Məhkəmə qərarları › İş №2(103)-8495/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-8495/2021

30.08.2021 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-8495/2021 30.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlunun sədrliyi ilə (məruzəçi), Əsgərov Qürbət Ağa oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı “sosial kirayə müqaviləsinin ləğv edilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 07 mart 2016-cı il tarixli 2(004)-1150/2016 saylı qətnaməsindən iddiaçının apelyasiya şikayətinə əsasən işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh3 ünvan 1-ə qeydiyyatlarının ləğv edilməsi və onların həmin mənzildən istifadə və yaşayış hüququna xitam verilməsi, Cavabdeh1 ilə bağlanılmış sosial kirayə müqaviləsinin ləğv edilməsi və həmin müqavilənin onun ilə bağlanılması, Cavabdeh1 əməllərinə hüquqi qiymət verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini dəyişdirirək, cavabdehlər Cavabdeh2 və Cavabdeh3 ünvan 1-ə qeydiyyatlarının ləğv edilməsi və onların həmin mənzildən istifadə və yaşayış hüquqlarına xitam verilməsi, Cavabdeh1 ilə 08 sentyabr 1979-cu il tarixində bağlanılmış sosial kirayə müqaviləsinin əvvəllər ləğv edildiyi nəzərə alınmaqla 02 aprel 2012-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu, Tolstoy küçəsi, mənzil 51-ə dair bağlanılmış sosial kirayə müqaviləsinin ləğv edilməsi və həmin müqavilənin onun ilə bağlanılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 07 mart 2016-cı il tarixli qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh3 qarşı onların ünvan 1 ünvanında yerləşən mənzildən istifadə və yaşayış hüquqlarına xitam verilməsi, Cavabdeh1 ilə 08 sentyabr 1979-cu il tarixində bağlanılmış sosial kirayə müqaviləsinin əvvəllər ləğv edildiyi nəzərə alınmaqla 02 aprel 2012-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu, Tolstoy küçəsi, mənzil 51-ə dair bağlanılmış sosial kirayə müqaviləsinih ləğv edilməsi və həmin müqavilənin iddiaçı ilə bağlanılması barədə iddiasının rədd edilməsi qət edilmişdir. Bakı şəhəri Yasamal rayon məhkəməsinin 07 mart 2016-cı il tarixli qərardadı ilə İddiaçı cavabdehlər X2 və Cavabdeh3 qarşı cavabdehlərin ünvan 1-ə qeydiyyatlarının ləğv edilməsi tələbi üzrə icraata xitam verilməsi qərara alınmışdır. İddiaçı Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 07 mart 2016-cı il tarixli qərardadından və qətnaməsindən apellyasiya şikayəti verərək onların maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarıldığından ləğv edilməsini, iddia tələblərinin təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 13 iyun 2018-ci il tarixli qərardadı ilə iddiaçı 13.03.2018-ci il tarixdə vəfat etdiyindən İddiaçı Cavabdeh1 və qeyrilərinə qarşı sosial kirayə müqaviləsinin ləğv edilməsi, istifadə hüququnun itirilməsi tələbinə dair mülki iş üzrə icraat İddiaçı hüquqi varisi müəyyən edilənədək dayandırılmışdır. Bundan sonra ünvan 2 ünvanlanmış, sorğuya cavab olaraq 43 saylı MKİS 24.07.2018-ci il tarixli məktubunda qeyd etmişdir ki, L.Tolstoy küçəsi 51 ünvanında paport qeydiyyatında olmuş İddiaçı 13.05.2018-ci ildə vəfat etmişdir. Həmin ünvanda onun ailə üzvlərindən heç kim qeydiyyatda deyil. Mənzil yerli sovetə məxsusdur. Mənzilin kirayəçisi Cavabdeh1dır və ailə üzvləri ilə birlikdə yaşayır. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 28 dekabr 2018-ci il tarixli qərardadı ilə iş üzrə icraat təzələnmiş, lakin İddiaçı vəkili X1 iddiaçının hüquq varislərini müəyyən edə bilmədiyindən iş üzrə icraatın dayandırılmasını xahiş etmişdir. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 17 yanvar 2019-cu il tarixli qərardadı ilə mülki iş üzrə icraat İddiaçı hüquqi varisi müəyyən edilənədək dayandırılmışdır. Daha sonra İddiaçı vəkili X1 ilə dəfələrlə əlaqə saxlanılsa da, hüquqi varislərini müəyyən edə bilmədiyini qeyd etdiyindən, məhkəmənin 10.06.2021-ci il tarixli qərardadı ilə mülki iş üzrə icraat təzələnmiş və Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 23.06.2021-ci il tarixli qərardadı ilə iddiaçı tərəfindən verilmiş şikayət təmin edilməmiş, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 07 mart 2016-cı il tarixli, 2(004)-1150/2016 saylı qərardadı dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmış cavabdehlər məhkəməyə gəlmədikləri üçün işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Müəyyən edilmişdir ki, İddiaçı 13.05.2018-ci il tarixdə ölmüşdür. Hazırki vaxtadək hüquqi varisi müəyyən edilməmişdir. Azərbaycan Respublikası MPM-nin 261.0.7-ci maddəsinə əsasən iş üzrə tərəflərdən biri olan şəxs öldükdən sonra mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol verməzsə iş üzrə icraata xitam verilir. MPM-nin 391-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi, həmin Məcəllənin 19-20-ci fəsillərində göstərilən əsaslar olduqda apelyasiya qaydasında icraata xitam verilməklə ləğv edilməlidir. Yuxarıdakılara əsasən və MPM-in 261, 391, 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı öldüyündən, hazırki mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 07 mart 2016-cı il tarixli 2(004)-1150/2016 saylı qətnaməsi ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Qərardaddan tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar