Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-8305/2020 29.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X3 (sədrliyi və məruzəsi ilə), Şirinov Ziya Allahverdi oğlu və Eyvazov Rafael Əmir oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Nizamlı Aygün Ülviyyət qızının katibliyi ilə, İddiaçı cavabdeh “xxxxxxxxxxx” Tikinti Şirkətinə qarşı pul tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2338/2020 saylı işi üzrə xx.xx.2020-ci il tarixli qətnaməsindən cavabdeh X2 tərəfindən verilmiş apellyasiyanın mümkünlüyünə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2338/2020 saylı işi üzrə xx.xx.2020ci il tarixli qətnaməsi ilə qismən təmin edilərək, 10000 manat məbləğində pul və 30 manat dövlət rüsumu “xxxxxxxxxxx” Tikinti Şirkətinin icraçı direktoru Cavabdeh2 tutularaq İddiaçı ödənilməsi və iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmiş və cavabdeh X2 qətnamədən şikayət və müddətin bərpa edilməsinə dair ərizə vermişdir (səh. 42,65). Məhkəmə kollegiyası daxil olmuş apellyasiyanın mümkünlüyünə qiymət verərkən müəyyən etmişdir ki, məhkəmənin xx.xx.2020-ci il tarixli qətnaməsinin surəti tərəflərə rəsmi qaydada xx.xx.2020-ci il tarixdə sifarişli mətubla göndərilmiş (iş səh. 47),cavabdeh X1 isə xx.xx.2020-ci il tarixində qətnamənin surətinin əldə edilməsini təsdiq edən xəbərnamə iş materiallarında əlavə edilmiş, lakin iş materiallarında olan sənədlərdə cavabdehə məxsus müxtəlif ünvanlar qeyd edilmişdir (iş səh.49,4,18,47, 64, 65) qətnamə icraya yönəlmiş və qanuni qüvvəsini almışdır (səh.52-59). Apellyasiya şikayəti xx.xx.2020ci il tarixdə verilərək, şikayətdə ünvan qeyd edilməmiş, qanuni qüvvəyə minmiş qətnamədən şikayət vermə müddət barədə verilmiş ərizəyə məhkəmə tərəfindən münasibət bildirilməmişdir (səh.63-65) Diqqətə çatdırıılmalıdır ki, mülki prosessual qanunvericilik qanuni qüvvəsini almayan məhkəmə aktlarından şikayət edilməsini təsbit etmişdir və qanuni qüvvəsini almış qətnamədən verilmiş şikayət üzrə prosessual müddətə dair müzakirə aparılmalıdır. Ona görə də məhkəmə məhkəmə sənədlərinin çatdırılması üzrə vəzifələrə aid prosessual hərəkətlər etməlidir. Belə ki, bu növ prosessual qeyrimüəyyənlik hüquq tətbiqetmədə sui-istifadəyə məruz qalmanın tipik təzahürlərinə şərait yaradan amildir. Şərh olunanlara və Azərbaycan Respublikası Konstitusiyasının 24 (İİİ), 80, “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 62-67, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2, 128-133, 135.3, 135.5, 263, 264, 268-269, 357, 360-366, 402-405-ci maddələrinə əsasən məhkəmə kollegiyası q ə r a r a a l d ı: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2338/2020 saylı işi üzrə xx.xx.2020ci il tarixli qətnaməsindən cavabdeh X2 tərəfindən verilmiş apellyasiya qeyri-mümkün hesab edilsin və mülki iş Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-8305/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-8305/2020
29.10.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver