Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-8248/2022 26.12.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X1 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Əsgərov Qürbət Ağa oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Nizamlı Aygün Ülviyyət qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı «aliment» tələbinə dair Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-3315/2022 saylı işi üzrə xx.xx.2022-ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında yazılı icraat qaydasında baxaraq müəyyənetdi: İddiaçı faktiki olaraq himayəsində olan xx.xx.2017-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər ay 193 manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi barədə iddia ərizəsi, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-3315/2022 saylı işi üzrə xx.xx.2022-ci il tarixli qərardadı ilə iddianın yolverilməzliyinə görə qəbul edilməkdən imtina edilməsi qərara alınmışdır. Qərardadda Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.4-ci maddəsinə istinadən qeyd edilmişdir ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1712/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddiaçı X2 cavabdeh İddiaçı qarşı nikahın pozulması, uşağın himayəyə verilməsi və aliment tələbinə dair iddiası təmin edilərək, İddiaçı ilə Cavabdeh arasında 29 dekabr 2015-ci il tarixdə Bakı şəhəri Qaradağ Rayon Qeydiyyat Şöbəsində 655 saylı akt qeydi ilə bağlanmış nikahın pozulması, xx.xx.2017-ci il təvəllüdlü X4 iddaçı Cavabdeh Rasim qızının yanında və himayəsində saxlanılması, xx.xx.2017-ci il təvəllüdlü X4 cavabdeh atası İddiaçı alınaraq iddiaçı anası Cavabdeh Rasim qızının himayəsinə verilməsi, cavabdeh İddiaçı xx.xx.2017-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay bir uşaq üçün 193 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçı Cavabdeh xeyrinə ödənilməsi qət edilmişdir. Qeyd olunmuş qətnamədən cavabdeh İddiaçı tərəfindən apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-7146/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1712/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə apellyasiya qaydasında baxılması mümkün hesab edilmiş, apellyasiya şikayətinə baxılması 15 noyabr 2022-ci il tarixə saat 10:50-ə təyin edilmişdir. Göründüyü kimi, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair başqa məhkəmənin, yəni Bakı Apellyasiya Məhkəməsinin icraatında iş olduğundan mövcud iddia ərizəsi iddianın yolverilməzliyinə görə qəbul edilməkdən imtina olunmalıdır. İddiaçı apellyasiya şikayəti verərək Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadının qanunsuz hesab edilərək ləğv edilməsi və aliment tələbi ilə bağlı idda ərizınin icraata qəbul edilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayətdə Ailə Məcəlləsinin 78.1, Mülki Prosessual Məcəlləsinin 151-ci maddələrinə istinadən qeyd edilmişdir ki, Bakı Apelyasiya Məhkəməsinin icraatında olan mülki iş alimentin tutulması ilə bağlı deyil həmin mülki iş nikahın pozulması və nikah pozulduqdan sonra uşağın ananın himayəsinə verilməsi ilə bağlıdır. Lakin onun hazırkı iddia ərizəsi faktiki olaraq himayəsində olan yetkinlik yaşına çatmamış uşağın saxlanılması üçün sabit gəlirə malik cavabdehdən alimentin tutulması ilə bağlıdır. Buna görə də, onun iddia ərizəsi icraata qəbul edilməli və Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)- 1712/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsində uşağın saxlanılması üçün nəzərdə tutulmuş alimentin uşaq faktiki olaraq ananın himayəsinə verildiyi gündən hesablanmalı olduğu nəzərə alınaraq onun iddia ərizəsi əsaslı olaraq təmin edilməlidir.Hazırkı vəziyyətdə onun uşağının saxlanılması üçün nəzərdə tutulan alimentin saxlanılması ilə bağlı aliment tələbinə dair iddia ərizəsinin məhkəmə tərəfindən icraata qəbul edilməsindən imtina edilməsi ilk olaraq onun himayəsində olan uşağının qanunla qorunan mənafeyinə ziddir. Məhkəmə qeyd olunan qərardadı qəbul edərkən faktiki olaraq onun himayəsində olan xx.xx.2017-ci il təvəllüdlü X4 qanunla qorunan mənafeyini nəzərə almamış və nəticə etibarı ilə uşaq haqqında Azərbaycan Respublikası qanunvericiliyinin və beynəlxalq konvensiyalarının tələblərini kobud surətdə pozmuşdur. Məhkəmə işin faktiki hallarını nəzərə almaqdan qərəzli olaraq imtina etmiş, həmin hissədə qanunun normasını düzgün təfsir etməyərək tətbiq etmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-3315/2022 saylı işi üzrə xx.xx.2022-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və şikayət mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Mülki Prosesual Məcəllənin 10.8-1 və 397.2-ci maddəsinə istinadən işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.4-cü maddəsinə əsasən: eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair başqa məhkəmənin icraatında iş olarsa iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edilir. Məhkəmə kollegiyası, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 2, 8, 9, 149-153, 387.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab etmir. Formal baxımdan tələbin mahiyyəti üzrə əsassız olaraq baxılmaması tərəflərin (uşaq, valideyn) hüquqlarının pozuntusuna, habelə hüquqdan (dispozitiv imkandan və diskression səlahiyyətlərdən) suiistifadəyə şərait yaradır. Qeyd edilən xüsusatlar baxımından iddianın mümkünlüyü birinci instansiya məhkəməsində yenidən (zərurət yarandığı təqdirdə çəkişmə şəraitində) müzakirə edilməlidir. Belə ki, digər mülki iş nikahın pozulması, nikah pozulduqdan sonra uşağın ananın himayəsinə verilməsi və anaya verilməli alimentin uşağın faktiki olaraq ananın himayəsinə verildiyi gündən hesablanmalı olması ilə əlaqədardır. Münasibətlərin dəyişkən olduğu vəziyyətdə uşağının saxlanılması üçün nəzərdə tutulan alimentin saxlanılması ilə bağlı aliment tələbinə dair iddia ərizəsinin məhkəmə tərəfindən icraata qəbul edilməsindən imtina edilməsi uşağın qanunla qorunan mənafeyinə ziddir. Münasibətlərdə dəyişən vəziyyət isə digər qətnamənin icrası ilə, yəni uşağın anaya getməyərək faktiki atada qalması ilə ola bilər. Hazırki iddianın tərəfləri eyni və predmet bənzər olsa da əsaslar fərqlidir. Burada əsas digər məhkəmə aktının icra edilməməsi səbəbindən uşağın təminatının müəyyən edilməməsindən ibarət ola bilər və digər məhkəmə qərarının icrasınadək uşağın faktiki atada qalması uşağın rifahının və təminatının azalmasına xidmət etmiş ola bilər ki, bu xüsusatlar da ümumilikdə mülki icraat qaydasında araşdırma predmetidir. Göründüyü kimi, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.4cü maddəsi birinci instansiya məhkəməsi tərəfindən düzgün təfsir edilməmiş və tətbiqində uyğunsuzluğa yol verilmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263, 398, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, q ə r a r a a l d ı: İddiaçı şikayəti qismən təmin edilsin. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)- 3315/2022 saylı işi üzrə xx.xx.2022-ci il tarixli qərardadı ləğv edilsin. İddia ərizəsinin mümkünlük məsələsinə baxılması üçün mülki iş Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə göndərilsin.
Məhkəmə qərarları › İş №2(103)-8248/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-8248/2022
26.12.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver