Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-849/2022 21.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Şirinov İkram Sabir oğlu və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Orucova Məryəm Faiq qızının katibliyi ilə, Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi Vəkil2 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər "xxxx" ASC və Cavabdeh2 firmasına qarşı “ipoteka müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4265/2021 saylı, 28.09.2021-ci il tarixli qətnaməsindən iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İşin halları:
1. İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər “Xalq “ bankı ASC və Cavabdeh2 firmasına qarşı “ipoteka müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, ASC "xxxx" Bankı ilə Cavabdeh2 firması arasında bağlanmış 08 iyul 2015ci il tarixli sonrakı ipoteka müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı1 ilə Cavabdeh2 Firması arasında 5 dekabr 2009-cu il tarixli MRF/05-12 saylı və 28 oktyabr 2011-ci il tarixli MRF/28- 10 saylı Beh Müqavilələri bağlanmışdır. Bu müqaviləyə əsasən iddiaçı ünvan 1 ünvanında yerləşən 5 mərtəbə və zirzəmindən ibarət 16,100.5 kv.m. sahəli olan binada qeyri-yaşayış sahəsi əldə etmişdir.İddiaçı2 ilə Cavabdeh2 Firması arasında 08 iyul 2009-cu il tarixli M\MS 07/09 saylı Alqı-satqı, investisiya Müqaviləsi bağlanmışdır. Bu müqaviləyə əsasən iddiaçı ünvan 2 ünvanında yerləşən 5 mərtəbə və zirzəmindən ibarət 16,100.5 kv.m. sahəli olan binada qeyriyaşayış sahəsi əldə etmişdir. Daha sonra Cavabdeh özünə məxsus ünvan 2 ünvanında yerləşən 5 mərtəbə və zirzəmindən ibarət 16,100.5 kv.m. sahəsi olan qeyriyaşayış binasına dair Hüquqların qabaqcadan qeydiyyatı barədə daşınmaz əmlakın dövlət reyestrindən Arayış (qeydiyyat nömrəsi 1 110093638, qeydiyyat tarixi 24.12.2010- cu il) əldə etmişdir.cavabdeh ASC "xxxx" Bankı (bundan sonra “Cavabdeh 1”) ilə Cavabdeh 2 arasında 4 oktyabr 2013-cü il tarixində bağlanmış kredit xətti müqaviləsinə əsasən bank borcalana illik 16 faiz ödənilmək şərti ilə 60 ay müddətinə 7,000,000.00 manat məbləğində kredit vermişdir. Sonradan kredit xətti müqaviləsinə edilmiş əlavələrlə kreditin məbləği artırılaraq 14,000,000.00 manat təşkil etmişdir. 08 iyul 2015-ci il tarixində tərəflər arasında yeni kredit xətti müqaviləsi bağlanmış və kreditin məbləği ABŞ dolları ilə ifadə olunmuşdur. Bu müqaviləyə görə Cavabdeh 24 oktyabr 2018- ci il tarixinədək 17,000,000.00 ABŞ dolları məbləğini illik 16 faiz olmaqla qaytarmağı öhdəsinə götürmüşdür. Eyni zamanda, Cavabdeh 2-yə məxsus ünvan 3 ünvanında yerləşən 0.2704 ha torpaq onun üzərindəki zirzəmi və beş mərtəbədən ibarət olan, ümumi sahəsi 16.100 kv.m. təşkil edən qeyri-yaşayış binasının ipoteka qoyulması barədə 4 oktyabr 2013-cü il tarixli, sonradan isə 08 iyul 2015-ci il tarixli sonrakı ipoteka müqavilələri (bundan sonra “İpoteka müqaviləsi”) bağlanmışdır.Hesab edilir ki, İpoteka müqaviləsi qanunvericiliyin tələblərinə uyğun olmayaraq bağlanmış və bu səbəbdən də etibarsızdır.
3. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4265/2021 saylı, 28.09.2021-ci il tarixli qətnaməsi ilə iddia tələbinin rədd edilməsi qət edilmişdir (sədrlik edən: Aytən Novruzova).
4. Həmin qətnamədən narazı qalan iddiaçılar apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddianın təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti və dəlilləri:
5. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdehlər arasında 04 oktyabr 2013-cü il tarixində bağlanmış Kredit müqaviləsinin 1.2-ci maddəsində verilmiş kreditin məqsədi “digər bank qarşısında mövcud olan kredit borcunun tam həcmdə ödənilməsi və tikinti işlərinin tamamlanması” kimi göstərilmişdir. Həmin müqavilə üzrə cavabdeh 2-yə 7,000,000.00 manat məbləğində kredit verilmişdir. Lakin, qeyd edilən kredit müqaviləsindən 2 ildən də az müddət keçdikdən sonra cavabdehlər arasında 08 iyul 2015-ci il tarixində yeni Kredit müqaviləsi bağlanaraq, Cavabdeh 2-yə 17,000,000.00 ABŞ dolları məbləğində kredit verilmişdir. Həmin kreditin təyinatı kimi isə “ünvan 4 ünvanında yerləşən “Yasmin” Ticarət və Əyləncə Mərkəzində təmin, tikinti və quraşdırma işlərinin aparılması” qeyd edilmişdir. Göründüyü kimi, 2013-cü il tarixində tikintinin başa çatdırılması məqsədi ilə kredit verilir, üstündən 2 ildən az müddət keçdikdən sonra isə həmin kreditdən 3 dəfə çox məbləğdə kredit eyni məqsəd ilə cavabdeh 2-yə verilir. Bununla da həmin tarixdə qüvvədə olan Azərbaycan Respublikası Mərkəzi X2 2008-ci il 18 noyabr tarixli qərarı (34 nömrəli protokol) ilə təsdiq edilmiş və 2008-ci il 10 dekabr tarixli 3426 nömrəli şəhadətnamə verilməklə dövlət qeydiyyatına alınmış “Banklarda kreditlərin verilməsi Qaydaları”-nın (bundan sonra “Qaydalar”) tələbləri Cavabdeh 1 tərəfindən kobud şəkildə pozulmuşdur. 30 yanvar 2019-cu ildə Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası Banklarda kredit risklərinin idarə edilməsi” Qaydalarını qəbul etib və Qaydalar qüvvədən düşüb. Bundan başqa, Qaydalara əsasən Cavabdeh 1 Cavabdeh 2-nin maliyyə hesabatlarına əsaslanaraq kredit verə bilərdi. Cavabdeh 2-nin özünün də bildirdiyi kimi, həmin dövrlərdə maliyyə vəziyyətləri pisləşdiyinə görə, onlarda kredit götürmək zərurəti yaranmışdır. Banklardan kredit götürmək üçün istər fiziki, istərsə də hüquqi şəxslərin maliyyə vəziyyəti, gəlirləri kreditor tərəfindən hərtərəfli qaydada araşdırılır və bunun nəticəsində onlara kredit verilir. Hazırki vəziyyətdə isə açıq-aşkar görünür ki, Cavabdeh 1 tərəfindən kreditlərin verilməsində kobud pozuntulara yol verilmişdir. Cavabdeh 1-in kredit rəsmişləşdirilən Filialının kredit komitəsi kreditin verilməsi ilə bağlı mənfi qərar vermiş, üstəgəl biznes plan da mövcud olmamışdır. İpoteka predmetinin qiymətləndirilməsində yol verilmiş pozuntu. Qaydaların 4.1.7-ci maddəsinə əsasən bankdaxili qaydalarda girov şəklində götürüləcək təminatın bazar dəyərinin kredit məbləğinə olan nisbətinin məqbul əmsalları müəyyənləşdirilməlidir. Təminat girov şəklində götürülərkən bankdaxili qaydalarda girovun qiymətləndirilməsinin mövcud qanunvericiliyə uyğun olaraq bankın mütəxəssisi və ya kənar qiymətləndirici tərəfindən aparılmasına dair prosedurlar müəyyən edilməlidir. Girovun qiymətləndirilməsi üçün bankın əməkdaşlarının və ya kənar qiymətləndiricilərin cəlb edilməsi üzrə meyarlar müəyyən edilməlidir. Qiymətləndirməni həyata keçirən bankın əməkdaşları müvafiq bilik səviyyəsinə və təcrübəyə malik olmalıdırlar. Bankda qiymətləndirmənin aparılması üçün cəlb edilən kənar qiymətləndiricilərin peşəkarlığına, təcrübə və ixtisasına qarşı tələblər, habelə onların seçilməsi mexanizmləri müəyyən edilməlidir. Məbləği bankın məcmu kapitalının 5%-dən yuxarı olan bir borcalana və ya bir-biri ilə əlaqədar borcalanlar qrupuna verilən kreditlər üzrə girov ən azı iki kənar qiymətləndirici tərəfindən ayrıca qiymətləndirilməlidir. Bu zaman qiymətlər fərqli olduqda bank tərəfindən girovun aşağı olan qiyməti əsas götürülməlidir. Təəssüflər olsun ki, hazırki İpoteka müqaviləsi üzrə Qaydaların tələbləri pozulmuş və ipoteka predmetinin dəyəri bir qiymətləndirici tərəfindən qiymətləndirilmişdir. İpoteka predmetinə yerində baxış keçirilərkən yol verilmiş pozuntular. Həm qanunvericiliyin tələblərinə, həm də ümumi qəbul edilmiş praktikaya əsasən ipoteka saxlayan hər hansı daşınmaz əmlakı ipotekaya götürən zaman, ipoteka predmetini təşkil edən daşınmaz əmlakın daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və digər zəruri sənədlərin yoxlanılmasında əlavə, daşınmaz əmlaka yerində baxış keçirir. ünvan 2 ünvanında yerləşən 0.2704 ha torpaq sahəsinin, onun üzərindəki zirzəmi və beş mərtəbədən ibarət olan, ümumi sahəsi 16.100 kv.m. təşkil edən qeyri-yaşayış binasına Cavabdeh 1-in nümayəndələri tərəfindən bir neçə dəfə baxış keçirilmişdir. Bunu Cavabdeh 2 də təsdiqləyir. Maraqlısı isə odur ki, həmin müddətdə İddiaçılar və Cavabdeh 2 arasında bağlanan müqavilələr əsasında İddiaçılar onlara məxsus əmlaklarda sahibkarlıq fəaliyyətlərini həyata keçirirdilər. Necə ola bilərdi ki, Cavabdeh 1 artıq bir neçə ildir ki fəaliyyət göstərən ofis və mağazalı görməmiş, gördükdə isə bunların kimlərə məxsus olması ilə maraqlanmamışdır. Cavabdeh 1 özü də etiraf edir ki, orada fəaliyyət göstərən aptekin mövcud olması görüblər, guya Cavabdeh 2 Cavabdeh 1-ə həmin aptekin yerləşdiyi qeyri-yaşayış sahəsinin icarədə olmasını bildirmişdir. Belə olan halda, təbii ki, Cavabdeh 1 müvafiq sənədlərin onlara təqdim edilməsini tələb etməli idi (icarə müqaviləsi və s.). Lakin, bizə məlum olmayan səbəblərdən Cavabdeh 1 bunu etməmişdir. Cavabdeh 1-in vicdanlı əldə edən olmaması ilə bağlı Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Həmin Məcəllənin 149.2-ci maddəsinə əsasən əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır. Göründüyü qanunverici bütün hallarda vicdanlı əldə edəni qoruyur. Belə olan halda vicdanlılığın müəyyən edilməsi zəruridir. Belə ki, MM-nin 140-cı maddəsinin tələblərinə əsasən “əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir”. Yəni, bizim mübahisə ilə bağlı Cavabdeh 1 yalnız o halda vicdanlı əldə edən hesab edilə bilər ki, qeydin düzgün olmamasını bilə bilməzdi. Lakin, yuxarıda da qeyd etdiyimiz kimi həm kreditlərin verilməsində, həm də ipoteka predmetinə yerində baxış keçirilərkən (aptekin fəaliyyət göstərməsi faktı) yol verilmiş pozuntular bizdə Cavabdeh 1-in vicdanlı olmaması ilə bağlı əsaslı şübhələr yaradır. Hazırki mübahisə ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 iyul 2018-ci il tarixli "xxxx" ASC-nin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 18 oktyabr 2017ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Qərarında da eyni mövqe öz əksini tapmışdır. Həmin Qərarda deyilir: “Beləliklə, əşya üzərində mülkiyyət, habelə ipoteka və s. kimi əşya hüquqları əldə edən şəxs həmin əşya ilə bağlı hüquqlara dair dövlət reyestrindəki qeydə inanaraq hərəkət edirsə və bu zaman qeydiyyatın düzgün olmadığını bilmirsə və ya qeydiyyatın qeyridəqiqliyinə dair qeyd reyestrə daxil edilməyibsə, vicdanlı əldə edən hesab edilir və onun hüquqları qorunur.” (səhifə 4, 3-cü abzas, sonuncu cümlə). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun mövqeyində də göründüyü kimi, əldə edən şəxs qeydiyyatın düzgün olmadığını bilmirsə vicdanlı əldə edən hesab edilir. Yəni, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu öz Qərarında Cavabdeh 1-nin vicdanlı əldə edən olmasını təsbit etməmiş, sadəcə qanunvericilik ilə kimlərin vicdanlı əldə edən olduğunu müəyyən etmişdir. Hesab edirik, Cavabdeh 1ünvan 2 ünvanında yerləşən 5 mərtəbə və zirzəmindən ibarət 16,100.5 kv.m. sahəsi olan qeyri-yaşayış binasını ipoteka ilə yüklü edərkən həmin əmlakın bir hissəsinin İddiaçılara məxsus olmasını bilmişdir (ən azından bilməli idi). Belə olan halda, Cavabdeh 1-in vicdanlı əldə edən olmur və onun daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyasına istinad etməsi istisna edilir. Yuxarıda qeyd edilən bütün məsələlərə əsaslanaraq bildirmək istərdik ki, 8 iyul 2015-ci il tarixli sonrakı ipoteka müqaviləsi etibarsızdır. Belə ki, 8 iyul 2015-ci il tarixli sonrakı ipoteka müqaviləsi ümumiyyətlə iddiaçılar barəsində heç bir hüquqi nəticə doğura bilməz. Çünki Əmlak iddiaçılara məxsusdur və Cavabdeh 2-nin Əmlaka dair hər hansı sərəncam vermək səlahiyyəti belə yoxdur. Səlahiyyətsiz şəxsin bağladığı əqd isə, bağlandığı andan etibarsızdır. Bu nəticəyə MM-in 358-ci maddəsindən gələ bilərik. (“358.1. Səlahiyyətsiz şəxsin əşyaya və ya hüquqa dair sərəncam verməsi, əgər səlahiyyətli şəxsin icazəsi (qabaqcadan verilmiş razılığı) ilə həyata keçirilirsə, etibarlıdır; 358.2. Əşyaya və ya hüquqa dair sərəncam verilməsi, əgər səlahiyyətli şəxs bunu bəyənirsə, etibarlı olur.”) İddıaçılar isə, nəinki bəyənmiş, heç Əmlakın Cavabdeh 1 qarşısında ipoteka ilə yüklü edilməsindən məlumatlı belə olmamışdırlar. Tərəflərin izahatları:
6. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə iddiaçılara Cavabdeh2 Firmasına lazımi qaydada məlumat verilməsinə baxmayaraq, həmin şəxslər kollegiya iclasında iştirak etməmiş və iştirak etməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər.
7. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən qeyd edilən şəxslərin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir.
8. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh "xxxx" ACS-nin nümayəndəsi Vəkil2 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, şikayətin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
9. Kollegiya işin hallarını apellyasiya şikayətinin dəlilləri ilə birgə araşdırıb iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Sübutların tədqiqi:
10. Belə ki, iş materiallarında olan iş üzrə iddiaçılar İddiaçı1 və İddiaçı2 ilə Cavabdeh “Mars-M" Firması arasında 28 oktyabr 2011-ci il tarixli MRF/28-10 saylı beh müqaviləsi və 08 iyul 2009-cu il tarixli M/MS 07/09 saylı alqı- satqı, investisiya müqaviləsi bağlanmışdır. Bu müqaviləyə əsasən iddiaçı ünvan 2 ünvanında verhşən 5 mərtəbə və zirzəmidən ibarət 16,100.5 kv.m. sahəli olun binada qeyri-yaşayış sahəsi əldə etmişdir. İddiaçı özünə məxsus ünvan 4 ünvanında yerləşən 5 mərtəbə və zirzəmindən ibarət 16,100.5 kv.m. sahəsi olan qeyri-yaşayış binasına dair Hüquqların qabaqcadan qeydiyyatı barədə daşınmaz əmlakın dövlət reyestrindən Arayış (qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi 24.12.2010-cu il) əldə elmişdir. Hazırda iddiaçılar ASC "xxxx" Bankı ilə Cavabdeh2 firması arasında bağlanmış kredit müqaviləsini də mübahisələndirir.
11. 05.12.2009-ci il tarixli, MRF/05-12 nömrəli beh müqaviləsinin sürətindən görünür ki, Cavabdeh2 MMC ilə İddiaçı1 arasında müqavilə bağlanmışdır və müqavilədə ümumi ödəniləcək məbləğ 98,840 manat göstərilmişdir;
12. 28.10.2011-ci il tarixli, MRF/28-110 nömrəli beh müqaviləsinin sürətindən görünür ki, Mars M” MMC ilə İddiaçı1 arasında müqavilə bağlanmışdır və müqavilədə ümumi ödəniləcək məbləğ 81,000 manat göstərilmişdir;
13. 08.07.2009-ci il tarixli, M/MY 07/09 nömrəli investisiya müqaviləsinin sürətindən görünür ki, Cavabdeh2 MMC ilə İddiaçı2 arasında müqavilə bağlanmışdır və müqavilədə Bakı şəhər, S.Vurğun 120 ünvanında yerləşən Cavabdeh2 firmasına məxsus obyektin 1-ci mərtəbəsində yerləşən 72 kv.m 12 C nömrəli dükanı 160000 ABŞ dolları qiymətində alındığı göstərilmişdir;
14. 08.07.2015-ci il tarixli, **********58815 nömrəli kredit xətti müqaviləsinin sürətindən görünürki, "xxxx" bankı ASC ilə Cavabdeh2 firması arasında müqavilə bağlanmışdır və müqavilədə Cavabdeh2 firması 04.10.2018-ci il tarixədək , 17.000.000 ABŞ dollarını ödəməyi öhdəsinə götürür;
15. İş materialları ilə müəyyən edilir ki, "xxxx" firmasının ASC "xxxx" Bankına qarşı "müqavilələrin etibarsız hesab edilərək ləğv edilməsi" tələbinə dair iddia ərizəsi vermiş, tərəflər arasında bağlanmış 08.07.2015-ci il tarixli kredit xətti və sonrakı ipoteka müqavilələrinin etibarsız hesab edilərək ləğv edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. ASC "xxxx" Bankı tərəfindən do "xxxx" firmasına qarşı “borcun ödənilməsi və tutmanın ipoteka predmetinə yönəldilməsi” barədə qarşılıqlı iddia tələb olmuş, Cavabdeh2 firmasından cəmi 19,400,119.08 ABŞ dollarının və 26.05.2016-cı il tarixindən başlayaraq iddiaçının tələblərinin ipoteka predmeti hesabına faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinə illik 16% dərəcəsi ilə hesablanan faizlər formasında əldən ç.xmış faydanın əvəzinin və 30 manat məbləğində dövlət rüsumunun ödənilməsi üzrə çəkilmiş xərcirı iddiaçı ASC "xxxx" Bankının xeyrinə tutulması, tutmanın 08.07.2015-ci il tarixli **********58815/SİM nömrəli sonrakı ipoteka müqaviləsi üzrə ipoteka predmeti olan və Cavabdeh2 firmasına məxsus ünvan 6 ünvanında yerləşən 0,2704 ha torpaq sahəsinə və həmin torpaq sahəsinin üzərindəki zirzəmi və 5 (beş) mərtəbədən ibarət olan, əsas sahəsi 16043,1 kv.m. olmaqla ümumi sahəsi 16100,5 kv.m təşkil edən qeyri-yaşayış binasına yönəldilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
16. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 15 iyul 2016-cı il tarixli, 2-2(81)- 1096/2016 saylı qətnaməsi ilə İlkin iddia üzrə iddiaçı "xxxx" firmasının iddia tələbi təmin edilməmiş; Bankın qarşılıqlı iddiası təmin edilərək, cavabdeh "xxxx" Firmasından 08.07.2015- ci il tarixli **********58815 nömrəli kredit xətti müqaviləsi üzrə 17 000 000 ABŞ dolları məbləğində əsas borcun, 2 388 957,46 ABŞ dolları məbləğində kreditdən istifadəyə görə hesablanmış adi faizlər üzrə borcun, 26.05.2016-cı il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 15% dərəcəsi ilə hesablanmış 11 161,62 ABŞ dolları məbləğində dəbbə pulunun, cəmi 19 400 119.08 ABŞ dolları və 26.05.2016-cı il tarixindən başlayaraq iddiaçının tələblərinin ipoteka predmeti hesabına faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinə illik 16% dərəcəsi ilə hesablanan faizlər formasında əldən çıxmış faydanın əvəzi və 30 manat məbləğində dövlət rüsumunun ödənilməsi üzrə çəkilmiş xərcin iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulması;Tutmanın 08.07.2015-ci il tarixli **********58815/SİM nömrəli sonrakı ipoteka müqaviləsi üzrə ipoteka predmeti olan və "xxxx" firmasına məxsus ünvan 6 ünvanında yerləşən 0,2704 ha torpaq sahəsinə və həmin torpaq sahəsinin üzərindəki zirzəmi və 5 (beş) mərtəbədən ibarət olan, əsas sahəsi 16043,1 kv.m. olmaqla ümumi sahəsi 16100,5 kv.m. təşkil edən qeyriyaşaytş binasına yönəldilməsi; İpoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınmasına görə 30 manatın və sənədlərin notariat qaydasında təsdiq edilməsinə görə 15 manat məbləğində çəkilmiş xərclərin ipoteka predmetinin dəyərindən cavabdeh "xxxx" firmasından tutularaq idciaçı "xxxx"xxxx" ASC-nin xeyrinə tutulması; İpoteka predmeti olan MarsM" firmasına məxsus ünvan 6 ünvanında yerləşən 0,2704 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərindəki zirzəmi və 5 (beş) mərtəbədən ibarət olan, əsas sahəsi 16043.1 kv.m olmaqla ümumi sahəsi 16100,5 kv.m təşkil edən qeyri-yaşayış binasının ikin satış qiymətinin 26 000 000 (iyirmi altı milyon) manat müəyyən edilməsi qət edilmişdir.
17. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 05 aprel 2017-ci il tarixli, 2-2(103)-14/2017 saylı qətnaməsi ilə ipoteka predmetinin ilkin satış qiymətinin 38.473.040 manat məbləğində müəyyən edilməsi; Bankın qarşılıqlı iddiasının 26.05.2016-cı il tarixindən başlayaraq iddiaçının tələblərinin ipoteka predmeti hesabına faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinə illik 16% dərəcəsi ilə hesablanan faizlər formasında əldən çıxmış faydanın əvəzinin Bankın xeyrinə tutulması hissəsində rədd edilməsi; 08.07.2015-ci il tarixli sonrakı ipoteka müqaviləsinin 3-cü şəxslərə məxsus ümumi sahəsi 81,2 kv.m olan qeyri-yaşayış sahəsinin ipotekaya qoyulması hissəsində etibarsız hesab edilməsi qət edilmişdir.
18. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 18 oktyabr 2017-ci il tarixli, 2-2(102)-366/l 7 saylı qərarı ilə ASC "xxxx" Bankının kassasiya şikayəti təmin edilməmiş, Bakı Apcllyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 05.04.2017-ci il tarixli, 2-2(103)- 14/2017 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
19. Ali Məhkəmənin həmin qərarından ASC "xxxx" Bankı tərəfindən Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə şikayət verilmiş, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 18 iyul 2018-ci il tarixli Qərarı ilə "xxxx" firmasının ASC "xxxx" Bankına qarşı kredit və sonrakı ipoteka müqavilələrinin etibarsız hesab edilərək ləğv edilməsinə dair iddia tələbi və s. barədə iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 18 oktyabr 2017-ci il tarixli, 2-2(102)-366/17 saylı qərarı Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1 hissəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 418.1 və 418.2-ci maddələrinə uyğun olmadığından qüvvədən düşmüş hesab edilmiş, işə bu Qərarda əks olunmuş hüquqi mövqelərə uyğun olaraq Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və müddətdə yenidən baxılması qərara alınmışdır.
20. Azərbaycan Respublikası Ali Məhkəməsiırn Plenumunun 31 oktyabr 2018-ci il tarixli, İş № 13-2(102)-1 (k)/2ö 18 saylı qərarı ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 18 oktyabr 2017-ci il tarixli, 2-2( 102)-366/17 saylı qərarı və onunla bağlı Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 05 aprel 2017-ci il tarixli, 2-2(103)- 14/2017 saylı qətnaməsi ləğv edilmiş və iş mahiyyəti üzrə yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.
21. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(103)-6/2019 nömrəli, 19 fevral 2019-cu il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh2 firmasının və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxslər Ağa-X5 və X1 apelyasiya şikayətləri qismən təmin edilmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin iş üzrə 15 iyul 2016-cı il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək iddiaçı Cavabdeh2 firmasının cavabdeh ASC "xxxx" Bankına qarşı Cavabdeh2 firması ilə ASC "xxxx" Bankı arasında bağlanmış 08.07.2015-ci il tarixli **********58815 nömrəli kredit xətti müqaviləsinin etibarsız hesab edilərək ləğv edilməsi, Cavabdeh2 firması ilə ASC “Xalq’" Bankı arasında bağlanmış 08.07.2015-ci il tarixli **********58815/SİM nömrəli sonrakı ipoteka müqaviləsinin etibarsız hesab edilərək ləğv edilməsi və ödənilmiş 10 manat dövlət rüsumunun cavabdehdən Cavabdeh2 firmasının xeyrinə tutulması tələblərinə dair ilk iddia təmin edilməmiş, qarşılıqlı iddia qismən təmin edilmiş, Cavabdeh2 firmasından 08.07.2015ei il tarixli **********58815 nömrəli kredit xətti müqaviləsi üzrə 17.000.000 ABŞ dolları məbləğdə əsas borc, 2.388.957,46 ABŞ dolları məbləğdə kreditdən istifadəyə görə hesablanmış adi faizlər üzrə borc, 26.05.2016-cı il tarixə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 15% dərəcəsi ilə hesablanmış 11.161,62 ABŞ dolları məbləğdə dəbbə pulu, cəmi 19.400.119,08 ABŞ dolları (ödəniş gününə AR Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla) və 30 manat məbləğdə dövlət rüsumunun ödənilməsi üzrə çəkilmiş xərc ASC "xxxx" Bankının xeyrinə tutulmuş, tutma 08.07.2015-ci il tarixli **********58815/SİM nömrəli sonrakı ipoteka müqaviləsi üzrə ipoteka predmeti olan və Cavabdeh2 firmasına məxsus ünvan 2 ünvanda yerləşən 0.2704 ha torpaq sahəsinə və həmin torpaq sahəsinin üzərində zirzəmi və 5 mərtəbədən ibarət olan, əsas sahəsi 16043.1 kv.m. olmaqla, ümumi sahəsi 16100.5 kv.m. təşkil edən qeyri-yaşayış binasına yönəldilmiş, İpoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınmasına görə 30 manat və sənədlərin notariat qaydasında təsdiq edilməsinə görə 15 manat məbləğdə çəkilmiş xərclər ipoteka predmetinin dəyərindən Cavabdeh2 firmasından ASC "xxxx" Bankının xeyrinə tutulmuş, ipoteka predmeti olan Cavabdeh2 firmasına məxsus ünvan 2 ünvanda yerləşən 0.2704 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində zirzəmi və 5 mərtəbədən ibarət olan, əsas sahəsi 16043.1 kv.m. olmaqla, ümumi sahəsi 16100.5 kv.m təşkil edən qeyriyaşayış binasının ilkin satış qiyməti 38.600.000 manat müəyyən edilmişdir. Qarşılıqlı iddia 26.05.2016-cı il tarixdən başlayaraq tələblərin ipoteka predmeti hesabına faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinə illik 16% dərəcəsi ilə hesablanan faizlər formasında əldən çıxmış faydanın əvəzinin Cavabdeh2 firmasından ASC "xxxx" Bankının xeyrinə tutulması hissəsində təmin edilməmiş, üçüncü şəxs Ağa-X3 Cavabdeh2 firması ilə ASC "xxxx" Bankı arasında bağlanmış 08.07.2015-ci il tarixli **********5815/SİM nömrəli sonrakı ipoteka müqaviləsinin ünvan 2 ünvanda yerləşən ümumi sahəsi 16100.5 kv.m-dən ibarət 5 mərtəbəli və zirzəmili qeyri-yaşayış sahəsinin 2-ci mərtəbəsində yerləşən 56.6 kv.mdən ibarət qeyri-yaşayış sahəsi, eləcə də digər üçüncü şəxs X1 Cavabdeh2 firması ilə ASC "xxxx" Bankı arasında bağlanmış 08.07.2015-ci il tarixli **********5815/SİM nömrəli sonrakı ipoteka müqaviləsinin ünvan 2 ünvanda yerləşən ümumi sahəsi 16100.5 kv.m-dən ibarət 5 mərtəbəli və zirzəmili qeyri-yaşayış sahəsinin 2-ci mərtəbəsində yerləşən 24.6 kv.m-dən ibarət 18 nömrəli qeyri-yaşayış sahəsinin ipotekası hissəsində etibarsız hesab edilməsi tələbinə dair iddiaları təmin edilməmişdir.
22. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 17.07.2019-cu il tarixli, 2-2(102)-285/2019 saylı Qərarı ilə iddiaçı Cavabdeh2 firması və üçüncü şəxs Ağa-X5 tərəfindən verilmiş kassasiya şikayəti təmin olunmamış, Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(103)-6/2019 nömrəli iş üzrə 19 fevral 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Hüquqi dəyərləndirmə:
23. Kollegiya işin mahiyyəti ilə bağlı aşağıdakı hüquq normalarına istinad edilməsini zəruri sayır:
24. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər;
25. Həmin Məcəllənin 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir;
26. Həmin Məcəllənin 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 646.1-ci maddəsinə əsasən daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür;
27. Həmin Məcəllənin 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır;
28. Həmin Məcəllənin 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir;
29. Həmin Məcəllənin 339.1-ci maddəsinə əsasən hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər;
30. Həmin Məcəllənin 339.2-ci maddəsinə əsasən şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirilə bilər. Belə miibahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin.
31. Həmin Məcəllənin 339.3-cii maddəsinə əsasən, aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin;
32. Həmin Məcəllənin 339.5-ci maddəsində göstərilir ki, əgər 339.1. 339.2 və 339.4cü maddələrdə göstərilən əsaslardan biri üzrə əqd etibarsız sayılmışdırsa, bu Məcəllənin 337.5-ci maddəsinin qaydaları tətbiq edilir. Bundan başqa, digər tərəf hakimiyyətdən suiistifadə nəticəsində zərərçəkənə vurduğu real zərərin əvəzini ödəyir;
33. Həmin Məcəllənin 340.2-ci maddəsinə əsasən yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir;
34. Həmin Məcəllənin 354.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər;
35. Həmin Məcəllənin 354.2-ci maddəsinə əsasən bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasın məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər;
36. Həmin Məcəllənin 372.1-ci maddəsinə əsasən bir şəxsdən hər hansı bir hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir;
37. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır;
38. Həmin Məcəllənin 376-cı maddəsinə əsasən əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər üzrə də iddia müddəti keçir;
39. 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır.
40. Kollegiya iş materialları, apellyasiya şikayətinin dəlilləri, qeyd edilən hüquq normalarının tələblərinə əsasən, iddia tələbi və apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, əqdin etibarsızlığı dedikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsində müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanan və məzmununda nəzərdə tutulmuş mülki-hüququ münasibətləri yaratmayan, yalnız özünün etibarsızlığı ilə bağlı nəticələrə səbəb ola bilən əqd başa düşülür. Etibarsız əqd qanuna zidd xarakter daşıyır və bu keyfiyyətinə görə müəyyən neqativ nəticələrə səbəb ola bilər.
41. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 339-cu maddəsində əqdin etibarsız sayıla bilməsinin altı müxtəlif əsasları müəyyən edilmişdir. Bu müxtəlif əsasların ümumi xüsusiyyətləri ondan ibarətdir ki, onların nəticəsində tərəflərin birinin iradəsinə zidd olaraq, mənafeyini ciddi şəkildə pozan, qarşı tərəfin iradəsinə uyğun olan və onun arzuladığı əqd bağlanır. Əslində tərəflərdən biri öz iradəsinə zidd bir əqdin bağlanmasına məcbur edilir. Bu isə mülki qanunvericiliyin bir sıra prinsiplərini, o cümlədən mülki hüquq subyektlərinin bərabərliyi, onların sərbəstliyi və təbii ki, müqavilə azadlığı prinsiplərinin kobud pozulmasıdır və belə əqdlər mübahisə edilən əqdlər qrupuna aid edilir.
42. Ağır vəziyyətə düşmüş şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqdlər də mübahisələndirilən əqdlər kateqoriyasına aiddir. Belə əqdin etibarsız sayılması üçün digər tərəfin həmin şəxsin ağır vəziyyətə düşməsini bilməsi və bu haldan istifadə edərək əqdin bağlanmasına nail olması tələb olunur və belə əqdin bağlanması nəticəsində ağır vəziyyətə düşmüş şəxsin həm iradəsi, həm də mənafeyi ciddi şəkildə pozulmuş olur.
43. Digər tərəfdən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3. maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Məcəllənin bu normasının mənasına görə eyni tərəflər arasında olan mülki iş üzrə qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən edilmiş faktlar həmin tərəflər arasında başqa bir mülki işdə təkrar sübut edilə bilməz. Bu, məhkəmə aktının qanuni qüvvəsi ilə əlaqədardır və əvvəlki prosesdə müəyyən edilmiş halın sonrakı məhkəmə üçün preyudisial əhəmiyyətə malik olmasını göstərir. Preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir.
44. Azərbaycan Respblikası Konstitusiya Məhkəməsi Plenumunun 18.07.2017-ci il tarixli qərarında aşağıdakılar qeyd olunmuşdur: “… Daşınmaz əmlaka dair hüquqların dövlət qeydiyyatı və reyestrinin həyata keçirilməsi ictimai qaydanın, əşya hüquq münasibətlərinin sabitliyinin təmin edilməsi məqsədi daşıyaraq müəyyən prinsiplərə əsaslanır. Bu prinsiplərdən biri olan dövlət reyestrinin açıqlığı prinsipi “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun5-ci maddəsində müəyyən edilmişdir. Qeyd edilən maddəyə əsasən, daşınmaz əmlakın təsviri, dövlət qeydiyyatına alınmış hüquqları və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayış yazılı və ya elektron formada hüquq sahibinə, onun tərəfindən vəkil edilmiş şəxsə, hüquq sahibinin əmlakına qanun və ya vəsiyyət əsasında vərəsəlik hüququ olan şəxslərə onların yazılı və ya elektron müraciətləri əsasında verilir… Qeyd edilməlidir ki, əşyanın özgəninkiləşdirilməsi zamanı özgəninkiləşdirənin adına qeydə alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeydin həqiqiliyi prezumpsiyası əşyanın ipoteka qoyulması halı üçün də tətbiq edilir. Belə ki, Mülki Məcəllənin 271.1-ci maddəsinə əsasən, mülkiyyətçi olmayan şəxsdən ipoteka (girov) hüququnun əldə edilməsinin hüquqi nəticələri bu Məcəllənin 140 və 182-ci maddələrinin müddəalarına uyğun olaraq müəyyən edilir. Mülki Məcəllənin 182-ci maddəsinə əsasən, əşyanı özgəninkiləşdirənin onun mülkiyyətçisi olmadığı, lakin bu fakt barədə vicdanlı əldə edən olduğu hallarda da əldə edən əşyanın mülkiyyətçisi olur. Əgər əldə edən özgəninkiləşdirənin mülkiyyətçi olmadığını bilirmişsə və ya bilməli idisə, vicdanlı əldə edən sayılmır. Vicdanlılıq faktı əşya verilənə qədər mövcud olmalıdır. Beləliklə, əşya üzərində mülkiyyət, habelə ipoteka və s. kimi əşya hüquqları əldə edən şəxs həmin əşya ilə bağlı hüquqlara dair dövlət reyestrindəki qeydə inanaraq hərəkət edirsə və bu zaman qeydiyyatın düzgün olmadığını bilmirsə və ya qeydiyyatın qeyri-dəqiqliyinə dair qeyd reyestrə daxil edilməyibsə, vicdanlı əldə edən hesab edilir və onun hüquqları qorunur. Lakin işə baxan apellyasiya instansiyası məhkəməsi Mülki Məcəllənin 140 və 271.1-ci maddələrini düzgün şərh etməmiş, ipoteka müqaviləsini hissəvi etibarsız hesab etməklə yüklülük hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış ipoteka saxlayanın iddiaçının məhdud əşya hüquqlarının pozulmasına səbəb olan qətnamə qəbul etmişdir. Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası isə reyestrin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyasını nəzərə almadan, maddi hüquq normalarının pozulması ilə çıxarılmış apellyasiya instansiyası məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlamışdır. Bununla da ərizəçinin Konstitusiyanın 60-cı maddəsinin İ hissəsində təsbit olunmuş hüququ pozulmuşdur.”
45. Azərbaycan Respublikası MPM-nin 13.7-ci maddəsinə görə, Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının şərhi məhkəmə üçün o halda məcburidir ki, bu şərh Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun.
46. Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin İX hissəsinə görə Konstitusiya Məhkəməsinin qərarı Azərbaycan Respublikasının ərazisində məcburi qüvvəyə malikdir. Eyni müddəa “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 66.1-ci maddəsində öz əksini tapmışdır. Həmin Qanunun 66.2 və 63.4-cü maddələrinə əsasən Konstitusiya Məhkəməsinin qərarları qüvvəyə mindikdən sonra şərtsiz icra olunmalıdır, bu qərarlar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir edilə bilməz.
47. Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə 11 iyun 2004-cü il tarixli, 688 - İİ QD saylı Azərbaycan Respublikası Qanununun İİİ hissəsinin 9-cu bəndinin və İV hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin İX hissəsinə uyğunluğunun yoxlanılmasına dair” 25 yanvar 2005-ci il tarixli qərarında göstərmişdir ki, Konstitusiya Məhkəməsinin qərarının yüksək hüquqi qüvvəsi onun bütün hissələrinə, habelə həmin qərarın əsasını təşkil edən hüquqi mövqelərə də şamil olunur. Məhkəmələr öz qərarlarını yalnız Konstitusiya Məhkəməsi tərəfindən müvafiq iş üzrə müəyyənləşdirilmiş hədlər çərçivəsində qəbul etməlidir. Konstitusiya Məhkəməsi Plenumunun qərarında göstərilən hüquqi məsələlər və pozulmuş hesab edilən hüquq və azadlıqlar həmin hədləri təşkil edir.»
48. Beləliklə, məhkəmə qərarının preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarının əsaslandırıcı hissəsində müəyyənləşdirilmiş faktların və hüquq münasibətlərinin yenidən mübahisələndirilməsinin, məhkəmə üçün isə onların başqa prosesdə araşdırılmasının və təkzib edilməsinin mümkünsüzlüyü deməkdir. Faktın preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarının hüquqi təbiətinə əsaslanır və onun subyektiv və obyektiv hədləri ilə müəyyənləşdirilir, tərəflər və işdə iştirak edən digər şəxslər bu hədlərdən kənara çıxa bilməzlər.
49. Mülki Prosessual Məcəllənin 233.3-cü maddəsinə əsasən, qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərinin, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər.
50. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 mart 2003-cü il tarixli Qərarının 7-ci bəndində qeyd edilmişdir ki, Mülki Prosessual Məcəllənin 82.2 və 82.3-cü maddələrində qeyd olunan məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə müəyyən edilmiş hal dedikdə, qətnamənin təsviri hissəsində göstərilmiş işdə iştirak edən şəxslərin, şahidlərin göstərdikləri və ya digər sənədlərdə əks olunan hallar deyil, toplanmış sübutlara əsasən məhkəmənin müəyyən etdiyi hallar nəzərdə tutulur. Bu baxımdan kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd etməyi zəruri hesab edir ki, yuxarıda göstərilən üzrə qəbul edilmiş məhkəmə aktları hazırki iş üzrə preyudisial xarakter daşıyır. İddia tələbindən mübahisə predmeti olan əqdin etibarsızlığı məsələsini yuxarıda qeyd edilmiş mülki işlər üzrə hüquqi qiymət verilmişdir.
51. Sadalanan xüsusatlara əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olduğundan, iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
52. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
53. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Nəticə:
54. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, cavabdehin apellyasiya şikayətlərində göstərdiyi dəlillər qətnamənin ləğvi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz.
55. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi
q ə t e t d i:
İddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4265/2021 saylı, 28.09.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Anar Tanrıverdiyev