Məhkəmə qərarları › İş №2(103)-823/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-823/2020

07.01.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-823/2020 07.01.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Hüseynov Abiddin Qabil oğlunun sədrliyi və məruzəsi ilə, İmanov Azad Nizam oğlundan və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Səfərli Xədicə Əlicabbar qızının katibliyi ilə, iddiaçının vəkili Elşən Yəhyəzadənin, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5912/2019 saylı iş üzrə xx xxxxxxx 2019-cu il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İşin mübahisəsiz halları ondan ibarətdir ki, İddiaçı (bundan sonra – iddiaçı) ilə Cavabdeh (bundan sonra – cavabdeh) arasında xx.xx.1996-cı il tarixdə rəsmi nikah bağlanmışdır, tərəflərin birgə nikahlarından xx.xx.1997-ci il təvəllüdlü Əli, xx.xx.2001-ci il təvəllüdlü İsmayıl, xx.xx.2009-cu il təvəllüdlü Qaim adlı övladları dünyaya gəlmişdir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə tərəflər arasında nikah pozulmuş, Qaim Fətəliyev ananın himayəsində saxlanılmışdır. Əli Fətəliyev epilepsiya xəstəliyi nəticəsində psixi xəstəlikdən əziyyət çəkir, ömürlük birinci qrup əlildir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə, o, fəaliyyət qabiliyyəti olmayan hesab edilmişdir. Baxılan iş üzrə iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Qaim Fətəliyevin yetkinlik yaşına çatanadək saxlanması üçün sabit pul məbləğində 1250 manat və birinci qrip əlil övladına baxması ilə əlaqədar özü üçün 500 manat alimentin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehdən uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay sabit pul məbləğində 160 manat və iddiaçının özü üçün 100 manat alimentin cavabdehdən tutulması qət edilmiş, iddia qalan hissədə təmin olunmamışdır. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iş üzrə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birgə nikahdan doğulmuş uşaqları olan Əli 1-ci qrup əlildir, ona və yetkinlik yaşına çatmayan Qaimə qulluq etdiyi üçün işləmir. Cavabdeh minik avtomobillərinin təmiri, yuyulması və servis xidmətləri sahəsində fərdi biznes fəaliyyəti ilə məşğuldur. Aylıq gəliri 5000 manat təşkil edir. Cavabdeh ikinci dəfə nikaha daxil olub və yeni yaşayış evi alıb. Cavabdeh Bankdan müntəzəm yüksək məbləğdə kreditlər götürüb və ödəyir. Cavabdeh “xxxxxxxxx” MMC-nin təsisçisi, həmçinin direktorudur. Apellyasiya baxışı zamanı iddiaçının vəkili şikayətin məzmununa uyğun izahat verərək təmin olunmasını xahiş etdi. Cavabdeh şikayətə etiraz edərək bildirdi ki, nikahdan əvvəl “xxxxxxxxxx” QSC-də krediti olub, onu da ödəyib. Avtoservis atasına məxsusdur, özü orada sadəcə işçidir və 300 manat əmək haqqı alır. Avtoservisdə müdir işləyir. Atasının 70-dən artıq yaşı var. İddiaçı 5000 manat qazancının olmasına dair heç bir sübut təqdim etməyib. Cavabdeh şikayətin təmin olunmamasını xahiş etdi. Məhkəmə kollegiyası proses iştirakçılarını dinləyib, аpеllyаsiyа şikаyətinin dəlillərini və iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, аpеllyаsiyа şikаyəti qismən təmin edilməlidir. İlk növbədə nəzərə alınmalıdır ki, baxılan iş üzrə apellyasiya baxışının hədlərini qətnamənin iddianın təmin olunmamış hissəsinin qanuniliyinin və əsaslığının yoxlanılması təşkil edir. Çünki iş üzrə çıxarılmış qətnaməni cavabdeh mübahisələndirməmiş, iddiaçı isə qətnamənin məhz həmin hissədə ləğv olunmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1, 85.1.2-ci maddələrini, habelə "Azərbaycan Respublikası 2019-cu il üçün yaşayış minimumu haqqında" Azərbaycan Respublikasının Qanununu işin müəyyən olunmuş hallarına tətbiq etməklə uşağın saxlanması üçün 160 manat, iddiaçının saxlanması üçün 100 manat alimentin cavabdehdən tutulmasını qət etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi azyaşlı uşaq üçün və birgə nikahdan doğulmuş əlil övladlarına baxdığı üçün iddiaçının özünə alimenti tutmaqla mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Lakin Kollegiya uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün müəyyən edilən alimentin məbləği barədə məhkəmənin gəldiyi nəticə ilə razılaşmır. Belə ki, iş materiallarında olan cavabdehin özü tərəfindən hüquqi şəxsin direktoru qismində imzalanmış xx.xx.2019-cu il tarixli arayışdan göründüyü kimi cavabdeh “xxxxxxxxx” MMC-də direktor işləyir və aylıq əmək haqqı 300 manatdır. Cavabdeh apellyasiya baxışı zamanı da avtoservisdə direktor işlədiyini etiraf etmiş, lakin həmin müəssisənin yaşlı atasına məxsus olduğunu və orada 300 manat əmək haqqı aldığını bildirmişdir. Məhkəmə kollegiyası hesab edir ki, göstərilən hallar cavabdehin özünün imzaladığı (bildirdiyi) sənəd (məlumat) əsasında onun gəlirinin yalnız 300 manatdan ibarət olduğu barədə qənaətə gəlmək üçün kifayət deyil. Əksinə cavabdehin atasına məxsus avtoservisdə müdir işləməsi onun daha artıq gəlirə malik olması və uşağı üçün daha artıq aliment ödəmək iqtidarında olması barədə nəticəyə gəlmək üçün yetərlidir. Ona görə də cavabdehdən iddiaçının xeyrinə azyaşlı uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün 250 manat aliment tutulmalıdır. Eyni zamanda Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi tərəflərin 18 yaşından yuxarı İ qrup əlil olan ümumi övladlarına qulluq edən iddiaçı üçün cavabdehdən tutulmalı olan alimentin məbləğini 100 manat müəyyən etməklə qanuni və əsaslı nəticəyə gəlmişdir, qətnamənin həmin hissədə dəyişdirilməsi üçün əsas yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5912/2019 saylı iş üzrə xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün alimentin tutulması hissəsində dəyişdirilsin. Cavabdeh xx.xx.2009-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay sabit pul məbləğində 250 manat aliment tutularaq İddiaçı ödənilsin. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim imza: Abiddin Hüseynov Hakimlər imzalar: Azad İmanov Vahid Sadıqov Əsli ilə düzdür: Hakim Abiddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar