Məhkəmə qərarları › İş №2(103)-8328/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8328/2021

27.09.2021 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8328/2021 27.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X2 (sədrliyi və məruzəsilə), Məmmədova Şərafət Asif qızı və Eyvazov Rafael Əmir oğlundan ibarət tərkibdə, Nizamlı Aygün Ülviyyət qızının katibliyi ilə, İddiaçı MMCnin, Cavabdeh qarşı “müqavilənin ləğv edilməsi” tələbinə dair ilk iddia ərizəsi və iddiaçı Cavabdeh - cavabdeh İddiaçı MMC-yə qarşı “ilkin iddianın rədd, müqavilənin etibarsız hesab edilməsi, maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair qarşılıqlı iddiası (Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-45/2021 saylı mülki işi) üzrə 10 iyun 2021-ci il tarixli qətnaməsindən cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh apellyasiya şikayəti əsasında Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı ‘‘İnter” MMC ilk iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ‘‘İnter” MMC ilə Cavabdeh arasında bağlanmış 26.11.2018-ci il tarixli müqavilənin ləğv olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh - cavabdeh İddiaçı MMC-yə qarşı «müqavilənin etibarsız hesab edilməsi, maddi və mənəvi ziyanın ödənilməsi» tələbinə (iddia tələbi həcminin artırılmasına dair) ərizə təqdim edərək ilkin iddianın rədd edilməsi, qarşılıqlı iddia ərizəsinin təmin edilməklə Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti, 1181-ci məhəllədə inşa edilən çoxmənzilli binanın «C» blokunun 1-ci mərtəbəsindəki ümumi sahəsi 150 kv.m təşkil edən qeyri-yaşayış (dükan) sahəsi ilə əlaqədar 26.11.2018ci il tarixli müqavilənin etibarsız hesab edilməsi, cavabdeh İddiaçı MMC-nin direktoru X5 67400 manat məbləğində pul, əsas borca görə ilə əlavə 5% hesablanmaqla, 3 ilə 5 faiz - 10.110 manat məbləğində vəsait, 30000 manat əldən çıxmış fayda, 100000 manat mənəvi ziyanın tutularaq iddiaçı Cavabdeh ödənilməsinə dair qətnamə çıxarılmasını, İddiaçı MMC-nin direktoru X7 əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələrinin tərkib əlamətləri olduğundan barəsində xüsusi qərardad çıxarılmaqla prokurora məlumat verilməsini xahiş etmişdir Birinci instansiya məhkəməsinin icraatı zamanı müəyyən edilmişdir ki, - İddiaçı MMC-nin adından X12 ilə Cavabdeh arasında bağlanmış 26.11.2018-ci il tarixli (hər iki iddia ərizəsi ilə müəyyən edilir ki, müqavilənin tarixi 26.11.2018-ci il olduğu halda texniki yanlışlıq nəticəsində 26.11.2019-cu il kimi qeyd edilmişdir) müqavilə ilə Bakı Şəhər İcra Hakimiyyətinin 443 saylı 23.10.2015-ci il tarixli Sərəncamına əsasən İddiaçı MMC Bakı şəhəri, Xocalı prospekti, 1181-ci məhəllədə inşa edilən yüksək mərtəbəli bina MTK üzvlərinin (payçıların) vəsaiti və imkanları hesabına tikilir. Buna əsasən Bakı şəhəri, Xocalı prospekti, 1181-ci məhəllədə yüksək mərtəbəli binanın tikintisi başa çatdıqdan sonra «C» blokunun 1-ci mərtəbəsində yerləşən və ümumi sahəsi 150 kv.m təşkil edən qeyri yaşayış (dükan) sahəsini (eskiz layihəsi əlavə edilir) «Kooperativ» "xxxx"ya (sahəsini tam dəyərini müqavilədə müəyyən edilmiş həcmdə və qayda ilə ödədikdən sonra) verilməsini, "xxxx" isə həmin yaşayış sahəsini qəbul etməyi öz öhdələrinə götürürlər. İddiaçı MMC tərəfindən verilmiş 26.11.2018-ci il tarixli maliyyə arayışında 26.11.2018-ci il tarixdə Cavabdeh tərəfindən Bakı şəhəri, Xocalı prospekti, 1181-ci məhəllədə yerləşən binanın C blokunun 1-ci mərtəbəsində ümumi sahəsi 150 kv.m olan qeyri yaşayış sahəsi üçün 67400 manat ödənilməsi, Qalıq borcunun 172600 manatdır. İddiaçı MMC tərəfindən Cavabdeh ünvanlanmış 18.02.2019-cu il tarixli, 07 nömrəli xəbərdarlıq məktubu,ilə 3 ay ərzində borc olaraq, ödənilməmiş 64725 manat pulun müəyyən edilmiş qaydada ödənilməsi öhdəliyi yaranmış pulu 3 (üç) gün müddətində "İnter” MMC-yə ödənilməsi xahiş olunmuş, müqavilənin birtərəfli qaydada ləğv ediləcəyi qeyd edilmişdir - Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə baş İdarəsinin İstintaq idarəsinin mühüm işlər üzrə müstəntiqi X4 tərəfindən qəbul edilmiş 16.03.2019-cu il tarixli cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında qərarla ********* nömrəli cinayət işindən X12 və qeyrilərinin Azərbaycan Respublikası CM-nin 178.3.2, 308.2 və 313-cü ilə maddələri ilə ayrıca cinayət işi ayrılmış -Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə baş İdarəsinin İstintaq idarəsinin mühüm işlər üzrə müstəntiqi X4 tərəfindən qəbul edilmiş 16.03.2019-cu il tarixli sübutların qiymətləndirilməsi haqqında qərarla, qərarın təsviri hissəsində göstərilənlərə əsasən yuxarıda qeyd olunan epizodlar üzrə X3, X12 və X6 barəsində cinayət işinin başlanması rədd edilmişdir. -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizasi Mərkəzinin 02.04.2021-ci il tarixli, 10/3635 nömrəli rəyi ilə"İnter” MMC ilə Cavabdeh arasında bağlanmış 26.11.2018-ci il (texniki səhv olaraq müqavilənin tarixi 26.11.2019-cu il kimi göstərilmişdir) tarixli müqaviləyə əsasən (eskiz layihədə göstərilən) Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti, 1181 -ci il məhəllədə inşa edilən çoxmənzilli binanın 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 150 kv.m (müqavilədə göstərildiyi kimi) təşkil edən (dəyəri tam ödənildikdən sonra verilməli olan) qeyri yaşayış sahəsinin ölçüləri və sərhədləri məhkəmə tərəfindən təqdim edilmiş eskizə əsasən 136.6 kv.metr sahəsi "AB və 5-8” saylı oxlar arasında, 13.66 kv. metr sahə binanın xarici divarından kənarda, həmin 136.6 kv.metr sahənin qarşısında yerləşdiyi göstərilmişdir. Baxış zamanı təqdim edilmiş sahənin ölçüləri və hüdudları Cavabdeh verilmiş eskiz layihəsinə uyğun olduğu və həmin sahələr ilə üst-üstə düşdüyü müəyyən edilir. Eyni zamanda qeyd olunur ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 26.11.2018-ci il (texniki səhv olaraq müqavilənin tarixi 26.11.2019-cu il kimi göstərilmişdir) tarixli müqaviləyə əsasən ayrılmış 150.0 kv.metr sahə Bakı şəhəri, Xətairayonu, Xocalı prospekti, 1181 -ci il məhəllədə inşa edilən çoxmənzilli binanın C blokunun 1-ci mərtəbəsində yerləşdiyi qeyd olunsa da, məhkəmə və baxış zamanı A1 blokunun 1-ci Hüseyn Məmmədov 3/3 tərəfindən təqdim olunmuş eskiz layihəsinə əsasən mərtəbəsində yerləşdiyi müəyyən olundu (iş.səh. 6, 8,5, 156, 158, 185). Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-45/2021 saylı işi üzrə 10 iyun 2021 -ci il tarixli qətnaməsi ilə iddiaçı ‘‘İnter” MMC-nin - Cavabdeh qarşı «müqavilənin ləğv olunması» tələbinə dair ilkin iddiası təmin edilməsi, ‘‘İnter” MMC ilə Cavabdeh arasında bağlanmış 26.11.2018-ci il tarixli müqavilənin ləğv olunması, iddiaçı Cavabdeh cavabdeh ‘‘İnter” MMC-yə qarşı «müqavilənin etibarsız hesab edilməsi, maddi və mənəvi ziyanın ödənilməsi» tələbinə dair qarşılıqlı iddiasının qismən təmin edilməsi, Bakı şəhəri, Xocalı prospekti, 1181-ci məhəllədə yerləşən binanın C blokunun 1-ci mərtəbəsində ümumi sahəsi 150 kv.m olan qeyri yaşayış sahəsi üçün ödənilmiş 67400 manat məbləğində pul vəsaitinin ‘‘İnter” MMC-dən tutularaq Cavabdeh ödənilməsi, qarşılıqlı iddianın qalan hissələrdə təmin edilməməsi, məhkəmə Ekspertiza Mərkəzi tərəfindən aparılmış məhkəmə tikinti-texniki ekspertizasının dəyəri olan 100 manatın 50 manat hissəsi iddiaçı ‘‘İnter” MMC-dən, 50 manat hissəsinin Cavabdeh tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir. Qətnamədə Azərbaycan Respublikası Mülki Prosesual Məcəllənin 14.2, 77.1, 88, 119.1 və 217.4, 220.5; Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 135.1, 135.2, 157.2, 421.1, 421.2, 421.3, 423.2-ci maddələrinə istinadən qeyd edilmişdir ki, hər iki iddia tələbində tərəflər bir-birinin bağladıqdarı müqavilə şərtlərinə əməl etməmələrinə əsaslanaraq müvafiq olaraq onun ləğvini və etibarsızlığını mübahisələndirmişlər.Məhkəmə müqavilənin ləğvi və etibarsızlığı ilə bağlı iddia tələblərinin əsaslarının demək olar ki, eyni olmasını nəzərə alaraq hər iki tələbə müqavilə şərtlərinə uyğun qiymət verilməsini zəruri sayır.Məhkəmə ilk iddia üzrə cavabdehin MMC-nin müqavilə şərtlərinə əməl edib şərtləşdirilmiş qaydada əmlakı təhvil verdikdən sonra ona tələb etdiyi vəsaitin ödənilə bilməsi, onun götürdüyü öhdəlikləri yerinə yetirmədən ondan pulun (bütünlüklə) tələb etməsinin qeyri-qanuni olması, razılaşmada pulun əvvəlcədən ödənilməsinin nəzərdə tutulmaması kimi dəlillərinə qiymət verərək bu dəlillərin əsassız olması qənaətinə gəlir. Belə ki, işin materiallarından görünür ki, müqavilənin şərtlərinə əsasən binanın tikintisi layihə sənədlərinə və tikinti normaqaydalarının tələblərinə uyğun surətdə, 2019-cu ilin axırlarına təhvil verilməli idi. Müqavilənin 3.2-ci bəndinə əsasən isə müəyyən edilmiş qrafika əsasən vaxtı-vaxtında maliyyə vəsaitinin ödənilməsi razılaşdırılmış, həmin bəndə əsasən ilkin olaraq, 67400 manat pul 26.11.2018-ci il tarixdə Cavabdeh tərəfindən İddiaçı MMC-yə ödənilmişdir.Müqavilə şərtlərinə əsasən müqavilə bağlanandan və 26.11.2018-ci il tarixdə Cavabdeh tərəfindən Bakı şəhəri, Xocalı prospekti, 1181-ci məhəllədə yerləşən binanın C blokunun 1 -ci mərtəbəsində ümumi sahəsi 150 kv.m olan qeyri yaşayış sahəsi üçün 67400 manat ödənildikdən sonra 8 bərabər hissələrə bölüb hər ay, yəni, dekabr (2019), yanvar-iyul aylarında (2020-ci il) 21575 manat MMC-nin (müqavilə üzrə «Kooperativ»in) hesabına və yaxud kassasına nəğd pulla ödəməli olduğu halda etməmişdir. İşin materiallarından görünür ki, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı tərəf məhkəməyə təqdim etdikləri ərizədə, izahatlarında müqavilə üzrə müəyyənləşdirilmiş pul vəsaitini ödəməyi üzərlərinə götürməyi, ilkin olaraq müqavilə bağlanan anda tərəflərindən 67400 manat ödənilməsini etiraf etmişlər. Lakin eyni zamanda göstərmişlər ki, qalan pulu 8 ayda ödəməli olsalar da, 2—ci aydan etibarən MMC-nin hərəkətlərində inamsızlığı görüb digər hissəni də ödəməyə ehtiyat etmişlər. İnamsızlıq dedikdə, həm aldıqları digər 2 mənzillə bağlı sahələrdə əksikliklər, həm başqa payçıların narazılığı, həm həqiqətən də tikintinin real olaraq getmədiyini və ən əsası da təsisçilərin və rəhbərlərin barəsində Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işinin olduğunu nəzərdə tutmuşlar.Halbuki, işin materiallarından görünür ki, X3, X12 və X6 barəsində Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə baş İdarəsinin 16.03.2019-cu il tarixli qərarı ilə cinayət işinin başlanması rədd edilmişdir.Göründüyü kimi, ilk iddia üzrə cavabdeh tərəf müqavilənin 3.2-ci bəndinə əsasən qeyri-yaşayış sahəsinin dəyərinin qalan hissəsi olan 172600 manat pulun, 8 bərabər hissələrə bölünərək, hər ay 21575 manat olmaqla hər ayın 26-dan gec olmayaraq ödənilməsinə dair müqavilə şərtinə uyğun olaraq (hətta 16.03.2019-cu il tarixli qərarından sonra da) ödənilməsini həyata keçirməmiş, MMC-nin 2019-cu ilin avqust ayından sonra MMC hazırki ilk iddianı qaldırdıqdan sonra noyabr ayında aralarında bağladıqları müqavilənin etibarsızlığını mübahisələndirmişdir. Bundan əlavə, ilk iddia üzrə cavabdeh tərəf iddiaya etirazın əsası kimi MMC-dən aldıqları digər 2 mənzil, həmin mənzillərlə bağlı sahələrdə əksikliklər, başqa payçıların narazılığı, həm həqiqətən də tikintinin real olaraq getmədiyi barədə hər hansı sübutlar təqdim etməmişlər. Müqavilədə MMC-nin («Kooperativ»in) tikinti başa çatdıqdan sonra müqavilə şərtlərinə uyğun olaraq yeni tikilmiş binanın ümumi sahəsi 150 kv.m olan binanın 1-ci mərtəbəsində yerləşən qeyri yaşayış (dükan) sahəsini "xxxx"ya təhvil verməyi öhdəsinə götürməsini, eləcə də MMC-nin («Kooperativ»in) müqavilə şərtlərinə əməl edib şərtləşdirilmiş qaydada əmlakı təhvil verdikdən sonra cavabdehdən vəsaitin ödənilməsini tələb edə bilməsinə dair müqavilə şərti olmamasını nəzərə alaraq MMC-nin götürdüyü öhdəlikləri yerinə yetirmədən "xxxx"dan pulun (bütünlüklə) ödənilməsini tələb etməsi, bununla bağlı hətta ona xəbərdarlıq məktubu göndərməsi qeyri-qanuni olmamış, sonuncunun isə müqavilə üzrə şərtləndirilmiş qrafik üzrə ödənişləri ayba-ay ödənilməsindən imtinası üçün gətirdiyi səbəblər əsassız olmuşdur. Beləliklə, ilk iddiaçı hüquqi statusuna görə MMC olsa da, Cavabdeh ilə qarşılıqlı razılaşma əsasında bağlanmış müqaviləyə əsasən o, üzərinə öhdəlik götürməsinə və bu öhdəliyin icrasına başlamasına baxmayaraq, sonradan öhdəliyin icrasından yayınmaqla onun tərəfindən 26.11.2018-ci il tarixli müqavilənin şərtlərinin əhəmiyyətli dərəcədə pozulması nəticəsində ilk iddiaçı müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olmuşdur. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 26.11.2018-ci il tarixli müqavilə ləğv olunmalı, ilk iddia təmin edilməlidir. Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti, 1181-ci məhəllədə inşa edilən çoxmənzilli binanın «C» blokunun 1-ci mərtəbəsindəki ümumi sahəsi 150 kv.m təşkil edən qeyri-yaşayış (dükan) sahəsi ilə əlaqədar 26.11.2018ci il tarixli müqavilə şərtlərinə İddiaçı MMC-i tərəfindən də əməl edilməməsi faktı mövcud olmuş və bu hal iş materiallarında olan ekspertiza rəyi ilə də öz təsdiqini tapmışdır.Lakin məhkəmə eyni zamanda mübahisələndirilən müqavilənin etibarsızlığı ilə bağlı irəli sürülən dəlillərə qiymət verərək, qarşılıqlı iddiaçının bununla bağlı göstərdikləri müqavilənin etibarsızlığı üçün deyil, həmin müqavilənin ləğvi üçün nəzərdə tutulan əsaslardır ki, həmin müqavilənin də ləğv edilməli olmasına ilk iddia üzrə hüquqi qiymət verilmişdir. Qarşılıqlı iddianın cavabdeh İddiaçı MMC-nin direktoru X5 67400 manat məbləğində pul tutulmasına dair dəlilini qismən əsaslı və həmin məbləğ İddiaçı MMC-nin direktorundan deyil, MMC-dən tutularaq Cavabdeh qaytarılmalıdır.Belə ki, işin materiallarından görünür ki, 67.400 manat məbləğində pul İddiaçı MMC- yə ödənilmişdir və ödənilən pulun qaytarılması halı da tərəflər arasında bağlanmış müqavilənin İİ hissəsinin «c» bəndi ilə şərtləndirilmişdir.Həmin bəndlə bu müqavilənin «1.1» bəndində göstərilmiş sahənin tam dəyərinin "xxxx" tərəfindən «Kooperativ»ə ödənilmiş hissəsinin ona qaytarılmasının yalnız həmin sahənin başqa bir şəxsə verildikdən sonra mümkün olmasının göstərilməsinə baxmayaraq, geri qaytarılması tələb edilən 67400 manat məbləğində pul MMC-dən tutularaq Cavabdeh qaytarılmalıdır.Belə ki, əvvəla qeyd edilən bənddə göstərilən şərt qeyri-müəyyən olmaqla, müqavilənin standart şərtlərinə uyğun olmamaqla digər müqavilə tərəfi üçün zərərlidir. Çünki, mübahisəli sahənin başqa bir şəxsə verilməsi vaxtı qeyri müəyyəndir və bu xeyli, hətta uzun müddət davam edə bilər ki, nəticədə həmin sahə üçün vəsait ödəmiş şəxsin bu vəsaitindən (əmlakından, mülkiyyətindən) qanunvericiliklə müəyyən edilmiş qaydada öz mülahizəsinə görə faydalanmaqdan məhrum olunmasına gətirib çıxara bilər. Bu qənaətə gələrkən hazırki qətnamə ilə tərəflər arasında bağlanmış 26.11.2018-ci il tarixli müqavilənin ləğv edilməsi nəticəsinə gəlməsini də nəzərə alır, qarşılıqlı iddia tələbinin əsas borca görə ilə əlavə 5% hesablanmaqla, 3 ilə 5 faiz - 10.110 manat məbləğində vəsait, 30000 manat əldən çıxmış fayda tələblərini də əsassız, Cavabdeh özü tərəfindən müqavilə şərtlərinin yerinə yetirilməsi ilə bağlı üzərinə götürdüyü öhdəlikləri pozması fonunda müqavilə şərtlərinə uyğun ilkin ödədiyi məbləğlə bağlı faiz və əldən çıxmış fayda ilə bağlı tələbləri əsaslı sayıla bilməz.Mənəvi ziyanın tutulması hissəsi ilə bağlı qarşılıqlı iddiaçı tərəf Cavabdeh əsəb gərginliyi, psixoloji sarsıntı keçirdiyini bildirsə də, bunun nədə ifadə olunmasını, hansı mənəvi sarsıntı və iztirablar keçirməsini təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. tərəflər arasında bağlanmış 26.11.2018-ci il tarixli müqavilə ləğv olunmalı, qeyri yaşayış sahəsi üçün ödənilmiş 67400 manat məbləğində pul vəsaiti İddiaçı MMC-dən tutularaq Cavabdeh ödənilməli, qarşılıqlı iddia qalan hissələrdə təmin edilməməli, məhkəmə tikintitexniki ekspertizasının dəyəri olan 100 manatın 50 manat hissəsi İddiaçı MMC-dən, 50 manat hissəsi Cavabdeh tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. Cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh apellyasiya şikayəti verərək Hazırkı iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 10 iyun 2021-ci il tarixli qətnaməsini qismən ləğv edib ilkin iddianın rədd, qarşılıqlı iddia tələbinin tam təmin edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş emişdir. Apellyasiya şikayətində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci və 23, 337, 421, 441, 442, 560.1, 1097.1; Azərbaycan Respublikası Konstitusiyasının 60, 71, 125; Azərbaycan Respublikası Mülki Prosesual Məcəllənin 217.1, 385.1.1-ci və 385.1.4-ci maddələrinə istinadən qeyd edilmişdir ki, İddiaçı MMC-nin direktoru X12 arasında bağlanılmış 26.11.2018-ci il tarixli müqavilə Azərbaycan Respublikası Konstitusiyasının və Mülki Məcəlləsinin tələblərinə zidddir. Razılaşmada pulun əvvəlcədən ödənilməsi nəzərdə tutulmamışdır. İşin faktiki halına əsasən cavabdeh özü sazişin şərtlərinə əməl etməmişdir. Belə ki, müqavilə şərtlərinə görə cavabdeh 150 kv.metr qeyri-yaşayış sahəsini 2019-cu ilin axırlarınadək tikib təhvil verməli olduğu halda öhdəliklərinə əməl etməmiş, ötən illər ərzində demək olar ki heç bir iş görməmişdir, hər dəfə qısa zaman ərzində obyekti tikəcəyinə dair yalanlar uydurmuşdur. Uzunmüddətli məhkəmə araşdırması zamanı izahat verən İddiaçı MMC-nin direktoru Q.T.Əliyev sonuncu çıxışında binanı 2021-ci ilin mart ayınadək təhvil verəcəyini bildirsə də, yekun məhkəmə aktı çıxarılan vaxt onun vədinə əməl etmədiyi ortaya çıxdı. Cavabdehin müqavilə üzrə öz öhdəliklərini yerinə yetirməməsi aydındır. İşdəki sənədlərə əsasən, İddiaçı MMC 2015-ci, “X15” MTK isə 2005-ci ildən sözügedən çoxmənzilli binanı inşa etməklə məşğuldurlar, lakin hələ də tikib qurtarmamışlar. Tikilib təhvil verilməsi isə qeyri-müəyyəndir. Yarımçıq tikiliyə, təhvil verilməyən bir əmlaka pul tələb edilməsi və ya ödənilməsi məntiqəuyğun deyildir. Sözsüz ki, cavabdeh müqavilə şərtlərinə əməl edib şərtləşdirilmiş qaydada əmlakı təhvil verdikdən sonra ona tələb etdiyi vəsait ödənilə bilərdi. Bundan başqa, cavabdeh İddiaçı MMC-nin direktoru Q.T.Əliyev haqqında çoxsaylı mülki və cinayət işlərinin olması, uzun müddət ərzində tikintini təhvil verməməsi, adının müxtəlif işlərdə hallanması, şəriki Türkiyə Respublikasının vətəndaşı X1 analoji hərəkətlərə görə CM-in 178.3.2-ci maddəsi ilə məhkum edilməsi kimi hallar və digər xüsusatlar cavabdehin öhdəliklərinə əməl etməsinə şübhə ilə yanaşmağına əsas vermiş və pulu tam şəkildə ödəməyini istisna etmişdir. cavabdehin götürdüyü öhdəlikləri yerinə yetirmədən ondan pulun (bütünlüklə) hamısını tələb etməsi tamamilə qeyri-qanuni olmuşdur. Bundan başqa, cavabdeh (ilk iddia üzrə iddiaçı) İddiaçı MMC-nin direktoru ilə danışıqlarına əsasən aldığı qeyri-yaşayış sahəsinin küçəyə baxan iki giriş-çıxış qapısı olmalı idi. Lakin, təmir-tikinti işlərinin gedişatı zamanı, habelə İddiaçı MMC- nin direktoru Q.T.Əliyev ilə söhbət edərkən sözügedən yerdə plana əsasən heç bir çıxışın olmayacağı bəlli olmuşdur. Halbuki, qeyri-yaşayış (dükan) sahəsi ona satılarkən çölə ayrıca şəkildə giriş-çıxışın olacağı bildirilmişdi. Cavabdeh üzərinə 2 götürdüyü öhdəlikdən imtina etmiş, onu aldatmışdır. Bu xüsusat məhkəmə araşdırması zamanı tamamilə sübuta yetirilmişdir. İşdəki ekspert rəyinə əsasən ona satılan yer C blokunda yox, A blokunda yerləşir, sahənin ölçüsü isə 150 kv.m deyil, 136 kv.m təşkil edir. Əslində faktiki sahə 101 kv.metrdir və supermarket işlədilməsi üçün tamamilə yararsızdır. Bundan başqa sahəyə proses iştirakçıları ilə baxış keçirilərkən obyektin iki yerə bölündüyü aşkar edildi. Qeyri-yaşayış (dükan) sahəsinin üçüncü şəxslərə satılmasını məhkəmə iclasında iştirak edən İddiaçı MMC-nin direktoru Q.T.Əliyev bir daha təsdiqləmişdir, bu isə onun düzgün qərar qəbul etdiyini göstərir. Belə olan halda külli miqdarda pulu MMC-ə niyə verməli idim? Qeyd edir ki, Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti, 32 ünvanında (1181-ci məhəllədə) inşa edilən çoxmənzilli binanın problemli olması səbəbindən və aldatma ilə bağlı bir müddət gözləməli olmuşdur. Binanın tikintisinin aparılmadığnı, verilmiş vədə əməl etmədiyini gördükdən sonra cavabdehə heç bir etibarı qalmamışdır. Konkret halda hesab edir ki, onunla cavabdeh arasında qeyri-yaşayış (dükan) sahəsi ilə bağlı 26.11.2019-cu il tarixli müqavilə bağlandığı andan etibarsız olub. Beləliklə, cavabdehin iddia tələbi qanunsuz və əsassız olmaqla qeyri-yaşayış sahəsini əldə etməyinə əngəl yaratmaq, vəziyyətdən sui-istifadə edib başqa şəxsə satmaq, ödədiyi külli miqdarda pulu qaytarmamaq, maddi maraq güdmək kimi qiymətləndirilməli idi. Məhkəmə qanunun verdiyi səlahiyyətlərdən yararlanaraq cavabdehin qanunsuz hərəkətlərinə son qoymaqla konstitutsion hüquqların və ədalətin bərpasına yardımçı olacaqdır. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır.Məcəllədə müqavilə azadlığı prinsipi təsbit edilsə də, tərəflərin bağladıqları müqavilə şərtləri mövcud qanunvericilikdə ifadə olunan imperativ normalara uyğun gəlməlidir.Mülki hüquqda müqavilə anlayışı üç vacib elementdən ibarətdir: subyekt tərkibindən; məzmundan; formadan. Subyekt tərkibi müəyyən müqavilənin bağlanmasında və ya onun həyata keçirilməsində iştirak edən şəxsləri ehtiva edir. Müqavilədən yaranan qarşılıqlı hüquq və vəzifələrin daşıyıcıları olan şəxslər müqavilənin subyekt tərkibinə aiddir. Müqavilənin məzmunu dedikdə, müqavilə tərəflərinin hüquq və vəzifələri, onların barəsində razılıq əldə etdikləri şərtlərin məcmusu başa düşülür. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində qanunla müəyyən edilmiş formada razılıq əldə etdikləri təqdirdə müqavilə bağlanmış sayılır.Tərəflərin iradə ifadəsinin həqiqi mənasını müəyyənləşdirmək üçün, ilk növbədə bütün hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış hallar, işgüzar adətlər və tərəflərin sonrakı davranışları nəzərə alınmalı, aydınlaşdırılmalıdır.Birinci instansiya məhkəməsi isə səthi araşdırma aparmaqla İddiaçı MMC-nin mənafeyinə uyğun qərarlar qəbul etmişdir. İddiaçı MMC-nin direktoru Q.T.Əliyevin qanunazidd hərəkətləri ilə bağlı barəsində Azərbaycan Respublikası Baş prokuroru yanınında Korrupsiyaya qarşı mübarizə baş idarəsinin istintaq idarəsində Azərbaycan Respublikası CM-nin 178.3.2, 308.2 və 313-cü maddələri ilə ayrıca ********* nömrəli cinayət işi ayrılmış və hazırda Baş idarədə istintaqı aparılmaqdadır. İddiaçı MMC-nin direktoru Q.T.Əliyev 67400 manat məbləğində pulumu, əsas borca görə ilə əlavə 5% hesablanmaqla, 3 ilə 5 faiz - 10110 manat məbləğində vəsaiti, əldən çıxmış faydanı şəxsən ödəməlidir. Çünki, borclunun icranı gecikdirməsi, pul və hesablanmış faizləri qaytarmaması özgənin vəsaitlərindən qanunsuz istifadə halı yaradır. Məlumatlandırılması üçün qanunvericiliklə nəzərdə tutulmuş qaydada müvafiq tədbirlərin görülməsi nəticə vermədiyindən iddiaçı və cavabdehin iştirakları olmadan işə baxılması mümkün hesab edilmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığın Azərbaycan Respublikası Mülki Məcəllənin 324, 337-357, 385-390, 404, 421-425, 460, 560; 752-772; Mülki Prosesual Məcəllənin 14.2, 76.1, 77.1, 80-82, 106.2, 217.4, 371-372, 385, 386, 388 və 390-cı maddələrinə və iş üzrə təqdim edilmiş sübutlara əsasən apellyasiya şikayəti üzrə mübahisələndirilən hissəyə münasibətdə yoxlayan məhkəmə kollegiyası diqqətə çatdırır ki, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin hazırkı mübahisəli münasibətlərinə uyğun əsaslandırılmışdır, apellyasiya şikayətində qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilən dəlil əks edilməmişdir. Apellyasiya şikayəti əsassız olduğundan və təmin edilmədiyindən onun verilməsi ilə əlaqədar ödənilmiş dövlət cavabdehə (iddiaçıya) aid edilməlidir. Tərəflər arasında olan münbasibətlər podrat müqaviləsindən irəli gəldiyindən mülki qanunvericiliyin müvafiq göstərişləri nəzərə alınmalı və diqqətə çatdırılmalıdır ki: Sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır. Podratçı işi şəxsən yerinə yetirməyə yalnız bunun müqavilədən, yaxud konkret hallardan və ya işin xarakterindən irəli gəldiyi hallarda borcludur. Sifarişçi işin yerinə yetirilməsi üçün zəruri hərəkətləri icra etmədiyi halda zərərin əvəzini ödəməyə borcludur. Sifarişçi işlər qurtaranadək istənilən vaxt müqavilədən imtina edə bilər, lakin podratçıya yerinə yetirilmiş işin haqqını verməli və müqavilənin ləğvi ilə vurulan zərərin əvəzini ödəməlidir. Əgər sifarişçi tərəfindən müqaviləyə bilavasitə podratçının hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilərsə, podratçı yalnız yerinə yetirilmiş işin haqqını tələb edə bilər, bu şərtlə ki, sifarişçinin həmin işlərə hansısa marağı olsun. Əgər podratçı tərəfindən müqaviləyə bilavasitə sifarişçinin hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilirsə, podratçı yerinə yetirilmiş işin haqqını və müqavilənin ləğvi ilə vurulan zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Məmulatın qüsuru nəticəsində, əgər müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra həmin qüsur tamamilə aradan qaldırılmazsa, sifarişçi müqavilədən imtina edə bilər. Bu halda podratçı müqavilə ilə bağlı xərclərin əvəzini sifarişçiyə ödəməyə borcludur. Əgər podratçının vaxtında etdiyi xəbərdarlığa baxmayaraq, sifarişçi müvafiq müddətdə yararsız və ya keyfiyyətsiz materialı əvəz etməzsə, işin yerinə yetirilməsi qaydaları haqqında verdiyi göstərişi dəyişməzsə və ya hazırlanan məmulatın yararlığına və möhkəmliyinə zərər vura bilən digər halları aradan qaldırmazsa, podratçı müqavilədən imtina edə bilər və bununla vurulan zərərin əvəzini ödəməyi tələb edə bilər. Əgər müqavilədə muzdun hissə-hissə ödənilməsi nəzərdə tutulmursa, sifarişçi podratçının muzdunu iş yerinə yetirildikdən sonra ödəməlidir. Öhdəliyin icrasının təmin edilməsi barədə razılaşmanın etibarsızlığı əsas öhdəliyin etibarsızlığına səbəb olmur. Hazırki münasibətlər yalan (pərdələnmiş) və ya əhəmiyyətsiz əqd olsa belə tərəflər onu bəyənmişlər. Belə ki, cavabdeh müqavilənin etibarsızlığı tələbin irəli sürsədə iddiaçı tərəfindən müqavilə şərtlərinə əməl etmədiyini vurğulamış, bununlada müqavilənin mövcudluğunu (qüvvəsini) bir daha təsdiq etmiş, bununla da etibarsızlıqla bağlı tələbinin əsaslarını özü təkzib etmişdir. Diqqətə çatdırılmalıdır ki, tərəflərin müqavilə azadlığına uyğun risk dairəsinə daxil olmasını nəzərə alınaraq öhdəliyin təminatını qabağcadan müəyyən edilməsində azaddırlar. Baxılan şikayət həddində işin hallarına dair qeyd edilməlidir ki, cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) tələbinin tam təmin edilməsini, yəni ilk iddia üzrə iddiaçının şikayət vermədiyini nəzərə alaraq təmin edilməyən hissəsinin təmin edilməsini və ilk iddianın rədd edilməsini tələb edir. Hər iki iddia tələbində tərəflər bir-birinin bağladıqdarı müqavilə şərtlərinə əməl etməmələrinə əsaslanaraq müvafiq olaraq onun ləğvini və etibarsızlığını mübahisələndirmişlər. ilk iddia üzrə iddiaçının tələbinin əsası qrafika əsasən vaxtı-vaxtında maliyyə vəsaitinin ödənilməməsinə istinadən müqavilənin ləğvi, cavabdehin (qarşılıqlı iddia üzrə iddiaçı) tələbinin əsası isə müqavilə şərtlərinə görə qeyri-yaşayış sahəsini 2019cu ilin axırlarınadək tikib təhvil verməli olduğu halda öhdəliklərinə əməl etməməsinə istinadən müqavilənin bağlandığı andan etibarsız olması olmuşdur. İlkin iddianın əsaslılığı qarşı tərəfin pul vəsaitlərinin ödəmək istəməməsindən irəli gəlmişdir və bu şərtlərin müstəvisində cavabdehin müqavilə münasibətlərinə xitam vermək arzusunda olmaması birtərəfli qaydada müqavilə şərtlərindən yayınma kimi qiymətləndirilməli və ilk iddianın təmin edilməsi hissəsində birinci instansiya məhkəməsinin qənaətinin əsaslılığına dəlalət edir. Qarşılıqlı iddianın qismən təmin edilməsindən şikayət olmadığından kollegiya bu hissədə müzakirələrin aparılmasını apellyasiya hədlərindən kənar hesab edir. Təmin edilməyən hissəsinə dair qeyd edilməlidir ki, qarşılıqlı tələbin əsasları (müqavilənin etibarsızlığı) mülki qanunvericilyin müvafiq normalarının dispozitiv şərtlərinə uyğun sübuta yetirilmədiyindən, ondan irəli gələn tələblərin təmin edilməsinə əsaslar mövcud olmamış, habelə cavabdeh tərəfindən müqavilə şərtlərinin pozulması ilə müşayyət edilmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-45/2021 saylı işi üzrə 10 iyun 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar