Məhkəmə qərarları › İş №2(103)-8493/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8493/2020

02.12.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8493/2020 02.12.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlundan və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Arifli Şamxal Mehdi oğlunun katibliyi, Cavabdeh və vəkili X3 iştirakları ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(005)- 1923/20 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə mülki işə baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakim A.Novruzova, iş № 2(005)-1923/20) iddia təmin edilərək xx.xx.2015-ci il təvəllüdlü X4 və xx.xx.2018-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə hər ay hər uşağa görə 170 (bir yüz yetmiş) manat, cəmi 340 (üç yüz qırx) manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. Cavabdeh V.İskəndəov apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, yetkinlik yaşına çatmayan uşaqların saxlanması üçün hər ay qazancı və başqa gəlirlərinin 1/3 hissəsi miqdarında aliment tutulmasını xahiş etmişdir. İşin halları: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə xx.xx.2014-cü il tarixdə nikaha daxil olmuşdur. Birgə nikahlarından xx.xx.2015-ci il tarixdə X4, xx.xx.2018ci il tarixdə X2 anadan olmuşlar. Nikaha daxil olduqdan sonra ailə münasibətləri bir müddət normal olmuşdur. Lakin bir müddət keçdikdən sonra ailə münasibətləri tədricən soyuyaraq, hazırda tamamilə kəsilmişdir. Buna səbəb isə həyat yoldaşı və onun anasının səbəbsiz mübahisə etmələri, ailədə söz-söhbət və dava-dalaş yaratmaları olmuşdur. İddiaçı və yetkinlik yaşına çatmayan uşaqları həyat yoldaşı ilə birgə yaşadıqları Bakı şəhəri, Zabrat qəsəbəsində yerləşən fərdi yaşayış evindən məcburi qaydada çıxarılmış və həmin evə buraxılmamışdır. Bundan əvvəl də dəfələrlə aralarında səbəbsiz yerə mübahisələr baş vermiş, dəfələrlə (təxminən 3 dəfə) nikahın pozulması barədə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmiş, lakin sonradan cavabdehin və onun yaxın qohumlarının xahişi ilə həmçinin birgə nikahlarından olan övladlarının xətrinə iddia ərizələrini geri götürmüşdür. Onlar hazırda ayrı yaşayırlar. Yetkinlik yaşına çatmayan uşaqları isə iddiaçının himayəsindədir. Hazırda o və yetkinlik yaşına çatmayan uşaqları yaşamağa başqa yerləri olmadığı üçün məcburiyyətdən iddiaçının atasına məxsus olan evdə yaşayırlar və onlar iddiaçının atası üçün də əlavə maddi sıxıntıya səbəb olmuşlar. Cavabdeh birgə nikahlarından olan uşaqlarının maddi vəziyyəti ilə maraqlanmır, heç bir köməklik göstərmir, hətta əvvəl yaşadıqları fərdi yaşayış evinə belə onları buraxmır. İddiaçının heç bir qazancı yoxdur, işsizdir, uşaqlarının təlim tərbiyəsi və onlara qulluq edilməsi ilə məşğuldur. Artıq uşaqların tələbatlarının və xərclərinin gün-gündən artması nəticəsində o, bu xərcləri tək ödəməkdə çətinlik çəkir. Bu səbəbdən məhkəməyə müraciət etmək qərarına gəlmişdir. İddia tələbi üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, o, Azərbaycan Respublikası DİN-də çalışan polis nəfəridir və əmək haqqı 609 manatdır. Həmin əmək haqqının 340 manatı tutulduqda onun cəmi 269 manat əmək haqqı qalır və başqa heç bir gəliri yoxdur, anası da onun himayəsindədir və heç yerdə işləmir, pensiya da almır. Cavabdeh və vəkili B.Həsənov məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək onun təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı heç bir üzrlü səbəb göstərmədən məhkəməyə gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsini rəhbər tutaraq gəlməyən tərəfin iştirakı olmadan işə baxılmasını mümkün saydı. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Mülki Prosessual Məcəllənin 372.6 və 372.7-ci maddələrinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası sədrlik edənin işin hallarına dair məruzəsini, cavabdehin və vəkilinin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin olunmalı və Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi alimentin miqdarı ilə bağlı hissədə dəyişdirilməlidir. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. Apellyasiya şikayətinin dəlillərinə görə tutulacaq aliment cavabdehin əmək haqqının 1/3 hissəsi miqdarında olmalıdır. Belə ki, əmək haqqı 609 manat olduğundan, ondan 340 manat aliment tutulduqda ona cəmi 269 manat əmək haqqı qalır, başqa heç bir gəliri yoxdur, işləməyən və təqaüd almayan anası da onun himayəsindədir. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı vəziyyətdə alimentin cavabdehin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün deyil, çətinlik törədir və uşaqların marağının əhəmiyyətli dərəcədə pozulması ilə nəticələnə bilər. Bununla yanaşı məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini alimentin miqdarı ilə bağlı hissədə qismən əsaslı sayaraq qeyd edir ki, işin 39-cu vərəqində olan arayışa əsasən cavabdehin aldığı əmək haqqı cəmi 609 manat 03 qəpik təşkil edir. Bu məbləğin 340 manatının, yəni yarısından çoxunun aliment kimi tutulması nəticəsində ona cəmi 269 manat əmək haqqı qalır ki, bu da ədalətli sayıla bilməz. Cavabdehin 609 manat 03 qəpik əmək haqqından başqa digər qazancı olmasına dair işdə hər hansı sübut yoxdur. Məhkəmə kollegiyası qeyd olunan halı, eləcə də azyaşlı uşaqların saxlanmasında hər iki valideynin iştirak etməli olduğunu nəzərə alaraq cavabdehdən tutulmalı olan alimentin miqdarının dəyişdirilməklə hər uşağa görə 150 manat müəyyən olunmasını məqsədəmüvafiq sayır. Azərbaycan Respublikası MPM-nin 384.0.3-cü maddəsinin tələbinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar; Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur; Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı qeyri-müntəzəm, dəyişən olarsa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını xahiş edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər; Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.3, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi cavabdehdən hər ay hər uşağa görə 170 manat, cəmi 340 manat sabit pul məbləğində aliment tutulması hissəsində dəyişdirilsin və alimentin miqdarı hər uşağa görə hər ay 150 (bir yüz əlli) manat, cəmi 300 (üç yüz) manat müəyyən edilsin. Qətnamənin qalan hissəsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Akif İsgəndərov Hakimlər: İlham Kərimli Elşən Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar