Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-8276/2021 02.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi ilə İddiaçı X6 cavabdehlər X3 və Abbaszadə Cavada qarşı “mülkiyyətində olan avtomobilin cavbadehlərdən alınıb iddiaçıya verilməsi” tələbinə dair ilkin iddia ərizəsi və qarşılıqlı iddia üzrə iddiaçı Abbaszadə X2 və üçüncü şəxslər X1 və Cavabdeh qarşı pul tələbinə barədə qarşlılıqlı iddia ərizəsi dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4571/2018 saylı, 14 dekabr 2018-ci il tarixli qətnaməsindən iddiaçı X10 tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4571/2018 saylı, 14 dekabr 2018-ci il tarixli qətnaməsi ilə ilkin iddia tələbi qismən - iddiaçı X6 mülkiyyətində olan “Qreat Vvall haval H5” markalı, 99EU 492 dövlət nömrə nişanlı avtomobilin cavabdehlər Cavabdeh və Abbaszadə Cavaddan alınaraq iddiaçıya qaytarılması hissəsində təmin edilmiş, qarşılıqlı iddia tələbi də qismən - X5 avtomobil üçün ödədiyi 7000 (yeddi min) manat vəsaitin tutularaq Cavad Abbaszadəyə ödənilməsi hissəsində təmin edilmişdir. Həmin qətnamədən iddiaçı X10 apellyasiya şikayəti vermişdir. Lakin iş materiallarından görünür ki, iddiaçı X10 apellyasiya şikayətinə dövlət rüsumunun ödənilməsini və ya onun qanunvericiliyə müvafiq olaraq dövlət rüsumu ödəməkdən azad edilməsini təsdiq edən sənəd əlavə etməmişdir. Belə olan halda kollegiya hesab edir ki, apellyasiya şikayətinə lazımi qaydada dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə edilmədiyindən, işə apellyasiya qaydasında baxılması qeyri-mümkündür. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.4-cü və 8.4.1-ci maddələrinə əsasən, apellyasiya və kassasiya şikayətlərindən, birinci instansiya məhkəməsinə müraciət edilərkən bu qanunun 8.1-ci maddəsi ilə müəyyən edilmiş dövlət rüsumunun 50 faizi məbləğində dövlət rüsumu tutulur. Göründüyü kimi iddiaçı X10 qətnamədən apellyasiya şikayəti verərkən dövlət rüsumu ödəməli olduğu halda, ödəməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 363.1.2-ci maddəsinə görə apellyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər əlavə olunmamışdırsa, qanunla dövlət rüsumunun ödənilməsinə möhlət verilməsi, hissə-hissə ödənilməsi və ya onun məbləğinin azaldılması imkanı nəzərdə tutulmuşdursa, bu barədə vəsatət olmadıqda və ya vəsatət rədd edilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Lakin birinci instansiya məhkəməsi apellyasiya şikayətini qaytarmamış, onu mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir. Apellyasiya şikayətinə müəyyən edilmiş məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə olunmadığından apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366.2-ci maddəsinə görə, əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa o, qəbul olunmamış hesab edilə bilər. Odur ki, verilmiş apellyasiya qeyri-mümkün hesab edilməli və şikayət mülki işlə birlikdə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366-cı maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: İddiaçı X6 cavabdehlər X3 və Abbaszadə Cavada qarşı “mülkiyyətində olan avtomobilin cavbadehlərdən alınıb iddiaçıya verilməsi” tələbinə dair ilkin iddia ərizəsi və qarşılıqlı iddia üzrə iddiaçı Abbaszadə X2 və üçüncü şəxslər X1 və Cavabdeh qarşı pul tələbinə barədə qarşlılıqlı iddia ərizəsi dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4571/2018 saylı, 14 dekabr 2018-ci il tarixli qətnaməsindən iddiaçı X10 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilsin və apellyasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Məmməd Məmmədov Rəşad Həsənov
Məhkəmə qərarları › İş №2(103)-8276/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-8276/2021
02.08.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver