Məhkəmə qərarları › İş №2(103)-8269/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-8269/2021

10.08.2021 · Müqavilələrin ləğv edilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-8269/2021 10.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X1, Cavadehin nümayəndəsi və vəkili X2 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Cavabdeh qarşı “alğı-satqı müqaviləsinin ləğv edilməsi və müqavilə üzrə alınmış əmlakın geri qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3274/2020 saylı, 24 iyun 2021-ci il tarixli qərardadından iş üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, Əmlak Məsələləri Dövlət Komitəsi ilə Cavabdeh arasında bağlanmış, ünvan 1 ünvanında yerləşən, sahəsi 149.4 kv.m olan qeyri-yaşayış sahəsinin alğısatqısına dair 02.03.2017-ci il tarixli, 6521 nömrəli müqavilənin ləğv edilməsi, həmin qeyriyaşayış sahəsinin boşaldılaraq Əmlak Məsələləri Dövlət Komitəsinə təhvil verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması və müqavilə üzrə cavabdeh tərəfindən ödənilmiş 26500 manat məbləğində vəsaitin satıcıya vurulmuş zərərin əvəzi kimi qəbul edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasmal Rayon Məhkəməsinin 2(004)-3274/2020 saylı, 26 oktyabr 2020ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Əmlak Məsələləri Dövlət Komitəsi ilə Cavabdeh arasında bağlanmış ünvan 2 ünvanında yerləşən, sahəsi 149.4 kv.m olan qeyriyaşayış sahəsinin alğı-satqısına dair 02.03.2017-ci il tarixli, 6521 nömrəli müqavılə ləğv edilmiş, ünvan 2 ünvanında yerləşən, sahəsi 149.4 kv.m olan qeyri-yaşayış sahəsinin boşaldılaraq Əmlak Məsələləri Dövlət Xidmətinə təhvil verilməsi vəzifəsi Cavabdeh üzərinə qoyulmuş, iddia qalan hissədə rədd edilmişdir. Qeyd olunan qətnamədən narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3274/2020 saylı, 24 iyun 2021-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti geri qaytarılmışdır. Qeyd olunan qərardaddan narazı qalan cavadehin nümayəndəsi və vəkili X4 şikayətlə müraciət edərək, qərardadın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsində cavabdehin nümayəndəsi və vəkili kimi qeydiyyatdan keçən və prosesin digər iştirakçısı olan Nümayəndə2 şəxsi kabinetində məhkəmə sənədlərinin yerləşdirilməsi, həmin sənədlərin işdə iştirak edən şəxslərə rəsmi qaydada verilməsi hesab edilə bilməz. Belə ki, yuxarıda da qeyd etdiyi kimi vəkil və yaxud nümayəndə həmin maddədə nəzərdə tutulan işdə iştirak edən subyekt deyil, prosesin digər iştirakçısıdır. Həmçinin MPM-nin 134.1-ci maddəsində məhkəmə sənədlərinin işdə iştirak edən şəxslərə çatıdırılması vəzifəsinin məhkəməyə aid olduğu aşkar şəkildə qeyd olmuşdur. Qanunvericilik prosesin digər iştirakçısı olan vəkilin üzərinə belə hir vəzifə qoymadığı halda, isə baxan məhkəmə qanunvericiliyin müddəalarından kənara çıxmaqla vəkilin üzərinə belə bir vəzifə qoymağa çalışmışdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3274/2020 saylı, 23 iyul 2021-ci il tarixli qərardadı şikayət təmin edilməmiş və baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavadehin nümayəndəsi və vəkili X4 apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada xəbərdar edilmiş digər tərəf məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Kollegiya şikayətə gəlməyən digər tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayəti nəzərədən keçirərək hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, məhkəmə kollegiyası tərəfindən aparılmış araşdırma nəticəsində müəyyən edilmişdir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3274/2020 saylı qətnaməsi 26 oktyabr 2020-ci il tarixdə cavadehin nümayəndəsi və vəkili X2 iştirakı ilə elan edilmişdir. Birinci instansiya məhkəməsində araşdırma aparılan zaman cavadehin nümayəndəsi və vəkili X4 məhkəmə iclaslarında iştirak etmiş və öz prosessual hüquqlarından istifadə etmişdir. Həmin qətnamə “Elektron məhkəmə” İnformasiya Sistemində cavadehin nümayəndəsi və vəkili X2 şəxsi kabinetinə 18.11.2020-ci il tarixdə yüklənmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, X4 cavadehin nümayəndəsi və vəkili olaraq, qətnamədən məlumatlı olmuşdur. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razlaşaraq, hesab edir ki, apellyasiya şikayəti geri qaytarılarkən düzgün nəticəyə gəlmişdir. Kollegiya şikayətin dəlilləri ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 10-1.4-cü maddəsinə əsasən, “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə həyata keçirilə bilər. Həmin məcəllənin 135.5-ci maddəsinə əsasən, Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Həmin məcəllənin 135.6-cı maddəsinə əsasə, “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. Həmin məcəllənin 216.5-ci maddəsinə əsasən, “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə qətnamənin elan edilmiş nəticə hissəsi barədə məlumat həmin gün hakimin elektron imzası ilə təsdiq edilməklə “Elektron məhkəmə” informasiya sistemində yerləşdirilir. Həmin məcəllənin 227.4-cü maddəsinə əsasən, “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə hakim qətnaməni tərtib etdikdən sonra onu elektron imzası ilə təsdiq etməklə 3 (üç) gün ərzində işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetlərində yerləşdirilməsini təmin edir. İş materiallarından göründüyü kimi, qətnamə “Elektron məhkəmə” İnformasiya Sistemində cavadehin nümayəndəsi və vəkili X2 şəxsi kabinetinə 18.11.2020-ci il tarixdə yükləndiyindən, qətnamə həmin tarixdən rəsmi qaydada verilmiş hesab edilir. Mülki Prosessual Məcəllənin 129.1-ci maddəsinə əsasən illərlə hesablanan müddət, müddətin son ilinin müvafiq ayında və günündə qurtarır. Aylarla hesablanan müddət, müddətin müvafiq son ayında və günündə qurtarır. Aylarla hesablanan müddətin sonu müvafiq günü olmayan aya düşərsə, müddət həmin ayın son günündə qurtarır. Mülki Prosessual Məcəllənin 129.3-cü maddəsinə əsasən edilməsi üçün müddət müəyyən olunmuş prosessual hərəkət, müddətin son günü saat iyirmi dördə qədər yerinə yetirilə bilər. Apellyasiya və kassasiya şikayətləri, digər sənədlər və ya pul məbləğləri müddətin son günü saat iyirmi dördə qədər rabitə orqanlarına verilərsə, müddət ötürülməmiş hesab olunur. Mülki Prosessual Məcəllənin 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Mülki Prosessual Məcəllənin 130.3-cü maddəsinə əsasən prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Göründüyü kimi cavabdeh tərəfindən şikayət verilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş prosessual müddət ötürüldüyündən birinci instansiya məhkəməsi şikayəti geri qaytarmaqla düzgün nəticəyə gəlmişdir. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, iddiaçının şikayəti təmin edilməməli və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 3274/2020 saylı, 24 iyun 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 402, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavadehin nümayəndəsi və vəkili X4 tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3274/2020 saylı, 24 iyun 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya qaydasında şikayət verilə bilməz. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar