Məhkəmə qərarları › İş №2(103)-8335/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8335/2021

12.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8335/2021 12.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X3 iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin cavabdeh Ali Shahbaza qarşı “subroqasiya qaydasında pul” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 11 mart 2021-ci il tarixli, 2(007)- 719/2021 saylı qətnaməsindən iş üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC cavabdeh Ali Shahbaza qarşı “subroqasiya qaydasında pul” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət edərək, 2.270,50 (iki min iki yüz yetmiş manat, əlli qəpik) manat sığorta ödənişi məbləğinin, 500,00 (beş yüz) manat işlərin görülməsi xərcinin və 30,00 (otuz) manat dövlət rüsumunun, cəmi 2.800.50 (iki min səkkiz yüz manat, əlli qəpik) manat məbləğində pul vəsaitinin cavabdehdən tutulub iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, "xxxx" ASC ilə X5 arasında 23.05.2019-cu il tarixdə PAA********** saylı sığorta müqaviləsi bağlanmış və ‘‘Volkswagen Touareg” markalı, ** ME *** dövlət qeydiyyat nişanlı avtomobil sığorta olunaraq, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığorta təminatı almışdır. Cavabdeh Ali Shahbaz 22.07.2019-cu il tarixdə “Volkswagen Touareg” markalı, ** ME *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Bakı şəhəri, Mətbuat prospektində yol-nəqliyyat hadisəsi törətmiş və “Opel Vectra” markalı, ** BS *** dövlət qeydiyyat nişanlı avtomobilə zərər vurmuşdur. Qeyd olunan zərərin aradan qaldırılması üçün “AtaSığorta" ASC tərəfindən 2.270.50 (iki min iki yüz yetmiş manat, əlli qəpik) manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Yasamal RPİ DYPŞ-nin "xxxx" ASC-yə təqdim etdiyi 02.08.2019-cu il tarixli, 091-35294-1219 saylı arayışa əsasən Cavabdeh yol-nəqliyyat hadisəsində təqsirli bilinmiş və nəticədə cavabdehin zərərin aradan qaldırılmasına dair mülki məsuliyyəti yaranmışdır. Hadisə ilə bağlı Cəmiyyətə təqdim olunmuş cavabdeh Ali Shahbaza məxsus sürücülük vəsiqəsinin surətindən görünür ki, cavabdeh Ali Shahbaz “Volkswagen Touareg" markalı ** ME *** dövlət qeydiyyat nişanlı avtomobili Pakistan Respublikasının səlahiyyətli orqanı tərəfindən verilmiş sürücülük vəsiqəsi ilə idarə etmişdir. Yuxarıda qeyd olunanlara əsasən Cavabdeh yol nəqliyyat hadisəsinin baş verdiyi vaxt “Volkswagen Touareg” markalı, ** ME *** dövlət qeydiyyat nişanlı avtomobili Azərbaycan Respublikasının səlahiyyətli orqanı tərəfindən verilmiş müvafiq sürücülük vəsiqəsi olmadan idarə etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 11 mart 2021-ci il tarixli, 2(007)-719/2021 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Şahbaz Alidən "xxxx" ASC-nin xeyrinə 2.270,50 manat sığorta ödənişi məbləğinin və dövlət rüsumuna görə ödənilmiş 30 manat vəsaitin əvəzinin tutulması, iddia tələbi qalan hissədə təmin edilməmişdir. Qeyd olunan qətnamədən narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh birinci instansiya məhkəməsində iddia tələbinə etiraz edərək, bildirmişdir ki, onun sürücülük vəsiqəsi vardır, həmin vəsiqəyə əsasən o Azərbaycan Respublikasmin ərazisində avtonəqliyyat vasitələrini idarə edir, iddiaçı onun maşınını Pakistan Respublikasının səlahiyyətli orqanı tərəfindən verilmiş sürücülük vəsiqəsi əsasında sığorta etmişdir, iddiaçı cavabdehin sürücülük vəsiqəsinin dəyişməli olduğunu tələb kimi cavabdehin qarşısında qoymamışdır. Proses iştirakçılarının izahatları: İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflər məhkəmə kollegiyasının iclasına gəlmədiklərindən, nümayəndələrinin iştiraklarını təmin etmədiklərindən və bunun səbəbləri barədə məhkəməyə məlumat vermədiklərindən, işə onların iştirakları olmadan baxılması mümkün hesab edilmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətinin hədləri qətnamənin əsaslığının iddia tələbinin təmin edilmiş hissədə yoxlanılmasını təşkil edir. Beləliklə məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti təmin edilməli və iş üzrə qəbul olunmuş birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddia rədd edilməlidir. Belə ki, məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən edildi ki, "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 14 may 2019-cu il tarixli icbari sığorta müqaviləsinə dair məlumatlardan görünür ki, “Volkswagen Touareg” markalı, **-ME-*** dövlət qeydiyyat nişanlı avtomobil bir il müddətinə, 23 may 2020-ci il tarixədək sığortalanmışdır. İnzibati xəta haqqında TP ******* nömrəli qərarı ilə Cavabdeh 22 iyul 2019-cu il tarixdə saat 09.00-da “Volkswagen Touareg” markalı, ** ME *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən ara məsafəsi qaydalarını pozaraq İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. "xxxx" ASC tərəfindən verilmiş 09 sentyabr 2019-cu il tarixli sığorta aktı ilə, 22 iyul 2019-cı il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı “Opel Vectra” markalı, **-BS-*** dövlət qeydiyyat nişanlı avtomobil zədələnmişdir. Zərərlə bağlı maddi ziyanın ümumi məbləği 2270.50 manat müəyyən olunmuş və müvafiq olaraq siğorta ödənişi həyata keçirilmişdir. AD 258857 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Volkswagen Touareg” markalı, ** ME *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi X4r. ƏN-Vİ 771724 nömrəli etibarnamə ilə, X6 özünə məxsus olan “Volkswagen Touareg” markalı, **-ME-*** dövlət qeydiyyat nişanlı avtomobili Cavabdehlıya etibar etmişdir. Pakistan İslam Respublikası tərəfindən Cavabdehlı verilmiş sürücülük vəsiqəsi mülki işin materiallarına əlavə edilmişdir. Birinci instansiya məhkəməsinin mövqeyin görə, Cavabdeh “Volkswagen Touareg” markalı, ** ME *** dövlət qeydiyyat nişanlı avtomobili Azərbaycan Respublikası ərazisində etibarlı olmayan sürücülük vəsiqəsi ilə idarə etmişdir. Belə ki, o, Azərbaycan Respublikasının ərazisinə gəldikdən sonra sürücülük vəsiqəsini qanunvericiliyin tələblərinə uyğun olaraq dəyişdirməmişdir. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmır və qeyd edir ki Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən, hüququ pozulmuş şəxs, ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulsun. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanunun 23.1.6-cı maddəsinə əsasən, sığortaçının sığorta ödənişini verdikdən sonra müvafiq şəxslərə qarşı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936-cı maddəsində və bu Qanunun 25-ci maddəsində nəzərdə tutulmuş qaydada subroqasiya hüququndan istifadə etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1-ci maddəsinə əsasən, subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanunun 25.1.3-cü maddəsinə əsasən, icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin İV hissəsinə əsasən velosiped, araba, asma mühərrikli velosiped və moped istisna olmaqla, Azərbaycan Respublikasının ərazisindəki yollarda nəqliyyat vasitələrini idarəetmə hüququ sürücülük vəsiqəsi əsasında həyata keçirilir. Həmin Qanunun 35-1-ci maddəsinə əsasən İİ hissəsinə əsasən Azərbaycan Respublikasında müvəqqəti olan əcnəbi və ya vətəndaşlığı olmayan şəxs yol hərəkətinin tənzimlənməsi sahəsində Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq xarici dövlətin səlahiyyətli orqanı tərəfindən verilmiş və etibarlıq müddəti qurtarmamış sürücülük vəsiqəsi əsasında Azərbaycan Respublikası ərazisində nəqliyyat vasitələrini idarə etmək hüququna malikdir. Əcnəbi və ya vətəndaşlığı olmayan şəxs Azərbaycan Respublikasında müvəqqəti və ya daimi yaşamaq üçün icazə aldıqda, ölkə ərazisində nəqliyyat vasitələrini idarə etmək üçün sürücülük vəsiqəsini həmin icazəni aldığı gündən bir ay müddətində bu Qanunun 35-ci maddəsinin Vİ-Vİİİ hissələrində müəyyən edilmiş qaydada dəyişdirməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, sürücülük vəsiqəsinin dəyişdirilməməsi cavabdehin sürücülük hüququnun olmaması və avtomobilin səlahiyyəti olmayan şəxs tərəfindən idarə edilməsi kimi qiymətləndirilə bilməz. Belə ki, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 35ci maddəsində sürücülük vəsiqəsinin dəyişdirilməsi nəzərdə tutulmuş olsa da, cavabdeh buna görə inzibati məsuliyyətə cəlb olunmamışdır. Cavabdehin barəsində İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati tənbeh tədbiri onun avtomobili ara məsafəsini gözləmədən idarə etməsinə görə, tətbiq edilmişdir. Bundan başqa məhkəmə kollegiyası hesab edir ki, cavabdehin Pakistan Respublikasının səlahiyyətli orqanı tərəfindən verilmiş sürücülük vəsiqəsi olmuş və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, onun Azərbaycan Respublikasında avtomobil idarə etmək hüququ ümumən tanınmışdır. Məhkəməsinin qənaətinə görə, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 35-1-ci maddəsinin məqsədi (həmin maddə 11.11.2016-cı il tarixdə qanuna əlavə edilmişdir) uzun müddət ərzində Azərbaycan Respublikası ərazisində yaşayaraq, nəqliyyat vasitələrini idarə edən şəxslərin uçotunu aparmaqdan ibarət olmuşdur. Belə ki, X1 verilməsi 1968-ci il “Yol hərəkəti haqqında” BMT Vyana Konvensiyası ilə tənzimlənir. Dünyanın bir çox inkişaf etmiş dövlətlərinin təcrübəsində geniş yayılan X2 xarici dövlətlərdə avtomobil icarə edərkən, avtomobillə Konvensiyaya üzv dövlətlərin ərazisindən keçərkən, birbaşa və ya tranzit yük və ya sərnişin daşımaları zamanı istifadə olunur və sahibinə müstəqil olaraq ölkədən kənarda avtomobil idarə etməyə icazə verir. Eyni zamanda Konvensiyaya üzv ölkələr beynəxalq sürücülük vəsiqəsi alınmadan, üzv ölkələrin milli sürücülük vəsiqələrini öz ərazilərində tanıyırlar. Azərbaycan Respublikası və Pakistan Respublikası həmin Konvensiyaya qoşulmuşlar. Beləliklə, məhkəmə kollegiyasının qənaətinə görə, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununa 35-1-ci maddənin əlavə edilməsi, sığortaçının mənafelərinin qorunması ilə əlaqədar olmamış və bu cür məqsəd güdməmişdir. İddiaçının qeyd olunan maddi hüquq normasına istinad etməsi əsassızdır. Göründüyü kimi, iddiaçının istinad etdiyi hallar üzrə onun cavabdehə qarşı subroqasiya hüququ yaranmamışdır. Belə olan halda, iddia tələbinin təmin edilməsi üçün hər-hansı hüquqi zəmin mövcud deyil. Məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi rədd edildiyindən dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər. Аzərbаycаn Respublikаsı Mülki Prоsessuаl Məcəlləsinin 385.1.1-ci mаddəsinə görə, mаddi hüquq nоrmаlаrının və yа prоsessuаl hüquq nоrmаlаrının pоzulmаsı və yа düzgün tətbiq edilməməsi məhkəmə qətnаməsinin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаrdаn biridir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə nəticəyə gəlir ki, Cavabdeh apellyasiya şikayəti təmin edilməli, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 11 mart 2021-ci il tarixli, 2(007)-719/2021 saylı qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi rədd edilməlidir. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 217, 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh Ali Shahbazın apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 11 mart 2021-ci il tarixli, 2(007)-719/2021 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi rədd edilsin. Dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar