Məhkəmə qərarları › İş №2(103)-8277/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8277/2020

24.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8277/2020 24.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Qürbət Ağa oğlu Əsgərovun sədrliyi və məruzəsi ilə, Azad Nizam oğlu İmanov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Məhkəmə iclas katibi Qantural İlqar oğlu Mürsəlzadənin katibliyi ilə, X2, İddiaçı9, İddiaçı3, onların və digər iddiaçıların nümayəndəsi və vəkili Vəkil2, Cavabdeh “Xalq Bank” Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi və vəkili X9 iştirakları ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6, X12, X6, İddiaçı9, İddiaçı10, Əfəndiyeva (Məmmədova) Tahirəxanim Adil qızı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6, X12, X6, İddiaçı9, İddiaçı10, Əfəndiyeva (Məmmədova) Tahirəxanim Adil qızı cavabdehlər “Xalq Bank” Açıq Səhmdar Cəmiyyətinə və Cavabdeh2 firmasına qarşı “ipoteka müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Xalq Bank” Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 firması arasında bağlanmış xx xxxx 2015-ci il tarixli sonrakı ipoteka müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı1 ilə Cavabdeh2 Firması arasında xx xxxxx 2012-ci il tarixli Ə-E/30/04/12 nömrəli müqavilə bağlanmışdır. İddiaçı2 Sübhi oğlu ilə Cavabdeh2 Firması arasında x xxx 2009-cu il tarixli M-l- 01/09 nömrəli inşaata kapital qoyulmasına dair investisiya haqqında müqavilə bağlanmışdır. İddiaçı3 ilə Cavabdeh2 Firması arasında xx xxxx 2009-cu il tarixli müqavilə bağlanmışdır. İddiaçı4 ilə Cavabdeh2 Firması arasında xx xxxx 2009-cu il tarixli M-QS 03/09 nömrəli alqı-satqı, investisiya müqaviləsi, xx xxxxxx 2010-cu il tarixli S-M/01-02 nömrəli 2 (iki) müqavilə, xx xxx 2010-cu il tarixli M-İ-01/09 nömrəli inşaata kapital qoyulmasına dair investisiya haqqında müqavilə bağlanmışdır. İddiaçı5 ilə Cavabdeh2 Firması arasında xx xxxx 2009-cu il tarixli M-HA 07/09 nömrəli alqı-satqı, investisiya müqaviləsi bağlanmışdır. İddiaçı6 ilə Cavabdeh2 Firması arasında xx xxxxxxxx 2009-cu il tarixli M-ZƏ/2-09 nömrəli müqavilə bağlanmışdır. İddiaçı7 ilə Cavabdeh2 Firması arasında xx xxxxxx 2009-cu il tarixli MK Z/26-11 nömrəli müqavilə və həmin müqaviləyə xx xxx 2013-cü il tarixli əlavə bağlanmışdır. İddiaçı8 ilə cavabdeh “xxxxxxx” Firması arasında xx xxxxxxx 2012-ci il tarixli müqavilə bağlanmışdır. İddiaçı9 ilə Cavabdeh2 Firması arasında xx xxxx 2012-ci il tarixli M-M A/05-12 nömrəli müqavilə bağlanmışdır. İddiaçı10 ilə Cavabdeh2 Firması arasında xx xxxx 2012-ci il tarixli M-M A/05-12 nömrəli müqavilə bağlanmışdır. İddiaçı Əfəndiyeva (Məmmədova) Tahirəxanım Adil qızı ilə Cavabdeh2 Firması arasında xx xxxx 2013-cü il tarixli müqavilə bağlanmışdır. Yuxarıda qeyd olunan müqavilələrə əsasən iddiaçılar ünvan 1 ünvanında yerləşən 5 mərtəbə və zirzəmindən ibarət 16.100,5 kv.metr sahəli olan binada qeyriyaşayış sahələri əldə etmişlər. Daha sonra cavabdeh özünə məxsus Bakı şəhəri, Nərimanov rayonu. Səməd Vurğun küçəsi, 120 ünvanında yerləşən 5 mərtəbə və zirzəmidən ibarət 16.100,5 kv.metr sahəsi olan qeyri-yaşayış binasına dair hüquqların qabaqcadan qeydiyyatı barədə daşınmaz əmlakın dövlət reyestrindən arayış (qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx xxxxxx 2010-cu il) əldə etmişdir. “Xalq Bank” Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 Firması arasında xx xxxxxxx 2013-cü il tarixdə bağlanmış kredit xətti müqaviləsinə əsasən bank borcalana illik 16 faiz ödənilmək şərti ilə 60 ay müddətinə 7.000.000 (yeddi milyon) manat məbləğində kredit vermişdir. Sonradan kredit xətti müqaviləsinə edilmiş əlavələrlə kreditin məbləği artırılaraq 14.000.000 (on dörd milyon) manat məbləğində təşkil etmişdir. xx xxxx 2015-ci il tarixində tərəflər arasında yeni kredit xətti müqaviləsi bağlanmış və kreditin məbləği ABŞ dolları ilə ifadə olunmuşdur. Bu müqaviləyə görə Cavabdeh2 Firması xx xxxxxxx 2018-ci il tarixədək 17.000.000 (on yeddi milyon) ABŞ dolları məbləğini illik 16 faiz olmaqla qaytarmağı öhdəsinə götürmüşdür. Eyni zamanda, Cavabdeh2 Firmasına məxsus Bakı şəhəri, Səməd Vurğun küçəsi, 120 ünvanında yerləşən 0,2704 ha torpaq sahəsinin, onun üzərindəki zirzəmi və beş mərtəbədən ibarət olan, ümumi sahəsi 16.100 kv.metr təşkil edən qeyri-yaşayış binasının ipoteka qoyulması barədə xx xxxxxxx 2013-cü il tarixli, sonradan isə xx xxxx 2015-ci il tarixli sonrakı ipoteka müqavilələri bağlanmışdır. İddiaçı şəxslər hesab edirlər ki, ipoteka müqaviləsi qanunvericiliyin tələblərinə uyğun olmayaraq bağlanmış və bu səbəbdən də etibarsızdır. Belə ki, “Xalq Bank” Açıq Səhmdar Cəmiyyəti tərəfindən kreditlərin verilməsində pozuntulara yol vermişdir. Cavabdehlər “Xalq Bank” Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 Firması arasında xx xxxxxxx 2013-cü il tarixdə bağlanmış kredit müqaviləsinin 1.2-ci maddəsində verilmiş kreditin məqsədi “digər bank qarşısında mövcud olan kredit borcunun tam həcmdə ödənilməsi və tikinti işlərinin tamamlanması” kimi göstərilmişdir. Həmin müqavilə üzrə Cavabdeh2 Firmasına 7.000.000 (yeddi milyon) manat məbləğində kredit verilmişdir. Lakin, qeyd edilən kredit müqaviləsindən iki ildən də az müddət keçdikdən sonra cavabdehlər “Xalq Bank” Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 Firması arasında xx xxxx 2015-ci il tarixdə yeni kredit müqaviləsi bağlanaraq, Cavabdeh2 Firmasına 17.000.000 (on yeddi milyon) ABŞ dolları məbləğində kredit verilmişdir. Həmin kreditin təyinatı kimi isə Bakı şəhəri, Nərimanov rayonu, Səməd Vurğun küçəsi, 120 ünvanında yerləşən “Yasmin” Ticarət və Əyləncə Mərkəzində təmir, tikinti və quraşdırma işlərinin aparılması qeyd edilmişdir. Göründüyü kimi, 2013-cü il tarixdə tikintinin başa çatdırılması məqsədi ilə kredit verilir, üstündən iki ildən az müddət keçdikdən sonra isə həmin kreditdən üç dəfə çox məbləğdə kredit eyni məqsəd ilə Cavabdeh2 Firmasına verilir. Bununla da, həmin tarixdə qüvvədə olan Azərbaycan Respublikası Mərkəzi X15 2008-ci il 18 noyabr tarixli qərarı (34 nömrəli protokol) ilə təsdiq edilmiş və 2008-ci il 10 dekabr tarixli 3426 nömrəli şəhadətnamə verilməklə dövlət qeydiyyatına alınmış “Banklarda kreditlərin verilməsi Qaydaları”nın tələbləri cavabdeh “Xalq Bank” Açıq Səhmdar Cəmiyyəti tərəfindən kobud şəkildə pozulmuşdur. xx xxxxxx 2019-cu ildə Azərbaycan Respublikasının Maliyyə X8 “Banklarda kredit risklərinin idarə edilməsi” Qaydalarını qəbul edib və qaydalar qüvvədən düşmüşdür. Bundan başqa, qaydalara əsasən cavabdeh “Xalq Bank” Açıq Səhmdar Cəmiyyəti Cavabdeh2 Firmasının maliyyə hesabatlarına əsaslanaraq kredit verə bilərdi. Cavabdeh2 Firmasının özünün də bildirdiyi kimi, həmin dövrlərdə maliyyə vəziyyətləri pisləşdiyinə görə, onlarda kredit götürmək zərurəti yaranmışdır. Banklardan kredit götürmək üçün istər fiziki, istərsə də hüquqi şəxslərin maliyyə vəziyyəti, gəlirləri kreditor tərəfindən hərtərəfli qaydada araşdırılır və bunun nəticəsində onlara kredit verilir. Hazırki vəziyyətdə isə açıq-aşkar görünür ki, cavabdeh “Xalq Bank” Açıq Səhmdar Cəmiyyəti tərəfindən kreditlərin verilməsində kobud pozuntulara yol verilmişdir. Cavabdeh “Xalq Bank” Açıq Səhmdar Cəmiyyətinin kredit rəsmişləşdirilən filialının kredit komitəsi kreditin verilməsi ilə bağlı mənfi qərar vermiş, həmçinin biznes plan da mövcud olmamışdır. Təəssüflər olsun ki, hazırki ipoteka müqaviləsi üzrə qaydaların tələbləri pozulmuş və ipoteka predmetinin dəyəri bir qiymətləndirici tərəfindən qiymətləndirilmişdir. Qeyd edilməlidir ki, ünvan 1 ünvanında yerləşən 0,2704 ha torpaq sahəsinin, onun üzərindəki zirzəmi və beş mərtəbədən ibarət olan, ümumi sahəsi 16.100 kv.metr təşkil edən qeyri-yaşayış binasına cavabdeh “Xalq Bank” Açıq Səhmdar Cəmiyyətinin nümayəndələri tərəfindən bir neçə dəfə baxış keçirilmişdir. Bunu Cavabdeh2 Firması da təsdiqləyir. Maraqlısı isə odur ki, həmin müddətdə iddiaçı şəxslər və Cavabdeh2 Firması arasında bağlanan müqavilələr əsasında iddiaçılar onlara məxsus əmlaklarda sahibkarlıq fəaliyyətlərini həyata keçirirdilər. Necə ola bilərdi ki, cavabdeh “Xalq Bank” Açıq Səhmdar Cəmiyyəti artıq bir neçə ildir ki, fəaliyyət göstərən ofis və mağazalı görməmiş, gördükdə isə bunların kimlərə məxsus olması ilə maraqlanmamışdır. Cavabdeh “Xalq Bank” Açıq Səhmdar Cəmiyyəti özü də etiraf edir ki, orada fəaliyyət göstərən aptekin mövcud olmasını görüblər, guya Cavabdeh2 Firması cavabdeh “Xalq Bank” Açıq Səhmdar Cəmiyyətinə həmin aptekin yerləşdiyi qeyri-yaşayış sahəsinin icarədə olmasını bildirmişdir. Belə olan halda, təbii ki, cavabdeh “Xalq Bank” Açıq Səhmdar Cəmiyyəti müvafiq sənədlərin onlara təqdim edilməsini tələb etməli idi (icarə müqaviləsi və s.). Lakin, onlara məlum olmayan səbəblərdən cavabdeh “Xalq Bank” Açıq Səhmdar Cəmiyyəti bunu etməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Həmin Məcəllənin 149.2-ci maddəsinə əsasən əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır. Göründüyü kimi, qanunverici bütün hallarda vicdanlı əldə edəni qoruyur. Belə olan halda vicdanlılığın müəyyən edilməsi zəruridir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 140-cı maddəsinin tələblərinə əsasən “əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir”. Yəni, onların mübahisə ilə bağlı cavabdeh “Xalq Bank” Açıq Səhmdar Cəmiyyəti yalnız o halda vicdanlı əldə edən hesab edilə bilər ki, qeydin düzgün olmamasını bilə bilməzdi. Lakin, yuxarıda da qeyd etdikləri kimi həm kreditlərin verilməsində, həm də ipoteka predmetinə yerində baxış keçirilərkən (aptekin fəaliyyət göstərməsi faktı) yol verilmiş pozuntular onlarda cavabdehlərin vicdanlı olmaması ilə bağlı əsaslı şübhələr yaradır. Hazırki mübahisə ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2018-ci il tarixli “Xalq Bank” Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxxx 2017-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Qərarında da eyni mövqe öz əksini tapmışdır. Həmin Qərarda deyilir: Beləliklə, əşya üzərində mülkiyyət,habelə ipoteka və s. kimi əşya hüquqları əldə edən şəxs həmin əşya ilə bağlı hüquqlara dair dövlət reyestrindəki qeydə inanaraq hərəkət edirsə və bu zaman qeydiyyatın düzgün olmadığını bilmirsə və ya qeydiyyatın qeyridəqiqliyinə dair qeyd reyestrə daxil edilməyibsə, vicdanlı əldə edən hesab edilir və onun hüquqları qorunur.” (səhifə 4, 3-cü abzas, sonuncu cümlə). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun mövqeyindən də göründüyü kimi, əldə edən şəxs qeydiyyatın düzgün olmadığını bilmirsə vicdanlı əldə edən hesab edilir. Yəni, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu öz Qərarında cavabdeh “Xalq Bank” Açıq Səhmdar Cəmiyyətinin vicdanlı əldə edən olmasını təsbit etməmiş, sadəcə qanunvericilik ilə kimlərin vicdanlı əldə edən olduğunu müəyyən etmişdir. İddiaçı şəxslər hesab edirlər, cavabdeh “Xalq Bank” Açıq Səhmdar Cəmiyyəti ünvan 1 ünvanında yerləşən 5 mərtəbə və zirzəmindən ibarət 16.100,5 kv.metr sahəsi olan qeyri-yaşayış binasını ipoteka ilə yüklü edərkən həmin əmlakın bir hissəsinin İddiaçılara məxsus olmasını bilmişdir (ən azından bilməli idi). Belə olan halda, cavabdeh “Xalq Bank” Açıq Səhmdar Cəmiyyəti vicdanlı əldə edən olmur və onun daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyasına istinad etməsi istisna edilir. Yuxarıda qeyd edilən bütün məsələlərə əsaslanaraq iddiaçı şəxslər bildirmək istəryirlər ki, xx xxxx 2015-ci il tarixli sonrakı ipoteka müqaviləsi etibarsızdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6, X7, X4, İddiaçı9, İddiaçı10 və Əfəndiyeva (Məmmədova) Tahirəxanim Adil qızının cavabdehlər “Xalq Bank” Açıq Səhmdar Cəmiyyətinə və Cavabdeh2 Firmasına qarşı “ipoteka müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddiasının rədd edilməsi, ödənilmiş dövlət rüsumunun iddiaçılara aid edilməsi qət edilmişdir. Həmin qətnamədən iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6, X12, X6, İddiaçı9, İddiaçı10, Əfəndiyeva (Məmmədova) Tahirəxanim Adil qızı apellyasiya şikayəti verərək Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Apellyasiya şikayəti iddia ərizəsində göstərilən hallarla əsaslandırılmış və əlavə olaraq bildirilmişdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması səbəbindən əsassızdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən X2, İddiaçı9, İddiaçı3, onların və digər iddiaçıların nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh “Xalq Bank” Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi və vəkili X14 apellyasiya şikayətinə etiraz edərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etdi. Cavabdeh2 Firmasına məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, Cavabdeh2 Firmasının nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsi barədə məhkəməyə hər hansı bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə kollegiyası işə Cavabdeh2 Firmasının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası izahatları dinləyərək, iş materiallarını və apellyasiya şikayətinin dəlilləri üzrə işin hallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Qeyd edilən prosessual qanunvericiliyin tələblərini nəzərə alan kollegiya hesab edir ki, iddiaçılar tərəfindən qətnamə tam mübahisələndirildiyindən, qətnamə tam yoxlanılmalıdır. Birinci instansiya məhkəməsi iş materiallarında olan sənədlər əsasında müəyyən etmişdir ki, Cavabdeh2 Firması-sifarişçi-inşaatcı ilə İddiaçı4-investor arasında xx xxxx 2009-cu il tarixli M-QS 03/09 nömrəli alqı-satqı və investisiya müqaviləsi bağlanmış və Bakı şəhəri, Nərimanov rayonu, Səməd Vurğun küçəsi, 120 ünvanında yerləşən Cavabdeh2 Firmasına məxsus obyektin 1-ci mərtəbəsində yerləşən 36,6 kv.metr olan dükanı 1 kv.metr 3.000 (üç min) ABŞ dolları (Milli Bankın ödəniş aparıldığı günə məzənnəsinə uyğun olaraq manatla hesablansın) olmaqla sifarişçi-inşaatcı tərəfindən investora 109.800 (bir yüz doqquz min səkkiz yüz) ABŞ dolları məbləğində pul vəsaitinə satmağı, investor isə həmin məbləği müvafiq ticarət sahəsini almaq üçün ödəməyi öz üzərinə götürmüşdür. (1.1-ci bənd). Nəzərdə tutulan obyekt 2010-cu ilin birinci kvartalında istismara veriləcəkdir (1.2-ci bənd); Cavabdeh2 Firması-satıcı ilə İddiaçı4-alıcı arasında bağlanmış xx xxxxxx 2010-cu il tarixli S-M/01-02 nömrəli müqavilənin surətindən və məzmunundan görünür ki, satıcı Bakı şəhəri, Nərimanov rayonu, Səməd Vurğun küçəsi, 120 ünvanında yerləşən satıcıya məxsus obyektin 1-ci mərtəbəsində inşa edilən ticarət mərkəzindən 61,2 kv.metr sahəsi olan 9 nömrəli mağazanı alıcıya satmağı, alıcı həmin mağazanın dəyəri olan 122.400 (bir yüz iyirmi iki min dörd yüz) manat məbləğində olan pul vəsaitini satıcıya ödəməyi öz üzərinə götürmüşdür (1.1-ci və 2.2.2-ci bəndləri). Cavabdeh2 Firmasının xx xxxxxx 2010-cu il tarixli S-M/01-02 nömrəli müqavilənin arayışının surətindən görünür ki, İddiaçı4 Bakı şəhəri, Nərimanov rayonu, Səməd Vurğun küçəsi, 120 ünvanında yerləşən Cavabdeh2 Firmasına məxsus obyektin 1-ci mərtəbəsində inşa edilən 61,2 kv.metr sahəsi olan 9 nömrəli mağazanın dəyərini tam ödəmişdir; Cavabdeh2 Firması-satıcı ilə İddiaçı4-alıcı arasında bağlanmış xx xxxxxx 2010-cu il tarixli QS-M/01-02 nömrəli müqavilənin surətindən və məzmunundan görünür ki, satıcı Bakı şəhəri, Nərimanov rayonu, Səməd Vurğun küçəsi, 120 ünvanında yerləşən satıcıya məxsus obyektin 5-ci mərtəbəsində inşa edilən ticarət mərkəzindən 72,5 kv.metr sahəsi olan 3 nömrəli ofisi alıcıya satmağı, alıcı həmin ofisin dəyəri olan 108.750 (bir yüz səkkiz min yeddi yüz əlli) manat məbləğində olan pul vəsaitini satıcıya ödəməyi öz üzərinə götürmüşdür (1.1-ci və 2.2.2-ci bəndləri). Cavabdeh2 Firmasının xx xxxxxx 2010-cu il tarixli QS-M/01-02 nömrəli müqavilənin arayışının surətindən görünür ki, İddiaçı4 Bakı şəhəri, Nərimanov rayonu, Səməd Vurğun küçəsi, 120 ünvanında yerləşən Cavabdeh2 Firmasına məxsus obyektin 5-ci mərtəbəsində inşa edilən 72,5 kv.metr sahəsi olan 3 nömrəli ofisin dəyərini tam ödəmişdir; Cavabdeh2 Firması-sifarişçi-inşaatçı ilə İddiaçı4investor arasında bağlanmış xx xxx 2010-cu il tarixli M-İ-01/09 nömrəli inşaata kapital qoyulmasına dair investisiya haqqında müqavilənin surətindən və məzmunundan görünür ki, müqavilənin predmeti Bakı şəhəri, Nərimanov rayonu, Səməd Vurğun küçəsi, 120 ünvanında yerləşən Cavabdeh2 Firmasına məxsus obyektin “Ticarət-Biznes Mərkəzi”nin tikintisinə təxminən 500.000 (beş yüz min) ABŞ dolları məbləğində pul vəsaitinin İddiaçı4 tərəfindən investiya qoyulmasından ibarətdir (1.1-ci bənd). Kapital qoyuluşu həm pul, həm də bu lahiyəyə lazım olan material şəklində ola bilər. İnvestisiyanın müddəti xx xxx 2010cu il tarixdən xx xxxxxx 2011-ci il tarixədək olan dövrü əhatə edir (1.2-ci bənd); Cavabdeh2 Firması-sifarişçi-inşaatçı ilə İddiaçı2 Sübhi oğlu-investor arasında bağlanmış xx xxx 2009-cu il tarixli M-İ-01/09 nömrəli inşaata kapital qoyulmasına dair investisiya haqqında müqavilənin surətindən və məzmunundan görünür ki, müqavilənin predmeti Bakı şəhəri, Nərimanov rayonu, Səməd Vurğun küçəsi, 120 ünvanında yerləşən Cavabdeh2 Firmasına məxsus obyektin “Ticarət-Biznes Mərkəzi”nin tikintisinə təxminən 720.000 (yeddi yüz iyirmi min) manat məbləğində pul vəsaitinin İddiaçı2 Sübhi oğlu tərəfindən investiya qoyulmasından ibarətdir (1.1-ci bənd). Kapital qoyuluşu həm pul, həm də bu lahiyəyə lazım olan material şəklində ola bilər. İnvestisiyanın müddəti xx xxx 2009cu il tarixdən xx xxxxxxxx 2009-cu il tarixədək olan dövrü əhatə edir (1.2-ci bənd). Tərəflər təsdiq edirlər ki, 1-4 nömrəli əlavələrdə göstərilən eskiz lahiyəsinə uyğun olaraq investor tərəfindən qoyulan 720.000 (yeddi yüz iyirmi min) manat məbləğində pul vəsaiti qarşılığında Cavabdeh2 Firması İddiaçı2 Sübhi oğluna 843,50 kv.metr (yəni birinci mərtəbədə 199,3 kv.metr, ikinci mərtəbədə 211,9 kv.metr, üçüncü mərtəbədə 217,3 kv.metr, dördüncü mərtəbədə 215 kv.metr) sahəni girov qoyur (2.1-ci bənd). Cavabdeh2 Firmasının xx xxxxxxxx 2009-cu il tarixli arayışın surətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Səməd Vurğun küçəsi, 120 ünvanında Cavabdeh2 Firması tərəfindən inşa edilən ticarət mərkəzinin inşaatı üçün onun tərəfindən 900.000 (doqquz yüz min) ABŞ dolları (və yaxud 720.000 (yeddi yüz iyirmi min) manat) məbləğində pul vəsaiti İddiaçı2 Sübhi oğlu tərəfindən tam olaraq ödənilmişdir; Cavabdeh2 Firması-sifarişçiinşaatçı ilə İddiaçı5-investor arasında bağlanmış xx xxxx 2009-cu il tarixli M/HA 07/09 nömrəli alqı-satqı, investisiya müqaviləsinin surətindən və məzmunundan görünür ki, satıcı Bakı şəhəri, Nərimanov rayonu, Səməd Vurğun küçəsi, 120 ünvanında yerləşən Cavabdeh2 Firmasına məxsus obyektin 1-ci mərtəbəsində yerləşən 72 kv.metr olan 8 nömrəli dükanı alıcıya satmağı, alıcı həmin dükanın dəyəri olan 160.000 (bir yüz altmış min) manat məbləğində olan pul vəsaitini satıcıya ödəməyi öz üzərinə götürmüşdür (1.1-ci bəndi). Cavabdeh2 Firmasının xx xxxx 2009-cu il tarixli M/HA 07/09 nömrəli alqı-satqı, investisiya müqaviləsinin müvafiq arayışının surətindən görünür ki, İddiaçı5 Bakı şəhəri, Nərimanov rayonu, Səməd Vurğun küçəsi, 120 ünvanında yerləşən Cavabdeh2 Firmasına məxsus obyektin 1-ci mərtəbəsində yerləşən 72 kv.metr sahəsi olan 8 nömrəli dükanın dəyərini (Milli Bankın ödəniş aparılan günə məzənnəsinə uyğun olaraq manatla) tam ödəmişdir; Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli 2(005)- 797/2018 nömrəli qətnaməsinin surətindən görünür ki, müvafiq qətnamə ilə İddiaçı5 Cavabdeh2 Firmasına “müqavilə öhdəliklərinin yerinə yetirilməsi” tələbinə dair iddia ərizəsi qismən təmin edilərək, Bakı şəhəri, Nərimanov rayonu, Səməd Vurğun küçəsi, 120 ünvanında inşa edilən binanın 1-ci mərtəbəsində ümumi sahəsi 72 kv.metrdən ibarət olan 8 nömrəli mağazanın Cavabdeh2 Firması tərəfindən İddiaçı5 sahiblik və istifadəsinə verilməsi müəyyən edilmişdir; Cavabdeh2 Firması-satıcı ilə İddiaçı1-alıcı arasında bağlanmış xx xxxxx 2012-ci il tarixli Ə-E/30/04/12 nömrəli müqavilənin surətindən və məzmunundan görünür ki, satıcı Bakı şəhəri, Nərimanov rayonu, Səməd Vurğun küçəsi, 120 ünvanında yerləşən obyektin 2-ci mərtəbəsində 50 kv.metr olan 3V nömrəli mağazanı alıcıya satmağı, alıcı həmin mağazanın dəyəri olan 140.000 (bir yüz qırx min) manat məbləğində olan pul vəsaitini satıcıya ödəməyi öz üzərinə götürmüşdür (1.1-ci və 1.4-cü bəndləri). Cavabdeh2 Firmasının xx xxxxx 2012-ci il tarixli MƏ- E/30/04/12 nömrəli müqaviləyə dair arayışın surətindən görünür ki, İddiaçı1 Bakı şəhəri, Nərimanov rayonu, Səməd Vurğun küçəsi, 120 ünvanında yerləşən obyektin 2-ci mərtəbəsində 50 kv.metr olan 3V nömrəli ticarət sahəsinin dəyərini tam ödəmişdir; Cavabdeh2 Firması-satıcı ilə İddiaçı9-alıcı arasında bağlanmış xx xxxx 2012- ci il tarixli M-M A/05-12 nömrəli müqavilənin surətindən və məzmunundan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Səməd Vurğun küçəsi, 120 ünvanında yerləşən satıcıya məxsus obyektin 1-ci mərtəbəsində inşa edilən 75 kv.metr sahəsi olan 150 nömrəli mağazanı alıcıya satmağı, alıcı həmin mağazanın hər bir kvadrat metri üçün 3.000 (üç min) manat olmaqla, 225.000 (iki yüz iyirmi beş min) manat məbləğində olan pul vəsaitini satıcıya ödəməyi öz üzərinə götürmüşdür (1.1-ci və 2.2.1-ci bəndləri). Cavabdeh2 Firmasının M-M A/05-12 nömrəli müqaviləsinin xx xxxxxx 2014-cü il tarixli arayışının surətindən görünür ki, İddiaçı9 Bakı şəhəri, Nərimanov rayonu, Səməd Vurğun küçəsi, 120 ünvanında yerləşən ümumi sahəsi 75 kv.metr sahəsi olan 150 nömrəli mağazanın dəyəri olan 225.000 (iki yüz iyirmi beş min) manat məbləğində olan pul vəsaitini tam ödəmişdir; Cavabdeh2 Firması-satıcı ilə İddiaçı10-alıcı arasında bağlanmış xx xxxx 2012- ci il tarixli M-M A/05-12 nömrəli müqavilənin surətindən və məzmunundan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Səməd Vurğun küçəsi, 120 ünvanında yerləşən satıcıya məxsus obyektin 1-ci mərtəbəsində inşa edilən 45 kv.metr sahəsi olan 2 nömrəli mağazanı alıcıya satmağı, alıcı həmin mağazanın hər bir kvadrat metri üçün 3.000 (üç min) manat olmaqla, 135.000 (bir yüz otuz beş min) manat məbləğində olan pul vəsaitini satıcıya ödəməyi öz üzərinə götürmüşdür (1.1-ci və 2.2.1-ci bəndləri). Cavabdeh2 Firmasının M-M A/05-12 nömrəli müqaviləsinin xx xxxxxx 2012-ci il tarixli arayışının surətindən görünür ki, İddiaçı10 Bakı şəhəri, Nərimanov rayonu, Səməd Vurğun küçəsi, 120 ünvanında yerləşən ümumi sahəsi 45 kv.metr sahəsi olan 2 nömrəli mağazanın dəyəri olan 135.000 (bir yüz otuz beş min) manat məbləğində olan pul vəsaitini tam ödəmişdir; Cavabdeh2 Firması-satıcı ilə İddiaçı8alıcı arasında bağlanmış xx xxxxxxx 2012-cu il tarixli müqavilənin surətindən və məzmunundan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Səməd Vurğun küçəsi, 120 ünvanında yerləşən ümumi sahəsi 16.100,5 kv.metr sahəsi olan qeyri-yaşayış sahəsinin ikinci mərtəbəsində 144 kv.metr sahəsi olan qeyri- yaşayış sahəsini alıcıya satmağı, alıcı həmin mağazanın dəyəri olan 432.000 (dörd yüz otuz iki min) manat məbləğində olan pul vəsaitini satıcıya ödəməyi öz üzərinə götürmüşdür (1.1-ci, 1.4- cü və 2.2-ci bəndləri). Cavabdeh2 Firmasının müvafiq arayışının surətindən görünür ki, İddiaçı8 Bakı şəhəri, Nərimanov rayonu, Səməd Vurğun küçəsi, 120 ünvanında yerləşən ümumi sahəsi 16.100,5 kv.metr sahəsi olan qeyri-yaşayış sahəsinin ikinci mərtəbəsində 144 kv.metr sahəsi olan qeyri-yaşayış sahəsinin dəyəri olan 432.000 (dörd yüz otuz iki min) manat məbləğində olan pul vəsaitini tam ödəmişdir; Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli 2(005)-4736/2016 nömrəli qətnaməsinin surətindən görünür ki, müvafiq qətnamə ilə İddiaçı8 Cavabdeh2 Firmasına “qeyri-yaşayış sahəsinə sahiblik və istifadə hüququnun tanınması” tələbinə dair iddia ərizəsi təmin edilərək, Bakı şəhəri, Nərimanov rayonu, Səməd Vurğun küçəsi, 120 ünvanında yerləşən ümumi sahəsi 16.100,5 kv.metr olan qeyri- yaşayış sahəsinin 2-ci mərtəbəsində sahəsi 144 kv.metrdən ibarət olan qeyri-yaşayış sahəsinə İddiaçı8 istifadə və sahiblik hüquqlarının yanınması və həmin sahənin İddiaçı8 istifadəsinə verilməsi vəzifəsinin Cavabdeh2 Firmasına həvalə edilməsi müəyyən edilmişdir; Cavabdeh2 Firması-satıcı ilə İddiaçı3-alıcı arasında bağlanmış xx xxxx 2009-cu il tarixli müqavilənin surətindən və məzmunundan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Səməd Vurğun küçəsi, 120 ünvanında yerləşən satıcıya məxsus obyektin 1-ci mərtəbəsində inşa edilən 64 kv.metr sahəsi olan mağazanı alıcıya satmağı, alıcı həmin mağazanın dəyəri olan 128.000 (bir yüz iyirmi səkkiz min) manat məbləğində olan pul vəsaitini satıcıya ödəməyi öz üzərinə götürmüşdür (1.1-ci və 2.2.1-ci bəndləri). Cavabdeh2 Firmasının müvafiq arayışının surətindən görünür ki, İddiaçı3 Bakı şəhəri, Nərimanov rayonu, Səməd Vurğun küçəsi, 120 ünvanında yerləşən Cavabdeh2 Firmasına məxsus obyektin 1-ci mərtəbəsində inşa edilən 64 kv.metr sahəsi olan 7 nömrəli mağazanın dəyərini tam ödəmişdir; Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxx 2017-ci il tarixli 2(005)-1786/2017 nömrəli qətnaməsinin surətindən görünür ki, müvafiq qətnamə ilə İddiaçı3 Cavabdeh2 Firmasına “müqavilə öhdəliklərinin yerinə yetirilməsi” tələbinə dair iddia ərizəsi təmin edilərək, Cavabdeh2 Firması tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, Səməd Vurğun küçəsi, 120 ünvanında inşa edilən binanın 1-ci mərtəbəsində ümumi sahəsi 64 kv.metrdən ibarət olan 7 nömrəli mağazanın (qeyri-yaşayış sahəsinin) istismara hazır vəziyyətdə İddiaçı3 istifadəsinə və sahibliyinə verilməsi vəzifəsinin Cavabdeh2 Firmasına həvalə edilməsi müəyyən edilmişdir; Cavabdeh2” Firması-satıcı ilə İddiaçı6-alıcı arasında bağlanmış xx xxxxxxxx 2009-cu il tarixli M-ZƏ/2-09 nömrəli müqavilənin surətindən və məzmunundan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Səməd Vurğun küçəsi, 120 ünvanında yerləşən satıcıya məxsus obyektin 2-ci mərtəbəsində inşa edilən 85 kv.metr sahəsi olan 3 nömrəli mağazanı alıcıya satmağı, alıcı həmin mağazanın hər bir kvadrat metri üçün 2.500 (iki min beş yüz) manat məbləğində olan pul vəsaitini satıcıya ödəməyi öz üzərinə götürmüşdür (1.1-ci və 2.2.1-ci bəndləri); Cavabdeh2 Firması-satıcı ilə İddiaçı7-alıcı arasında bağlanmış xx xxxxxx 2009-cu il tarixli MK Z/26-11 nömrəli müqavilənin surətindən və məzmunundan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Səməd Vurğun küçəsi, 120 ünvanında yerləşən satıcıya məxsus obyektin 2-ci və 3-cü mərtəbələrində inşa edilən 98,57 kv.metr sahəsi olan mağazanı alıcıya satmağı, alıcı həmin mağazanın dəyəri olan 246.425 (iki yüz qırx altı min dörd yüz iyirmi beş) manat məbləğində olan pul vəsaitini satıcıya ödəməyi öz üzərinə götürmüşdür (1.1-ci və 2.2.2-ci bəndləri). Cavabdeh2 Firmasının xx xxxxxx 2009-cu il tarixli MK Z/26-11 nömrəli müqavilənin arayışının surətindən görünür ki, İddiaçı7 Bakı şəhəri, Nərimanov rayonu, Səməd Vurğun küçəsi, 120 ünvanında yerləşən Cavabdeh2 Firmasına məxsus obyektin 2-ci mərtəbəsində inşa edilən 98,57 kv.metr sahəsi olan 12 nömrəli mağazanın dəyərindən 107.683 (bir yüz yeddi min altı yüz səksən üç) manat məbləğində depozit ödəmişdir. Cavabdeh2 Firması- satıcı ilə İddiaçı7-alıcı arasında bağlanmış xx xxxxxx 2009-cu il tarixli MK Z/26-11 nömrəli müqaviləyə xx xxx 2013-cü il tarixli əlavənin surətindən və məzmunundan görünür ki, müqavilənin predmeti Bakı şəhəri, Nərimanov rayonu, Səməd Vurğun küçəsi, 120 ünvanında yerləşən satıcıya məxsus obyektin 2-ci və 3-cü mərtəbələrində inşa edilən 98,57 kv.metr sahəsi olan mağazanı və 3-cü mərtəbədə inşa edilən 125 kv.metr olan mağazanı alıcıya satmağı öz üzərinə götürmüşdür. Cavabdeh2 Firmasının müvafiq arayışının surətindən görünür ki, İddiaçı7 Bakı şəhəri, Nərimanov rayonu, Səməd Vurğun küçəsi, 120 ünvanında yerləşən Cavabdeh2 Firmasına məxsus obyektin 2-ci mərtəbəsində inşa edilən 75,8 kv.metr sahəsi olan 12 nömrəli mağazanın dəyərindən 212.240 (iki yüz on iki min iki yüz qırx) manat məbləğində depozit ödəmişdir. Cavabdeh2 Firmasının xx xxxxxx 2009-cu il tarixli müvafiq arayışının surətindən görünür ki, İddiaçı7 Bakı şəhəri, Nərimanov rayonu, Səməd Vurğun küçəsi, 120 ünvanında yerləşən Cavabdeh2 Firmasına məxsus obyektin 2-ci mərtəbəsində inşa edilən 98,57 kv.metr sahəsi olan 12 nömrəli mağazanın dəyərindən 40.000 (qırx min) manat (50.000 (əlli min) ABŞ dolları) məbləğində depozit ödəmişdir. Cavabdeh2 Firmasının MK Z/20-11 nömrəli müvafiq arayışının surətindən görünür ki, İddiaçı7 Bakı şəhəri, Nərimanov rayonu, Səməd Vurğun küçəsi, 120 ünvanında yerləşən Cavabdeh2 Firmasına məxsus obyektin 2-ci mərtəbəsində inşa edilən 75,8 kv.metr sahəsi olan 12 nömrəli mağazanın dəyərindən 189.500 (bir yüz səksən doqquz min beş yüz) manat məbləğində depozit ödəmişdir; Cavabdeh2 Firması-satıcı ilə X5-alıcı arasında bağlanmış xx xxxx 2013-cü il tarixli müqavilənin surətindən və məzmunundan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Səməd Vurğun küçəsi, 120 ünvanında yerləşən ümumi sahəsi 16.100,5 kv.metr sahəsi olan qeyri-yaşayış sahəsinin 76 kv.metr sahəsi olan qeyri-yaşayış sahəsini alıcıya satmağı, alıcı həmin mağazanın dəyəri olan 342.000 (üç yüz qırx iki min) manat məbləğində olan pul vəsaitini satıcıya ödəməyi öz üzərinə götürmüşdür (1.1-ci və 1.4-cü bəndləri). Cavabdeh2 Firmasının M t-M-05/03/13 nömrəli müqaviləsinin xx xxxx 2013-cü il tarixli arayışının surətindən görünür ki, X5 Bakı şəhəri, Nərimanov rayonu, Səməd Vurğun küçəsi, 120 ünvanında yerləşən ümumi sahəsi 16.100,5 kv.metr sahəsi olan qeyri-yaşayış sahəsinin birinci mərtəbəsində 76 kv.metr sahəsi olan mağazanın dəyərini tam ödəmişdir; Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli 2(005)-1356/2019 nömrəli icra vərəqəsinin surətindən və məzmunundan görünür ki, müvafiq qətnamə ilə iddiaçı X3 Cavabdeh2 Firmasına “müqavilə öhdəliklərinin yerinə yetirilməsi” tələbinə dair iddia ərizəsi qismən təmin edilərək, Bakı şəhəri, Nərimanov rayonu, Səməd Vurğun küçəsi, 120 ünvanında inşa edilən binanın 1-ci mərtəbəsində ümumi sahəsi 76 kv.metrdən ibarət olan qeyri-yaşayış sahəsi Cavabdeh2 Firması tərəfindən iddiaçı X1 və istifadəsinə verilməsi müəyyən edilmişdir; “Xalq Bank” Açıq Səhmdar Cəmiyyətinin Baş filialı-bank ilə Cavabdeh2 Firması-borcalan arasında bağlanmış xx xxxx 2015-ci il tarixli **********58815 nömrəli kredit xətti müqaviləsinin surətindən və məzmunundan görünür ki, bank borcalana xx xxxxxxx 2018-ci il tarixədək 17.000.000 (on yeddi milyon) ABŞ dolları məbləğində, illik 16% ödənilməsi şərti ilə bərpa olunmayan kredit xətti açmağı, borcalan isə kredit xəttindən 1.2-ci bənddə göstərilən məqsədlər üçün istifadə etməyi, müqavilə ilə müəyyən olunan şərtlərlə və qaydada krediti qaytarmağı və ona hesablanmış faizləri banka ödəməyi öhdəsinə götürmüşdür (1.1-ci bənd). Kredit xətti Bakı şəhəri, Nərimanov rayonu, Səməd Vurğun küçəsi, 120 ünvanında yerləşən “Yasmin” Ticarət və Əyləncə Mərkəzində təmir, tikinti və quraşdırma işlərinin aparılması məqsədi ilə ayrılmışdır (1.2-ci bənd). Borcalan bu müqavilə üzrə yaranmış öhdəliklərinin icrasının təminatı qismində xx xxxx 2015-ci il tarixli **********58815/SİM Sonrakı ipoteka müqaviləsi üzrə ipoteka predmeti olan əmlak çıxış etmişdir (1.3-cü bənd); “Xalq Bank” Açıq Səhmdar Cəmiyyətinin Baş filialıipoteka saxlayan ilə Cavabdeh2 Firması- ipoteka qoyan arasında bağlanmış xx xxxx 2015-ci il tarixli **********58815/SİM nömrəli sonrakı ipoteka müqaviləsinin surətindən və məzmunundan görünür ki, ipoteka qoyanın ipoteka saxlayan qarşısında 1.2-ci bənddə göstərilən kredit xətti müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəliklərin icrasını təmin etmək məqsədilə ipoteka qoyana mülkiyyət hüququ əsasında məxsus olan bu müqavilənin 3.1-ci bəndində göstərilən əmlakın ipoteka saxlayanın ipoteka hüququ ilə yüklü edilməsi bu müqavilənin predmetini təşkil edir (1.1-ci bənd). Bu müqavilə üzrə ipoteka ilə təmin edilən öhdəlik ipoteka saxlayanla ipoteka qoyan arasında Bakı şəhərində bağlanmış xx xxxx 2015-ci il tarixli **********58815 nömrəli kredit xətti müqaviləsindən irəli gələn bütün pul tələbləridir (1.2-ci bənd). Bu Müqavilənin 1.2-ci bəndində göstərilən kredit xətti müqaviləsinə əsasən kredit xətti ipoteka saxlayan tərəfindən ipoteka qoyana aşağıdakı mühüm şərtlər əsasında açılır (2.1-ci bənd): kredit xəttinin limiti: 17.000.000 (on yeddi milyon) ABŞ dolları (2.1.1- ci bənd); kreditin təyinatı: Bakı şəhəri, Nərimanov rayonu, Səməd Vurğun küçəsi, 120 ünvanında yerləşən “Yasmin” Ticarət və Əyləncə Mərkəzində təmir, tikinti və quraşdırma işlərinin aparılması (2.1.2-ci bənd). Kreditin qaytarılma müddəti; xx xxxxxxx 2018-ci il tarixədək (2.1.3-cü bənd); kredit xətti üzrə faiz dərəcəsi: illik 16% (2.1.4-cü bənd); Həmçinin iş maeteriallarında olan sənədlər əsasında müəyyən edilmişdir ki, “Xalq Bank” Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxxx 2017-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxx 2018-ci il tarixli qərarının surətindən və məzmunundan görünür ki, Cavabdeh2 Firmasının “Xalq Bank” Açıq Səhmdar Cəmiyyətinə qarşı “kredit və sonrakı ipoteka müqavilələrinin etibarsız hesab edilərək ləğv edilməsinə dair iddia tələbi” və s. barədə iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxxx 2017-ci il tarixli qərarı Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 418.1 və 418.2-ci maddələrinə uyğun olmadığından qüvvədən düşmüş hesab edilməsi, işə bu qərarda əks olunmuş hüquqi mövqelərə uyğun olaraq Azərbaycan Respublikasının Mülki Prosessual Qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və müddətdə yenidən baxılması qərara alınmışdır; Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxxx 2018-ci il tarixli 13-2(102)- 1(k)/2018 nömrəli qərarının surətindən və məzmunundan görünür ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının iş üzrə xx xxxxxxx 2017-ci il tarixli, 2-2(102)- 366/2017 nömrəli qərarı, onunla bağlı Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxx 2017-ci il tarixli, 2-2(103)-14/2017 nömrəli qətnaməsinin ləğv edilməsi və işə mahiyyəti üzrə yenidən baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır; Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli 2- 2(103)-6/2019 nömrəli qətnaməsinin surətindən və məzmunundan görünür ki, iddiaçı Cavabdeh2 Firmasının və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxslər Ağa- X17 və Hacıyeva Könül Rəşid qızının apelyasiya şikayətləri qismən təmin edilərək, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin iş üzrə xx xxxx 2016-cı il tarixli qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamənin qəbul edilməsi, iddiaçı Cavabdeh2 Firmasının cavabdeh “Xalq Bank” Açıq Səhmdar Cəmiyyətinə qarşı Cavabdeh2 Firması ilə “Xalq Bank” Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış xx xxxx 2015-ci il tarixli **********58815 nömrəli kredit xətti müqaviləsinin etibarsız hesab edilərək ləğv edilməsi, Cavabdeh2 Firması ilə “Xalq Bank” Açıa Səhmdar Cəmiyyəti arasında bağlanmış xx xxxx 2015-ci il tarixli **********58815/SİM nömrəli sonrakı ipoteka müqaviləsinin etibarsız hesab edilərək ləğv edilməsi və ödənilmiş 10 (on) manat məbləğində dövlət rüsumunun cavabdehdən Cavabdeh2 Firmasının xeyrinə tutulması tələblərinə dair ilk iddia təmin edilməmışdir, qarşılıqlı iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh2 Firmasından xx xxxx 2015-ci il tarixli **********58815 nömrəli kredit xətti müqaviləsi üzrə 17.000.000 (on yeddi milyon) ABŞ dolları məbləğdə əsas borc, 2.388.957,46 (iki milyon üç yüz səksən səkkiz min doqquz yüz əlli yeddi dollar qırx altı sent) ABŞ dolları məbləğdə kreditdən istifadəyə görə hesablanmış adi faizlər üzrə borc, xx xxx 2016-cı il tarixə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 15% dərəcəsi ilə hesablanmış 11.161,62 (on bir min bir yüz altmış bir dollar altmış iki sent) ABŞ dolları məbləğdə dəbbə pulu olmaqla, cəmi 19.400.119,08 (on doqquz milyon dörd yüz min bir yüz on doqquz dollar səkkiz sent) ABŞ dolları (ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla) və 30 (otuz) manat məbləğində dövlət rüsumunun ödənilməsi üzrə çəkilmiş xərc “Xalq Bank” Açıq Səhmdar Cəmiyyətinə xeyrinə tutulması, tutmanın xx xxxx 2015-ci il tarixli **********58815/SİM nömrəli sonrakı ipoteka müqaviləsi üzrə ipoteka predmeti olan və Cavabdeh2 Firmasına məxsus Bakı şəhəri, Nərimanov rayonu, Səməd Vurğun küçəsi, 120 ünvanda yerləşən 0,2704 ha torpaq sahəsinə və həmin torpaq sahəsinin üzərində zirzəmi və 5 mərtəbədən ibarət olan, əsas sahəsi 16.043,1 kv.metr olmaqla, ümumi sahəsi 16.100,5 kv.metr təşkil edən qeyriyaşayış binasına yönəldilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınmasına görə 30 (otuz) manat və sənədlərin notariat qaydasında təsdiq edilməsinə görə 15 (on beş) manat məbləğində çəkilmiş xərclər ipoteka predmetinin dəyərindən Cavabdeh2 Firmasından “Xalq Bank” Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması, ipoteka predmeti olan Cavabdeh2 Firmasına məxsus Bakı şəhəri, Nərimanov rayonu, Səməd Vurğun küçəsi, 120 ünvanda yerləşən 0,2704 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində zirzəmi və 5 mərtəbədən ibarət olan, əsas sahəsi 16.043,1 kv.m. olmaqla ümumi sahəsi 16.100,5 kv.metr təşkil edən qeyri- yaşayış binasının ilkin satış qiymətinin 38.600.000 (otuz səkkiz milyon) manat müəyyən edilməsi, qarşılıqlı iddia xx xxx 2016-cı il tarixdən başlayaraq tələblərin ipoteka predmeti hesabına faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinə illik 16% dərəcəsi ilə hesablanan faizlər formasında əldən çıxmış faydanın əvəzinin Cavabdeh2 Firmasından “Xalq Bank” Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması hissədə təmin edilməməsi, üçüncü şəxs Ağa-X17 Cavabdeh2 firması ilə “Xalq Bank” Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış xx xxxx 2015-ci il tarixli **********5815/SİM nömrəli sonrakı ipoteka müqaviləsinin Bakı şəhəri, Nərimanov rayonu, Səməd Vurğun küçəsi, 120 ünvanda yerləşən ümumi sahəsi 16.100,5 kv.metrdən ibarət 5 mərtəbəli və zirzəmili qeyri-yaşayış sahəsinin 2-ci mərtəbəsində yerləşən 56,6 kv.metrdən ibarət qeyri-yaşayış sahəsi olan hissədə etibarsız hesab edilməsi tələbinə dair iddiasının təmin edilməməsi, üçüncü şəxs Hacıyevə Könül Rəşid qızının Cavabdeh2 firması ilə “Xalq Bank” Açıa Səhmdar Cəmiyyəti arasında bağlanmış xx xxxx 2015-ci il tarixli **********5815/SİM nömrəli sonrakı ipoteka müqaviləsinin Bakı şəhəri, Nərimanov rayonu, Səməd Vurğun küçəsi, 120 ünvanda yerləşən ümumi sahəsi 16.100,5 kv.metrdən ibarət 5 mərtəbəli və zirzəmili qeyri-yaşayış sahəsinin 2-ci mərtəbəsində yerləşən 24,6 kv.metrdən ibarət 18 nömrəli qeyri-yaşayış sahəsi olan hissədə etibarsız hesab edilməsi tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir; Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxx 2019-cu il tarixli 2-2(102)-285/2019 nömrəli qərarının surətindən və məzmunundan görünür ki, iddiaçı “xxxxxxx” Firması və üçüncü şəxs X20 qızı tərəfindən verilmiş kassasiya şikayəti təmin olunmayaraq, Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli 2-2(103)-6/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır; Azərbaycan Respublikası Respublika Xammal və Əmtəə Birjası “Külək” Məhdud Məsuliyyətli Cəmiyyətinin hərrac təşkilatının ipoteka saxlayana ipoteka predmetinin əldə edilməsi üçün hərracın yekunları barədə xx xxxxxx 2019-cu il tarixli 67/01 nömrəli protokolunun surətindən və məzmunundan görünür ki, Cavabdeh2 Firmasına məxsus Bakı şəhəri, Nərimanov rayonu, Səməd Vurğun küçəsi, 120 ünvanda yerləşən 0,2704 ha torpaq sahəsinə və həmin torpaq sahəsinin üzərində zirzəmi və 5 mərtəbədən ibarət olan, əsas sahəsi 16.043,1 kv.metr olmaqla, ümumi sahəsi 16.100,5 kv.metr təşkil edən qeyri-yaşayış binasının ilkin satış qiyməti 38.600.000 (otuz səkkiz milyon altı yüz min) manat olmaqla, həmin qeyri-yaşayış binasının təkrar hərracdakı satış qiymətindən (32.810.000 (otuz iki milyon səkkiz yüz on min) manat) 25% aşağı qiymətlə- 24.607.500 (iyirmi dörd milyon altı yüz yeddi min beş yüz) manat olmaqla “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.7-ci maddəsinə əsasən ipoteka saxlayan “Xalq Bank” Açıq Səhmdar Cəmiyyətinə təklif olunacağı qərara alınmışdır; Azərbaycan Respublikası Respublika Xammal və Əmtəə Birjası “Külək” Məhdud Məsuliyyətli Cəmiyyətinin hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə xx xxxxxx 2019-cu il tarixli müqaviləsinin surətindən görünür ki, Cavabdeh2 Firmasına məxsus Bakı şəhəri, Nərimanov rayonu, Səməd Vurğun küçəsi, 120 ünvanda yerləşən 0,2704 ha torpaq sahəsinə və həmin torpaq sahəsinin üzərində zirzəmi və 5 mərtəbədən ibarət olan, əsas sahəsi 16.043,1 kv.metr olmaqla, ümumi sahəsi 16.100,5 kv.metr təşkil edən qeyriyaşayış binası 24.607.500 (iyirmi dörd milyon altı yüz yeddi min beş yüz) manat qiymətə “Xalq Bank” Açıq Səhmdar Cəmiyyəti tərəfindən əldə edilmişdir; Birinci instansiya məhkəməsi qeyd olunan işin müəyyən olunmuş hallarına əsaslanaraq yuxarıdakı nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı mübahisə aşağıdakı hüquq normaları baxımından həll edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Həmin Məcəllənin 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb- sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 646.1-ci maddəsinə əsasən daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Həmin Məcəllənin 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Həmin Məcəllənin 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Həmin Məcəllənin 339.1-ci maddəsinə əsasən hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər. Həmin Məcəllənin 339.2-ci maddəsinə əsasən şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirilə bilər. Belə miibahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. Həmin Məcəllənin 339.3-cü maddəsinə əsasən, aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin. Həmin Məcəllənin 339.5-ci maddəsində göstərilir ki, əgər 339.1. 339.2 və 339.4-cü maddələrdə göstərilən əsaslardan biri üzrə əqd etibarsız sayılmışdırsa, bu Məcəllənin 337.5-ci maddəsinin qaydaları tətbiq edilir. Bundanbaşqa, digər tərəf hakimiyyətdən suiistifadə nəticəsində zərərçəkənə vurduğu real zərərin əvəzini ödəyir. Həmin Məcəllənin 340.2-ci maddəsinə əsasən yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. Həmin Məcəllənin 354.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Həmin Məcəllənin 354.2-ci maddəsinə əsasən bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasın məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Həmin Məcəllənin 340.2-ci maddəsinə əsasən yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. Həmin Məcəllənin 354.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Həmin Məcəllənin 354.2-ci maddəsinə əsasən bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasın məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Həmin Məcəllənin 340.2-ci maddəsinə əsasən yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. Həmin Məcəllənin 354.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Həmin Məcəllənin 354.2-ci maddəsinə əsasən bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasın məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Kollegiya qeyd edir ki, işin müyyən olunmuş hallarından görünür ki, “Xalq Bank” Açıq SəhmdarCəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının xx xxxxxxx 2017-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxx 2018-ci il tarixli qərarı ilə Cavabdeh2 Firmasının “Xalq Bank” Açıq Səhmdar Cəmiyyətinə qarşı “kredit və sonrakı ipoteka müqavilələrinin etibarsız hesab edilərək ləğv edilməsinə dair iddia tələbi” və s. barədə iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxxx 2017- ci il tarixli qərarı Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 418.1 və 418.2-ci maddələrinə uyğun olmadığından qüvvədən düşmüş hesab edilməsi, işə bu qərarda əks olunmuş hüquqi mövqelərə uyğun olaraq Azərbaycan Respublikasının Mülki Prosessual Qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və müddətdə yenidən baxılması qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxxx 2018-ci il tarixli 13-2(102)-1(k)/2018 nömrəli qərarı ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının iş üzrə xx xxxxxxx 2017-ci il tarixli, 2- 2(102)-366/2017 nömrəli qərarı, onunla bağlı Bakı Apelyasiya Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının xx xxxxx 2017-ci il tarixli, 2-2(103)-14/2017 nömrəli qətnaməsinin ləğv edilməsi və işə mahiyyəti üzrə yenidən baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bakı Apelyasiya Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli 2-2(103)-6/2019 nömrəli qətnaməsi ilə iddiaçı Cavabdeh2 Firmasının və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxslər Ağa- X17 və Hacıyeva Könül Rəşid qızının apelyasiya şikayətləri qismən təmin edilərək, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin iş üzrə xx xxxx 2016-cı il tarixli qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamənin qəbul edilməsi, iddiaçı Cavabdeh2 Firmasının cavabdeh “Xalq Bank” Açıq Səhmdar Cəmiyyətinə qarşı Cavabdeh2 Firması ilə “Xalq Bank” Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış xx xxxx 2015-ci il tarixli **********58815 nömrəli kredit xətti müqaviləsinin etibarsız hesab edilərək ləğv edilməsi, Cavabdeh2 Firması ilə “Xalq Bank” Açıa Səhmdar Cəmiyyəti arasında bağlanmış xx xxxx 2015-ci il tarixli **********58815/SİM nömrəli sonrakı ipoteka müqaviləsinin etibarsız hesab edilərək ləğv edilməsi və ödənilmiş 10 (on) manat məbləğində dövlət rüsumunun cavabdehdən Cavabdeh2 Firmasının xeyrinə tutulması tələblərinə dair ilk iddia təmin edilməmışdir, qarşılıqlı iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh2 Firmasından xx xxxx 2015-ci il tarixli **********58815 nömrəli kredit xətti müqaviləsi üzrə 17.000.000 (on yeddi milyon) ABŞ dolları məbləğdə əsas borc, 2.388.957,46 (iki milyon üç yüz səksən səkkiz min doqquz yüz əlli yeddi dollar qırx altı sent) ABŞ dolları məbləğdə kreditdən istifadəyə görə hesablanmış adi faizlər üzrə borc, xx xxx 2016-cı il tarixə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 15% dərəcəsi ilə hesablanmış 11.161,62 (on bir min bir yüz altmış bir dollar altmış iki sent) ABŞ dolları məbləğdə dəbbə pulu olmaqla, cəmi 19.400.119,08 (on doqquz milyon dörd yüz min bir yüz on doqquz dollar səkkiz sent) ABŞ dolları (ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla) və 30 (otuz) manat məbləğində dövlət rüsumunun ödənilməsi üzrə çəkilmiş xərc “Xalq Bank” Açıq Səhmdar Cəmiyyətinə xeyrinə tutulması, tutmanın xx xxxx 2015-ci il tarixli **********58815/SİM nömrəli sonrakı ipoteka müqaviləsi üzrə ipoteka predmeti olan və Cavabdeh2 Firmasına məxsus Bakı şəhəri, Nərimanov rayonu, Səməd Vurğun küçəsi, 120 ünvanda yerləşən 0,2704 ha torpaq sahəsinə və həmin torpaq sahəsinin üzərində zirzəmi və 5 mərtəbədən ibarət olan, əsas sahəsi 16.043,1 kv.metr olmaqla, ümumi sahəsi 16.100,5 kv.metr təşkil edən qeyriyaşayış binasına yönəldilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınmasına görə 30 (otuz) manat və sənədlərin notariat qaydasında təsdiq edilməsinə görə 15 (on beş) manat məbləğində çəkilmiş xərclər ipoteka predmetinin dəyərindən Cavabdeh2 Firmasından “Xalq Bank” Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması, ipoteka predmeti olan Cavabdeh2 Firmasına məxsus Bakı şəhəri, Nərimanov rayonu, Səməd Vurğun küçəsi, 120 ünvanda yerləşən 0,2704 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində zirzəmi və 5 mərtəbədən ibarət olan, əsas sahəsi 16.043,1 kv.m. olmaqla ümumi sahəsi 16.100,5 kv.metr təşkil edən qeyri- yaşayış binasının ilkin satış qiymətinin 38.600.000 (otuz səkkiz milyon) manat müəyyən edilməsi, qarşılıqlı iddia xx xxx 2016-cı il tarixdən başlayaraq tələblərin ipoteka predmeti hesabına faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinə illik 16% dərəcəsi ilə hesablanan faizlər formasında əldən çıxmış faydanın əvəzinin Cavabdeh2 Firmasından “Xalq Bank” Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması hissədə təmin edilməməsi, üçüncü şəxs Ağa-X17 Cavabdeh2 firması ilə “Xalq Bank” Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış xx xxxx 2015-ci il tarixli **********5815/SİM nömrəli sonrakı ipoteka müqaviləsinin Bakı şəhəri, Nərimanov rayonu, Səməd Vurğun küçəsi, 120 ünvanda yerləşən ümumi sahəsi 16.100,5 kv.metrdən ibarət 5 mərtəbəli və zirzəmili qeyri-yaşayış sahəsinin 2-ci mərtəbəsində yerləşən 56,6 kv.metrdən ibarət qeyri-yaşayış sahəsi olan hissədə etibarsız hesab edilməsi tələbinə dair iddiasının təmin edilməməsi, üçüncü şəxs Hacıyevə Könül Rəşid qızının Cavabdeh2 firması ilə “Xalq Bank” Açıa Səhmdar Cəmiyyəti arasında bağlanmış xx xxxx 2015-ci il tarixli **********5815/SİM nömrəli sonrakı ipoteka müqaviləsinin Bakı şəhəri, Nərimanov rayonu, Səməd Vurğun küçəsi, 120 ünvanda yerləşən ümumi sahəsi 16.100,5 kv.metrdən ibarət 5 mərtəbəli və zirzəmili qeyri-yaşayış sahəsinin 2-ci mərtəbəsində yerləşən 24,6 kv.metrdən ibarət 18 nömrəli qeyri-yaşayış sahəsi olan hissədə etibarsız hesab edilməsi tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxx 2019-cu il tarixli 2-2(102)-285/2019 nömrəli qərarı ilə iddiaçı Cavabdeh2 Firması və üçüncü şəxs X20 qızı tərəfindən verilmiş kassasiya şikayəti təmin olunmayaraq, Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli 2- 2(103)-6/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə kollegiyası ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, əqdin etibarsızlığı dedikdə Azərbaycan Respublikası Mülki Məcəlləsində müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanan və məzmununda nəzərdə tutulmuş mülki-hüququ münasibətləri yaratmayan, yalnız özünün etibarsızlığı ilə bağlı nəticələrə səbəb ola bilən əqd başa düşülür. Etibarsız əqd qanuna zidd xarakter daşıyır və bu keyfiyyətinə görə müəyyən neqativ nəticələrə səbəb ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 339-cu maddəsində əqdin etibarsız sayıla bilməsinin altı müxtəlif əsasları müəyyən edilmişdir. Bu müxtəlif əsasların ümumi xüsusiyyətləri ondan ibarətdir ki, onların nəticəsində tərəflərin birinin iradəsinə zidd olaraq, mənafeyini ciddi şəkildə pozan, qarşı tərəfin iradəsinə uyğun olan və onun arzuladığı əqd bağlanır. Əslində tərəflərdən biri öz iradəsinə zidd bir əqdin bağlanmasına məcbur edilir. Bu isə mülki qanunvericiliyin bir sıra prinsiplərini, o cümlədən mülki hüquq subyektlərinin bərabərliyi, onların sərbəstliyi və təbii ki, müqavilə azadlığı prinsiplərinin kobud pozulmasıdır və belə əqdlər mübahisə edilən əqdlər qrupuna aid edilir. Ağır vəziyyətə düşmüş şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqdlər də mübahisələndirilən əqdlər kateqoriyasına aiddir. Belə əqdin etibarsız sayılması üçün digər tərəfin həmin şəxsin ağır vəziyyətə düşməsini bilməsi və bu haldan istifadə edərək əqdin bağlanmasına nail olması tələb olunur və belə əqdin bağlanması nəticəsində ağır vəziyyətə düşmüş şəxsin həm iradəsi, həm də mənafeyi ciddi şəkildə pozulmuşolur. Eyni zamanda, məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı şəxslər tərəfindən iddia tələblərində göstərilən hallar məhkəmə araşdırmasında öz təsdiqini tapmamışdır. Məhkəmə qətnaməsi əsasında müəyyən olunmuş borc məbləğinin ipoteka predmetinə yönəldilməsi və həmin ipoteka predmetinin tələbkar bank tərəfindən açıq hərrac yolu ilə alaraq mülkiyyət hüququnu əldə etməsi gözləntisi olduğu halda müvafiq ipoteka müqaviləsinin etibarsız hesab edilməsi yolverilməzdir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən - bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Göstərilən prosessual normanın tələbləri baxımından məhkəmə kollegiyası qeyd edir ki, mülki işin icraatı zamanı preyudisial (əvvəlki hal) faktlar da sübut olunmur. Sübutetmə predmetinə daxil olan tədqiq olunan və məhkəmənin yekun aktında əks edilən faktlar, bu akt qanunla müəyyən edilən qaydada ləğv edilənə və ya dəyişdirilənə qədər həqiqilik və qətilik keyfiyyəti əldə edir. Məcburiliyi baxımından bütün digər orqanlar, vəzifəli şəxslər, təşkilatlar, vətəndaşlar bu aktın məzmunu ilə razılaşmalıdırlar. Artıq qüvvəyə minmiş qətnamənin faktiki əsasını təşkil edən hallar yeni mübahisə üçün də hüquqi əhəmiyyət kəsb etdikdə preyudisiya əlaqəsi yaranmış olur. Məhkəmə kollegiyası apellyasiya şikayətinin kreditin verilməsi zamanı pozuntuya yol verilməsi barədə dəlilini əsassız hesab edir. Belə ki, kreditin verilməsi Bank və ya digər kredit təşkilatları tərəfindən həyata keçirilir. Həmçinin Azərbaycan Respublikası X16 36.6cı maddəsinə əsasən hər bir bank müştərilərlə bağladığı müqavilədə xidmət şərtlərini, o cümlədən faiz dərəcələrini, komisyon haqlarını və göstərilən bank xidmətləri üçün digər ödənişləri, habelə bank tərəfindən verilmiş kreditlərin ödənişi şərtlərini və qaydalarım müəyyən etməkdə sərbəstdir. Hazırki iş matariallarından isə görünür ki, kredit münasibətləri yaranan zaman hər hansı bir qanunvericilik normasının tələbi pozulmamışdır. Bundan əlavə həmçinin hazırki iddia tələbində kredit münasibətləri deyil, ancaq kredit münasibətləri əsasında törəmə münasibət olan ipoteka münasibətləri mübahisələndirmişdir. Belə olan halda apellyasiya şikayətinin qeyd olunan dəlili əsassızdır. Apellyasiya şikayətinin ipoteka predmetinin qiymətləndirilməsi zamanı yol verilmiş pozuntu ilə bağlı dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, bu dəlil ipoteka müqaviləsinin etibarsız hesab edilməsi üçün əsas ola bilməz. Belə ki, hazırki ipoteka müqaviləsi üzrə forma və məzmuna dair tələblərə əməl olunmuş həmçinin qanunvericilikdə göstərilmiş müqavilənin etibarsızlığına dair də hər hansı bir qanuni əsası mövcud deyildir. Şərh olunanlara əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır. Qeyd edilənlərə və apellyasiya baxışı ilə müəyyən edilmiş hallara əsaslanaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları düzgün müəyyən edərək iş üzrə əsaslı və ədalətli nəticəyə gəlmişdir; qətnamə qanuni və əsaslıdır; apellyasiya şikayətinin dəlilləri qətnamənin tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsaslı deyildir. Odur ki, apellyasiya şikayətləri təmin edilməməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Qürbət Əsgərov Hakimlər Azad İmanov Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar