Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8309/2021 07.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər İbayev Vəfaddin Ələm oğlundan və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi Orucova Məryəm Faiq qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, AR ƏƏSMN-nın yanında X11 xidmətinin nümayəndəsi X9 iştirakları ilə, İddiaçı Cavabdehnə q̇arşı əmək haqqı tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 21.05.2021-ci il tarixli, 2(009)-1101/2021 nömrəli qətnaməsindən "xxxx" MMC tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin Bakı şəhər idarəsi cəlb edilməklə Cavabdehnə qarşı əmək haqqı tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, cavabdeh – Cavabdehndən (qanuni təmsilçisi – X2) əmək müqaviləsi əsasında işlədiyi lakin ödənilməmiş 5 ay üçün 2205 manat əmək haqqının, son haqqhesaba (istifadə etmədiyi məzuniyyət günlərinə görə) görə 441 manat və əmək kitabçasının qanunla müəyyən edilmiş müddətdə verilməsini ləngitdiyi 10 ay 15 günə görə 4630 manatın, ümumilikdə - 7276 manatın tutularaq ona – İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, "xxxx" MMC satış müdiri vəzifəsinə işə qəbul edilmiş və həmin MMC-nin qanuni təmsilçisi olan - işəgötürən X8 ilə aralarında müddətsiz əmək müqaviləsi bağlamışdır. Aralarında bağlanılmış əmək müqaviləsinə əsasən onun vəzifə maaşı 441,00 manat təşkil etmişdir. Onun əmək funksiyasına MMC-nin müxtəlif təşkilatlardan (o cümlədən xarici ölkələrdən) aldığı mühərrik yağları anbara mədaxil edildikdən sonra həmin yağları sənədlər əsasında müştərilərə satmaqdan ibarət olmuşdur. O, həmin vəzifədə çalışaraq əmək müqaviləsi ilə üzərinə düşən öhdəlikləri vicdanla yerinə yetirmişdir. O, həmin işdə 2020-ci ilin may ayına qədər işləmişdir. İşəgötürən həmin vaxt ona və digər əməkdaşlara iş yükünün az olması səbəbindən bir müddət işə çıxmalarına lüzum olmadığını, iş yükü artan zaman yenidən öz işlərinə davam edəcəklərini bildirmişdir. Onlar da, onun sözlərinə inanaraq bir müddət işə çıxmamışlar. Bununla yanaşı, onunla tez-tez əlaqə saxlayaraq vəziyyətin dəyişibdəyişdmədiyini, nə vaxt işə çıxacaqlarını öyrənəndə, o, ona "narahat olma, hər şey qaydasındadır, bir neçə günə işə çıxacaqsan, onsuz da günlərin işdə oldüğun kimi qeyd olunur və öz əmək haqqını alacaqsan” deyə onu rahat edirdi. Bu məsələ uzandıqca, o, narahat olmağa başlamışdır. Sonra o, MMC-yə müraciət edərək işlədiyi, lakin əmək haqqını almadığı 2019-cu ilin dekabr ayından 2020-ci ilin may ayına kimi əmək haqqını istədikdə, MMC-nin müdiri müxtəlif bəhanələrlə bu gün-sabah deyərək, əmək haqqını ödəməkdən yayınmışdır. Onunla danışıq aparmağın nəticəsiz olduğunu başa düşərək əmək hüquqlarının pozulması ilə bağlı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinə ərizə ilə müraciət etmişdir. Xidmətin Bakı şəhər İdarəsində onun müraciəti əsasında araşdırma aparılmış və ona belə cavab verilmişdir: "Araşdırma zamanı "xxxx" MMC-nin rəhbərliyi tərəfindən təqdim olunmuş sənədlərdən onlarla MMC arasında bağlanmış əmək müqaviləsinə 01.05.2020-ci il tarixində Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 75-ci maddəsinin 2-ci hissəsinin "a" bəndinə əsasən (tərəflərin qarşılıqlı razılığı) qanunvericiliyin tələbi pozularaq xitam verildiyi, son haqq-hesablarının isə ödənilmədiyi müəyyən edilmişdir. Bu səbəbdən də “NCM GROUP" MMC-nin direktoru X7 barəsində Azərbaycan Respublikası İXM-nin 192.4-cü və 192.6-cı maddələrinə əsasən inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Son haqq-hesablarının qanunvericiliyin tələblərinə uyğun olaraq ödənilməsi barədə tərəfindən "xxxx" MMC-nin direktoru X6 rəsmi məktub göndərilmişdir.” X11 Xidmətinin Bakı şəhər İdarəsindən veilmiş cavabdan da bir daha aydın olur ki, “NCM GROUP" MMC-nin direktoru X7 tərəfindən onun əmək hüquqları kobudcasına pozularaq, ona 2019-cu ilin dekabar ayından qeyri-qanuni işdən çıxarıldığı vaxta - 2020-ci ilin may ayına qədər olan dövr üçün (5 ay) əmək haqqı ödənilməmiş, son haqq-hesabı və əmək kitabçası verilməmişdir. Yuxarıda göstərildiyi kimi, MMC-nə işə qəbul edilmiş və MMC-nin qanuni təmsilçisi X5 aralarında müddətsiz əmək müqaviləsi bağlanmışdır (müqavilənin nüsxəsi ona verilməmişdir). MMC tərəfindən əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 75-ci maddəsinin 2-ci hissəsinin “a" bəndinə əsasən (tərəflərin qarşılıqlı razılığı) xitam verildiyi ona yalnız X11 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən verilmiş cavabdan sonra ona məlum olmuşdur. Bundan sonra o, MMC-nin qanuni təmsilçisi X3 əmək müqaviləsinə qanunsuz olaraq xitam verdiyini, əmrin surətini, əmək kitabçasını, işlədiyi son 5 ay (01.12.2019-cu il tarixindən-01.05.2020-ci il tarixinə kimi) üçün əmək haqqını və son haqq-hesabını tələb esə də, o, yenə də müxtəlif bəhanələrlə bunları etməkdən yayınmışdır. Əmək kitabçanın ona verilməməsi səbəbindən o, bu günə kimi başqa işə qəbil edilməmiş və hal-hazırda da işsizdir. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 21.05.2021-ci il tarixli, 2(009)-1101/2021 saylı qətnaməsi ilə iddia tələbinın təmin edilməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalan cavabdeh "xxxx" MMC apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 tərəfindən Cavabdeh MMC-nin direktoru X4 barəsində Azərbaycan Respublikası İXM-nin 192.4-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Halbuki, AR İXM-nin 192.4-cü maddəsinin tələbləri ondan ibarətdir ki, işçinin əmək və məzuniyyət haqlarının hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə görə cərimə tənbehi tətbiq edilir. Qeyd olunanlar onu sübut edir ki, Cavabdeh MMC-nin direktoru X8 İddiaçı ilə aralarında olan əmək münasibətləri ilə bağlı olan hüquqpozmaya görə cərimə edilməmişdir. Əlavə olaraq bildirir ki, əmək kitabçasını iddiaçı MMC-nin direktorunun köməkçisindən 2020-ci ilin yay aylarında şəxsən qəbul etmişdir. Əmək kitabçasının ona verilməsi barədə MMC-yə və ya məhkəmə orqanlarına hər hansı müraciəti mövcud deyildir. Həmin müddət ərzində iddiaçının digər iş yerinə işə götürülməsi ilə bağlı müraciəti və müraciətinə əmək kitabçasının olmaması əsası ilə imtina olunması barədə hər-hansı sübutu mövcud deyildir. Bununla yanaşı, iddiaçıya əmək kitabçasının təqdim edilməsi, son haqq-hesabın verilməsinə dair onlarda məhkəməyə təqdim etmək üçün hər hansı sübut yoxdur. Cavabdeh MMC tərəfindən iddiaçının hüquqları qorunmuşdur. Lakin iddiaçının iddia etdiyi tələblərin qarşılınması ilə bağlı sübutlarınıın olmaması, iddiaçının aydın şəkildə bundan sui-istifadə etdiyi bəllidir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən X13 izahat verərək göstərdi ki, İddiaçı ilə əmək müqaviləsinə xitam verilərkən işə götürən NCM Group MMC-nin vəzifəli şəxsi tərəfindən əmək qanunvericiliyinin tələbləri pozulmuş, buna görə də o, inzibati məsuliyyətə cəlb edilmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və səbəbi barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən işə gəlməyən tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsi iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv edilməli və iddia tələbinin qismən təmin edilməsi barədə yeni qətnamə qəbul edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası qeyd edir ki, iş üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsi tam mübahisələndirildiyindən, kollegiya birinci instansiya məhkəməsinin qanuniliyini və əsaslığını tam yoxlayır. Belə ki, iş materiallarına əlavə edilmiş Cavabdeh MMC ilə İddiaçı arasında bağlanmış 08 yanvar 2019-cu il tarixli əmək müqaviləsindən görünür ki, İddiaçı həmin MMC-nin satış müdiri vəzifəsinə işə qəbul edilmişdir. İş materiallarında olan Ns 12-k saylı, 08 yanvar 2019-cu il tarixli Cavabdeh MMC-nin Əmrindən görünür ki, İddiaçı 08 yanvar 2019-cu il tarixdə satış müdiri vəzifəsinə qəbul edilmişdir. Aylıq əmək haqqı əmək müqaviləsinə əsasən 180 manat müəyyən edilmişdir. İş materiallarında olan əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı X10ndən görünür ki, İddiaçı müddətsiz əmək müqaviləsinə əsasən NCM Group MMC-də satış müdiri vəzifəsində işləmiş və aylıq əmək haqqı 476,22 manat (əvvəlki əmək haqqı məbləği 440,22 manat) təşkil etmişdir. Bu barədə məlumatlar ƏƏSMN-nin X1 sisteminə 01.10.2019-cu il tarixdə daxil edilmişdir. İş materiallarında olan əmək müqaviləsinə xitam verilməsi ilə bağlı X10ndən görünür ki, İddiaçı ilə NCM Group MMC arasında bağlanmış əmək müqaviləsinə ƏM-nin 75.2-ci maddəsinin «a» bəndinə əsasən (tərəflərin qarşılıqlı razılığı) xitam verilmişdir. Bu barədə məlumat ƏƏSMN-nin X1 sisteminə 01.05.2020-ci il tarixdə daxil edilmişdir. İş materiallarında olan ƏƏSMN 3 saylı DOST Mərkəzi tərəfindən verilmiş 30 aprel 2021-ci il tarixli arayışdan məlum olur ki, İddiaçı adına AR ƏƏSMN-nin X1 Sisteminin «X10» alt sistemində 02.05.2020-ci il tarixdən sonrakı müddətdə qüvvədə olan əmək müqaviləsi aşkar edilməmişdir. İş materiallarına əlavə edilmiş inzibati tənbeh vermə haqqında 02.10.2019-cu il tarixli qərarın surətindən görünür ki, X8 tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.6-cı və 192.4-cü maddələrində nəzərdə tutulmuş inzibati xəta törədildiyindən barəsində 23 sentyabr 2020-ci il tarixdə MN seriyalı №0687571 nömrəli İnzibati xəta haqqında protokol tərtib edilmişdir. Həmin protokol və inzibati xəta haqqında işin digər materiallarına baxılaraq MN seriyalı №0646446 nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. İş materialları ilə həmçinin müəyyən edilir ki, İddiaçı Cavabdeh MMC-də əmək hüquqlarının pozulması barədə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ünvanladığı müraciətinə X11 Xidmətinin Bakı şəhər İdarəsində baxılmışdır. Araşdırma zamanı Cavabdeh MMC tərəfindən təqdim edilmiş sənədlərdən İddiaçı əmək müqaviləsinə qanunvericiliyin tələbi pozularaq xitam verildiyi və son haqqhesabının ödənilmədiyi məlum olmuşdur. Bu səbəbdən də, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4-cü və 192.6-cı maddələrinə uyğun olaraq Cavabdeh MMC barəsində inzibati xəta haqqında protokol tərtib olunmuşdur İşin araşdırılan halları ilə müəyyən edilir ki, İddiaçı 08 yanvar 2019-cu il tarixdən cavabdeh NCM Group MMC-də satış müdiri vəzifəsinə işə qəbul edilmiş, həmin vaxt onun aylıq əmək haqqı 180 manat həddində müəyyən edilmiş, sonradan onun əmək haqqı 440,22 manat, 01.10.2019-cu il tarixdən isə 476,22 manat həddində müəyyən edilmişdir. Tərəflər mübahisələndirmirlər ki, iddiaçı 2019-cu ilin dekabr ayından sonra işə çıxmamış, onunla bağlanmış əmək müqaviləsinə isə 01.05.2020-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 75.2-ci maddəsinin «a» bəndinə əsasən xitam verilmişdir. İşlədiyi müddətdə iddiaçının əmək məzuniyyətinə çıxması halı müəyyən edilməmişdir. Həmçinin, əmək müqaviləsinə tərəflərin qarşılıqlı razılığına əsasən xitam verildiyi bildirilsə də, iddiaçının bununla bağlı razılığı olduğu müəyyən edilməmişdir. Həmçinin, İddiaçı işdən azad edildikdən sonra ona məxsus əmək kitabçasının və işdən azad edilmə barədə əmrin surətləri ona təqdim edilməmişdir. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətində iddiaçının öz əmək kitabçasını 2020-ci ilin may ayında direktorun köməkçisindən şəxsən aldığını, habelə ona son haqq-hesabın ödənildiyini bildirsə də, bununla bağlı hər hansı sübut təqdim etməmiş, onlarda bunu təsdiq edəcək sübutların olmadığını göstərmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 75-ci maddəsinin 2-ci hissəsinin «a» bəndinə əsasən əmək müqaviləsində, ona xitam verilməsi barədə tərəflərin qarşılıqlı razılığı ilə aşağıdakı əlavə hal nəzərdə tutula bilər: tərəflərin qarşılıqlı razılığı. Həmin Məcəllənin 83.2-ci maddəsinə əsasən əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Həmin Məcəllənin 87-ci maddəsinin 3-cü bəndinə əsasən işdən çıxan işçilərə əmək kitabçası əmək müqaviləsinə xitam verildiyi gün (sonuncu iş günü) verilir. Həmin Məcəllənin 177-ci maddəsinin 1-ci bəndinə əsasən orta əmək haqqı — işçiyə vəzifəsi (peşəsi) üzrə işəgötürən tərəfindən ödənilmiş məvacib və onun tərkibinə daxil olan ödənclərin bu Məcəllədə və digər normativ hüquqi aktlarda nəzərdə tutulan qaydada müəyyən olunan məbləğdir. Həmin Məcəllənin 296-cı maddəsinin 2-ci bəndinə əsasən, bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Bu maddənin 3-cü bəndinə əsasən hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Bu maddənin 4-cü bəndinə əsasən pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 300.1-ci maddəsinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası bu qənaətə gəlir ki, cavabdeh NCM Group MMC ilə İddiaçı arasında bağlanmış əmək müqaviləsinə xitam verilərkən əmək qanunvericiliyinin yuxarıda qeyd edilən normalarının tələblərinə düzgün riayət edilməmiş, nəticədə iddiaçının əmək hüquqları pozulmuşdur. Bu səbəbdən məhkəmə kollegiyası İddiaçı işə bərpa edilməsi ilə bağlı tələbi əsaslı olmuşdur və birinci instansiya məhkəməsinin bu hissədə gəldiyi nəticə əsaslı olmuşdur. İddiaçı 2020-ci ilin dekabr ayından onunla əmək müqaviləsinə xitam verildiyi 2020-ci ilin may ayna qədər olan müddət ərzində ona əmək haqqı ödənilmədiyindən, ona həmin müddət ərzində əmək haqqının hesablanaraq ödənilməsi barədə tələbi də əsaslı olmuşdur və birinci instansiya məhkəməsinin iddia tələbini bu hissədə də təmin etməsi düzgün olmuşdur. Bu zaman məhkəmə kollegiyası qeyd edir ki, iddiaçıya əmək haqqının ödənilmədiyi 5 ay müddət ərzində onun əmək haqqı 476,22 manat təşkil etsə də, iddia tələbində ona hər aya görə 441,00 manat olmaqla cəmi 2205,00 manat əmək haqqının və son haqq-hesaba görə 441 manat ödənilməsini xahiş etdiyindən, iddianın həmin həcmdə təmin edilməsi düzgün olmuşdur. Bununla yanaşı, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin əmək kitabçasının qanunla müəyyən edilmiş müddətdə verilməsinin cavabdeh tərəfindən ləngidildiyi 10 ay 15 günə görə 4630 manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi hissəsində gəldiyi nəticə ilə razılaşmır. Belə ki, iddia tələbinin həmin hissədə qanuni əsasını Əmək Məcəlləsinin 172-ci maddəsinin 6-cı bəndi təşkil edir. Həmin normaya əsasən işçinin əmək kitabçasının bu Məcəllənin 87-ci maddəsinin üçüncü hissəsi ilə müəyyən edilmiş vaxtda verilməsi işəgötürənin təqsiri üzündən ləngidildikdə, işçiyə işə düzələ bilmədiyi bütün müddət üçün orta əmək haqqı ödənilməlidir. Bu maddənin dispozisiya şərtindən görünür ki, əmək kitabçasının qanunla müəyyən edilmiş vaxtda verilməsinin ləngidilməsi işəgötürən üçün yalnız o halda məsuliyyət yaradacaqdır ki, işçi əmək kitabçasını vaxtında ala bilməməsi səbəbindən işə düzələ bilməsin. Göründüyü kimi, bu maddəyə istinadən işəgötürəndən pul tələb edilməsi zamanı işçi ilk növbədə işə düzəlmək istədiyini, lakin əmək kitabçasının işəgötürənin təqsiri üzündən ona verilməsinin ləngidilməsi səbəbindən bunu edə bilmədiyini sübuta yetirməlidir. Hazırkı işin hallarından iddiaçının cavabdeh MMC-dən işdən azad edildikdən sonra işə düzəlmək istədiyi, həmin müddət ərzində iddiaçının digər iş yerinə işə götürülməsi ilə bağlı müraciət etməsi və müraciətinə əmək kitabçasının olmaması əsası ilə imtina olunması müəyyən edilmir. Belə ki, iddiaçı bununla bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir. Ona görə də məhkəmə kolegiyası hesab edir ki, iddia tələbi işə götürən tərəfindən əmək kitabçasının qanunla müəyyən edilmiş müddətdə ona verilməsinin ləngidildiyi 10 ay 15 gün üçün 4630 manat pul tələbi hissəsində əsassız olmuşdur və birinci instansiya məhkəməsi iddianı həmin hissədə təmin etməklə səhv nəticəyə gəlmişdir. Ona görə də, qətnamə həmin hissədə ləğv edilməli və iddia tələbi bu hissədə təmin edilməməlidir. Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsas təşkil edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 21.05.2021-ci il tarixli 2(009)-1101/2021 nömrəli qətnaməsi əmək kitabçasının qanunla müəyyən edilmiş müddətdə verilməsinin ləngidildiyi 10 ay 15 gün üçün 4630 (dörd min altı yüz otuz) manat pul məbləğinin cavabdehdən tutularaq İddiaçı ödənilməsi hissəsində ləğv edilsin və həmin hissədə iddia tələbi təmin edilməsin. Qətnamə apellyasiya şikayətinə münasibətdə qalan hissədə dəyişdirilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-8309/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8309/2021
07.10.2021 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver