Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8287/2021 29.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Məmmədovanın sədrliyi və məruzəsi ilə, X1 və Rafael Əmir oğlu Eyvazovdan ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi ilə, Cavabdeh Allahverənova (Hüseynova) Əfruz İsa qızının iştirakı ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 27 aprel 2021-ci il tarixli, 2(011)-2351/2021 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “birgə nikah dövründə əldə edilmiş pul vəsaitinin tərəflər arasında bölünməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində göstərmişdir ki, o, Cavabdeh ilə 14.05.2019-cu il tarixdə rəsmi nikaha daxil olmaqla ailə qurmuşdur. Nikahın pozulması ilə bağlı cavabdeh Xətai Rayon Məhkəməsinə müraciət etmiş və hal-hazırda iddia ərizəsi Xətai Rayon Məhkəməsinin hakimi Aygün Həsənovanın icraatındadır. Nikah şəhadətnaməsi digər mülki işdə olduğu üçün onun təqdim olunmasını cavabdehə həvalə edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh 2019/2020-ci il tarixdə birgə nikah dövründə 21.08.2019-cu il tarixdə Bakı şəhərində yerləşən “NAZEEK JEWELRY” mağazasından 299 (iki yüz doxsan doqquz) AZN dəyərində qızıl-zinət əşyası, 10.03.2020-ci il tarixdə Bakı şəhərində yerləşən “BY TELEKOM”-dan 2499 (iki min dörd yüz doxsan doqquz) AZN dəyərində mobil telefon, 05.03.2020-ci il tarixdə Bakı şəhərində “PANDORA” mağazasından 156 (yüz əlli altı) AZN məbləğində zinət əşyası almışdır. Həmçinin artıq sentyabr ayından onunla birgə yaşamır və birgə təsərrüfatda deyil. Beləliklə, ümumi xərcləri üçün "xxxx"-dan onun adına olan “BİR KART” vasitəsilə birgə nikah dövründə götürülmüş 10615 (on min altı yüz on beş) AZN məbləğində vəsaitin 2999 ( iki min doqquz yüz doxan doqquz) AZN cavabdehin şəxsi ehtiyacları üçün xərclənmişdir. Cavabdehin aldığı əşyalara görə ödənilməli olan 2999 ( iki min doqquz yüz doxsan doqquz) AZN hal-hazırda ona məxsus “BİR KART” vasitəsilə ödənilir. Bundan başqa cavabdeh sentyabr ayından onunla birgə təsərrüfatda olmadığından banka ödənilməli olan 2343 ( iki min üç yüz qırx üç) AZN-də onun tərəfindən ödənilir. Göstərilənləri nəzərə alaraq, Cavabdeh ümumi xərclər üçün götürülmüş 10615 ( on min altı yüz on beş) AZN-in, sentyabr ayından onunla birgə təsərrüfatda olmadığı üçün "xxxx"-a ödədiyi 2343 (iki min üç yüz qırx üç) AZN-dən, məbləğin 1/2 hissəsinin ona ödənilməsini, ümumi xərclər üçün götürülmüş 10615 (on min altı yüz on beş) AZN-dən öz şəxsi ehtiyacı üçün xərclədiyi 2999 (iki min doqquz yüz doxsan doqquz) AZN-in cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 27 aprel 2021-ci il tarixli, 2(011)-2351/2021 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı “birgə nikah dövründə əldə edilmiş pul vəsaitinin tərəflər arasında bölünməsi tələbinə dair” iddiasının təmin edilməməsi, iddia təmin edilmədiyindən iddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun iddiaçının özünə aid edilməsi qət olunmuşdur. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2351/2021 saylı iş üzrə 27.04.2021-ci il tarixli qətnaməsininin ləğv edilməsini xahiş etmişdir. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırır ki, birinci instansiya məhkəməsi iddia tələbini araşdırarkən maddi hüquq normalarını kobud surətdə pozmuşdur. Belə ki, iddiaçının əvvəlki nigahdan qalmış aliment borcunun ödənilməsi üçün əmək haqqının 70 faizi və sonralar 50 faizinin əsas gətirərək,cavabdeh yalnız onun əmək haqqının və analıq məzuniyyəti üçün aldığı 4000(dörd min)manatın birgə təsərrüfatda xərcləndiyini əsas gətirərək iddia tələbini əsassız saymışdır. Bundan cavabdeh onun istifadəsində olan mobil telefon və qızıl-zinət əşyalarının iddiaçı tərəfindən ona hədiyyə alındığını söyləsə də,onun dediklərini sübut edən hər hansı bir sübut olmamışdır. İş materiallarının içərisində iddiaçının təqdim etdiyi cədvəldə bütün ödənişlərin iddiaçı yəni İddiaçı tərəfindən ödənilməsi açıq aydın görünür. Qanun qarşısında bərabərlik prinsipinin pozulması nəticəsində birinci instansiya məhkəməsi tərəfindən iddiaçının hüquqları kobud pozulmuş, bu da cavabdehin aldığı aylıq maaşın, analıq məzuniyyət pulunun 4000 (dörd min )olmasnı və həmçinin həmin pulun birgə nigahda xərcləndiyini sübut edən heç bir sübut təqdim etməmişdir. Məhkəmə kollegiyasının iclasında cavabdeh Allahverənova (Hüseynova) Əfruz İsa qızı iddia ərizəsinə və apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən qüvvəsində saxlanılmasını xahiş etmişdir. İş üzrə iddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. İddiaçı 28 sentyabr 2021-ci il tarixdə məhkəməyə teleqramla müraciət edərək, 29.09.2021-ci il tarixə, saat 10:20-ə təyin olunmuş məhkəmə iclasına səhhəti ilə bağlı iştirak edə bilmədiyi üçün məhkəmə baxışının başqa vaxta təxirə salınmasını xahiş etmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş üzrə materialları, apellyasiya şikayətinin dəlillərini və tərəfin izahatını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı və qətnamə dəyişdirilmədən qüvvədə saxlanmalıdır. Belə ki, iş materiallarında olan "xxxx" ASC-si tərəfindən verilmiş İddiaçı məxsus “Ödəniş kartı üzrə çıxarış”dan görünür ki, 21 avqust 2019-cu il tarixdə “NAZEEK JEWELRY”-yə 299 manat məbləğində, 05 mart 2020-ci il tarixdə “Pandora”-ya 156 manat məbləğində, 10 mart 2020-ci il tarixdə isə “By Telecom”-a 2499 manat məbləğində kart vasitəsilə ödənişlər həyata keçirilmişdir. Hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Ona görə də, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edibetməməsi məsələlərini araşdırılmalıdır. İddia irəli sürməyə imkan verən subyektiv mülki hüququn mövcudluğu məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassız olardı. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin subutların mümkünlüyünü müəyyən edən 81-ci maddəsi təsbit edir ki, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1-ci maddəsinə görə nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Eyni Məcəllənin 34.1-ci maddəsinə görə nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Tərəflərin birinci instansiya məhkəməsinin iclasında verdikləri izahatlarından müəyyən edilmişdir ki, tərəflər birlikdə yaşadığı 1il 4 ay ərzində Cavabdeh maaşını ailə xərcləri üçün İddiaçı vermişdir, o, da ailə üçün xərcləmişdir. Cavabdeh maaşı təxminən 1000-1200 manat təşkil etmişdir. İddiaçı 1050 manat maaş almışdır ki, həmin məbləğdən əvvəlki nikahdan olduğu uşağı üçün 6300 manat aliment borcu yarandığından, onun maaşından əvvəl 70%-in tutulmuş, daha sonra 50 %-in, yəni 750 manat tutulmuşdur, maaşının qalan hissəsindən 375 manat ipoteka kreditini ödəmişdir, 194 manat da Bir kart krediti üçün ödəmişdir. Cavabdehin izahatı və işdə olan sübutlarla təsdiq edilir ki, iddiaçının ərizədə qeyd etdiyi əşyaları iddiaçı cavabdehin doğum günündə, yəni 21 avqust 2019-cu il tarixdə (“NAZEEK JEWELRY”-dən 299 manat məbləğində), və 08 mart bayramı ərəfəsində 05 mart 2020-ci il tarixdə (“Pandora” –dan 156 manat məbləğində), hədiyyə olaraq almışdır. Həmçinin iddiaçı məhkəmə iclasında bildirmişdir ki, cavabdeh ona qarşı məhkəmədə iddia qaldıraraq birgə nikahda olduqları dövr ərzində ipoteka krediti üçün ödənilmiş vəsaitdə öz payının müəyyən olunmasını istəmişdir. Ona görə hazırki iddianı qaldırmaq məcburiyyətində qalmışdır. Belə ki, cavabdeh həmin iddiasından imtina etsə, o, hazırki iddiadan imtina etməyə hazırdır. Beləliklə, müəyyən edilmişdir ki, cavabdehin qazancı iddiaçının qazancından artıq olmaqla (1 il 4 ay, yəni 16 ay ərzində hər ay 1000- 1200 manat olmaqla, bundan əlavə 4000 manat civarında da analıq məzuniyyəti üçün ödənilmiş müavinət) iddiaçının sərəncamında olmuşdur və onun tərəfindən xərclənmişdir. Bununla yanaşı iddiaçı tərəfindən etiraf edilmişdir ki, hazırki iddia cavabdehin qaldırdığı digər pul tələbinə dair iddia ilə bağlı müdafiə xarakteri daşıyır. Məhkəmə kollegiyası mülki işdə olan sübutları qiymətləndirib, işin faktiki hallarını nəzərə alaraq belə qənaətə gəlir ki, iddia tələbi əsassız olduğundan və sübutlarla təsdiq edilmədiyindən təmin edilməməlidir. Beləliklə, məhkəmə kollegiyası tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı “birgə nikah dövründə əldə edilmiş pul vəsaitinin tərəflər arasında bölünməsi tələbinə dair” iddiasının təmin edilməməsi, iddia təmin edilmədiyindən iddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun iddiaçının özünə aid edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin qənaəti düzgündür. Apellyasiya şikayətinin dəlilləri ilə bağlı Kollegiya qeyd edir ki, bu dəlillər iddia ərizəsinin məzmunu ilə oxşar olmaqla yuxarıda onalara qiymət verilmişdir. Kollegiya nəzərə alır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Göründüyü, kimi birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyinəzərindən qanuni və əsaslıdır, apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla qətnamənin ləğvi üçün əsaslar yoxdur, maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq olunmuşdur. Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qət etdi: Apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 27 aprel 2021-ci il tarixli, 2(011)-2351/2021 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlansın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Şərafət Məmmədova
Məhkəmə qərarları › İş №2(103)-8287/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8287/2021
29.09.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver