Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-848/2024 14.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azəbaycan Respublikası Dövlət Neft Şirkətinə qarşı “dosent elmi adına görə ödənilməli olan əlavə haqqın ödənilməsi” tələbinə dair mülki iş üzrə Açar sözlər: (dosent elmi adına görə ödənilməli olan əlavə haqqın ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimlər Xəyal Əjdər oğlu Sarıyevin (sədrlik edən və məruzəçi), X4 və X1 ibarət tərkibdə, Rüfanə Elxan qızı Əzizzadənin katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə1, Cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) nümayəndəsi Nümayəndə2 iştirakı ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 12 oktyabr 2023-cü il tarixli, 2(005)-3130/2023 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı 1.İddiaçı AR Dövlət Neft Şirkətinin Təlim Tədris və Setifikatlaşdırma İdarəsinin Qala X6 müdir müavini vəzifəsində çalışmışdır. xx.xx.2022-ci il tarixində İddiaçı təqaüdə çıxması ilə əlaqədar əmək müqaviləsinə xitam verilmişdir. 2.AR Prezidenti yanında Ali Attestasiya Komissiyasının 2 iyul 2005-ci il tarixli qərarı ilə təsdiq edilmiş vəsiqənin surətindən görünür ki, İddiaçı Əhdürəhman oğluna dosent elmi adı verilmişdir. a)Birinci instansiya məhkəməsində icraat 3.İddiaçı cavabdeh AR Dövlət Şirkətinə qarşı “dosent elmi adına görə ödənilməli olan əlavə haqqın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Dosent elmi adına görə ödənilməli olan 100 manat əlavə haqqın xx.xx.2011-xx.xx.2022-ci il tarixlər (129 ay) üzrə vəzifə maaşına hesablanaraq cəmi 12900 (on iki min doqquz yüz) manat pulun və ödənilmiş mediasiya xərcinin əvəzi olaraq 50 (əlli) manat pulun cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətindən (SOCAR) tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 4.İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.2011-xx.xx.2022-ci il tarixlərdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) Təlim Tədris və Sertifikatlaşdırma İdarəsinin Qala X6 müdir müavini vəzifəsində çalışmışdır. İddiaçının vəzifə maaşına dosent elmi adına görə 100 manat əlavə haqq xx.xx.2011-xx.xx.2022-ci il tarixlər üzrə hesablanaraq ödənilməlidir. Həmin müddətdə ona dosent elmi adına görə 100 manat əlavə haqq vəzifə maaşına hesablanaraq ödənilməli olsa da, ödənilməmişdir. Belə ki, Ali Attestasiya Komissiyasının xx.xx.2005-ci il tarixli qərarı ilə iddiaçı dosent elmi adına malikdir. Nazirlər Kabinetinin “Dövlət və bələdiyyə təhsil müəssisələrində işləyən elmi-pedaqoji kadrların vəzifə maaşlarına elmi dərəcələrə və elmi adlara görə əlavələrin həcminin müəyyən edilməsi haqqında" xx.xx.2010-cu il tarixli 98 nömrəli qərarına (bundan sonra - "Qərar") əsasən dövlət və bələdiyyə təhsil müəssisələrində işləyən elmi-pedaqoji kadrların vəzifə maaşlarına iş stajı 20 ildən artıq olduqda dosent elmi adına görə 100 manat əlavə müəyyən edilmişdir. Həmin qərara əsasən elmi ada görə müəyyən edilən əlavələr işçi tam ştat üzrə işlədikdə 100 faiz həcmdə ödənilir. Qərardan görünür ki, dosent elmi adına görə 100 manat əlavə haqqın ödənilməsi üçün təhsil müəssisəsinin məhz ali təhsil müəssisəsi olmasını tələb etmir. Qərar şəxsin ümumiyyətlə təhsil müəssisəsində tam ştat üzrə çalışmasını və azı 20 il iş stajı olmasını tələb edir. İddiaçının əmək kitabçasından görünür ki, o, 20 ildən artıq iş stajına malikdir və sonuncu vəzifəsi üzrə tam ştat üzrə işləmişdir. Mərkəzin Əsasnaməsindən görünür ki, bu təşkilat təhsil müəssisəsidir. Əsasnamənin 1.5-ci bəndinə əsasən Mərkəz yüksək ixtisaslı təhlükəsizlik və hərbiləşdirilmiş mühafizə, gəmiliman nəzarəti müfəttişliyi və fontana qarşı dağ-mədən xilasetmə hərbiləşdirilmiş xidməti sahələri üzrə təhsilin əyani formasında sıravi heyətin hazırlanmasını və onların peşə ixtisaslarının artırılmasını həyata keçirir. Əsasnamənin 2.11-ci bəndə əsasən Mərkəz məzunlara dərəcə və müəyyən olunmuş qaydada vəsiqə (diplom), sertifikat verilməsində iştirak edir. Göründüyü kimi, Mərkəz təhsil müəssisəsidir, iddiaçı elmi-pedoqoji kadr olaraq Mərkəzin müdir müavini vəzifəsində tam ştat üzrə çalışmış və 20 ildən artıq iş stajına malik olmuşdur, eyni zamanda dosent elmi adına malik olmuşdur. Bu halların mövcudluğu isə, Qərara əsasən iddiaçının vəzifə maaşına dosent elmi adına görə 100 manat əlavə haqqın xx.xx.2011-xx.xx.2022-ci il tarixlər (129 ay) üzrə hesablanaraq cəmi 12900 manat ödənilməsini şərtləndirir. Qeyd edilməlidir ki, iddiaçı cavabdehə xx.xx.2022-ci il tarixdə müraciət edərək xx.xx.2011-ci il tarixdən Mərkəzdə müdir müavini vəzifəsində çalışarkən dosent elmi adına görə 100 manat əlavə haqq vəzifə maaşına hesablanaraq ödənilməsini xahiş etmişdir. Cavabdeh isə xx.xx.2022-ci il tarixli,SOCAR**********10210033A00046 nömrəli məktubla cavab verərək göstərmişdir ki, Mərkəz ali təhsil müəssisəsi olmadığından qərar iddiaçıya şamil edilməmişdir. 5.Cavabdehin nümayəndəsi Nümayəndə2 elektron kabinet vasitəsilə etiraz ərizəsi təqdim etmişdir. Etiraz ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı istinad etdiyi maddi hüquq norması “Dövlət və bələdiyyə təhsil müəssisələrində işləyən elmi-pedaqoji kadrların vəzifə maaşlarına elmi dərəcələrə və elmi adlara görə əlavələrin həcminin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 may 2010-cu il tarixli 98 nömrəli qərarı olmuşdur. Həmin qərara əsasən, dövlət və bələdiyyə təhsil müəssisələrində işləyən elmi-pedaqoji kadrların vəzifə maaşlarına iş stajı 20 ildən artıq olduqda dosent elmi adına görə 100 manat əlavə müəyyən edilmişdir. SOCAR-ın Təlim Tədris və Sertifikatlaşdırma İdarəsi (TTSİ) ilə iddiaçı arasında bağlanmış 27 dekabr 2011-ci il tarixli əmək müqaviləsinə əsasən, İddiaçı TTSİ-nin Qala təlim, tədris mərkəzinin müdir müavini vəzifəsinə işə qəbul edilmişdir. TTSİ-nin Əsasnaməsindən göründüyü kimi, Təlim, Tədris Sertifikatlaşdırma İdarəsi təhsil müəssisə deyil (Əsasnamə əlavə olunur) və heç vaxt təhsil müəssisəsi olmayıb. Belə ki, Təhsil haqqında Azərbaycan Respublikası Qanununun 14.15-ci maddəsinə əsasən, təhsil müəssisəsi hüquqi şəxsdir. Mülki qanunvericiliyin tələblərinə görə hüquqi şəxs dövlət qeydiyyatına alınmış Nizamnamə əsasında fəaliyyət göstərir. Təhsil haqqında Azərbaycan Respublikası Qanununun 29.0.16-ci maddəsinə əsasən, dövlət təhsil müəssisələrinin nizamnaməsini dövlət təsdiq edir. TTSİ hüquqi şəxs deyil və heç vaxt hüquqi şəxs statusuna malik olmayıb. Eyni zamanda “Dövlət və bələdiyyə təhsil müəssisələrində işləyən elmi- pedaqoji kadrların vəzifə maaşlarına elmi dərəcələrə və elmi adlara görə əlavələrin həcminin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 27 may 2010-cu il tarixli 98 nömrəli qərarı ilə nəzərdə tutulan əlavələrin ödənilməsi üçün aşağıdakı tələblər mövcud olmalıdır: 1)işçi dövlət və ya bələdiyyə təhsil müəssisəsində işləməlidir; 2) işçi ixtisası üzrə işləməlidir. Yuxarıda qeyd edilən kimi, SOCAR-ın Təlim Tədris və Sertifikatlaşdırma İdarəsi nəinki dövlət və ya bələdiyyə, ümumiyyətlə təhsil müəssisəsi deyildir. İddiaçı əmək müqaviləsinə nəzər yetirəndəgörünür ki, o TTSİ-nin Qala X6 ixtisası üzrə elmi-pedaqoji işlə deyil, müdir müavini vəzifəsində işləmişdir. Bu səbəbdən İddiaçı iddia tələbi tamamilə əsassızdır. 6.Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (bundan sonra-məhkəmə) 12 oktyabr 2023-cü il tarixli, 2(005)-3130/2023 saylı qətnaməsi ilə (sədrlik edən-Mehriban Əfəndizadə) iddia tələbi təmin edilməmişdir. İş materiallarında olan: 7.AR Prezidenti yanında Ali Attestasiya Komissiyasının 2 iyul 2005-ci il tarixli qərarı ilə təsdiq edilmiş vəsiqənin surətindən görünür ki, İddiaçı Əhdürəhman oğluna dosent elmi adı verilmişdir. 8.İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, AR Dövlət Neft Şirkəti xx.xx.2022-ci il tarixli ilkin mediasiya sessiyasında iştirak etməmişdir; 9.Əmək kitabçasından görünür ki, İddiaçı AR Dövlət Neft Şirkətinin Təlim Tədris və Setifikatlaşdırma İdarəsinin Qala X6 müdir müavini vəzifəsində çalışmışdır. xx.xx.2022-ci il tarixində İddiaçı təqaüdə çıxması ilə əlaqədar əmək müqaviləsinə xitam verilmişdir. 10.Qala Təlim, X2 görünür ki, xx.xx.2011-ci il tarixində Qala Təlim, X3 təsdiq edilmişdir. Əsasnamənin 1.5-ci bəndinə əsasən, Azərbaycan Respublikası Təhsil Qanununa uyğun olaraq, ARDNŞ-in Təhlükəsizlik İdarəsi üçün yüksək ixtisaslı təhlükəsizlik və hərbiləşdirilmiş mühafizə, gəmiliman nəzarəti müfəttişliyi və fontanaqarşı dağmədənxilasetmə hərbiləşdirilmiş xidməti sahələri üzrə təhsilin əyani (gündüz) formasında sıravi heyət kadrlarının hazırlanmasını və onların peşə ixtisaslarının artırılmasını həyata keçirir. 11.AR Dövlət Neft Şirkətinin müraciətə baxılmasının nəticəsi haqqında məktubundan görünür ki, İddiaçı müraciətinə baxılmış və bildirilmişdir ki, “Təhsil haqqında AR Qanunu” ilə “dosent ali təhsil müəssisələrində müəllimlərə verilən elmi ad və seçkili vəzifədir. AR Nazirlər Kabinetinin 27 may 2010-cu il tarixli, 98 nömrəli “Dövlət və bələdiyyə təhsil müəssisələrində işləyən elmi pedaqoji kadrların vəzifə maaşlarına elmi dərəcələrə və elmi adlara görə əlavələrin həcminin müəyyən edilməsi haqqında” Qərarı ilə bu vəzifədə çalışan müəllimlərə iş stajından asılı olaraq müəyyən məbləğlər təyin edilərək ödənilir. Əvvəlllər çalışdığınız SOCAR-ın Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin Qala təlim, tədris mərkəzi ali təhsil müəssisəsi olmadığından AR Nazirlər Kabinetinin Qərarı Sizə şamil edilməmişdir. 12.İşin faktiki halları ilə bağlı məhkəmə qeyd etmişdir ki, İddiaçı 26 dekabr 2011-ci il tarixdən 04 avqust 2022-ci il tarixədək AR Dövlət Neft Şirkətinin Təlim Tədris və Setifikatlaşdırma İdarəsinin Qala X6 müdir müavini vəzifəsində çalışmışdır. Sonradan xx.xx.2022-ci tarixdə onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Hazırda məhkəməyə iddia ərizəsi ilə müraciət edən iddiaçı 26 dekabr 2011-04 avqust 2022-ci il tarixlər (129) ay üçün vəzifə maaşına hesablanaraq cəmi 12900 manat pulun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Cavabdehin nümayəndəsi iddia tələbini qəbul etməyərək rədd edilməsini məhkəmədən xahiş edir. 13.Məhkəmə iddianın təmin edilməməsi üzrə mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçının əmək fəaliyyəti ilə məşğul olduğu ARDNŞ-nin Təlim Tədris və Sertifikatlaşdırma İdarəsinin Qala X8 istinad edilən normada əks edilmiş xüsusiyyətlərə malik deyil, təhsil müəssisəsinin növlərinin təsnifatının isə heç birinə uyğun gəlmir. Belə ki, mülki işin materiallarında olan Qala təlim X2 görünür ki, Qala X8 AR Dövlət Neft Şirkəti Prezidentinin 15 sentyabr 2011-ci il tarixli 141 S saylı “Əsas vəsaitlərin balansdan balansa verilməsi haqqında” sərəncamı ilə Təhlükəsizlik İdarəsinin (bundan sonra Tİ adlanacaq) balansından Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin balansında verilməklə yaranmışdır. Qala X8 müstəqil hüquqi şəxs deyil və nizamnamə əsasında fəaliyyət göstərmir. İddiaçının nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilmiş mülahizələrdə Təlim Tədris və Sertifikatlaşdırma İdarəsinin Qala Təlim X3nin 1.5-ci (Azərbaycan Respublikası Təhsil Qanununa uyğun olaraq, ARDNŞ-in Təhlükəsizlik İdarəsi üçün yüksək ixtisaslı təhlükəsizlik və hərbiləşdirilmiş mühafizə, gəmi-liman nəzarəti müfəttişliyi və fontana qarşı dağmədənxilasetmə hərbiləşdirilmiş xidməti sahələri üzrə təhsilin əyani (gündüz) formasında sıravi heyət kadrlarının hazırlanmasını və onların peşə ixtisaslarının artırılmasını həyata keçirir) və 2.11-ci bəndlərinə (Təlim-tərbiyə, tədris-istehsalat prosesini planlaşdırır, aralıq imtahanlarının aparılmasını həyata keçirir, məzunlara dərəcə və müəyyən edilmiş qaydada vəsiqə (diplom), sertifikat verilməsində iştirak edir) bəndlərinə, eləcə də AR Təhsil Haqqında Qanunun 20.3-cü maddəsinə istinad edərək, ARDNŞ-nin TTSİ-nin təhsil müəssisəsi olduğunu bildirir. 14.Məhkəmə qeyd etmişdir ki, Təhsil haqqında Qanunun istinad edilən maddəsi (20.3. Peşə təhsili müvafiq təhsil proqramları əsasında təşkil olunur. Peşə təhsili müəssisələrində yüksək texniki peşə təhsili səviyyəsi üzrə tədris müvafiq icra hakimiyyətiorqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada kredit sistemi ilə təşkil olunur. Peşə təhsilini başa vuran məzunlara müvafiq qaydada təhsil haqqında dövlət sənədi – diplom və ya sertifikat verilir.) peşə təhsili ilə bağlı məsələləri tənzimləyir. Peşə təhsili haqqında AR Qanununun 9.2-ci maddəsinə əsasən, peşə təhsili müəssisələrinin aşağıdakı növləri vardır: peşə məktəbi; peşə liseyi; peşə təhsil mərkəzi. 10.1-ci maddəsinə əsasən, peşə təhsili müəssisəsi hüquqi şəxsdir, maliyyə-təsərrüfat fəaliyyətini bu Qanunun tələbləri nəzərə alınmaqla sərbəst həyata keçirir, banklarda hesablaşma və digər hesabları vardır. 14.1-ci maddəsinə əsasən, bu Qanuna uyğun olaraq, peşə təhsili müəssisəsində təlim proqramını (kurikulumu) mənimsəmiş, dövlət buraxılış imtahanlarını müvəffəqiyyətlə vermiş təhsilalanlara “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”ndə elektron sənəd formasında yaradılan peşə təhsili pilləsində təhsil haqqında dövlət sənədi verilir. Təhsil haqqında dövlət sənədi növbəti səviyyədə və pillədə təhsili davam etdirmək və ya ixtisas üzrə əmək fəaliyyətinə başlamaq üçün hüquqi əsas sayılır. 14.2-ci maddəsinə əsasən, müvafiq kursu (modulu) bitirdikdən sonra təhsilini müxtəlif səbəblərdən davam etdirməyən şəxslərə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”ndə elektron sənəd formasında yaradılan arayış verilir. 15.Beləliklə, iddiaçının nümayəndəsinin dəlilləri subyektiv xarakter daşımaqla istinad edilən normalarla təkzib edilir. Belə ki, Təhsil haqqında AR Qanununun 1.0.47-ci maddəsində təhsilini başa vuran məzunlara təhsil müəssisəsi tərəfindən məhz müvafiq dövlət sənədinin verilməsi nəzərdə tutulur. Peşə təhsili başa vuran şəxslərə də eyni qaydada dövlət sənədi – diplom və ya sertifikatın verilməsi nəzərdə tutulub. Həmin dövlət sənədi növbəti səviyyədə və pillədə təhsili davam etdirmək üçün hüquqi əsas sayılır. ARDNŞ-nin Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsi və Qala X8nə Təhsil haqqında AR Qanununun 14.5-ci maddəsində nəzərdə tutulan təhsil müəssisələrinin, nə də Peşə təhsili haqqında AR Qanununun 9.2-ci maddəsində nəzərdə tutulan təhsil müəssisəsi xüsusiyyətlərini özündə əks etdirmir. Digər tərəfdən iddiaçı Bakı Ali Neft Məktəbi ilə analogiya apararaq, onun da dövlət ali təhsil müəssisəsi sayılmasını nümunə göstərsə də, məhkəmə qeyd etmişdir ki, BANM nizamnamə əsasında fəaliyyət göstərir, dövlət təhsil müəssisəsi olması birbaşa nizamnaməsinə əks etdirilib. Bakalavriat, magistratura və doktorantura təhsil səviyyələri üzrə kadr hazırlığını həyata keçirir. 16.Beləliklə, ARDNŞ-nin Təlim Tədris və Sertifikatlaşdırma İdarəsi, Qala X8 dövlət və ya bələdiyyə təhsil müəssisəsi olmadığından, məhkəmə hesab etmişdir ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir. 17.Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 83.2, 172.1, 154; “Təhsil haqqında” Azərbaycan Respublikası Qanunun 1.0.47, 23.8, 23.9, 14.4, 14.5, 14.5.1, 14.5.2, 14.5.3, 14.5.4, 14.5.5, 14.5.6, 14.5.7, 14.5.8, 14.15, 9.2, 10.1, 14.1, 14.2; AR Nazirlər Kabinetinin 27 may 2010-cu il tarixli 98 nömrəli “Dövlət və bələdiyyə təhsil müəssisələrində işləyən elmi pedaqoji kadrların vəzifə maaşlarına elmi dərəcələrə və elmi adlara görə əlavələrin həcminin müəyyən edilməsi haqqında” Qərarına; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3, 119, 216-220, 227 və 233-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri 18.Qətnamədən iddiaçi İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. 19.Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, mərkəz peşə təhsili müəssisəsi tipini və peşə təhsil mərkəzi növünə tamamilə uyğun gəlir. Belə ki, ilk növbədə məhkəmənin 1-ci dəlilinə münasibətdə qeyd edilməlidir ki, Mərkəz “Təhsil haqqında” Qanunun 14.5.4-ci maddəsində təsbit edilən peşə təhsili müəssisəsi tipini və həmin tipin peşə təhsil mərkəzi növünə tamamilə uyğun gəlir. Belə ki, Mərkəzin Əsasnamənin 1.5-ci bəndində birbaşa göstərilmişdir ki, Mərkəz peşəixtisaslarının artırılmasını həyata keçirir. Əsasnamədən göründüyü kimi, Mərkəz peşə ixtisaslarının artırılmasını həyata keçirməklə peşə təhsili müəssisəsi tipini uyğun gəlir, adından da göründüyü kimi bu təşkilat Mərkəz adlandırılmaqla məhz peşə təhsil mərkəzi növünə tamamilə uyğun gəlir. Buna baxmayaraq, məhkəmə həmin faktları və hüquqi halları görməzdən gələrək, sanki Mərkəzin Əsasnaməsinin həmin bəndlərinin“ Təhsil haqqında” Qanunun 14.5.4-cümaddəsinə uyğun gəlməməsini ifadə edərək və Qanunu təhrif edərək aşkar və kobud pozuntuya yol vermişdir. Bu hakimin çıxardığı qətnamənin nəinki qanunsuz və əsassızlığına, hətta məntiqsizliyinə dəlalət edir. Bundan başqa, hakimin 2-ci dəlilinə münasibətdə qeyd edilməlidir ki, Mərkəz “Təhsil haqqında” Qanunun 14.5.4-cü maddəsinə uyğun gəlməklə yanaşı, həm də “Peşə təhsili haqqında” Qanunun 9.2-ci maddəsində nəzərdə tutulan təhsil müəssisəsi xüsusiyyətlərinə də aşkar şəkildə uyğun gəlir. Belə ki, həmin Qanunun 9.2.3-cü maddəsinə əsasən peşə təhsil mərkəzi peşə təhsili müəssisə növ vardır. Qeyd edildiyi kimi, Mərkəzin həmin fəaliyyətindən, həm də adından göründüyü kimi Mərkəz peşə ixtisaslarının artırılmasını həyata keçirir. Hakim həmin uyğunluğu da təhrif edərək aşkar və kobud pozuntuya yol vermiş, nəticədə aşkar qanun pozuntuları ilə qətnamə çıxarmışdır.Hakim Əsasnamə müddəalarını şərh edərkən həddən artıq formal şəkildə onun hərfi mənasına əsaslanmışdır, halbuki o, Əsasnamənin həqiqi məzmununa əsaslanmalı idi. Nəhayət Hakimin 3-cü dəlilinə münasibətdə qeyd edilməlidir ki, Mərkəzin fəaliyyətini tənzim edən sənədin nizamnamə deyil, əsasnamə adlanması, həmin əsasnamədə onun dövlət təhsil müəssisəsi yazılıbyazılmaması onun dövlət təhsil müəssisəsi olmasını istisna etmir. Çünki Bakı Ali Neft Məktəbinin nizamnaməsində onun dövlət təhsil müəssisəsi olmasının birbaşa əks etdirilməsi deyil, "xxxx" nin 3.1-ci bəndinə əsasən Şirkətin nizamnamə kapitalının dövlətə məxsus olması onun dövlət müəssisəsin sayılmasının meyarıdır. Onun təhsil müəssisəsi sayılmasının meyarı isə bakalavr, magistr, doktorant üzrə ali təhsil proqramlarını həyata keçirməsi və həmin təhsil proqramlarını başa vurmuş və yekun dövlət atestasiyasından keçmiş tələbələrə dövlət nümunəli sənəd-diplom verməsidir. Digər tərəfdən qeyd edilməlidir ki, Mərkəzin təsis sənədinin nizamnamə deyil, əsasnamə adlanmamasına, Əsasnamədə “dövlət təhsil müəssisəsidir” ifadəsinin olmamasına görə həmin təşkilatın təhsil müəssisə hesab edilməməsi dövlətin səhvinə görə məsuliyyətin iddiaçının üzərinə qoyulmasının və dövlət səhvinin maraqlı şəxsin hesabına düzəldilməsinin göstəricisidir. Odur ki, Mərkəzin təsis sənədinin adına və məzmununda “dövlət təhsil müəssisəsidir” ifadəsinin olmamasına istinadən müəssisənin təhsil müəssisəsi sayılmaması barədə hakimin dəlilləri əsassız olmaqla yanaşı, nəinki hakimə, hətta sıravi hüquqşünasa uyğun olmayan mövqedir. Digər tərəfdən, məhkəmə sübutları düzgün qiymətləndirməmiş, Əsasnamənin həqiqi məzmununa nəzər yetirməmiş və nəticədə qanunsuz və əsassız qətnamə çıxartmışdır.Bütün bu pozuntular ona görə baş vermişdir ki, hakim iş üzrə sübutları və hüquqi dəlilləri bilavasitə məhkəmə iclasında deyil, öz kabinetində (iclasdan əvvəl və ya sonra) tədqiq etmiş, iddianın təmin edilməsinə qarşı özünün dəlillərini belə iclasda müzakirə etməmiş və Mərkəzinpeşə təhsil müəssisəsi sayılmamasına qarşı irəli sürülə biləcək əks dəlilləri eşitmək istəməmişdir. Hakim unutmuşdur ki, 1-ci instansiya məhkəməsində işə yazılı icraat qaydasında deyil, şifahi dinləmələrlə məhkəmə baxışının bilavasitəliyi prinsipi əsasında baxılır. Bu isə ondan xəbər verir ki, cavabdeh tərəfin təqdimetdiyi sübut və ya hüquqi dəlillərin hakimüçün qabaqcadan qüvvəsi olmuşdur və məhkəmə baxışının nəticəsindən, orada müzakirə edilən və səsləndirilən fikirlərdən, İddiaçının dəlillərindən asılı olmayaraq, əvvəlcədən hüquqi nəticə və çıxarılacaq qətnamə ona bəlli olmuşdur. Hakim məhkəmə baxışının bilavasitəliyi vəşifahiliyi prinsipinə riayət etsəydi, təbii ki,“Təhsil haqqında” Qanunun 14.5.4-ci maddəsi və “Peşə təhsili haqqında” Qanunun 9.2.3-cü maddəsinə uyğun olaraq Mərkəzin peşə təhsili müəssisəsi tipinə və peşə təhsil mərkəzi növünə tamamilə uyğun gəlməsinə nəticəsinə gələrdi, həmin faktı təkzib edə bilmədiyindən heç bir iddianın rədd edilməsi barədə qətnamə çıxara bilməzdi. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri 20.Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları 21.Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndəsi Nümayəndə1 apellyasiya şikayətini müdafi etdi, apellyasiya şikayətində göstərilənlərə uyğun məzmunda izahat verərək, şikayətin təmin edilməsini xahiş etdi. 22.Məhkəmə kollegiyasının iclasında cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətini qəbul etmədi, birinci instansiya məhkəməsinə göndərilən etirazda göstərilən məzmunda izahat verərək, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsi: 23.Maddə 83.2-ci hissə.Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı(istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. 24.Maddə 154. 1-ci hissə. Əmək haqqı — müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. 25.Maddə 172. 1-ci hissə.Aylıq əmək haqqı işçilərə, bir qayda olaraq, iki hissəyə bölünərək (avans olaraq və qalan hissəsi məbləğində) on altı gündən çox olmayan vaxt fasiləsi ilə ayda iki dəfə verilməlidir. Əmək haqqı illik dövr üçün hesablanan işçilərə isə ayda bir dəfədən az olmayan müddətdə verilməlidir. “Təhsil haqqında”Azərbaycan Respublikası Qanunu: 26.Maddə 1.0.47. təhsil müəssisəsi - müvafiq təhsil proqramları əsasında təhsil prosesini həyata keçirən və məzunlara müvafiq təhsil haqqında dövlət sənədi verən qurum; 27.Maddə 23.8. Ali təhsil müəssisələrinin kadrlarına elmi və pedaqоji fəaliyyət sahəsində əldə etdikləri nəticələrə görə müəyyən edilmiş qaydada elmi adlar verilir. Azərbaycan Respublikasında aşağıdakı elmi adlar müəyyən edilir: dоsent; professor. 28.Maddə 23.9. dоsent və professor elmi adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti оrqanı tərəfindən müəyyən edilir. 29.Maddə 14.4. Təhsil müəssisəsinin fəaliyyəti, hüquq və vəzifələri bu Qanun və Azərbaycan Respublikasının müvafiq qanunvericilik aktları nəzərə alınmaqla onun nizamnaməsi ilə müəyyən edilir. 30.Maddə 14.5. Təhsil müəssisəsinin aşağıdakı tipləri və növləri müəyyən edilir: 14.5.1. məktəbəqədər təhsil müəssisələri (körpələr evi, körpələr evi-uşaq bağçası, uşaq bağçası, sanator tipli məktəbəqədər təhsil müəssisəsi, sağlamlıq imkanları məhdud olan uşaqlar üçün xüsusi məktəbəqədər təhsil müəssisələri); 14.5.2. ümumi təhsil müəssisələri (ibtidai, ümumi orta və tam orta ümumtəhsil məktəbləri, lisey, gimnaziya, inteqrasiya təlimli ümumtəhsil məktəbi, xüsusi ümumtəhsil məktəbi, ümumi təyinatlı internat tipli ümumtəhsil məktəbi, internat tipli lisey, internat tipli gimnaziya, inteqrasiya təlimli internat tipli ümumtəhsil məktəbi, internat tipli xüsusi ümumtəhsil məktəbi, internat tipli sanator ümumtəhsil məktəbi və digər məktəblər); 14.5.3. məktəbdənkənar təhsil müəssisələri (yaradıcılıq və inkişaf mərkəzləri, ekologiya və turizm mərkəzləri, uşaq-gənclər idman-şahmat məktəbləri, uşaq-gənclər idman məktəbləri, uşaq-gənclər şahmat məktəbləri və s.); 14.5.4. peşə təhsili müəssisələri (peşə məktəbləri, peşə liseyləri, peşə təhsil mərkəzləri); 14.5.5. orta ixtisas təhsili müəssisələri (kolleclər); 14.5.6. ali təhsil müəssisələri (universitetlər, akademiyalar, institutlar və s.); 14.5.7. əlavə təhsil müəssisələri (universitetlər, institutlar, mərkəzlər və s.); 14.5.8. təhsil fəaliyyətini həyata keçirən digər müəssisələr (uşaq musiqi, incəsənət və rəssamlıq məktəbləri və s.). 14.15-ci bəndinə əsasən, təhsil müəssisəsi hüquqi şəxsdir və müstəqil balansa malikdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 may 2010-cu il tarixli, 98 nömrəli Qərarı: 31.“Dövlət və bələdiyyə təhsil müəssisələrində işləyən elmi pedaqoji kadrların vəzifə maaşlarına elmi dərəcələrə və elmi adlara görə əlavələrin həcminin müəyyən edilməsi haqqında” Qərarı ilə dövlət və bələdiyyə təhsil müəssisələrində işləyən elmi-pedaqoji kadrların vəzifə maaşlarına elmi dərəcələrə və elmi adlara görə əlavələrin həcmi müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 32.Maddələr 14.2, 77.1, 217.4.Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 33.Maddə 385.2.Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. 34.Maddə 387.1.Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun. Apellyasiya baxışının hədləri 35.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. 36.Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam olaraq yoxlanılması təşkil edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi 37.Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 12 oktyabr 2023-cü il tarixli, 2(005)-3130/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. 38.Kollegiya ilk olaraq qeyd edir ki, iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Dövlət və bələdiyyət təhsil müəssisələrində işləyən elmi-pedaqoji kadrların vəzifə maaşlarına elmi dərəcə və elmi adlara görə əlavələrin həcminin müəyyən edilməsi haqqında” 27 may 2010-cu il tarixli 98 nömrəli qərarına əsasən hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. 39.Məhkəmə iddiaçının işlədiyi ARDNŞ-nin Təlim Tədris və Sertifikatlaşdırma İdarəsi, Qala X7 dövlət və ya bələdiyyə təhsil müəssisəsi olmadığına əsaslanaraq iddianı rədd etmişdir. 40.Hazırda iddiaçı apellyasya şikayəti verərək ARDNŞ-nin Təlim Tədris və Sertifikatlaşdırma İdarəsi, Qala X7 təhsil müəssisəsi olduğunu və buna görə də iddianın təmin edilməli olmasını bildirir. 41.Kollegiya apellyasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: 42.“Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin strukturunun təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2003-cü il tarixli, №844 saylı Fərmanına əsasən: 1.Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Nizamnaməsi təsdiq edilsin,(əlavə olunur - Əlavə İ) 2.Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Strukturu təsdiq edilsin (əlavə olunur - Əlavə İİ). 43.Əlavə 2-də Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Strukturunda şirkətə daxil olan müəssisələr müəyyən olunmuşdur: 44.Şirkətin strukturuna daxil olan müəssisələr: - "Azneft" İstehsalat Birliyi; - “Azəriqaz” İstehsalat Birliyi; - “Azərikimya” İstehsalat Birliyi; - Geofizika və geologiya İdarəsi; - “Neft kəmərləri” İdarəsi; - “Marketinq və iqtisadi əməliyyatlar” İdarəsi; - “Sərmayələr” İdarəsi; - “Azərneftyağ” neft emalı zavodu; - “Heydər Əliyev adına Neft Emalı” Zavodu; - Bakı dərin özüllər zavodu; - Qaz emalı zavodu; - Karbamid zavodu; - Sosial İnkişaf İdarəsi; - Təhlükəsizlik İdarəsi; - “Ekologiya” İdarəsi; - “Qaz ixrac” İdarəsi ; - “İnformasiya Texnologiyaları və Rabitə” İdarəsi; - “Neftqaztikinti” tresti; - “Kompleks qazma işləri” tresti; - “Neftqazelmitədqiqatlayihə” institutu; - Bakı Ali Neft Məktəbi; - Neft-qaz emalı və neft-kimya kompleksi; - Nəqliyyat İdarəsi; - Dalğıc və Qəza-Xilasetmə İşləri İdarəsi. -Metanol zavodu; - Bakı Olimpiya Stadionu. 45.Göründüyü kimi ARDNŞ-nin strukturunda Bakı Ali Neft Məktəbi müəssisə kimi nəzərdə tutulsa da, Təlim Tədris və Sertifikatlaşdırma İdarəsinin Qala X8 müəssisə kimi nəzərdə tutulmamışdır. 46.Müqayisə üçün kollegiya qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “30” noyabr 2011-ci il tarixli 173 nömrəli əmri ilə təsdiq edilmiş Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Bakı Ali Neft Məktəbinin Nizamnaməsinin 1.2-ci bəndinə əsasən Ali Məktəb - müvafiq səviyyələr (bakalavr, magistr, doktorant) üzrə ali təhsil proqramlarını həyata keçirən dövlət ali təhsil müəssisəsidir. 47.Nizamnamənin 1.9-cu bəndinə əsasən Ali Məktəb “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq fəaliyyət göstərən dövlət təhsil müəssisəsidir, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (bundan sonra “Şirkət”) tabeliyindədir. Ali Məktəb öz öhdəlikləri üçün ona verilmiş əmlak həddində mövcud qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyır. 48.Həmin Nizamnamənin 1.14-cü bəndinə əsasən Ali Məktəb təhsil fəaliyyətini qanunvericiliklə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Təhsil Nazirliyindən alınmış müddətsiz xüsusi razılıq (lisenziya) əsasında həyata keçirir. 49.Məhkəmə kollegiyası qeyd edir ki, mübahisənin həlli üçün əhəmiyyət kəsb edən məsələ ARDNŞ-nin Təlim Tədris və Sertifikatlaşdırma İdarəsi, Qala X7 təhsil müəssisəsi olub-olmamasının müəyyən edilməsi olduğundan, qeyd olunan halın müəyyən edilməsi üçün AR Elm və Təhsil Nazirliyinə sorğu göndərilmişdir. 50.Belə ki, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin 09 fevral 2024-cü il tarixli, №3- 29/2-550/2024 saylı məktubuna əsasən müəyyən edilir ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) Təlim Tədris və Sertifikatlaşdırma İdarəsinin Qala X7 təhsil müəssisəsi kimi fəaliyyətinə lisenziya verilməmişdir. 51.Bundan başqa iş materiallarında olan iddiaçının nümayəndəsi Nümayəndə1 tərəfindən Azərbaycan Respublikası Prezident Administrasiyasına ünvanlanmış və Ədliyyə Nazirliyinə yönləndirilmiş məktubuna əsasən Azərbaycan Respublikası Ədliyyə Nazilriyi qanunvericilik baş idarəsinin rəisi İİİ dərəcəli dövlət ədliyyə müşaviri Adil Əliyevin xx.xx.2023-cü il tarixli, 3-16-05/2- 20/18/11-2-131-6/2023 saylı cavab məktubunda qeyd olunmuşdur ki, “Təhsil haqqında” Qanunu 14.15-ci maddəsinə (təhsil müəssisəsi hüquqi şəxsidir) əsaslanaraq sözügedən mərkəz təhsil müəssisəsi hesab edilə bilməz. 52.Kollegiya qeyd edir ki, xx.xx.2011-ci il tarixdə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin Əsasnaməsini”nə ARDNŞ-nin prezidenti R.Abdullayev tərəfindən xx.xx.2013-cü il tarixdə edilmiş dəyişikliklərin 3.1-ci bəndinə əsasən ismin müvafiq hallarında “təhsili məktəbi” və “təhsili müəssisələri” ismin sözləri müvafiq hallarında “təhsili bölmələri” sözləri ilə əvəz edilmişdir. 53.Həmçinin, xx.xx.2011-ci il tarixdə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin Əsasnaməsi”nin 1.1-ci bəndinə əsasən ...Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsi Sosial İnkşaf İdarəsinin Təlim Tədris və Sertifikatlaşdırma Departamentinin və X10 Donanmasının Dənizdə insan həyatının mühavizəsi üzrə Təlim Mərkəzinin maddi-texniki bazasında Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin 30 iyun 2011-ci il tarixli 92 nömrəli əmrinə əsasən ARDNŞ-nin birbaşa tabeliyində hüquqi şəxs stasusuna malik olmayan taşkilat kimi yaradılmışdır. 54.Göründüyü kimi, iddiaçının əmək fəaliyyəti ilə məşğul olduğu ARDNŞ-nin Təlim Tədris və Sertifikatlaşdırma İdarəsinin Qala X8 istinad edilən normada əks edilmiş xüsusiyyətlərə də malik olmamaqla, təhsil müəssisəsinin növlərinin təsnifatının isə heç birinə uyğun gəlmir. Belə ki, mülki işin materiallarında olan Qala təlim X2 görünür ki, Qala X8 AR Dövlət Neft Şirkəti Prezidentinin 15 sentyabr 2011-ci il tarixli 141 S saylı “Əsas vəsaitlərin balansdan balansa verilməsi haqqında” sərəncamı ilə Təhlükəsizlik İdarəsinin (bundan sonra Tİ adlanacaq) balansından Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin balansına verilməklə yaranmışdır. Qala X8 müstəqil hüquqi şəxs deyil və nizamnamə əsasında fəaliyyət göstərmir. İddiaçının nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilmiş mülahizələrdə Təlim Tədris və Sertifikatlaşdırma İdarəsinin Qala Təlim X3nin 1.5-ci (Azərbaycan Respublikası Təhsil Qanununa uyğun olaraq, ARDNŞ-in Təhlükəsizlik İdarəsi üçün yüksək ixtisaslı təhlükəsizlik və hərbiləşdirilmiş mühafizə, gəmi-liman nəzarəti müfəttişliyi və fontanaqarşı dağmədənxilasetmə hərbiləşdirilmiş xidməti sahələri üzrə təhsilin əyani (gündüz) formasında sıravi heyə kadrlarının hazırlanmasını və onların pşə ixtisaslarının artırılmasını həyata keçirir) və 2.11-ci bəndlərinə (Təlim-tərbiyə, tədris-istehsalat prosesini planlaşdırır, aralıq imtahanlarının aparılmasını həyata keçirir, məzunlara dərəcə və müəyyən edilmiş qaydada vəsiqə (diplom), sertifikat verilməsində iştirak edir) bəndlərinə, eləcə də AR Təhsil Haqqında Qanunun 20.3-cü maddəsinə istinad edərək, ARDNŞ-nin TTSİ-nin təhsil müəssisəsi olduğunu bildirir. 55.Kollegiya hesab edir ki, məhkəmə düzgün olaraq qeyd etmişdir ki, Təhsil haqqında Qanunun istinad edilən maddəsi (20.3. Peşə təhsili müvafiq təhsil proqramları əsasında təşkil olunur. Peşə təhsili müəssisələrində yüksək texniki peşə təhsili səviyyəsi üzrə tədris müvafiq icra hakimiyyətiorqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada kredit sistemi ilə təşkil olunur. Peşə təhsilini başa vuran məzunlara müvafiq qaydada təhsil haqqında dövlət sənədi – diplom və ya sertifikat verilir.) peşə təhsili ilə bağlı məsələləri tənzimləyir. Peşə təhsili haqqında AR Qanununun 9.2-ci maddəsinə əsasən, peşə təhsili müəssisələrinin aşağıdakı növləri vardır: peşə məktəbi; peşə liseyi; peşə təhsil mərkəzi. 10.1-ci maddəsinə əsasən, peşə təhsili müəssisəsi hüquqi şəxsdir, maliyyə-təsərrüfat fəaliyyətini bu Qanunun tələbləri nəzərə alınmaqla sərbəst həyata keçirir, banklarda hesablaşma və digər hesabları vardır. 14.1-ci maddəsinə əsasən, bu Qanuna uyğun olaraq, peşə təhsili müəssisəsində təlim proqramını (kurikulumu) mənimsəmiş, dövlət buraxılış imtahanlarını müvəffəqiyyətlə vermiş təhsilalanlara “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”ndə elektron sənəd formasında yaradılan peşə təhsili pilləsində təhsil haqqında dövlət sənədi verilir. Təhsil haqqında dövlət sənədi növbəti səviyyədə və pillədə təhsili davam etdirmək və ya ixtisas üzrə əmək fəaliyyətinə başlamaq üçün hüquqi əsas sayılır. 14.2-ci maddəsinə əsasən, müvafiq kursu (modulu) bitirdikdən sonra təhsilini müxtəlif səbəblərdən davam etdirməyən şəxslərə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”ndə elektron sənəd formasında yaradılan arayış verilir. 56.Göründüyü kimi, iddiaçı tərəfin dəlilləri subyektiv xarakter daşımaqla istinad edilən normalarla təkzib edilir. Belə ki, Təhsil haqqında AR Qanununun 1.0.47-ci maddəsində təhsilini başa vuran məzunlara təhsil müəssisəsi tərəfindən məhz müvafiq dövlət sənədinin verilməsi nəzərdə tutulur. Peşə təhsili başa vuran şəxslərə də eyni qaydada dövlət sənədi – diplom və ya sertifikatın verilməsi nəzərdə tutulub. Həmin dövlət sənədi növbəti səviyyədə və pillədə təhsili davam etdirmək üçün hüquqi əsas sayılır. 57.Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, ARDNŞ-nin Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsi və Qala X8 nə Təhsil haqqında AR Qanununun 14.5-ci maddəsində nəzərdə tutulan təhsil müəssisələrinin, nə də Peşə təhsili haqqında AR Qanununun 9.2-ci maddəsində nəzərdə tutulan təhsil müəssisəsi xüsusiyyətlərini özündə əks etdirmir. 58.Digər tərəfdən iddiaçı Bakı Ali Neft Məktəbi ilə analogiya apararaq, onun da dövlət ali təhsil müəssisəsi sayılmasını nümunə göstərsə də, kollegiya BANM ilə bağlı yuxarıda qeyd etdiyi mövqeyini bir daha xatırladaraq qeyd edir ki, BANM nizamnamə əsasında fəaliyyət göstərir, dövlət təhsil müəssisəsi olması birbaşa nizamnaməsinə əks etdirilib. Bakalavriat, magistratura və doktorantura təhsil səviyyələri üzrə kadr hazırlığını həyata keçirir. 59.Beləliklə məhkəmə kollegiyası iddianın rədd edilməsi üzrə məhkəmənin gəldiyi nəticəni qanuni və əsaslı hesab edərək qeyd edir ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) Təlim Tədris və Sertifikatlaşdırma İdarəsinin Qala X5 təhsil müəssisəsi olmaması müəyyən edildiyindən və beləliklə mövcud iddia tələbi üzrə iddiaçının istinad etdiyi hallar mübahsiənin qanuni əsası kimi yuxarıda qeyd olunan normaların dispozitiv şərtləri ilə uzlaşmadığından iddia tələbi təmin edilə bilməz. 60.Qeyd olunanlara əsasən məhkəmə kollegiyası apellyatorun “Təhsil haqqında” Qanunun 14.5.4ci maddəsi və “Peşə təhsili haqqında” Qanunun 9.2.3-cü maddəsinə uyğun olaraq Mərkəzin peşə təhsili müəssisəsi tipinə və peşə təhsil mərkəzi növünə tamamilə uyğun gəlməsi ilə bağlı formal dəlillərini əsassız hesab edir. 61.Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsininləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. 62.“Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 2.2-ci bəndində göstərilir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. 63.Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar yoxdur. 64.Apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası, yuxarıda şərh olunan əsaslara görə onları əsassız hesab edərək, qətnamənindəyişdirilmədən saxlanılması qənaətinə gəlir. 65.Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 12 oktyabr 2023-cü il tarixli, 2(005)-3130/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. . Sədrlik edən Xəyal Sarıyev Hakimlər Fuad Abdıyev Fərrux Qasımov
Məhkəmə qərarları › İş №2(103)-848/2024
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-848/2024
14.02.2024 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver