Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-8376/2021 10.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balakişiyeva Aynurə Əyyub qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Şirkətinə qarşı “sığorta pulun ödənilməsi tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 17 iyun 2021-ci il tarixli qərardaddan iddiaçının verdiyi şikayət üzrə apellyasiyanın mümkünlüyünü yoxlayaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Şirkətə qarşı irəli sürdüyü “sığorta pulun ödənilməsi tələbi barədə” iddia ərizəsi Nəsimi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 17.06.2021-ci il tarixli qərardadla geri qaytarılmışdır. İddiaçı Rayon Məhkəməsinə şikayət verərək 18.06.2021-ci il tarixli qərardadın ləğv edilməsini xahiş etmişdir. Şikayətə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi 17.07.2021-ci il tarixli qərardad ilə şikayəti təmin etməmiş və 17.07.2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlamışdır. Bundan sonra Rayon Məhkəməsi baxılması üçün şikayəti Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) şikayəti və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət üzrə apellyasiya icraatı qeyrimümkündür. Belə ki, iş materiallarından görünür ki, Rayon Məhkəməsi tərəfindən iş üzrə qərardad 17 iyun 2021-ci il tarixdə qəbul edilmişdir. Lakin iddiaçı, Rayon Məhkəməsinin 18 iyun 2021-ci il tarixli qərardadından şikayət vermişdir. Mövcud olmayan qərardaddan isə verilmiş apellyasiya şikayəti mümkün hesab edilə bilməz. Bundan başqa qeyd edilməlidir ki, şikayətə baxmış Rayon Məhkəməsi şikayətin baxılması nəticəsi olaraq 17.07.2021-ci il tarixdə qəbul etdiyi qərardad ilə (17 iyun 2021-ci il tarixli qərardadı deyil) 17 iyul 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlamışdır. Odur ki, qeyd edilənlərə əsasən Məhkəmə hesab edir ki, apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdur. MPM-nin 366.2-ci maddəsinə görə, əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Buna görə də şikayət üzrə apellyasiya qeyri-mümkün hesab edilməli və şikayət mülki işlə birlikdə həmin Rayon Məhkəməsinə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 366 və 402ci maddəsini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Şirkətinə qarşı “sığorta pulun ödənilməsi tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 17 iyun 2021-ci il tarixli qərardaddan iddiaçının verdiyi şikayət üzrə apellyasiya qeyri-mümkün hesab edilsin və apellyasiya şikayəti mülki işlə birlikdə Nəsimi Rayon Məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan şikayət verilmir.
Məhkəmə qərarları › İş №2(103)-8376/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-8376/2021
10.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver