Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8349/2020 25.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Rüstəmov Emin Elbrus oğlunun katibliyi ilə, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi və vəkili X2 iştirakı ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(006)-3901/2020 nömrəli qətnaməsindən ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona məxsus olan 25 qram, 750 əyarlı dəyəri 1750 manat olan sırqa (brilyant qaşlı), 5,6 qram, 750 əyarlı, dəyəri 560 manat olan nişan üzüyü, 4 qram, 585 əyarlı, dəyəri 240 manat olan üzük, 30 qram, 750 əyarlı, dəyəri 2100 manat olan qolbaq, 20 qram, 750 əyarlı, dəyəri 1400 manat olan boyunbağı, 15 qram, 750 əyarlı, dəyəri 1050 manat olan klon, 7 qram, 750 əyarlı dəyəri 490 manat klon, 2 qram, 750 əyarlı, dəyəri 140 manat olan sırqa, 3 qram, 750 əyarlı, 210 manat oaln sep olmaqla qızıl-zinət əşyaları və ya onların dəyəri olan pulun alınıb ona qaytarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh məxsus ümumi çəkisi 5 qram olan 750 əyarlı, ümumi dəyəri 400 manat olan nişan üzüyünün X1 alınaraq ona verilməsi, bu mümkün olmadıqda onun dəyəri olan 400 manatın alınaraq Cavabdeh qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(006)-3901/2020 nömrəli qətnaməsi ilə ilkin iddia tələbinin təmin edilməsi Cavabdeh ona məxsus olan 25 qram, 750 əyarlı dəyəri 1750 manat olan sırqa (brilyant qaşlı), 5,6 qram, 750 əyarlı, dəyəri 560 manat olan nişan üzüyü, 4 qram, 585 əyarlı, dəyəri 240 manat olan üzük, 30 qram, 750 əyarlı, dəyəri 2100 manat olan qolbaq, 20 qram, 750 əyarlı, dəyəri 1400 manat olan boyunbağı, 15 qram, 750 əyarlı, dəyəri 1050 manat olan klon, 7 qram, 750 əyarlı dəyəri 490 manat klon, 2 qram, 750 əyarlı, dəyəri 140 manat olan sırqa, 3 qram, 750 əyarlı, 210 manat olan sep olmaqla qızıl-zinət əşyaları və ya onların dəyəri alınıb ona qaytarılması, qarşılıqlı iddianın isə rədd edilməsi qət edilmişdir. Qətnamədən ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, ilkin iddia tələbinin təmin olunmaması, qarşılıqlı iddianın təmin olunması baradə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə qərar qəbul edərkən maddi hüquq normalarını pozmuş, ilkin İddiaçı məhkəmə zalında Cavabdeh heç bir vaxt ondan, həmçinin də evdən gedərkən (xx.xx.2019-cu il tarixində) ona qızılları götürməkdə heç bir maneə törətmədiyini, həmin qızılların Cavabdeh deyil, qaynanası Sücayət Əhmədovanın götürülməsi ehtimalı olduğunu, evdən getdikdən məhkəmədə iddia qaldırdığı tarixə qədər (təxmini 1 il yarım müddətinə) sözügedən mənzilə dəfələrlə gedərək özünə və övladına məxsus əşyalar götürdüyünü, bundan əlavə məhkəməyə təqdim etdiyi toy günü şəkillərindəki qızılların cavabdeh tərəfindən ona hədiyyə edilmədiyi, həmin qızıllar toydan sonra qızıl olmadığı öz sahibinə geri qaytarma fikirlərini qeyd etsə də, məhkəmə tərəfindən bu fikirlər təkzib edilmiş, iddiaçı evdən gedərkən Cavabdeh mənzildə olmadığı faktını nəzərə almadan qanunsuz qətnamə elan etmişdir. İlkin İddiaçı ilə xx.xx.2018-ci ildə ailə qurmuşlar. Birgə nikahdan xx xxxxxx 2019-cu il təvəllüdlü X7 doğulmuşdur. Sözügedən nikah Nəsimi Ryon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə ləğv edilmişdir. İddiaçı xx.xx.2019-cu ildə özü könüllü şəkildə özünəməxsus qızıl-zinət əşyalarını, Cavabdeh (cavabdehə) məxsus AA ******* seriyalı şəxsiyyət vəsiqəsini, özü tərəfindən hədiyyə olan, Cavabdeh alınmış çəkisi 5 qram olan 750 əyarlı qızıl üzüyü, X5 məxsus doğum haqqında şəhadətnaməni, nikah şəhadətnaməsini və digər şəxsi geyim əşyalarının əksəriyyətini götürərək səbəbsiz yerə mənzili tərk etmişdir. Daha sonra xx.xx.2019-cu il tarixdə yaxın qohumları ilə birgə yaşadıqları Nəsimi rayonu, 5 mkr., 20 yanvar küçəsi ev 6, mənzil 117-yə gələrək özünəməxsus digər əşyaları götürərək çıxıb getmişdir. Daha sonra 2019-cu ilin dekabr ayında atası Qasımov Məhəmməd ilə birlikdə təkrar ünvanına gələrək özünə aid digər yataq dəstləri, süfrələr və digər yüngül cehiz əşyaları götürərək getmişdir. Hər dəfə evə gəldiyində və evdən getdiyi gün o, mənzildə olmamış və kimsə tərəfindən ona müdaxilə edilməmişdir. İlk dəfə olduğu kimi digər iki dəfə yaxın qohumları ilə gəldiyində sərbəst şəkildə özünəməxsus qızıl əşyalarını və digər əşyaları götürərək getmişdir. İddiaçı iddia etdiyi briliant qaşlı 25 qram 750 əyarlı (dəyəri 1750 manat) sırğa, 5,6 qram 750 əyarlı (dəyəri 560 manat) nişan üzüyü, 04 qram 583 əyarlı (dəyəri 240 manat) sadə üzük, 30 qram 750 əyarlı (dəyəri 2100 manat) qolbağ, 20 qram 750 əyarlı (dəyəri 1400 manat) klonu ilə birgə, 15 qram 750 əyarlı (dəyəri 1050 manat) klon, 07 qram 750 əyarlı (dəyəri 490 manat) sadə klon, 02 qram 750 əyarlı (dəyəri 140 manat) sırğa, 03 qram 750 əyarlı (dəyəri 210 manat) sadə sep tərəfindən ona toy zamanı hədiyyə edilməmişdir. Qoşma hissədə təqdim etdiyi toy şəkillərindən göründüyü kimi tərəfindən ona aşağıda qeyd etdiyi qızıl-ziynət əşyaları hədiyyə edilmişdir: 05 qram 750 əyarlı (dəyəri 400 manat) nişan üzüyü, 3,5 qram 583 əyarlı (dəyəri 210 manat) sadə üzük, 16,5 qram 750 əyarlı (dəyəri 1100 manat) qolbağ, 20 qram 750 əyarlı (dəyəri 1400 manat) boyunbağı kolye, 8,6 qram 750 əyarlı (dəyəri 700 manat) sırğa Göründüyü kimi iddiaçı xx.xx.2019-cu il tarixində evdə onun olmamağından istifadə edərək sərbəst şəkildə çıxıb gedərkən özü ilə apardığı və tərəfindən ona hədiyyə edilmiş qızıl-zinət əşyaları yuxarıda qeyd etdiyi qaydada və saydadır. Təqdim edilən fotoşəkillərdə də bu öz sübutunu tapmaqdadır. Əlavə olaraq məlumat üçün bildirir ki, həmin vaxtlar İddiaçı Cavabdeh məxsus AA ******* seriyalı şəxsiyyət vəsiqəsini gizli şəkildə apararaq, oğlu X6 Nəsimi rayonu,- 5 mkr., 20 yanvar küçəsi ev 6, mən. 117 ünvanında yerləşən mənzilə gizlin və qanunsuz şəkildə qeydiyyata salmışdır. Bununla əlaqədar, tərəfindən xx.xx.2020-ci il tarixində İddiaçı barəsində Bakı şəhər Baş Polis İdarəsində müraciəti araşdırılmış, araşdırmanı aparan Nəsimi RPİ 19-cu PŞ-nin əməkdaşı tərəfindən İddiaçı xx.xx.2019-cu il tarixində könüllü şəkildə mənzili tərk edərkən ona məxsus şəxsiyyət vəsiqəsinin oğurlaması və ondan qanunsuz olaraq istifadəsinin qarşısı alınmış və şəxsiyyət vəsiqəsi ondan alınaraq geri qaytarılmışdır. Bütün bunlar sübut edir ki, İddiaçı xx.xx.2019-cu il tarixində özünəməxsus əşyalarla yanaşı ona məxsus çəkisi 5 qram olan 750 əyarlı qızıl üzüyü gedərkən aparmışdır. Məhkəmə iclasında ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi və vəkili X4 apellyasiya şikayətini müdafiə etdi, eyni məzmunlu izahat verdi, həmçinin bildirdi ki,iddiaçıya iddia ərizəsində göstəridiyi 9 adda və dəyərdə deyil, apellyasiya şikayətində göstərdiyi 5 adda və dəyərdə olan qızıl-zinət əşyaları hədiyyə olunmuşdur. Həmin qızıl-zinət əşyalarını da iddiaçı xx.xx.2019-cu il tarixində evdən çıxarkən özünə məxsus əşyaları ilə birlikdə aparmışdır. Hal hazırda təqdim edilmiş mütəxəsis rəyi ilə də razı deyildir. Çünki, qiymətin necə müəyyənləşdirilməsi aydın deyil. Analoqla müqayisə etməklə rəy vermək olmaz. Məhkəmə iclasında ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, iddia tələbində göstərdiyi bütün qızıllar, yəni 9 adda qızıllar toya qədər “xına” mərasimində ona hədiyyə edilmişdir. Toyda isə üzərində olan qızılları “prokata” götürmüş, sonradan isə sahibinə qaytardılar. Tələb etdiyi qızıllar yalnız ona hədiyyə edilən qızıllar olmuşdur. Həmin qızılları evdən çıxarkən götürməmişdir. Belə ki, bütün qızıllar evdə sandığın içində olmuşdur. Evdən çıxarkən yoldaşı və qaynanası ilə mübahisəsi olmuşdur. Qızıllar qaynanasının nəzarətində olmuşdur. Məhkəmə iclasında “Uniprice” məhdud məsuliyyətli cəmiyyətin qiymətləndirici mütəxəssisi X11 bildirdi ki, sırğa (brilyant daşlı) 1-cüt, 750 əyar, 14-15 qr, 0,80-0,90karat, 1580-1690 manat, nişan üzüyü (brilyant)- 1 ədəd, 750 əyar, 5-6 qr, 0,40-0,50karat, 500-550 manat, üzük 1 ədəd 585 əyar, 4 qr 240 manat, qolbaq 1 ədəd, 750 əyar 27-28 qr, 1900-2000 manat, boyunbağı 1 ədəd, 750 əyar 15-16 qram, 1200-1300 manat, kulon (ürək formalı) 1 ədəd, 750 əyar, 12-13 qram, ***-**** manat, kulon 1 ədəd, 750 əyar, 5-6 qr, 400-450 manat, sırğa 1 cüt, 750 əyar, 120-130 manat, sep 1 ədəd 750 əyar, 3 qr, 190-200 manat təşkil edir. Apellyasiya instansiya məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər qətnamənin ləğv edilməsi üçün deyil, dəyişdirilməsi üçün əsasdır. Belə ki, cavabdehin nümayəndəsi və vəkili birinci və apellyasiya instansiyası məhkəməsində iştirak edərək ilk iddianı etiraf etməmiş, qarşılıqlı iddianı müdafiə etmiş həqiqətən də apellyasiya şikayətində göstərdiyi 5 adda və dəyərdə olan qızıl-zinət əşyalarını iddiaçıya alınsa da sonuncunun həmin qızıl-zinət əşyalarını evdən gedərkən apardığını bildirmişdir. Birinci instansiya məhkəməsinin qətnamədə gəldiyi qənaət, yalınız iddiaçı tərəfin izahatına əsasən formalaşmışdır. Buna görə də, işin mübahisəli halı da ondan ibarət olur ki, ilk və qarşılıqlı iddiaçı tələb etdiyi qızıl-zinət əşyalarının mövcudluğunu, nikaha daxil olanadək ona mənsub olduğu və ya hədiyyə edildiyini, həmçinin tələb olunan əşyaların iddia ərizəsində göstərilən dəyərdə olduğu və hal-hazırda cavabdehin qanunsuz sahibliyində olduğunu sübuta yetirməlidir. İlk iddiaçı tərəfindən sübut qismində yalnız qızıl-zinət əşyalarına dair fotoşəkillər təqdim edilmiş, məhkəmə isə ilk və qarşılıqlı iddia üzrə yuxarıda qeyd olunan nəticəyə gəlmişdir. Tərəflər iddia tələbinin və iddia tələbinə etirazın əsası kimi, istinad etdikləri hallara dair izahat vermiş, həmçinin mövcud olan və təqdim edilməsi mümkün olan sübutları məhkəməyə təqdim etmişdir. Tərəflərə təklif olunsa da, təqdim olunanlardan əlavə məhkəməyə hər hansı bir sübut təqdim edilməmiş, yuxarıda qeyd edilən formada iddiaya münasibət bildirilmişdir. Lakin həm birinci instansiya məhkəməsində, həm də apellyasiya instansiyası məhkəməsində tərəflər məhz özünün haqlı tərəf olduğunu bəyan edir. Belə olan vəziyyətdə, apellyasiya instansiya məhkəməsi hesab edir ki, iddia tələbləri üzrə işin mübahisəli hallarına dair sübut etmə yükünün tərəflərdən hansının üzərinə düşməsini müəyyən etməklə mübahisənin maddi və proseesual hüquq normalarının tələblərinə uyğun düzgün həllinə nail olmaq zəruridir. Belə ki, yuxarıda qeyd olunduğu kimi ilk iddiaçının iddia tələbinin əsası kimi istinad etdiyi hallar ilk iddia üzrə cavabdeh tərəfin bu hissədə, yəni qızıl-zinət əşyalarının nikaha daxil olacaqları münasibətilə 5 adda ilk iddiaçıya hədiyyə olunduğunu məhkəmədə etiraf etməsi ilə əlaqədar sübuta yetirilmiş hesab olunmalıdır. Eyni zamanda təqdim edilmiş fotoşəkillərdə və diskdə ilk iddiaçının iddia etdiyi digər qızıl-zinət əşyalarının da onun üzrəində olduğu öz təsdiqini tapmışdır. Bununla yanaşı, ilk iddia üzrə cavabdeh tərəf ilk iddiaçının valideynlərinin evinə gedərkən həmin qızılzinət əşyalarını özü ilə aparmasını və qızıl-zinət əşyalarının özündə olmasını bildirərək ilk iddia tələbinə etiraz etsə də, etirazın əsası kimi istinad etdiyi halları sübuta yetirə bilməmişdir. Belə ki, ilk iddiaçının xx xxx 2019-cu il tarixdə evdən çıxarkən, həmin vaxt birdəfəlik getmək məqsədi olmadığı, qızıl-zinət əşyalarını isə keçmiş ərinin evində sandığın içində saxlandığı barədə izahatı da mötəbər hesab edilməlidir. Ona görə də məhz bu hallarla bağlı, yəni ilk iddiaçının valideynlərinin evinə gedərkən həmin qızıl-zinət əşyalarını özü ilə aparmasını və qızıl-zinət əşyalarının özündə olmasını sübutetmə yükü artıq ilk iddia üzrə cavabdeh tərəfə keçir və bu sübutetmə vəzifəsi onun üzərinə düşsə də, ilk iddia üzrə cavabdeh bu barədə məhkəməyə hər hansı bir mötəbər sübut təqdim etməmiş, eləcə də məhkəmə tədqiqi zamanı həqiqətən də bu halları sübuta yetirəcək mötəbər dəlillər gətirməmişdir. Düzdür apellyasiya baxışı zamanı ilk iddiaçı qızıl-zinət əşyalarının cavabdehlə yaşadığı evdə sandığın içində olduğunu, cavabdehin nümayəndəsinin və vəkilinin sualına cavab olaraq isə qaynanasında olduğunu bildirsə də, bu o demək deyil ki, ilk iddiaya cavab verməli olan şəxs ilk iddiaçının keçmiş qaynanası olmalıdır. Başqa sözlə ilk iddiaçı cavabdehlə yaşadığı evdə olarkən yaxud həmin evdən çıxdıqdan sonra ilk iddia üzrə cavabdeh tərəfindən qızıl-zinət əşyaları hansısa şəxsə, o cümlədən anasına(ilk iddiaçının keçmiş qaynanasına) da verilə bilər. Lakin bu hal həqiqi olsa belə ilk iddia üzrə cavabdeh hazırki iş üzrə iddiaya cavab verməli olmayan şəxs hesab edilə bilməz. Şərh olunanlara əsasən apellyasiya instansiya məhkəməsi belə qənaətə gəlir ki, qızıl-zinət əşyalarının dəyəri barədə tərəflərin izahatları və iş üzrə verilmiş mütəxəssis rəyində göstərilən qiymətləri də nəzərə alınmaqla ilkin iddiaçıya məxsus olan iddia ərizəsində göstərilən qızıl-zinət əşyaları, sırğa (brilyant daşlı) 1cüt, 750 əyar, 14-15 qr, 0,80-0,90karat, 1580 manat, nişan üzüyü (brilyant)- 1 ədəd, 750 əyar, 5-6 qr, 0,40- 0,50karat, 500 manat, üzük 1 ədəd 585 əyar, 4 qr 240 manat, qolbaq 1 ədəd, 750 əyar 27-28 qr, 1900 manat, boyunbağı 1 ədəd, 750 əyar 15-16 qram, 1200 manat, kulon (ürək formalı) 1 ədəd, 750 əyar, 12-13 qram, 950 manat, kulon 1 ədədə, 750 əyar, 5-6 qr, 400 manat, sırğa 1 cüt, 750 əyar, 120 manat, sep 1 ədəd 750 əyar, 3 qr, 190 manat ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh alınaraq ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı verilməli, qızıl-zinət əşyaları olmadıqda isə onların mütəxəssis rəyində göstərilən dəyəri cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Apellyasiya instansiya məhkəməsi qızıl-zinət əşyaları mövcud olmadıqda onların mütəxəssis rəyində göstərilən minimum dəyərini əsas götürməsini onunla izah edir ki, bu hal, yəni həmin əşyalarının dəyərinin daha yüksək olması ilə bağlı sübut etmə yükü ilk iddiaçının üzərinə düşdüyündən və bu barədə də ilk iddiaçı tərəfindən mötəbər sübut təqdim edilmədiyinə görə belə bir qənaət işin hallarına və tərəflərin qarşılıqlı münasibətinə uyğundur. Apellyasiya instansiyası məhkəməsi qarşılıqlı iddia tələbi ilə bağlı qeyd edir ki, həmin hissədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgün olmuşdur. Çünki, inandırıcı və ağlabatan olmaz ki, ilk iddiaçı özünə məxsus qızıl-zinət əşyalarını cavabdehə məxsus evdə saxlasın, ancaq qarşılıqlı iddiaçıya məxsus bir ədəd nişan üzüyünü özündə saxlasın. Eyni zamanda qarşılıqlı iddiaçı ona hədiyyə olunmuş bir ədəd nişan üzüyünü ilk iddiaçıya verdiyini və sonuncuda olduğunu, eləcə də evdən gedərkən özü ilə aparmasını sübut etməlidir. Çünki, bu halları sübut etmək yükü onun üzərinə düşür. Lakin o, bu hallara dair məhkəməyə mötəbər sübut təqdim etməmişdir. Mülki Prosessual Məcəllənin 384.0 və 384.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Şərh olunanlara əsasən, apellyasiya instansiya məhkəməsi hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(006)-3901/2020 nömrəli qətnaməsi ilk iddiaya münasibətdə, qızıl-zinət əşyalarının dəyəri hissəsində dəyişdirilməli, mübahisələndirilən qalan hissədə qətnamə dəyişdirilməməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.3, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(006)-3901/2020 nömrəli qətnaməsi ilk iddia üzrə qızıl-zinət əşyalarının dəyəri hissəsində dəyişdirilsin. İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdehsırğa (brilyant daşlı) 1-cüt, 750 əyar, 14-15 qr, 0,80-0,90karat, dəyəri 1580 manat, nişan üzüyü (brilyant)- 1 ədəd, 750 əyar, 5-6 qr, 0,40-0,50karat, dəyəri 500 manat, üzük 1 ədəd 585 əyar, 4 qr dəyəri 240 manat, qolbaq 1 ədəd, 750 əyar 27-28 qr, dəyəri 1900 manat, boyunbağı 1 ədəd, 750 əyar 15-16 qram, dəyəri 1200 manat, kulon (ürək formalı) 1 ədəd, 750 əyar, 12-13 qram, dəyəri 950 manat, kulon 1 ədədə, 750 əyar, 5-6 qr, 400 manat, sırğa 1 cüt, 750 əyar, dəyəri 120 manat, sep 1 ədəd 750 əyar, 3 qr, dəyəri 190 manat olan qızıl-zinət əşyaları, qızıl-zinət əşyaları tapılmadıqda isə onların dəyəri, cəmi 7080(yeddi min səksən) manat alınaraq X3 verilsin. Qətnamə, mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qızıl-zinət əşyalarının qiymətləndirilməsi ilə əlaqədar həyata keçirilmiş iş və xidmətin dəyəri 100(yüz) manat ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh alınaraq “Uniprice” məhdud məsuliyyətli cəmiyyətin(VÖEN: **********, Hesab № AZN: AZ15GUNA**********6000000000, Bank: GÜNAY BANK ASC, VÖEN: **********, Müxbir hesab: AZ25NABZ********************, KOD: 505594; SWİFT: GUNAAZ22hesabına köçürülsün. Qətnamədən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-8349/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8349/2020
25.11.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver