Məhkəmə qərarları › İş №2(103)-8402/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8402/2020

20.11.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8402/2020 20.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Səmədov Tofiq Səməd oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Atamalıyev Fərid Seyfulla oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə1 və cavabdeh X1 nümayəndəsi və vəkili Nümayəndə2 iştirakları ilə, İddiaçı cavabdehlər X5, Cavabdeh3 və Cavabdeh2 qarşı “yetkinlik yaşına çatmayan uşaqlar ilə birlikdə mənzilə köçürülmə” tələbinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1712/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İşin halları: İddiaçı cavabdehlər X5, Cavabdeh3 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun və azyaşlı uşaqları xx xxxx 2007-ci il təvəllüdlü X3, xx xxxxx 2009-cu il təvəllüdlü X4 və xx xxxxxxx 2012-ci il təvəllüdlü Cavabdeh2 ilə birlikdə ünvan 1, mənzil 115 ünvanına köçürülmələri barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdeh ilə xx xxxxxxxx 2006-cı il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuşdur. Birgə nikahlarından xx xxxx 2007-ci il təvəllüdlü X3, xx xxxxx 2009-cu il təvəllüdlü X4 və xx xxxxxxx 2012-ci il təvəllüdlü Cavabdeh2 adlı övladları doğulmuşdur. Tərəflər arasında olan münasibətlər əvvəl yaxşı olsa belə, sonradan pisləşmişdir. Bunun nəticəsi olaraq, iddiaçı ünvan 1 ünvanında yerləşən 15 saylı mənzili 2018-ci ilin dekabr ayında tərk etmək məcburiyyətində qalmışdır. O, həmin mənzildə 2006-cı ildən etibarən azyaşlı uşaqları ilə birlikdə qeydiyyatda olmaqla yaşamışdır. Övladlarının gələcək təminatı kimi və yaşayış yerlərinin etibarlı olması məqsədi ilə qeydiyyatda olduqları ünvan 1 ünvanında yerləşən 115 saylı mənzilə köçməyi məqsədəmüvafiq bilmişdir. Göstərilənlərə əsasən iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1712/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddia tələbinin rədd edilməsi qət edilmişdir. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1712/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti və onun dəlilləri: Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçı cavabdeh X5 ilə xx xxxxxxxx 2006-cı il tarixdə rəsmi nigaha daxil olaraq ailə qurmuşdur. Bu barədə Bakı şəhər, Yasamal rayon VVADQ şöbəsində 2545 saylı qeydlə nikah haqqında AZ-İNe271068 şəhadətnamə verilmişdir. Ailə həyatı qurduqdan sonra iddiaçı cavabdehin daimi qeydiyyatda olduğu Bakı şəhəri Yasamal rayonu, H.B.ünvan 2 mənzil 115-də gəlin köçərək həmin ünvanda yaşamışdır. Cavabdehlə birgə nikahdan xx xxxx 2007-ci il təvəlüdlü X3, xx xxxxx 2009-cu il təvəlüdlü X4 və xx xxxxxxx 2012-ci il təvəlüdlü Cavabdeh2 olmuşdur. İddiaçı yaşadıqları ünvana gəlin köçərkən bütüncehiz əşyalarını həmin evə gətirmiş və bu günə kimi də əmlakları həmin mənzildədir, yəni cavabdehdədir. Mütamadi olaraq narkotik vasitələr qəbul etdiyinə, ailəsinə işgəncələr verdiyinə, məişət pozğunluğuna, qumar, topaz oyunlarına, əxlaqsız hərəkətlərə və sair çirkin əməllərə qurşandığına görə cavabdehlə bağlanılmış rəsmi nikah Yasamal rayon məhkəməsi tərəfindən xx xxxx 2020-ci il tarixdə pozulmasına dair qətnamə qəbul edilmişdir. Onun qeyd olunan hərəkətləri barəsində DİN-nə müraciət edilmiş o, Nazirin əmri ilə DİO-dan xaric edilmiş və o,bundan hiddətlənərək iddiaçını və 3 azyaşlı uşqaqlarını evə buraxmır. İddiaçı 3 azyaşlı övladları da 2018-ci ilin dekabr ayından həmin mənzilə buraxılmır. Həmin mənzildə iddiaçının və 3 azyaşlı uşağının yaşamaq hüququ olmasına baxmayaraq, Cavabdeh2 tərəfindən mənzil iddiaçıdan xəbərsiz özəlləşdirilmiş və mülkiyyət hüququ alaraq mənzili ələ keçirmişdir. Baxmayaraq ki, özü məhkəməyə yazılı şəkildə müraciət etmişdir ki, evi satıb kompensasiya ödəməyə razıdır, lakin bu vədinə də riayət etməmiş və sözünün üzərində durmamışdır. Tərəflərin izahatları: Kollegiya iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə1 apellyasiya şikayətinin məzmununa uyğun izhahat verərək, şikayətin təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddianın təmin edilməsini xahiş etmişdir. Kollegiya iclasında iştirak edən cavabdeh X2 nümayəndəsi və vəkili Nümayəndə2 iddiaçının apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, şikayətin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. İşə baxılması vaxtı və yeri haqqında digər cavabdehlər Cavabdeh3, Cavabdeh2 lazımi qaydada məlumat verilməsinə baxmayaraq kollegiya iclasında iştirak etməmiş və iştirak etməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən həmin cavabdehlərin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Kollegiya işin hallarını apellyasiya şikayətinin dəlilləri ilə birgə araşdırıb iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməlidir. Sübutların tədqiqi: Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xx xxxxxxxx 2020-ci il tarixli məktubundan görünür ki, ünvan 1 ünvanında yerləşən 115 saylı mənzil xx xxx 2019- cu il tarixdən ilkin olaraq Cavabdeh2 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. İş materiallarında olan Bakı şəhəri İcra Hakimiyyəti Başçısı Aparatı tərəfindən verilmiş xx xxxxxxx 2004-cü il tarixli 005192 saylı orderdən müəyyən olunur ki, Cavabdeh2 ünvan 1 ünvanında yerləşən 115 saylı mənzili pay haqqını tam verməklə “xxxxxxx” MTK-dan əldə etmişdir. Hüquqi dəyərləndirmə: Kollegiya işin hüquqi mahiyyəti ilə bağlı aşağıdakı normaların qeyd edilməsini zəruri hesab edir: Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 112-ci maddəsinə əsasən mənzil tikinti kooperativinin üzvü pay haqqını tam ödədikdə, yaşayış sahəsinə mülkiyyət hüququ əldə edir. Həmin Məcəllənin 113-cü maddəsinə əsasən mənzil-tikinti kooperativinə üzv qəbul edilmiş fiziki və ya hüquqi şəxsə mənzil-tikinti kooperativi binasında ödənilən pay haqqının miqdarına müvafiq olaraq mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı əsasında yaşayış (qeyri-yaşayış) sahəsi verilir. Mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qeyd olunan qərarı həmin kooperativə yeni üzv qəbul edildikdə mənzil-tikinti kooperativinə üzvlüyə qəbul edilmə haqqında qərarla birlikdə qəbul edilir və həmin qərarda mənzil-tikinti kooperativi binasının ünvanı, verilən sahənin (mənzilin və ya qeyriyaşayış sahəsinin) dəqiq ölçüləri, mərtəbə göstərilməklə binada yerləşməsi və digər mövcud göstəriciləri göstərilməli, həmçinin verilən sahənin (mənzilin və ya qeyri-yaşayış sahəsinin) plan-cizgisi bu qərara əlavə olunmalıdır. Bu Məcəllənin 113.1-ci maddəsində göstərilən qərar mənzil-tikinti kooperativi binalarının yaşayış sahələrinə köçmə üçün, nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə isə daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüquqlarının qeydə alınması üçün əsasdır. Mənzil-tikinti kooperativində üzvlük yaşayış sahəsinə sahiblik, ondan istifadə etmək və qanunvericiliklə müəyyən edilmiş hədlərdə barəsində sərəncam vermək üçün əsasdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 178.8-ci maddəsinin xx xxxx 2018-ci il tarixədək qüvvədə olan redaksiyasına əsasən mənzil... kooperativinin üzvü... mənzil üçün... pay haqqını tam verdikdə həmin əmlaka mülkiyyət hüququ əldə edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublıkası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxxx 2010-cu il tarixli qərarına əsasən sAzərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsi həmin Məcəllənin 146.1-ci, 146.2-ci, 178.1-ci və 178.2-ci maddələrinin və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 113-cü maddəsinin müddəalarına uyğun olaraq tətbiq edilməlidir. Kooperativin üzvü və pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka sahiblik və istifadə etmək hüququnu, daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra isə sərəncam vermək hüququnu əldə edirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Həmin Məcəllənin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Həmin Məcəllənin 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu Məcəllənin qüvvəyə mindiyi gündən yaranır. İşin hallarına əsasən, kollegiya qeyd edir ki, mübahisəli mənzilin Cavabdeh2 tərəfindən xx.xx.2004-cü il tarixində mənzil tikinti kooperativindən əldə edilməsi, xx.xx.2019-cu il tarixində isə dövlət qeydiyyatından keçərək daşınmaz əmlakın dövlət reyestrindən çıxarış (i.v. 32) alınması işin mübahisələndirilməyən hallarını təşkil edir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, mübahisəli mənzil üzərində Cavabdeh2 mülkiyyət hüquqları ilkin olaraq xx xxx 2019-cu il tarixdə dövlət qeydiyyatından keçməsinə baxmayaraq, həmin mənzil onun tərəfindən əvəzli surətdə mənzil tikinti kooperativindən 2004-cü il tarixdə əldə edildiyindən bu münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1, 228.2 və 228.5-ci maddələri tətbiq edilməlidir. Kollegiya işin hallarına, apellyasiya şikayətinin dəlillərinə, iddiaçı və cavabdeh tərəfin izahatlarına əsasən qeyd edilən hüquq normalarının tələblərini rəhbər tutaraq hesab edir ki, iddiaçı 228.5-ci maddənin tələbləri baxımından mənzilin mülkiyyətçisi olan Cavabdeh2 ailə üzvü hesab edilmədiyindən, həmin mənzildən istifadə hüququ tanınmamasına dair birinci instansiya məhkəməsinin mövqeyi əsaslı olmuşdur. Kollegiya qeyd edilməsini zəruri hesab edir ki, mənzilin mülkiyyətçisi Cavabdeh2 ilə iddiaçı arasında Mülki Məcəllənin 228.2-ci maddəsinin tələbinə əsasən mübahisəli mənzildən istifadə hüququnun yaranmasına dair notarial qaydada təsdiq olunmuş müqavilənin bağlanmasına dair hər hansı sübut iş materiallarında aşkar edilməmişdir ki, bu da iddiaçının mənzildən istifadə hüququnun olmamasına dəlalət edir. Çünki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxx 2008-ci il tarixli qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikası MM-in 228.5-ci maddəsinin «mülkiyyətçinin razılığı» müddəası həmin Məcəllənin 228.2-ci maddəsində müəyyən olunan qaydaya müvafiq olaraq yazılı bağlanan notariat qaydasında təsdiqlənən razılaşmanı nəzərdə tutur. Azərbaycan Respublikası MPM-nın 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Nəticə: Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, İddiaçı Mülki Məcəllənin 228.5-ci maddəsinin tələbinə görə mülkiyyətçi Cavabdeh2 ailə üzvü hesab edilmədiyindən və onlar arasında mənzildən istifadə hüququnun yaranmasına dair notarial qaydada təsdiq olunmuş müqavilə olmadığından iddiaçının həmin mənzildən istifadə hüququnun tanına bilməməsi səbəbindən iddiaçının apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1712/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar