Məhkəmə qərarları › İş №2(103)-8414/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8414/2021

21.10.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8414/2021 21.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X7, İddiaçının vəkili-nümayəndəsi Vəkil1, Cavabdehin vəkili-nümayəndəsi Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment məbləğinin azaldılması” tələbinə dair ilkin, Cavabdeh İddiaçı qarşı “aliment məbləğinin artırılması və xərc tutulması” tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 01 iyul 2021-ci il tarixli 2(005)-3161/2021 saylı qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətləri üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “aliment məbləğinin azaldılması” tələbinə dair iddia ərizəsilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, X12 və X10 yetkinlik yaşına çatana qədər, Cavabdeh xeyrinə İddiaçı sabit pul məbləğində tutulan alimentin miqdarının azaldılaraq hər uşaq üçün 175 manat olmaqla 350 manat miqdarında müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmırdır ki, Cavabdeh ilə rəsmi nikaha daxil olmuş və birgə nikahdan 15.03.2009-cu il tarixdə X12 və 15.03.2009-cu il tarixdə X14 dünyaya gəlmişdir. Ailə münasibətləri formal xarakter daşıdığından Xətai Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında aralarındakı nikah pozulmuş və məhkəmənin 28 noyabr 2016-cı il tarixli 2(011)-12860/16 saylı qətnaməsi ilə birgə nikahdan dünyaya gələn uşaqların saxlanması üçün 800 (səkkiz yüz.) manat sabit pul məbləğində alimentin ondan tutulması qət olunmuşdur. Cavabdeh ilə aralarında 30 dekabr 2016-cı il tarixində nikah münasibətlərinə xitam verildikdən sonra uşaqlarla görüş, əmlak bölgüsü, uşaqlara alimentdən əlavə olaraq təhsil xərcləri və digər gündəlik ehtiyacların ödənilməsi barədə barışıq sazişi imzalanmışdır. Qeyd edir ki, Məhkəmənin 2(011)-12860/16 saylı qətnaməsi qəbul olunan zaman, həmçinin barışıq sazişinin imzalanması zamanı maddi vəziyyəti yaxşı olduğundan təyin olunan aliment miqdarını ödəyə bilmiş, lakin son zamanlar maddi vəziyyətində ciddi problemlər yaranmışdır və əmək haqqının miqdarı azalmışdır. Buna görə də, məhkəmə tərəfindən təyin olunan aliment məbləğini və barışıq sazişi ilə nəzərdə tutulmuş əlavə vəsaitləri ödəməyə imkanı çatmır. Nəzərə alınsa ki, övladları ilə yanaşı, ailə üzvlərinin saxlanması vəzifəsini daşıyır və özünün gündəlik ehtiyacları qarşılanmalıdır, məhkəmə tərəfindən alimentin miqdarını azaldılması zərurəti yaranmışdır. Qarşılıqlı iddiaçı Cavabdeh İddiaçı qarşı aliment məbləğinin artırılması və xərc tutulmasına dair qarşılıqlı iddia ərizəsilə məhkəməyə müraciət edərək, ilkin İddiaçı iddia ərizəsinin rədd edilməsi, iddiaçı Cavabdeh qarşılıqlı iddia tələblərinin təmin edilərək, cavabdeh İddiaçı Bakı Apelyasiya Məhkəməsinin 23.02.2017-ci il tarixli, 2(103)-2354/2017 saylı qətnaməsi ilə tutulan alimentin məbləğinin artırılaraq, tərəflərin birgə nikahdan olan övladları 15.03.2009-cu il təvəllüdlü X12 və 15.03.2009-cu il təvəllüdlü X1 üçün hər ay hər uşağa 500 (beş yüz) manat olmaqla, cəmi 1000 manat məbləğində sabit pul məbləğində alimentin cavabdeh İddiaçı tutularaq iddiaçı Cavabdeh ödənilməsi, iddiaçı cavabdeh arasında 50 saylı notariat kontorunda bağlanmış 24.11.2017-ci il tarixli barışıq sazişinin 2.2-ci bəndinə əsasən uşaqların müalicəsi və tibbi müayinəsi üçün ödənilmiş tibbi xərclər üçün ümumi xərc 1500 manat məbləğində pulun yarısının, yəni 750 (yeddi yüz əlli) manat məbləğində pulun cavabdeh İddiaçı tutularaq iddiaçı Cavabdeh ödənilməsi, 50 saylı notariat kontorunda bağlanmış 24.11.2017-ci il tarixli barışıq sazişinin 2.3-cü bəndinə əsasən cavabdeh İddiaçı 15.03.2009-cu il təvəllüdlü X12 və 15.03.2009-cu il təvəllüdlü X10 anaları ilə birlikdə ölkə daxilində və ya xaricində istirahətləri üçün ödəməli olduğu hər il üçün 500 (beş yüz) manat məbləğində, ümumi olaraq müqavilə bağlandığı müddətdən ödənilməmiş 3 il üçün ödənilməli olan 1500 manat məbləğində pulun cavabdeh İddiaçı tutularaq iddiaçı Cavabdeh ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Qarşılıqlı iddia onunla əsaslandırılır ki, ilk iddia ərizəsi ilə razı deyil və qarşılıqlı iddia irəli sürür. Belə ki idda ərizəsində qeyd olunur ki, iddiaçının artıq maddi vəziyyəti yaxşı deyildir, lakin iddiaçı maddi vəziyyətinin pisləşməsi və ya əmək haqqının azalması barədə heç bir sübut təqdim etməmişdir. Bu onu göstərir ki, iddia ərizəsi yalnız nəzəri fərziyyələrə əsaslanır və bu kimi hal qəbul edilməzdir. Bildirir ki, İddiaçı Cavabdeh qarşı nikahın pozulmasına dair ilkin iddia ərizəsi ilə, qarşılıqlı iddiaçı Cavabdeh isə cavabdeh İddiaçı qarşı birgə nikahlarından olan 15.03.2009-cu il təvəllüdlü X8 və 15.03.2009-cu il təvəllüdlü X11 onun yanında saxlanılmasına və yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün hər ay hər uşağa görə 500 manat olmaqla cəmi 1000 manat sabit pul məbləğində alimentin tutulmasına dair qarşılıqlı iddia ərizəsi ilə Məhkəməyə müraciət etmişdir. Bakı şəhər Xətai rayon Məhkəməsinin 2(011)-12860-2016 saylı 28 noyabr 2016-cı il tarixli qətnaməsi ilə ilk iddia ərizəsi təmin edilmiş, İddiaçı ilə Cavabdeh arasında 29.06.2008-ci il tarixdə Bakı Nikah Evində bağlanmış 1818 saylı nikah qeydi ləğv edilmiş, qarşılıqlı iddia ərizəsi qismən təmin edilərək nikah pozulduqdan sonra tərəflərin birgə nikahlarından olan 15.03.2009-cu il təvəllüdlü X12 və 15.03.2009-cu il təvəllüdlü X15 anaları Cavabdeh yanında saxlanılmaları, 02.11.2016-cı il tarixdən başlayaraq 15.03.2009-cu il təvəllüdlü X8 və 15.03.2009-cu il təvəllüdlü X11 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün İddiaçı hər uşaq üçün 250 manat, ümumilikdə hər ay 500 manat sabit pul məbləğində alimentin Cavabdeh xeyrinə tutulması qət edilmişdir. Qətnamədən narazı qalan cavabdeh-qarşılılıqlı iddiaçı Cavabdeh Bakı şəhər Xətai rayon Məhkəməsinin 2(011)- 12860-2016 saylı 28 noyabr 2016-cı il tarixli qətnaməsindən apelyasiya şikayəti verərək hər ay hər uşağa görə 500 manat olmaqla cəmi 1000 manat sabit pul məbləğində alimentin tutulmasını xahiş etmişdir. Bakı Apelyasiya Məhkəməsinin 23.02.2017-ci il tarixli, 2(103)-2534/2017 saylı qətnaməsi ilə şikayət qismən təmin edilmiş, Bakı şəhər Xətai rayon Məhkəməsinin 2(011)- 12860-2016 saylı 28 noyabr 2016-cı il tarixli qətnaməsi alimentə dair hissədə dəyişdirilərək hər ay hər uşağa görə 400 manat olmaqla cəmi 800 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Tərəflər sonradan razılaşaraq barışıq sazişi imzalamağı qərara almış və iddiaçı Cavabdeh İddiaçı ilə 50 saylı notariat kontorunda bağlanmış 24.11.2017-ci il tarixli barışıq sazişinin 2.1-ci bəndinə əsasən cavabdeh tərəflərin birgə nikahından 15.03.2009-cu il tarixdə doğulmuş X12 və X10 Bakı Apelyasiya Məhkəməsinin 23.02.2017-ci il tarixli, 2(103)-2534/2017 saylı qətnaməsinə əsasən saxlanılması üçün iddiaçıya ödənilməli olan alimentə görə 01.11.2017-ci il tarixinə olan 3000 (üç min) manat borcunu bu müqavilənin qüvvəyə mindiyi tarixdən sonrakı aydan başlayaraq həmin qətnamə ilə müəyyən edilmiş 800 (səkkiz yüz) manat alimentə hər ay 200 (iki yüz) manat əlavə ödəməklə 15 (on beş) ay müddətində tam ödəməlidir. Bakı Apellyasiya Məhkəməsinin 23.02.2017- ci il tarixli, 2(103)-2534/2017 saylı qətnaməsinə əsasən cavabdeh hər ay 800 (səkkiz yüz) manat alimenti iddiaçıya ödəməsini öz öhdəsinə götürür. Barışıq sazişinin 2.2-ci bəndinə əsasən cavabdeh uşaqların saxlanılması üçün qətnamə ilə müəyyən edilmiş 800 (səkkiz yüz) manat alimentdən əlavə gələcəkdə uşaqların sağlamlığı ilə bağlı tibbi xərclərin yarısını ödəyəcək. Bununla bağlı, müvafiq tibbi xidmətlər və dərman preparatları üçün ehtiyac yarandıqda, iddiaçı birinci tərəfə öncədən məlumat verəcək və tərəflər uşaqların tibbi ehtiyaclarını birlikdə razılaşdıracaqlar. Cavabdeh uşaqların anaları ilə birlikdə ölkə daxilində və xaricində istirahəti üçün illik 500 (beş yüz) manat məbləğində vəsaiti bu müqavilə imzalandıqdan sonra hər ildə bir dəfə olmaqla iddiaçıya ödəməli idi. Lakin cavabdeh tərəfindən yalnız 2019-cu il və 2020-ci illəri üçün ödənilmişdir. 2018, 2019 və 2021-ci illərdə isə istirahətlə bağlı heç bir ödəniş olunmayıb. Artıq cavabdeh İddiaçı barışıq sazişi əsasında 1500 manat məbləğində istirahət xərcləri üçün borcu yaranmışdır. Qeyd edir ki, barışıq sazişindən də göründüyü kimi tibbi xərclərin qarşılanması hər iki tərəfin öhdəliyindədir və bu yarı hesablanmalıdır. Belə ki, iddiaçı öz övladlarının lazım olan tibbi xərclərini daim ödəmiş və buna dair ərizəyə sənədlər əlavə edilmişdir, həmin sədənlərdə də xərclər barədə məlumatlar və həmin xərclərin ödənilməsinə dair kassa çekləri vardır. Barışıq sazişinin tələbləri rəhbər tututularsa, cavabdeh iddiaçıya həmin xərclərin yarısını ödəməlidir. 2021-ci ildə uşaqlar “COVİD-19” virusuna yoluxmuş, lakin ataları bu xəstəliklə də bağlı tibbi xərcləri ödəməmişdir. Ümumiyətlə cavabdeh İddiaçı uşaqlara görə bugünədək anaları tərəfindən ödənmiş tibbi xərcləri ötən 5 il ərzində (2017-2021) ödəməyib. Qanunun tələbindən də göründüyü kimi müqavilə üzrə öhdəlik tərəfin öz icra məsuliyyətindədir. Müqavilə üzrə tərəfin həmin məsuliyyətləri yerinə yetirməməsi yalnız barışıq sazişi deyil Azərbaycan Respublikasının qanunvericiliyinin də tələblərini pozur və bu kimi pozuntular insan hüquqlarını təmin edilməsinə maneə yaradır. Cavabdeh də onun müraciətlərinə baxmayaraq ödənilməli olan məbləği ödəmir və barışıq sazişinin şərtlərini pozur. Dəfələrlər övladlarının sağlamlığı üçün ödənilmiş məbləğin yarısını istəsə də buna məhəl qoymur və ödəniş etməkdən yayınır. Ümumiyyətlə övladlarının vəziyyəti ilə maraqlanmır və öz övladlarının sağlamlığına heç bir xərc çəkmir. Ümumilikdə 1500 manat məbləğində uşaqların müalicəsi üçün xərc çəkmişdir. Belə ki, övladları “COVİD-19” xəstəliyinə yoluxmuş, bu xəstəliyin hər kəs tərəfindən bilindiyi kimi xərci çox olduğundan və ev şəraitində müalicə olunduqları üçün daha çox xərcləri çıxmışdır. Bundan əlavə olaraq cavabdeh barışıq sazişinin 2.3-cü bəndinə əsasən hər il övladlarının tətillərdə istirahət etməsi üçün 500 manat məbləğində vəsaiti 3 il ərzində ödəməmiş və bu bəndin icrasına heç bir hərəkət göstərməmişdir. Cavabdeh həmçinin aliment məbləği ilə bağlı ödənişlər edərkən də müqavilənin tələblərini pozur və ödənişləri gecikdirir. Qeyd edir ki, aliment məbləği artıq uşaqların saxlanılması üçün kifayət qədər məbləğ təşkil etmir belə ki, cavabdehin kifayət qədər gəliri mənbəyi vardır və iddiaçının ödəndiyi pul məbləği 2 uşaq üçün kifayət etmir. Hal-hazırda pandemik vəziyyət olduğundan xərclər artmış və uşaqların xəstəlikdən qorunması, müxtəlif növ-vitaminlər qəbul etməsi, immunitet artırmaq üçün meyvə və digər ərzaq mallarının alınması, təhsilin pandemiya vəziyyətində onlayn keçirilməsi üçün elektrik enerjisi, internet və mobil xərclər və artıq uşaqların böyüdüyündən onların inkişafı üçün digər xərclər də çox olduğundan 800 manat miqdarında məbləğ bunları ödəməyə yetmir. Cavabdeh övladlarının atası olduğundan bu kimi müəyyən hərəkətləri etmək onun öz övladları qarşısında atalıq borcudur. Qeyd edir ki, 2017-ci il yanvarın 1-dən yaşayış minimumu 136.6 manat məbləğində, 2018-ci il yanvarın 1-dən 154 manat, 2019-cu il yanvarın 1-dən 160 manat, 2020-ci il yanvarın 1-dən 170 manat və 2021-ci il yanvarın 1-dən 175 manat olmuşdur. Ümumi olaraq aliment məbləği 38.4 manat artmılşdır və bu artım həmin vaxtda ümumi yaşayış üçün xərclərin artdığını göstərir və hesab edir ki, cavabdeh İddiaçı uşaqları üçün ödəməli olan aliment məbləği, yəni hər ay hər uşaq üçün 500 manat, ümumilikdə 1000 manat tutularaq iddiaçı Cavabdeh ödənilməlidir. Həmçinin özü də heç bir yerdə işləmədiyindən aylıq gəliri yoxdur və buna əsasən də aliment məbləği kifayət qədər deyildir. Hesab edir ki, aliment məbləği hər iki uşaq üçün ayrılıqda 500 (beş yüz) manat və ümumilikdə 1000 manat, 1500 manat tibbi xərclərin yarısı 750 manat və övladlarının istirahəti üçün hər il ödənilməli 500 manat, ümumilikdə 3 il üçün 1500 manat məbləğində pullar hesablanaraq cavabdehdən tutulmalıdır. Cavabdeh qarşılıqlı iddia tələbinin artırılmasına dair ərizə təqdim edərək, ilkin İddiaçı iddia ərizəsinin rədd edilməsi, iddiaçı Cavabdeh qarşılıqlı iddia tələblərinin təmin edilərək, cavabdeh İddiaçı Bakı Apelyasiya Məhkəməsinin 23.02.2017-ci il tarixli, 2(103)- 2354/2017 saylı qətnaməsi ilə tutulan alimentin məbləğinin artırılaraq, tərəflərin birgə nikahdan olan övladları 15.03.2009-cu il təvəllüdlü X12 və 15.03.2009-cu il təvəllüdlü X1 üçün hər ay hər uşağa 500 (beş yüz) manat olmaqla, cəmi 1000 manat sabit pul məbləğində alimentin cavabdeh İddiaçı tutularaq iddiaçı Cavabdeh ödənilməsi və iddiaçı və cavabdeh arasında 50 saylı notariat kontorunda bağlanmış 24.11.2017-ci il tarixli barışıq sazişinin 2.2-ci bəndinə əsasən uşaqların müalicəsi və tibbi müayinəsi üçün ödənilmiş tibbi xərclər üçün ümumi xərc 2.760 (iki min yeddi yüz altmış) manat məbləğində pulun yarısının, yəni 1380 manat məbləğində pulun cavabdeh İddiaçı tutularaq iddiaçı Cavabdeh ödənilməsi, 50 saylı notariat kontorunda bağlanmış 24.11.2017-ci il tarixli barışıq sazişinin 2.3-cü bəndinə əsasən cavabdeh İddiaçı 15.03.2009-cu il təvəllüdlü X12 və 15.03.2009-cu il təvəllüdlü X10 anaları ilə birlikdə ölkə daxilində və ya xaricində istirahətləri üçün ödəməli olduğu hər il üçün 500 (beş yüz) manat məbləğində, ümumi olaraq müqavilə bağlandığı müddətdən ödənilməmiş 3 il üçün ödənilməli olan 1500 manat məbləğində pulun cavabdeh İddiaçı tutularaq iddiaçı Cavabdeh ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1003/2020 saylı, 04 mart 2020-ci il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı “aliment məbləğinin azaldılması” tələbinə dair ilk iddia ərizəsi təmin edilməmiş, ödənilmiş dövlət rüsumu ilk iddiaçıya aid edilmiş, qarşılıqlı iddia qismən təmin edilmiş, tərəflər arasında 50 saylı notariat kontorunda bağlanmış 24.11.2017-ci il tarixli barışıq sazişinin 2.2-ci bəndinə əsasən uşaqların müalicəsi və tibbi müayinəsi üçün ödənilmiş tibbi xərclər üçün ümumi xərc 1500 manat məbləğində pulun yarısı, yəni 750 (yeddi yüz əlli) manat məbləğində pul cavabdeh İddiaçı tutularaq iddiaçı Cavabdeh ödənilməsi, tərəflər arasında 50 saylı notariat kontorunda bağlanmış 24.11.2017-ci il tarixli barışıq sazişinin 2.3-cü bəndinə əsasən 15.03.2009-cu il təvəllüdlü X12 və 15.03.2009-cu il təvəllüdlü X10 anaları ilə birlikdə ölkə daxilində və ya xaricində istirahətləri üçün ödəməli olduğu hər il üçün 500 (beş yüz) manat məbləğində, ümumi olaraq müqavilə bağlandığı müddətdən ödənilməmiş 3 il üçün ödənilməli olan 1.500 manat məbləğində pul cavabdeh İddiaçı tutularaq iddiaçı Cavabdeh ödənilməsi, qalan hissədə qarşılıqlı iddianın təmin edilməməsi qət edilmişdir. Qeyd olunan qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, ilkin iddia tələbinin təmin, qarşılıqlı iddia tələbinin isə rədd edilməsini xahiş etmişdir. Qeyd olunan qətnamədən narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin qarşılıqlı iddia ərizəsinin alimentin tutulması hissəsində təmin edilməmiş hissədə ləğv edilməsi və iddia tələbinin həmin hissədə təmin edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsisinin 21 oktyabr 2021-ci il tarixli, 2(103)-8414/2021 saylı qərardadı ilə İddiaçı Cavabdeh qarşı “aliment məbləğinin azaldılması” tələbinə dair ilkin, Cavabdeh İddiaçı qarşı “aliment məbləğinin artırılması və xərc tutulması” tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 01 iyul 2021-ci il tarixli 2(005)-3161/2021 saylı qətnaməsi qismən ləğv edilmiş, Cavabdeh İddiaçı qarşı “aliment məbləğinin artırılması və xərc tutulması” tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə icraata “iddiaçı və cavabdeh arasında 50 saylı notariat kontorunda bağlanmış 24.11.2017ci il tarixli barışıq sazişinin 2.2-ci bəndinə əsasən uşaqların müalicəsi və tibbi müayinəsi üçün ödənilmiş tibbi xərclər üçün ümumi xərc 1500 manat məbləğində pulun yarısının, yəni 750 (yeddi yüz əlli) manat məbləğində pulun cavabdeh İddiaçı tutularaq iddiaçı Cavabdeh ödənilməsi, 50 saylı notariat kontorunda bağlanmış 24.11.2017-ci il tarixli barışıq sazişinin 2.3-cü bəndinə əsasən cavabdeh İddiaçı 15.03.2009-cu il təvəllüdlü X12 və 15.03.2009-cu il təvəllüdlü X10 anaları ilə birlikdə ölkə daxilində və ya xaricində istirahətləri üçün ödəməli olduğu hər il üçün 500 (beş yüz) manat məbləğində, ümumi olaraq müqavilə bağlandığı müddətdən ödənilməmiş 3 il üçün ödənilməli olan 1500 manat məbləğində pulun cavabdeh İddiaçı tutularaq iddiaçı Cavabdeh ödənilməsi” hissəsində xitam verilmişdir. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, hazırda maddi vəziyyati pisləşdiyindən 2016-cı ildə öz razılığı ilə təyin edilmiş alimenti ödəmək iqtidarında deyil. Belə ki, iş materiallarında olan arayışdan da göründüyü kimi onun əmək haqqım 250 manatdır və həmin haqqdan başqa iş yerindən hansısa gəliri yoxdur. Öz yaşamının təmini, eləcə də övladlarının yaşamı üçün üzərinə götürdüyü öhdəliklərin icrası üçün kifayət qədər borc xərcdir. Hazırkı vəziyyətdə üzürlü səbəblərdən alimentin məbləği onun əmək haqqına yönəldilməli, ən pis halda isə ölkə üzrə müəyyənləşdirilmiş yaşayış minumumu nəzərə alınaraq müəyyən edilməlidir. Çünki onun gücü ancaq ona çatır. Əks yanaşma onun hüquqlarını kobud şəkildə pozmaqdan başqa nə isə deyil. Qanunvericilikdə konkret olaraq göstərilib ki, əmək haqqı, qazanc, gətir qeyri-müntəzəm olarsa, o zaman əmək haqqı ilə yanaşı sabit pul məbləğində atiment təyin edilə bitər. Ləkin təqdim etdiyi bildirişdən də göründüyü kimi onun rəsmi gəliri sadəcə olaraq 250 manatdır və işlədiyi işdə əlavə gəlir, qazanc yoxdur. Belə olan halda alimentin məbləğinin azaldılması daha ədalətli olar. Çünki, onun də yaşayış şəraiti, tələbatları nəzərə alınmalıdır. Onlar boşanan zaman uşaqların yaşını nəzərə alaraq, ana qayğısından uzaq olmamalı üçün o qadar yüksək məbləğdə alimentə razılıq vermişdir, lakin, indi uşaqların kifayət qədər böyüdüyünü, yaşları nəzərə alınsa onların ana qulluğuna o qədər də ehtiyaclərnın olmadığı bəlli olur. Belə olan halda onun üzərinə düşən alimentin məbləği qanunauyğun şəkildə azaldılmalı və qarşı tərəf də uşaqların yaşayışının təmini üçün üzərmə düşən öhdəlikləri yerinə yetirməkdir. Bu və digər üzürlü, mötəbər halları məhkəmə zamanı bildirsə də nədənsə hakim onun iddiasına heç bir qanuni hüquqi qiymət verməmiş, işə yalnız və yalnız Cavabdeh tələbi əsasında baxaraq işi qanuna sığmayan şəkildə yekunlaşdırmışdır. Qətnaməyə diqqət yetirərkən açıq- aydın bəlli olur ki, hakim iş üzrə gəldiyi nəticəni qətnamədə əsaslandıra bilməyib, yəni gəldiyi nəticə qarşı tərəfin sübut təqdim etmədən söz yığınından ibarət qarşılıqlı iddia ərizəsi va mülahizələrinə uyğun olmuşdur, bir sözlə sanki hakimin icraatında ancaq və ancaq qarşı tərəfin tələbi olub. Onun iddia ərizəsində qeyd edilənlərə, məhkəmə prosesi zamanı deyilənlərə, əmək haqqı ilə bağlı sənədə heç bir hüquqi qiymət verilməmiş, hətta heç bu barədə bir cümlə belə qətnamədə əks olunmamışdır. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, alimentin artırılması hissəsində iddianı rədd ədən Nərimanov Rayon Məhkəməsi qətnaməni həmin hissədə belə əsaslandırmışdır ki, “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu” haqqında Azərbaycan Respublikası Qanununa görə 2021-ci il üçün yaşayış minimumu uşaqlar üçün 175 manat müəyyən edilir. Əvvəlki məhkəmə qətnaməsi ilə tutulmuş aliment məbləği qanunla nəzərdə tutulmuş sabit pul məbləğindən artıq olduğundan və cavabdehin maddi vəziyyətini nəzərə alaraq iddia həmin hissədə təmin edilməməlidir Hesab edir ki, Nərimanov rayon məhkəməsi həmin hissədə səhv nəticəyə gələrək iddianı alimentin artırılması hissəsində rədd etmişdir. Belə ki 2017-ci il yanvarın 1dən yaşayış minimumu 136.6 manat məbləğində, 2018-ci il yanvarın 1-dən 154 manat, 2019-cu il yanvarın 1-dən 160 manat, 2020-ci il yanvarın 1-dən 170 manat və 2021-ci il yanvarın 1-dən 175 manat olmuşdur. Ümumi olaraq aliment məbləği 38.4 manat artmılşdır və bu artım həmin vaxtda ümumi yaşayış üçün xərclərin artdığını göstərir və hesab edir ki, cavabdeh İddiaçı uşaqları üçün ödəməli olan aliment məbləği, yəni hər ay hər uşaq üçün 500 manat, ümumilikdə 1000 manat tutularaq iddiaçı Cavabdeh ödənilməlidir. Qarşılıqlı iddia üzrə cavabdehin yetərincə yüksək gəlirləri vardır. Maddi durumu yetərincə yaxşıdır. Cavabdehin məhkəməyə təqdim etdiyi əmək haqqının məbləği barədə arayış heç də həqiqəti əks etdirmir. Cavabdeh real gəlirlərini məhkəmədən gizlədir. Həmçinin iddiaçı özü də heç bir yerdə işləmədiyindən aylıq gəliri yoxdur və buna əsasən də aliment məbləği kifayət qədər deyildir. Uşaqların gündəlik xərcləri isə həddindən artıq yüksədir. Həmçinin uşaqların təhsilinə çəkilən xərclərdə artmışdır. Odur ki, hesab edir ki, məhkəmə qətnaməsi ilə müəyyən edilmiş aliment məbləği artırılmalıdır. Proses iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili-nümayəndəsi Vəkil1 apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini, cavabdehin apellyasiya şikayətinin isə rədd edilmədini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin vəkili-nümayəndəsi Vəkil2 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini iddiaçının apellyasiya şikayətinin isə rədd edilməsinixahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Məhkəmə kollegiyası ilk olaraq qeyd edir ki, hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının alimentin müəyyən edilməsi hissəsində yoxlanılması təşkil edir. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası işdə iştirak edən proses iştirakçılarının izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara əsasən iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, cavabdehin apellyasiya şikayəti rədd edilməli və iş üzrə qəbul olunmuş birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv edilməlidir. Məhkəmə kollegiyası tərəfindən aparılmış araşdırma nəticəsində müəyyən olunmuşdur ki, işdə olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-12860/2016 saylı, 28 noyabr 2016-cı il tarixli qətnaməsinə əsasən ilk iddia ərizəsi təmin edilmiş, İddiaçı ilə Cavabdeh arasında 29.06.2008-ci il tarixdə Bakı Nikah Evində Bağlanmış 1818 saylı nikah qeydinin ləğv edilməsi, qarşılıqlı iddia ərizəsinin qismən təmin edilməsi, nikah pozulduqdan sonra tərəflərin birgə nikahlarından olan 15.03.2009-cu il təvəllüdlü X12 və 15.03.2009-cu il təvəllüdlü X10 anaları Cavabdeh yanında saxlanılması, 28.11.2016-cı il tarixdən başlayaraq 15.03.2009-cu il təvəllüdlü X12 və 15.03.2009-cu il təvəllüdlü X3 üçün hər ay hər uşaq üçün 250 manat sabit pul məbləğində aliment Cavabdeh xeyrinə tutulması, İddiaçı dövlət rüsumuna görə 30 manat dövlət nəfinə tutulması qət edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin MK-nın 23.02.2017-ci il tarixli, 2(103)-2534/2017 saylı qətnaməsinin məzmunundan görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 12860/2016 saylı, 28 noyabr 2016-cı il tarixli qətnaməsindən cavabdeh-qarşılıqlı iddiaçı Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilərək, qətnamənin aliment tələbinə dair hissədə dəyişdirilməsi, 28.11.2016-cı il tarixdən başlayaraq 15.03.2009-cu il təvəllüdlü X12 və 15.03.2009-cu il təvəllüdlü X10 yetkinlik yaşına çatanadək saxlanması üçün İddiaçı hər ay uşaqların hər biri üçün 400 manat olmaqla, cəmi 800 manat sabit pul məbləğində alimentin tutularaq Cavabdeh verilməsi, qətnamənin bu hissədə dərhal icra ediməsi, qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin MK-nın 04.07.2017-ci il tarixli, 2(102)-4631/17 saylı qərarı ilə İddiaçı kassasiya şikayətinin təmin edilməməsi, Bakı Apelyasiya Məhkəməsinin MK-nın 23.02.2017-ci il tarixli, 2(103)-2534/2017 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Bakı şəhəri 50 saylı notariat ofisində 24.11.2017-ci il tarixdə təsdiq edilmiş barışıq sazişinin 2.1-ci bəndinə əsasən cavabdeh tərəflərin birgə nikahından 15.03.2009-cu il tarixdə doğulmuş X12 və X10 Bakı Apelyasiya Məhkəməsinin 23.02.2017-ci il tarixli, 2(103)-2534/2017 saylı qətnaməsinə əsasən saxlanılması üçün iddiaçıya ödənilməli olan alimentə görə 01.11.2017-ci il tarixinə olan 3000 (üç min) manat borcunu bu müqavilənin qüvvəyə mindiyi tarixdən sonrakı aydan başlayaraq həmin qətnamə ilə müəyyən edilmiş 800 (səkkiz yüz) manat alimentə hər ay 200 (iki yüz) manat əlavə ödəməklə 15 (on beş) ay müddətində tam ödəməlidir. Bakı Apellyasiya Məhkəməsinin 23.02.2017-ci il tarixli, 2(103)-2534/2017 saylı qətnaməsinə əsasən cavabdeh hər ay 800 (səkkiz yüz) manat alimenti iddiaçıya ödəməsini öz öhdəsinə götürür. Barışıq sazişinin 2.2-ci bəndinə əsasən cavabdeh uşaqların saxlanılması üçün qətnamə ilə müəyyən edilmiş 800 (səkkiz yüz) manat alimentdən əlavə gələcəkdə uşaqların sağlamlığı ilə bağlı tibbi xərclərin yarısını; sazişin 2.3-cü bəndinə əsasən cavabdeh İddiaçı 15.03.2009-cu il təvəllüdlü X12 və 15.03.2009-cu il təvəllüdlü X10 anaları ilə birlikdə ölkə daxilində və ya xaricində istirahətləri üçün hər il 500 (beş yüz) manat məbləğində pul vəsaiti ödəməlidir. Neftçala rayon Qeydiyyat Şöbəsinin 22.12.2018ci il tarixli nikah haqqında şəhadətnaməsindən görünür ki, İddiaçı ilə X4 22.12.2018-ci il tarixdə nikah bağlamışlar. 24.12.2019-cu il tarixli doğum haqqında şəhadətnamədən görünür ki, X13 28.11.2019-cu il tarixdə Neftçala rayonunda anadan olmuş, atası İddiaçı və anası X2r. Məhkəmə kollegiyasına təqdim edilmiş əmək kitabçasının surətindən və əmrin surətindən görünür ki, İddiaçı 25.01.2020-ci il tarixdən işləmir. Birinci instansiya məhkəməsinin mövqeyinə görə, hazırki yaşayış minimumunu, yetkinlik yaşına çatmayan uşaqların mənafelərini nəzərə alıb hesab edir ki, aliment məbləğinin azaldılması onların mənafeyinə ziddir, bu günkü gündə onların maddi tələbatını ödəməyəcək. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmır və qeyd edir ki, qətnamə alimentin tutulması hissəsində düzgün nəticəyə gəlməmişdir. Tərəflər arasında davam edən münasibətlər olduğundan kollegiya hesab edir ki, qeyd olunan barışıq sazişində nəzərdə tutulan alimentin məbləği azaldılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 233.4-cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən valideynlərin uşaqların barəsində bərabər hüquq və vəzifələri vardır. Uşaq qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi hüquqlarının təmin etdirilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifəsidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 55.1-ci maddəsinə əsasən uşaq öz valideynlərindən və ailənin digər üzvlərindən bu Məcəllənin beşinci bölməsində müəyyən olunmuş qaydada və miqdarda vəsait almaq hüququna malikdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmçinin nəzərə alınmalıdır ki, “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə əsasən isə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Ailə Məcəlləsinin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda, uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. «Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanununa görə 2021-ci il üçün yaşayış minimumu uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78.1 və 78.2 maddələrinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyrimüntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəfindən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Göründüyü kimi ailə qanunvericiliyi qanunda nəzərdə tutulmuş hallarda aliment ödəyən şəxsə təyin olunmuş aliment məbləğinin azaldılması və ya onun aliment öhdəliyindən azad edilməsi imkanlarını nəzərdə tutmuşdur. Lakin qanunvericilik alimentin azaldılması və ya alimentdən azad etmə imkanını nəzərdə tutarkən heç də aliment alan şəxsin təminatının azaldılması və ya alimentə ehtiyacı olduğu halda aliment almaq imkanından məhrum edilməsi kimi nəzərdə tutmamışdır. Ona görə də aliment ödəyən şəxsin aliment ödənilməsi vəzifəsindən azad edilməsi və ya aliment məbləğinin azaldılması üçün məhkəməyə mötəbər sübutlar təqdim olunmalıdır. Hazırkı işdə isə iddiaçının apelyasiya şikayətində qeyd etdiyi hallar onun müəyyən edilmiş aliment öhdəliyindən azad edilməsi üçün əsas hesab edilə bilməz. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28.03.2016-cı il tarixli, 8-2/2016 saylı qərarında göstərilmişdir ki, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Bu zaman məhkəmələr uşağın valideynlərinin birgə yaşadıqları dövrdə ailənin maddi vəziyyəti və yaxud ayrı yaşadıqları dövrdə uşağın saxlanmasına valideynlərdən biri tərəfindən könüllü qaydada vəsait ödənilməsini və uşağın bu ödəmənin dayandırıldığı vaxtadək olan dövrdəki təminat səviyyəsini nəzərə almalıdırlar. Əlavə haqq ödənilməklə uşağın məktəbəqədər tərbiyə müəssisəsinə, musiqi, rəsm, idman, rəqs və digər dərnəklərə gedib-getməməsi də nəzərə alınmalıdır. Qərarda həmçinin qeyd olunmuşdur ki, alimentin miqdarı müəyyən edilərkən aliment ödəməli şəxsin məhkəmə qətnaməsinə əsasən aliment ödədiyi digər uşaqlarının olması nəzərə alınmalıdır. Aliment ödəyən şəxsin məhkəmə qətnaməsi ilə aliment tutulmayan digər övladlarının olması, eləcə də onun digər əlavə xərclərə (kredit borcunun olması, kirayə haqqı ödəməsi və s.) məruz qalması alimentin azaldılması üçün mütləq əsas kimi qəbul edilməməlidir. Alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Kollegiya qeyd edir ki, qeyd olunan barışı səazişi imzalandıqdan sonra, iddiaçı ikinci dəfə nikaha daxil olmuş, həmin nikahından övladı dünyaya gəlmişdir. Bundan əlavə, məhkəmə kollegiyasına təqdim edilmiş, “X9” MMC-nin 25.01.2020-ci il tarixli əmri və əmək kitabçasından görünür ki, iddiaçı 25.01.2020-ci il tarixdın hal-hazıradək işləmir. Belə olan halda, məhkəmə kollegiyası uşaqların mənafelərini və iddiaçının maddi vəziyyətini, eyni zamanda 2021-ci il üçün uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumunu nəzərə alaraq, hesab edir ki, İddiaçı Cavabdeh xeyrinə, 15.03.2009-cu il təvəllüdlü X12 və 15.03.2009-cu il təvəllüdlü X3 üçün hər ay hər uşaq üçün 200 manat olmaqla, cəmi 400 manat sabit pul məbləğində aliment tutulması qanuni və ədalətlidir. Məhkəmə kollegiyası hesab edir ki, qarşılıqlı iddia tələbi ilkin iddia tələbi ilə ödənildiyindən qarşılıqlı iddia ərizəsi təmin edilə bilməz. Cavabdehin vəkili Vəkil2 məhkəmə kollegiyasına ərizə təqdim edərək bildirmişdir ki, iddiaçı tərəfin apellyasiya instansiyası məhkəməsinə təqdim etdiyi əmək kitabçasının sübut kimi qəbul edilməməsini, iddiaçı tərəfin məhkəməyə saxta sənəd təqdim etməsi ilə bağlı qərardad qəbul edilməsini xahiş etmişdir. Kollegiya cavabdehin vəkilinin apellyasiya baxışı zamanı təqdim etdiyi yeni sübutlarla bağlı ərizəsinə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 361.4-cü maddəsinə əsasən, apellyasiya şikayətini verən şəxsin birinci instansiya məhkəməsinə təqdim edilməyən yeni sübutlara istinad etməsinə yalnız o hallarda yol verilir ki, o, şikayətdə həmin sübutların birinci instansiya məhkəməsinə təqdim edilməsinin qeyri-mümkün olduğunu əsaslandırsın. İddiaçının vəkili-nümayəndəsi Vəkil1 bununla bağlı qeyd etmişdir ki, qeyd olunan sübutları birinci instansiya məhkəməsinə təqdim edilməsi üçün əldə edə bilməmişdir. Belə ki, iddiaçı dəfələrlə sonuncu iş yerinə müraciət etsə də əmək kitabçasını və əmrin surətini ala bilməmiş, bu səbəbdən də yeni işə qəbul oluna bilməmişdir. Hazırda həmin sübutlar əldə edildiyindən məhkəmə kollegiyasına təqdim etmişdir. Ödənilmiş dövlət rüsumları tərəflərin özlərinə aid edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər. Аzərbаycаn Respublikаsı Mülki-Prоsessuаl Məcəlləsinin 385.1.1-ci mаddəsinə görə, mаddi hüquq nоrmаlаrının və yа prоsessuаl hüquq nоrmаlаrının pоzulmаsı və yа düzgün tətbiq edilməməsi məhkəmə qətnаməsinin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаrdаn biridir. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 217 382, 384-386, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Cavabdeh apellyasiya şikayəti rədd edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 01 iyul 2021-ci il tarixli 2(005)- 3161/2021 saylı qətnaməsi tutulan alimentin məbləği hissəsində qismən ləğv edilsin. İddiaçı Cavabdeh xeyrinə, 15.03.2009-cu il təvəllüdlü X12 və 15.03.2009-cu il təvəllüdlü X3 üçün hər ay hər uşaq üçün 200 manat olmaqla, cəmi 400 manat sabit pul məbləğində aliment tutulsun. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 01 iyul 2021-ci il tarixli 2(005)- 3161/2021 saylı qətnaməsi qarşılıqlı iddianın rədd edilməsi hissəsində dəyişdirilmədən saxlanılsın. Ödənilmiş dövlət rüsumları tərəflərin özlərinə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Fuad Babayev BAKİ APELLYASİYA MƏHKƏMƏSİNİN MÜLKİ KOLLEGİYASİ QƏRARDAD (mülki iş üzrə icraata xitam verilməsinə dair) 21 oktyabr 2021-ci il İş № 2(103)-8414/2021 Bakı şəhəri Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X7, İddiaçının vəkili-nümayəndəsi Vəkil1, Cavabdehin vəkili-nümayəndəsi Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment məbləğinin azaldılması” tələbinə dair ilkin, Cavabdeh İddiaçı qarşı “aliment məbləğinin artırılması və xərc tutulması” tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 01 iyul 2021-ci il tarixli 2(005)-3161/2021 saylı qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətləri üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “aliment məbləğinin azaldılması” tələbinə dair iddia ərizəsilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, X12 və X10 yetkinlik yaşına çatana qədər, Cavabdeh xeyrinə İddiaçı sabit pul məbləğində tutulan alimentin miqdarının azaldılaraq hər uşaq üçün 175 manat olmaqla 350 manat miqdarında müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmırdır ki, Cavabdeh ilə rəsmi nikaha daxil olmuş və birgə nikahdan 15.03.2009-cu il tarixdə X12 və 15.03.2009-cu il tarixdə X14 dünyaya gəlmişdir. Ailə münasibətləri formal xarakter daşıdığından Xətai Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında aralarındakı nikah pozulmuş və məhkəmənin 28 noyabr 2016-cı il tarixli 2(011)-12860/16 saylı qətnaməsi ilə birgə nikahdan dünyaya gələn uşaqların saxlanması üçün 800 (səkkiz yüz.) manat sabit pul məbləğində alimentin ondan tutulması qət olunmuşdur. Cavabdeh ilə aralarında 30 dekabr 2016-cı il tarixində nikah münasibətlərinə xitam verildikdən sonra uşaqlarla görüş, əmlak bölgüsü, uşaqlara alimentdən əlavə olaraq təhsil xərcləri və digər gündəlik ehtiyacların ödənilməsi barədə barışıq sazişi imzalanmışdır. Qeyd edir ki, Məhkəmənin 2(011)- 12860/16 saylı qətnaməsi qəbul olunan zaman, həmçinin barışıq sazişinin imzalanması zamanı maddi vəziyyəti yaxşı olduğundan təyin olunan aliment miqdarını ödəyə bilmiş, lakin son zamanlar maddi vəziyyətində ciddi problemlər yaranmışdır və əmək haqqının miqdarı azalmışdır. Buna görə də, məhkəmə tərəfindən təyin olunan aliment məbləğini və barışıq sazişi ilə nəzərdə tutulmuş əlavə vəsaitləri ödəməyə imkanı çatmır. Nəzərə alınsa ki, övladları ilə yanaşı, ailə üzvlərinin saxlanması vəzifəsini daşıyır və özünün gündəlik ehtiyacları qarşılanmalıdır, məhkəmə tərəfindən alimentin miqdarını azaldılması zərurəti yaranmışdır. Qarşılıqlı iddiaçı Cavabdeh İddiaçı qarşı aliment məbləğinin artırılması və xərc tutulmasına dair qarşılıqlı iddia ərizəsilə məhkəməyə müraciət edərək, ilkin İddiaçı iddia ərizəsinin rədd edilməsi, iddiaçı Cavabdeh qarşılıqlı iddia tələblərinin təmin edilərək, cavabdeh İddiaçı Bakı Apelyasiya Məhkəməsinin 23.02.2017-ci il tarixli, 2(103)-2354/2017 saylı qətnaməsi ilə tutulan alimentin məbləğinin artırılaraq, tərəflərin birgə nikahdan olan övladları 15.03.2009-cu il təvəllüdlü X12 və 15.03.2009-cu il təvəllüdlü X1 üçün hər ay hər uşağa 500 (beş yüz) manat olmaqla, cəmi 1000 manat məbləğində sabit pul məbləğində alimentin cavabdeh İddiaçı tutularaq iddiaçı Cavabdeh ödənilməsi, iddiaçı cavabdeh arasında 50 saylı notariat kontorunda bağlanmış 24.11.2017-ci il tarixli barışıq sazişinin 2.2-ci bəndinə əsasən uşaqların müalicəsi və tibbi müayinəsi üçün ödənilmiş tibbi xərclər üçün ümumi xərc 1500 manat məbləğində pulun yarısının, yəni 750 (yeddi yüz əlli) manat məbləğində pulun cavabdeh İddiaçı tutularaq iddiaçı Cavabdeh ödənilməsi, 50 saylı notariat kontorunda bağlanmış 24.11.2017-ci il tarixli barışıq sazişinin 2.3-cü bəndinə əsasən cavabdeh İddiaçı 15.03.2009-cu il təvəllüdlü X12 və 15.03.2009-cu il təvəllüdlü X10 anaları ilə birlikdə ölkə daxilində və ya xaricində istirahətləri üçün ödəməli olduğu hər il üçün 500 (beş yüz) manat məbləğində, ümumi olaraq müqavilə bağlandığı müddətdən ödənilməmiş 3 il üçün ödənilməli olan 1500 manat məbləğində pulun cavabdeh İddiaçı tutularaq iddiaçı Cavabdeh ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Qarşılıqlı iddia onunla əsaslandırılır ki, ilk iddia ərizəsi ilə razı deyil və qarşılıqlı iddia irəli sürür. Belə ki idda ərizəsində qeyd olunur ki, iddiaçının artıq maddi vəziyyəti yaxşı deyildir, lakin iddiaçı maddi vəziyyətinin pisləşməsi və ya əmək haqqının azalması barədə heç bir sübut təqdim etməmişdir. Bu onu göstərir ki, iddia ərizəsi yalnız nəzəri fərziyyələrə əsaslanır və bu kimi hal qəbul edilməzdir. Bildirir ki, İddiaçı Cavabdeh qarşı nikahın pozulmasına dair ilkin iddia ərizəsi ilə, qarşılıqlı iddiaçı Cavabdeh isə cavabdeh İddiaçı qarşı birgə nikahlarından olan 15.03.2009-cu il təvəllüdlü X8 və 15.03.2009-cu il təvəllüdlü X11 onun yanında saxlanılmasına və yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün hər ay hər uşağa görə 500 manat olmaqla cəmi 1000 manat sabit pul məbləğində alimentin tutulmasına dair qarşılıqlı iddia ərizəsi ilə Məhkəməyə müraciət etmişdir. Bakı şəhər Xətai rayon Məhkəməsinin 2(011)-12860-2016 saylı 28 noyabr 2016-cı il tarixli qətnaməsi ilə ilk iddia ərizəsi təmin edilmiş, İddiaçı ilə Cavabdeh arasında 29.06.2008-ci il tarixdə Bakı Nikah Evində bağlanmış 1818 saylı nikah qeydi ləğv edilmiş, qarşılıqlı iddia ərizəsi qismən təmin edilərək nikah pozulduqdan sonra tərəflərin birgə nikahlarından olan 15.03.2009-cu il təvəllüdlü X12 və 15.03.2009-cu il təvəllüdlü X15 anaları Cavabdeh yanında saxlanılmaları, 02.11.2016-cı il tarixdən başlayaraq 15.03.2009-cu il təvəllüdlü X8 və 15.03.2009-cu il təvəllüdlü X11 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün İddiaçı hər uşaq üçün 250 manat, ümumilikdə hər ay 500 manat sabit pul məbləğində alimentin Cavabdeh xeyrinə tutulması qət edilmişdir. Qətnamədən narazı qalan cavabdeh-qarşılılıqlı iddiaçı Cavabdeh Bakı şəhər Xətai rayon Məhkəməsinin 2(011)- 12860- 2016 saylı 28 noyabr 2016-cı il tarixli qətnaməsindən apelyasiya şikayəti verərək hər ay hər uşağa görə 500 manat olmaqla cəmi 1000 manat sabit pul məbləğində alimentin tutulmasını xahiş etmişdir. Bakı Apelyasiya Məhkəməsinin 23.02.2017-ci il tarixli, 2(103)-2534/2017 saylı qətnaməsi ilə şikayət qismən təmin edilmiş, Bakı şəhər Xətai rayon Məhkəməsinin 2(011)-12860-2016 saylı 28 noyabr 2016-cı il tarixli qətnaməsi alimentə dair hissədə dəyişdirilərək hər ay hər uşağa görə 400 manat olmaqla cəmi 800 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Tərəflər sonradan razılaşaraq barışıq sazişi imzalamağı qərara almış və iddiaçı Cavabdeh İddiaçı ilə 50 saylı notariat kontorunda bağlanmış 24.11.2017-ci il tarixli barışıq sazişinin 2.1-ci bəndinə əsasən cavabdeh tərəflərin birgə nikahından 15.03.2009-cu il tarixdə doğulmuş X12 və X10 Bakı Apelyasiya Məhkəməsinin 23.02.2017-ci il tarixli, 2(103)-2534/2017 saylı qətnaməsinə əsasən saxlanılması üçün iddiaçıya ödənilməli olan alimentə görə 01.11.2017-ci il tarixinə olan 3000 (üç min) manat borcunu bu müqavilənin qüvvəyə mindiyi tarixdən sonrakı aydan başlayaraq həmin qətnamə ilə müəyyən edilmiş 800 (səkkiz yüz) manat alimentə hər ay 200 (iki yüz) manat əlavə ödəməklə 15 (on beş) ay müddətində tam ödəməlidir. Bakı Apellyasiya Məhkəməsinin 23.02.2017ci il tarixli, 2(103)-2534/2017 saylı qətnaməsinə əsasən cavabdeh hər ay 800 (səkkiz yüz) manat alimenti iddiaçıya ödəməsini öz öhdəsinə götürür. Barışıq sazişinin 2.2-ci bəndinə əsasən cavabdeh uşaqların saxlanılması üçün qətnamə ilə müəyyən edilmiş 800 (səkkiz yüz) manat alimentdən əlavə gələcəkdə uşaqların sağlamlığı ilə bağlı tibbi xərclərin yarısını ödəyəcək. Bununla bağlı, müvafiq tibbi xidmətlər və dərman preparatları üçün ehtiyac yarandıqda, iddiaçı birinci tərəfə öncədən məlumat verəcək və tərəflər uşaqların tibbi ehtiyaclarını birlikdə razılaşdıracaqlar. Cavabdeh uşaqların anaları ilə birlikdə ölkə daxilində və xaricində istirahəti üçün illik 500 (beş yüz) manat məbləğində vəsaiti bu müqavilə imzalandıqdan sonra hər ildə bir dəfə olmaqla iddiaçıya ödəməli idi. Lakin cavabdeh tərəfindən yalnız 2019-cu il və 2020-ci illəri üçün ödənilmişdir. 2018, 2019 və 2021-ci illərdə isə istirahətlə bağlı heç bir ödəniş olunmayıb. Artıq cavabdeh İddiaçı barışıq sazişi əsasında 1500 manat məbləğində istirahət xərcləri üçün borcu yaranmışdır. Qeyd edir ki, barışıq sazişindən də göründüyü kimi tibbi xərclərin qarşılanması hər iki tərəfin öhdəliyindədir və bu yarı hesablanmalıdır. Belə ki, iddiaçı öz övladlarının lazım olan tibbi xərclərini daim ödəmiş və buna dair ərizəyə sənədlər əlavə edilmişdir, həmin sədənlərdə də xərclər barədə məlumatlar və həmin xərclərin ödənilməsinə dair kassa çekləri vardır. Barışıq sazişinin tələbləri rəhbər tututularsa, cavabdeh iddiaçıya həmin xərclərin yarısını ödəməlidir. 2021-ci ildə uşaqlar “COVİD-19” virusuna yoluxmuş, lakin ataları bu xəstəliklə də bağlı tibbi xərcləri ödəməmişdir. Ümumiyətlə cavabdeh İddiaçı uşaqlara görə bugünədək anaları tərəfindən ödənmiş tibbi xərcləri ötən 5 il ərzində (2017- 2021) ödəməyib. Qanunun tələbindən də göründüyü kimi müqavilə üzrə öhdəlik tərəfin öz icra məsuliyyətindədir. Müqavilə üzrə tərəfin həmin məsuliyyətləri yerinə yetirməməsi yalnız barışıq sazişi deyil Azərbaycan Respublikasının qanunvericiliyinin də tələblərini pozur və bu kimi pozuntular insan hüquqlarını təmin edilməsinə maneə yaradır. Cavabdeh də onun müraciətlərinə baxmayaraq ödənilməli olan məbləği ödəmir və barışıq sazişinin şərtlərini pozur. Dəfələrlər övladlarının sağlamlığı üçün ödənilmiş məbləğin yarısını istəsə də buna məhəl qoymur və ödəniş etməkdən yayınır. Ümumiyyətlə övladlarının vəziyyəti ilə maraqlanmır və öz övladlarının sağlamlığına heç bir xərc çəkmir. Ümumilikdə 1500 manat məbləğində uşaqların müalicəsi üçün xərc çəkmişdir. Belə ki, övladları “COVİD-19” xəstəliyinə yoluxmuş, bu xəstəliyin hər kəs tərəfindən bilindiyi kimi xərci çox olduğundan və ev şəraitində müalicə olunduqları üçün daha çox xərcləri çıxmışdır. Bundan əlavə olaraq cavabdeh barışıq sazişinin 2.3-cü bəndinə əsasən hər il övladlarının tətillərdə istirahət etməsi üçün 500 manat məbləğində vəsaiti 3 il ərzində ödəməmiş və bu bəndin icrasına heç bir hərəkət göstərməmişdir. Cavabdeh həmçinin aliment məbləği ilə bağlı ödənişlər edərkən də müqavilənin tələblərini pozur və ödənişləri gecikdirir. Qeyd edir ki, aliment məbləği artıq uşaqların saxlanılması üçün kifayət qədər məbləğ təşkil etmir belə ki, cavabdehin kifayət qədər gəliri mənbəyi vardır və iddiaçının ödəndiyi pul məbləği 2 uşaq üçün kifayət etmir. Hal-hazırda pandemik vəziyyət olduğundan xərclər artmış və uşaqların xəstəlikdən qorunması, müxtəlif növ-vitaminlər qəbul etməsi, immunitet artırmaq üçün meyvə və digər ərzaq mallarının alınması, təhsilin pandemiya vəziyyətində onlayn keçirilməsi üçün elektrik enerjisi, internet və mobil xərclər və artıq uşaqların böyüdüyündən onların inkişafı üçün digər xərclər də çox olduğundan 800 manat miqdarında məbləğ bunları ödəməyə yetmir. Cavabdeh övladlarının atası olduğundan bu kimi müəyyən hərəkətləri etmək onun öz övladları qarşısında atalıq borcudur. Qeyd edir ki, 2017-ci il yanvarın 1-dən yaşayış minimumu 136.6 manat məbləğində, 2018-ci il yanvarın 1-dən 154 manat, 2019-cu il yanvarın 1-dən 160 manat, 2020-ci il yanvarın 1-dən 170 manat və 2021-ci il yanvarın 1-dən 175 manat olmuşdur. Ümumi olaraq aliment məbləği 38.4 manat artmılşdır və bu artım həmin vaxtda ümumi yaşayış üçün xərclərin artdığını göstərir və hesab edir ki, cavabdeh İddiaçı uşaqları üçün ödəməli olan aliment məbləği, yəni hər ay hər uşaq üçün 500 manat, ümumilikdə 1000 manat tutularaq iddiaçı Cavabdeh ödənilməlidir. Həmçinin özü də heç bir yerdə işləmədiyindən aylıq gəliri yoxdur və buna əsasən də aliment məbləği kifayət qədər deyildir. Hesab edir ki, aliment məbləği hər iki uşaq üçün ayrılıqda 500 (beş yüz) manat və ümumilikdə 1000 manat, 1500 manat tibbi xərclərin yarısı 750 manat və övladlarının istirahəti üçün hər il ödənilməli 500 manat, ümumilikdə 3 il üçün 1500 manat məbləğində pullar hesablanaraq cavabdehdən tutulmalıdır. Cavabdeh qarşılıqlı iddia tələbinin artırılmasına dair ərizə təqdim edərək, ilkin İddiaçı iddia ərizəsinin rədd edilməsi, iddiaçı Cavabdeh qarşılıqlı iddia tələblərinin təmin edilərək, cavabdeh İddiaçı Bakı Apelyasiya Məhkəməsinin 23.02.2017-ci il tarixli, 2(103)- 2354/2017 saylı qətnaməsi ilə tutulan alimentin məbləğinin artırılaraq, tərəflərin birgə nikahdan olan övladları 15.03.2009-cu il təvəllüdlü X12 və 15.03.2009-cu il təvəllüdlü X1 üçün hər ay hər uşağa 500 (beş yüz) manat olmaqla, cəmi 1000 manat sabit pul məbləğində alimentin cavabdeh İddiaçı tutularaq iddiaçı Cavabdeh ödənilməsi və iddiaçı və cavabdeh arasında 50 saylı notariat kontorunda bağlanmış 24.11.2017-ci il tarixli barışıq sazişinin 2.2-ci bəndinə əsasən uşaqların müalicəsi və tibbi müayinəsi üçün ödənilmiş tibbi xərclər üçün ümumi xərc 2.760 (iki min yeddi yüz altmış) manat məbləğində pulun yarısının, yəni 1380 manat məbləğində pulun cavabdeh İddiaçı tutularaq iddiaçı Cavabdeh ödənilməsi, 50 saylı notariat kontorunda bağlanmış 24.11.2017-ci il tarixli barışıq sazişinin 2.3-cü bəndinə əsasən cavabdeh İddiaçı 15.03.2009-cu il təvəllüdlü X12 və 15.03.2009cu il təvəllüdlü X10 anaları ilə birlikdə ölkə daxilində və ya xaricində istirahətləri üçün ödəməli olduğu hər il üçün 500 (beş yüz) manat məbləğində, ümumi olaraq müqavilə bağlandığı müddətdən ödənilməmiş 3 il üçün ödənilməli olan 1500 manat məbləğində pulun cavabdeh İddiaçı tutularaq iddiaçı Cavabdeh ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1003/2020 saylı, 04 mart 2020-ci il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı “aliment məbləğinin azaldılması” tələbinə dair ilk iddia ərizəsi təmin edilməmiş, ödənilmiş dövlət rüsumu ilk iddiaçıya aid edilmiş, qarşılıqlı iddia qismən təmin edilmiş, tərəflər arasında 50 saylı notariat kontorunda bağlanmış 24.11.2017-ci il tarixli barışıq sazişinin 2.2-ci bəndinə əsasən uşaqların müalicəsi və tibbi müayinəsi üçün ödənilmiş tibbi xərclər üçün ümumi xərc 1500 manat məbləğində pulun yarısı, yəni 750 (yeddi yüz əlli) manat məbləğində pul cavabdeh İddiaçı tutularaq iddiaçı Cavabdeh ödənilməsi, tərəflər arasında 50 saylı notariat kontorunda bağlanmış 24.11.2017-ci il tarixli barışıq sazişinin 2.3-cü bəndinə əsasən 15.03.2009cu il təvəllüdlü X12 və 15.03.2009-cu il təvəllüdlü X10 anaları ilə birlikdə ölkə daxilində və ya xaricində istirahətləri üçün ödəməli olduğu hər il üçün 500 (beş yüz) manat məbləğində, ümumi olaraq müqavilə bağlandığı müddətdən ödənilməmiş 3 il üçün ödənilməli olan 1.500 manat məbləğində pul cavabdeh İddiaçı tutularaq iddiaçı Cavabdeh ödənilməsi, qalan hissədə qarşılıqlı iddianın təmin edilməməsi qət edilmişdir. Qeyd olunan qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, ilkin iddia tələbinin təmin, qarşılıqlı iddia tələbinin isə rədd edilməsini xahiş etmişdir. Qeyd olunan qətnamədən narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin qarşılıqlı iddia ərizəsinin alimentin tutulması hissəsində təmin edilməmiş hissədə ləğv edilməsi və iddia tələbinin həmin hissədə təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili-nümayəndəsi Vəkil1 apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini, cavabdehin apellyasiya şikayətinin isə rədd edilmədini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin vəkili-nümayəndəsi Vəkil2 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini iddiaçının apellyasiya şikayətinin isə rədd edilməsinixahiş etdi. Məhkəmə kollegiyası iş materialları araşdırıb hesab edir ki, Cavabdeh İddiaçı qarşı “aliment məbləğinin artırılması və xərc tutulması” tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə icraata “iddiaçı və cavabdeh arasında 50 saylı notariat kontorunda bağlanmış 24.11.2017-ci il tarixli barışıq sazişinin 2.2-ci bəndinə əsasən uşaqların müalicəsi və tibbi müayinəsi üçün ödənilmiş tibbi xərclər üçün ümumi xərc 1500 manat məbləğində pulun yarısının, yəni 750 manat məbləğində pulun cavabdeh İddiaçı tutularaq iddiaçı Cavabdeh ödənilməsi, 50 saylı notariat kontorunda bağlanmış 24.11.2017ci il tarixli barışıq sazişinin 2.3-cü bəndinə əsasən cavabdeh İddiaçı 15.03.2009-cu il təvəllüdlü X12 və 15.03.2009-cu il təvəllüdlü X10 anaları ilə birlikdə ölkə daxilində və ya xaricində istirahətləri üçün ödəməli olduğu hər il üçün 500 manat məbləğində, ümumi olaraq müqavilə bağlandığı müddətdən ödənilməmiş 3 il üçün ödənilməli olan 1500 manat məbləğində pulun cavabdeh İddiaçı tutularaq iddiaçı Cavabdeh ödənilməsi” hissəsində xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.2-ci maddəsinə əsasən, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədər iş üzrə icraatın xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.1-ci maddəsinə əsasən, iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. İş materiallarından müəyyən edilir ki, qarşılıqlı iddia üzrə iddiaçının iddia ərizəsinin qeyd olunan hissəsi, 50 saylı notariat kontorunda bağlanmış 24.11.2017-ci il tarixli barışıq sazişinin müddəalarına aiddir. Bundan başqa nəzərə almaq lazımdır ki, barışıq səazişi məhkəmədən kənar qaydada bağlandığından, onun icrası qaydası, “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimata və “Notariat haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq, “İcra haqqında” Azərbaycan Respublikası Qanunu ilə tənzimlənir. Belə olan halda barışıq sazişində nəzərdə tutulmuş hallarla bağlı iddia tələbləri üzrə təkrar məhkəməyə müraciət edilməsinə yol verilmir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 391-ci maddəsinə görə bu Məcəllənin 19-cu və 20-ci fəsillərində göstərilən əsaslar olduqda işin icraatına xitam verilməklə və ya ərizə baxılmamış saxlanılmaqla məhkəmənin qətnaməsi ləğv edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191, 261, 370, 391, 400, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı “aliment məbləğinin azaldılması” tələbinə dair ilkin, Cavabdeh İddiaçı qarşı “aliment məbləğinin artırılması və xərc tutulması” tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 01 iyul 2021-ci il tarixli 2(005)-3161/2021 saylı qətnaməsi qismən ləğv edilsin. Cavabdeh İddiaçı qarşı “aliment məbləğinin artırılması və xərc tutulması” tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə icraata “iddiaçı və cavabdeh arasında 50 saylı notariat kontorunda bağlanmış 24.11.2017-ci il tarixli barışıq sazişinin 2.2-ci bəndinə əsasən uşaqların müalicəsi və tibbi müayinəsi üçün ödənilmiş tibbi xərclər üçün ümumi xərc 1500 manat məbləğində pulun yarısının, yəni 750 (yeddi yüz əlli) manat məbləğində pulun cavabdeh İddiaçı tutularaq iddiaçı Cavabdeh ödənilməsi, 50 saylı notariat kontorunda bağlanmış 24.11.2017-ci il tarixli barışıq sazişinin 2.3-cü bəndinə əsasən cavabdeh İddiaçı 15.03.2009-cu il təvəllüdlü X12 və 15.03.2009cu il təvəllüdlü X10 anaları ilə birlikdə ölkə daxilində və ya xaricində istirahətləri üçün ödəməli olduğu hər il üçün 500 (beş yüz) manat məbləğində, ümumi olaraq müqavilə bağlandığı müddətdən ödənilməmiş 3 il üçün ödənilməli olan 1500 manat məbləğində pulun cavabdeh İddiaçı tutularaq iddiaçı Cavabdeh ödənilməsi” hissəsində xitam verilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar