazəsiz olaraq qızılları lombardda girov qoymuşdur. Özünə demişdir ki, o nə oğuldur ki, icazəsiz qızılları lombarda qoyur. Qızıllar həmişə toyda qardaşında olmuşdur. Oğlu lombarda nə qədər qızıl qoymuşdur bilmir. Qızılları Eminin üzərində görməmişdir. Emini axırıncı dəfə toyunda görmüşdür. Və orada qızılları görməmişdir. İşin birinci instansiya məhkəməsi və kollegiya tərəfindən müəyyən olunmuş hallarından görünür ki, iddiaçı cavabdehlərin oğludur. İddiaçı 2017-ci il tarixədək valideynləri ilə birlikdə ünvan 1 ünvanda yaşamışdır. İddiaçı 2017-ci ildə X2 ilə ailə həyatı qurmuşdur və onlar həmin evdə birlikdə yaşamışlar, sonradan ailə münaqişəsi zəminində iddiaçı ailəsi ilə birlikdə həmin evdən çıxmışdır. Mübahisə predmetini təşkil edən qızıl-zinət əşyaları Cavabdeh1 tərəfindən əldə edilmişdir (alınmışdır). Həmin əşyalar hal-hazırda cavabdehlərin faktiki sahibliyindədir. İddiaçı müxtəlif vaxtlarda, dəfələrlə həmin əşyalardan istifadə etmişdir. İşin mübahisələndirilən halı mübahisə predmetini təşkil edən əşyaların kimin mülkiyyətində olmasının, yəni həmin əşyaların Cavabdeh1 tərəfindən İddiaçı hədiyyə edilib-edilməməsinin müəyyən edilməsindən ibarətdir. Məhkəmə kollegiyası qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Mülki Məcəllənin 157.2-ci maddəsinin tələbinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Bu normadan da göründüyü kimi iddianın təmin olunması üçün 3 hal sübut olunmalıdır: 1) əşyaların mövcud olması; 2) əşyaların iddiaçıya məxsus olması; 3) əşyaların cavabdehin sahibliyində olması. Məhkəmə iddianın əsaslı olub-olmaması ilə bağlı vurğulayır ki, yuxarıda göstərilən normanın 2 dispozitiv şərti işin mübahisələndirilməyən halıdır. Belə ki, cavabdehlər həm işə birinci instansiya məhkəməsində baxılarkən məhkəmə iclasında, eləcə də kollegiyanın iclasında mübahisə predmetini təşkil edən 5 növ qızıl-zinət əşyalarını məhkəmənin müayinəsi təqdim etməklə onlarda olduğunu bildirmişlər və dolayısı ilə etiraf etmişlər. İşin mübahisələndilən halı isə əşyanın iddiaçıya məxsus olub-olmamasıdır. Mülki Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 666.1-ci maddəsinə əsasən bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Göründüyü kimi, iddiaçı həmin əşyaların ona məxsus olduğu barədə məhkəməyə mötəbər sübutlar təqdim edə bilməmiş, həm iddiaçı, həm də cavabdeh tərəfindən dəvət edilmiş şahidlər də əşyaların iddiaçıya hədiyyə olunduğunu təsdiq etməmişlər. İddiaçının həmin əşyalardan mütəmadi olaraq istifadə etməsi onsuz da işin mübahisələndirilməyən halıdır. Bununla bağlı cavabdehlər də etiraf etmişlər ki, iddiaçının onların oğlu olduğuna görə əşyaların oğlu tərəfindən istifadə edilməsində etirazları olmamışdır. Mülki iş materiallarına əlavə edilmiş fotoşəkillərdən də görünür ki, həmin əşyalara Cavabdeh1 cavan yaşında da sahiblik etmiş, hətta oğlunun(iddiaçının) təqribən 8-12 yaşlarda olduğu dövrlərdə də çəkilmiş fotoşəkillərdə də mübahisəli əşyalar Cavabdeh1 istifadəsində olmuşdur. Sübutetmə yükünün bölgüsü baxımından iddiaçı mübahisə predmetini təşkil edən əşyaların onun mülkiyyətində olduğunu və ya mülkiyyət hüququnun ona keçdiyini sübut etməli olduğu halda, iddiaçı bu halı təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. İddiaçı hal-hazırda hazırkı iddia tələblərinin təmin olunması üçün əsaslar olmadığından, iddiaçının iddia tələbini əsaslandıra və bununla bağlı məhkəməyə hər hansı sübutlar təqdim edə bilmədiyiyindən, iddia ərizəsini təmin etməməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 393, 405-ci maddələrini rəhbər tutaraq, kollegiya qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə şikayət verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-8207/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8207/2020
19.11.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver