Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8497/2020 27.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ akimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi və məruzəsi ilə, Şirinov Ziya Allahverdi oğlu və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Musayev Şahəli Calal oğlunun katibliyi, cavabdeh ləğv prosesində olan “xxxx” ASC-nin nümayəndəsi X3, Cavabdeh3 nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdehlər “xxxx” ASC və Cavabdeh3 qarşı “ipoteka müqaviləsini etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4742/2016 saylı, xx xxxxxx 2016-ci il tarixli qətnaməsindən cavabdeh “xxxx” ASCin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasmda açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinə (ASC), Azərbaycan Respublikasının Mərkəzi Bankına və Cavabdeh1 qarşı iddia ərizəsi, sonradan isə iddia tələbinin həcminin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2016-cı il tarixdə Mərkəzi Bankdan daxil olmuş məktubdan, onunla Cavabdeh1 birgə nikahları dövründə əldə edilmiş və bu səbəblə birgə mülkiyyətləri hesab edilən Bakı şəhəri, Binəqədi rayonu, 1286-cı küçədə olan 0.55505 ha torpaq sahəsinin üzərində yerləşən, ümumi sahəsi 5140.3 kv.metr olan əmlak kompleksi kimi müəssisənin ASC-nin Mərkəzi Bank qarşısında olan öhdəliklərinin əvəzinə satılacağını öyrəndiyini, bundan sonra nə baş verməsi ilə bağlı araşdırma apardığını və həmin əmlakın onun razılığı alınmadan, cavabdehlər arasında bağlanılmış üçtərəfli müqavilə əsasında Mərkəzi Bankın qarşısında ASC-nin öhdəlik və borclarının əvəzi olaraq girov qoyulduğunun məlum olduğunu, halbuki nə özünün, nə də ərinin ASC qarşısında heç bir pul öhdəliklərinin olmadığını irəli sürmüş, buna görə də cavabdehlər arasında xx.xx.2009-cu il, xx.xx.2010-cu il və xx.xx.2010-cu il tarixlərdə bağlanmış sonrakı ipoteka müqavilələrinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4742/2016 saylı, xx xxxxxx 2016ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin olunmuşdur. Qətnamədən apellyasiya şikayəti verən ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi qətnamənin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini belə əsaslandırmışdır ki, hazırda Cavabdeh1 ASC qarşısında heç bir öhdəliyi olmasa da, mübahisəli əmlak kredit müqaviləsinin təminatı kimi əvvəllər ASC-nin xeyrinə ipotekaya qoyulmuş, sonradan ASC ilə Mərkəzi Bank arasında müxtəlif vaxtlarda bağlanmış kredit müqavilələrinin təminatı kimi əmlak kompleksi sonrakı ipoteka müqaviləsinə əsasən Cavabdeh1 tərəfindən Mərkəzi Bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir. Birinci instansiya məhkəməsi sübutları hərtərəfli və obyektiv araşdırmamış, yalnız iddiaçının maraqlarına üstünlük verərək və bütün dəlilləri iddiaçının xeyrinə yönəldərək maddi və prosessual hüquq normalarının pozulması ilə nəticələnən qətnamə çıxarmış, iddia müddətinin ötürülməsini nəzərə almamışdır. Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli qətnaməsi Cavabdeh2-yə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxx 2017-ci il tarixli qərarı ilə həmin qətnamədən Mərkəzi Bankın baş direktorunun verdiyi kassasiya şikayəti təmin, ASC-nin ləğvedicisi olan Əmanətlərin Sığortalanması Fondunun icraçı direktorunun müavininin verdiyi kassasiya şikayəti isə qismən təmin olunmuş, Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli qətnaməsi ləğv edilərək iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli qətnaməsi Cavabdeh2-yə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxxx 2018-ci il tarixli qərarı ilə həmin qətnamədən Mərkəzi Bankın baş direktorunun verdiyi kassasiya şikayəti təmin, ASC-nin ləğvedicisi olan Əmanətlərin Sığortalanması Fondunun icraçı direktorunun müavininin verdiyi kassasiya şikayəti isə qismən təmin olunmuş, Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli qətnaməsi ləğv edilərək iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli qətnaməsi Cavabdeh2-yə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-893/2019 saylı, xx xxxx 2019cu il tarixli qərarı ilə həmin qətnamədən Mərkəzi Bankın baş direktorunun verdiyi kassasiya şikayəti qismən təmin, ASC-nin ləğvedicisi olan Əmanətlərin Sığortalanması Fondunun icraçı direktorunun müavininin verdiyi kassasiya şikayəti isə təmin olunmuş, Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli qətnaməsi ləğv edilərək iş üzrə yeni qərar qəbul olunmuş, İddiaçı cavabdehlər “xxxx” ASC və Cavabdeh3 qarşı “ipoteka müqaviləsini etibarsız hesab edilməsi” tələbinə dair iddiası rədd olunmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxxx 2019cu il tarixli qərarı ilə, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-893/2019 saylı, xx xxxx 2019-cu il tarxili qərarı Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ, İİ və Vİİ hissələrinə, 60-cı maddəsinin İ hissəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 418.1 və 418.2-ci maddələrinə uyğun olmadığından qüvvədən düşmüş hesab edilmiş; işə bu Qərara uyğun olaraq Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və müddətdə yenidən baxılması qərara alınmışdır. Həmçinin, qərarda qeyd olunmuşdur ki, kassasiya instansiyası məhkəməsi artıq üçüncü dəfə işə baxıb yeni qərar qəbul edərkən apellyasiya instansiyası məhkəməsinin qərarında gəldiyi nəticəni düzgün hesab etməmiş, iddiaçının sonrakı ipoteka müqavilələri haqqında xx xxxx 2016-cı il tarixə kimi məlumatsız olması barədə irəli sürülən dəlilini inandırıcı saymamış və bunu “iddiaçının əmlakının yüklü olmasından xəbərdar olmaması istisna edilir”, “bunu bilməməsi artıq mümkün deyil” kimi ümumi ifadələr ilə əsaslandırmışdır. Bundan başqa qərarda qeyd olunmuşdur ki, İddiaçı iddiasını əsassız hesab edərək kassasiya instansiyası məhkəməsi ər-arvadın ümumi birgə mülkiyyətində olan əmlaka dair münasibətləri tənzimləyən müvafiq qanunvericiliyin normalarına istinad etsə də, onların tələblərinə zidd olan nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-893/2019 saylı, xx xxxx 2019cu il tarixli qərarı ilə, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2019-cu il tarixli qərarı və onunla bağlı Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli qətnaməsi ləğv edilərək, işə yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılmışdır. Təkrar apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclasında iştirak edən “xxxx” ASC-nin nümayəndəsi V.Qədirova və Cavabdeh3 nümayəndəsi R.Məmmədov apellyasiya şikayətinin dəlillərini Ali Məhkəmənin qərarında şərh olunanlara istinadla müdafiə edərək şikayətin təmin olunmasını xahiş etmişlər. Məhkəmə iclaslarının yeri və vaxtı barəsində lazımi qaydada məlumatlandırılmış iddiaçı və digər cavabdeh məhkəməyə gəlmədiyindən, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası izahatları dinləyib, аpеllyаsiyа şikаyətinin dəlillərini və iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanmalıdır. İşin müəyyən olunmuş və mübahisələndirilməyən hallarına görə, İddiaçı ilə Cavabdeh1 xx.xx.2004-cü il tarixdə nikaha daxil olmuş, Bakı şəhəri, Binəqədi rayonu, 1286-cı küçədə olan 0.55505 ha torpaq sahəsinin üzərində yerləşən, ümumi sahəsi 5140.3 kv.metr olan əmlak kompleksi kimi müəssisə xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh1 adına xx.xx.2009-cu il tarixdə qeydiyyata alınmış, xx.xx.2009-cu il tarixdə əmlak Cavabdeh2-nin qarşısında ipoteka ilə yüklü edilmişdir. İşin müəyyən olunan halı həmçinin ondan ibarətdir ki, Azərbaycan Respublikasının Mərkəzi Bank ilə Cavabdeh2 arasında xx.xx.2010-cu il tarixdə kredit müqaviləsi bağlanaraq ASC-yə xx.xx.2010-cu il tarixdən etibarən illik 3 faiz dərəcəsi ilə 12 000 000 manat məbləğində 2557 gün müddətinə uzunmüddətli kredit vermiş, kredit üzrə əsas borcun xx.xx.2017-ci il tarixədək ödənilməli olması nəzərdə tutulmuş, Mərkəzi Bankla ASC arasında bağlanmış xx.xx.2010-cu il tarixli digər kredit müqaviləsinə görə isə, Mərkəzi Bank ASC-yə xx.xx.2010-cu il tarixdən etibarən illik 3 faiz dərəcəsi ilə 13 000 000 manat məbləğində 3653 gün müddətinə uzunmüddətli kredit vermişdir. İş materiallarından görünür ki, Mərkəzi Bankla Cavabdeh2 və ipoteka qoyan Cavabdeh1 arasında xx.xx.2009-cu il tarixdə “Sonrakı ipoteka müqaviləsi” bağlanmış, xx.xx.2007-ci il tarixli 219 saylı sonrakı ipoteka müqaviləsi ilə yüklü edilmiş Cavabdeh1 mülkiyyət hüququ ilə məxsus Bakı şəhəri, Binəqədi rayonu, 1286-cı küçədə olan 0.55505 ha torpaq sahəsinin üzərində yerləşən, ümumi sahəsi 5140.3 kv.metr olan əmlak kompleksi kimi müəssisə xx.xx.2009-cu il tarixli 1192-180-09 saylı və xx.xx.2009-cu il tarixli 1187-180-09 saylı kredit müqavilələrinin təminatı olaraq Mərkəzi Bank qarşısında ipoteka ilə yüklü edilmiş, ipoteka predmetinin ümumi dəyəri tərəflər arasında 2 500 000 manat məbləğində qiymətləndirilmişdir. Eyni tərəflər (iş üzrə cavabdehlər) arasında bağlanmış xx.xx.2010-cu il tarixli İBO10-1309/3 saylı “Sonrakı ipoteka müqaviləsi”ndən görünür ki, xx.xx.2007-ci il tarixli 219 saylı “Sonrakı ipoteka müqaviləsi”, xx.xx.2009-cu il tarixli “Sonrakı ipoteka müqavilələri” ilə yüklü edilmiş Cavabdeh1 mülkiyyət hüququ ilə məxsus mübahisəli əmlak xx.xx.2010-cu il tarixli KBO-10-1309 saylı kredit müqaviləsinin təminatı olaraq Mərkəzi Bank qarşısında ipoteka ilə yüklü edilmiş, ipoteka predmetinin ümumi dəyəri tərəflər arasında 2 500 000 manat məbləğində qiymətləndirilmişdir. Eyni tərəflər arasında bağlanmış xx.xx.2010-cu il tarixli İBU10-1327/7 saylı “Sonrakı ipoteka müqaviləsi”ndən görünür ki, ipoteka predmeti xx.xx.2007-ci il tarixli 219 saylı “Sonrakı ipoteka müqaviləsi”, xx.xx.2009-cu il tarixli və xx.xx.2009-cu il tarixli “Sonrakı ipoteka müqavilələri” ilə yüklü edilmiş Cavabdeh1 mülkiyyət hüququ ilə məxsus mübahisəli əmlak xx.xx.2010-cu il tarixli KBU10-1323 saylı və xx.xx.2010-cu il tarixli KBU10-1327 saylı kredit müqavilələrinin təminatı kimi Mərkəzi Bank qarşısında ipoteka ilə yüklü edilmiş, ipoteka predmetinin ümumi dəyəri tərəflər arasında 2.500.000 manat məbləğində qiymətləndirilmişdir. İş materiallarından həmçinin aydın olur ki, Mərkəzi Bank tərəfindən Cavabdeh1 xx.xx.2016-cı il tarixdə məktub ünvanlanaraq Mərkəzi Bankla Cavabdeh2 arasında bağlanmış sonrakı ipoteka müqaviləsinə əsasən Cavabdeh1 mülkiyyət hüququ ilə məxsus mübahisəli əmlakın Mərkəzi Banka ipotekaya qoyulduğu və əmlakın ipotekasının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındığı bildirilmiş, Cavabdeh2-nin iddiaçıya ünvanladığı xx.xx.2016-cı il tarixli məktubda isə, mübahisəli əmlakın Bankın xeyrinə ipoteka ilə yüklü edildikdən sonra ASC və Mərkəzi Bank arasında müxtəlif vaxtlarda bağlanmış kredit müqavilələrinin təminatı kimi sonrakı ipoteka müqavilələrinə əsasən Mərkəzi Bankın xeyrinə ipoteka ilə yüklü edildiyi, hazırda A. Ənzəlovun ASC qarşısında heç bir öhdəliyinin olmadığı göstərilmişdir. Əvvəlki apellyasiya baxışı zamanı Bakı Apellyasiya Məhkəməsinin müvafiq sorğusuna cavab olaraq Abşeron rayon 1 saylı notariat kontoru tərəfindən məhkəməyə təqdim edilmiş xx xxxx 2018-ci il tarixli, 2213 saylı məktubda göstərilir ki, “notariat haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinə əsasən Notarius və ya müvafiq icra hakimiyyəti orqanı qanuna zidd və əqdin şərhindən ibarət olmayan, eləcə də, özündə insanın şərəf və ləyaqətini ləkələyən məlumatlar əks etdirməyən sənədlərdə imzanın həqiqiliyini təsdiq edir. Məktubda göstərilən notariat hərəkətində yalnız notariat kontorunda vətəndaşın imzasının həqiqiliyi təsdiq edilmiş və onun nüsxəsi notariat kontorunun arxivində saxlanılmır. Əvvəlki apellyasiya baxışı zamanı Bakı Apellyasiya Məhkəməsinin sorğusuna əsasən Bakı şəhəri 38 saylı notariat kontoru tərəfindən məhkəməyə təqdim edilmiş daşınmaz əmlakın alqı-satqı müqaviləsi, onun ləğvi barədə Saziş və müqavilənin ləğvinə əsas verən sənədlərin təsdiq edilmiş surəti məhkəməyə təqdim edilmişdir. Həmin sənədlərdən məlum olur ki, Cavabdeh1 ilə X6 arasında xx xxxxxx 2013-cü il tarixdə Əmlak kompleksi kimi müəssisənin alqı-satqı müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən satıcı Cavabdeh1 “Cavabdeh3” və “xxxx” ASC-də ipotekada olan Bakı şəh, Binəqədi ray, 1286-cı küçə ünvanında yerləşən əmlak kompleksi kimi müəssisəni alıcı X4 ******* (bir milyon üç yüz iyirmi min) manata satmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən verilmiş RX seriyalı, ******* saylı dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən məlum olur ki, sözügedən əmlak kompleksi kimi müəssisə xüsusi mülkiyyət hüquqi əsasında Cavabdeh1 adına xx.xx.2009-cu il tarixdə qeydiyyata alınmışdır. AZ-İ N 108305 saylı nikah haqqında şəhadətnamənin surətindən məlum olur ki, Cavabdeh1 ilə İddiaçı xx xxxx 2004-ci ildə rəsmi nikaha daxil olmuşlar. İddiaçı tərəfindən xx xxxxxx 2012-ci il tarixdə notariat kontoruna verilmiş ərizədən məlum olur ki, o, əri Cavabdeh1 Vaqif oğluna məxsus olan Bakı şəh, binəqədi ray, 1286-cı küçədə yerləşən ümumi sahəsi 5140.3 kv.m olan əmlak kompleksinin satılmasına, ipotekaya qoyulmasına və digər formada özgəninkiləşdirilməsinə etiraz etmir. Həmin ərizə Abşeron rayon 1 saylı notariat kontoru tərəfindən təsdiq edilmişdir. Notariat kontoruna X6 tərəfindən xx.xx.2013cü il tarixdə verilmiş razılıq ərizəsindən məlum olur ki, sözügedən əmlak kompleksi girovda qalmaqla onun tərəfindən alınmasına və Bakı şəhəri 38 saylı notariat kontorunda alqısatqı müqaviləsinin bağlanmasına etiraz etmir, razıdır. Sonradan həmin ərizəyə əl yazısı ilə düzəliş edilərək göstərilmişdir ki, xx.xx.2010-cu il tarixli və xx.xx.2010-cu il tarixli ipoteka müqaviləsinə əsasən yüklü olmasından xəbərdardır, həmçinin öhdəliyin cəmilikdə iyirmi beş milyon olmasından xəbərdardır. Cavabdeh3 tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə xx xxxxxxx 2013-cü il tarixdə ünvanlanan məktubun mətnindən bəlli olur ki, sözügedən əmlakın Mərkəzi bankda ipotekada qalmaq şərti ilə mülkiyyətçinin dəyişdirilməsinə və dövlət arayışı verilməsinə etiraz etmir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən verilmiş RX seriyalı, ******* saylı çıxarışın surətindən məlum olur ki, əmlak kompleksi xüsusi mülkiyyət hüququ əsasında X1 adına xx.xx.2013-cü il tarixdə qeydiyyatdan keçmişdir. 30 oktyabr iki min on beşinci il tarixli, Cavabdeh1 ilə X6 arasında bağlanmış xx.xx.2013-cü il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin ləğvi barədə sazişdən məlum olur ki, tərəflər həmin alqı-satqı müqaviləsini gəldikləri razılaşmaya və ərizəyə əsasən ləğv edirlər. “xxxx” ASC-in xx xxxxxxx 2015-ci il tarixdə və Cavabdeh3n xx xxxxxxx 2015-ci il tarixdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə ünvanladığı məktublara əsasən əmlakın ipotekada qalmaq şərti ilə xx xxxxxx 2013-cü il tarixli alqı-satqı müqaviləsinin ləğv edilməsinə və əvvəlki mülkiyyətçi Cavabdeh1 mülkiyyətinə keçirilməsinə etiraz etmirlər. İşin müəyyən olunan və mübahisələndirilməyən halına görə, iş üzrə cavabdehlər arasında həmin əmlaka dair sözügedən müqavilələr bağlandığı zaman iddiaçının razılığı alınmamış və o, notariat kontorunda əmlakın ipotekaya qoyulmasına razılıq verməmişdir. Mülki qanunvericiliyə əsasən əqd, mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir (Mülki Məcəllənin 324.1, 324.2, 324.4 və 324.5-ci maddələri). Mülki Məcəllənin 337.1-ci maddəsinə görə, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. “İpoteka haqqında” Qanunun 8.1-ci maddəsinə görə isə, ümumi birgə mülkiyyətdə olan əşya bütün mülkiyyətçilərin notariat qaydasında təsdiq edilmiş razılığı ilə ipotekaya qoyula bilər. Beləliklə, hər hansı əqdin (o cümlədən ipoteka müqaviləsinin) etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Bu zaman həmçinin nəzərə alınmalıdır ki, qanunvericilik ər-arvadın birgə nikah dövründə əldə etdikləri əmlaka dair bağlanan müqavilələrin etibarlılığı üçün xüsusi qaydalar da müəyyənləşdirmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32-ci maddəsinə əsasən, nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Həmin Məcəllənin 33-cü maddəsinə görə isə, ər-arvadın rəsmi reyestrdə qeydə alınmalı olmayan ümumi daşınar əmlakı üzərində sahiblik, istifadə və sərəncam hüququ onların qarşılıqlı razılığı əsasında həyata keçirilir. Ər-arvaddan birinin daşınmaz əmlak üzərində sərəncam vermək barədə notariat qaydasında təsdiq edilən və (və ya) qeydiyyata alınan əqdlər bağlaması üçün digər tərəfin notariat qaydasında təsdiq edilmiş razılığı lazımdır. Ərin (arvadın) bu barədə notariat qaydasında təsdiq olunmuş razılığı olmadıqda, bu əqd Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş müddətdə mübahisələndirilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225-ci maddəsinə görə də, “ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Ər-arvaddan hər birinin əmlakı o halda onların birgə mülkiyyəti sayıla bilər ki, nikah dövründə ərlə arvadın ümumi əmlakı və ya ərin (arvadın) şəxsi əmlakı hesabına həmin əmlakın dəyərini əhəmiyyətli dərəcədə artıran vəsait qoyulduğu (əsaslı təmir, yenidənqurma, yeni avadanlıqla təchizetmə və i.a.) müəyyənləşdirilsin. Əgər nikah kontraktında və ya ərlə arvadın razılaşmasında ayrı qayda nəzərdə tutulubsa, bu qayda tətbiq edilmir. Daşınmaz əmlaka birgə hüququ olan ərin (arvadın) razılığı olmadan daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış hüquq barədə bağlanmış müqavilə etibarsız hesab edilir. Bu, həmçinin əldə edənin belə hüququn yalnız müqavilə tərəfinə məxsus olması barədə vicdanlı olduğu hallara da aiddir. Əgər müqavilə üzrə tərəf müqavilənin etibarsızlığını bilirdisə və ya bilməli idisə, əldə edən həmin tərəfdən etibarsızlıqdan irəli gələn zərərin əvəzinin ödənilməsini tələb edə bilər”. “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 46-cı maddəsinin 2-ci hissəsində də nəzərdə tutulmuşdur ki, ər-arvadın birinin daşınmaz əmlak üzərində sərəncam vermək barədə notariat qaydasında təsdiq edilən və (və ya) qeydiyyata alınan əqdlər bağlaması üçün digər tərəfin notariat qaydasında təsdiq edilmiş razılığı lazımdır. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, əmlakın xx.xx.2009-cu, xx.xx.2010-cu və xx.xx.2010-cu il tarixli “Sonrakı ipoteka müqavilələri” əsasında Mərkəzi Bankın xeyrinə ipoteka ilə yüklü edilməsi zamanı iddiaçının razılığının alınmaması onun mülkiyyət hüquqlarını pozmuş, birinci instansiya məhkəməsi də həmin halı nəzərə almaqla sözügedən müqavilələrin bağlandığı andan etibarsız olması barədə düzgün nəticəyə gəlmişdir. Kollegiya Cavabdeh2-nin nümayəndəsinin iddiaya etirazının və apellyasiya şikayətinin əsaslarından biri kimi irəli sürdüyü iddia müddətinin ötürülmüş olması arqumentini də əsassız hesab edərək qeyd edir ki, birincisi, iddiaçının iddia tələbləri onun mülkiyyət hüququnun müdafiəsi ilə bağlı olduğundan Mülki Məcəllənin 384-cü maddəsinə görə bu tələblərə iddia müddəti şamil edilmir. Digər tərəfdən, mülki işin materiallarından iddiaçının, mübahisələndirdiyi ipoteka müqavilələrindən 2016-cı ilin aprel ayına qədər məlumatlı olduğu müəyyən olunmur və cavabdehlər bunu təsdiq edəcək hər hansı sübutu məhkəməyə təqdim etməmişlər. Nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən isə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Bu baxımdan kollegiyanın qənaətinə görə, A. Mahmudovanın məhkəmə müdafiəsindən istifadə hüququnun yarandığı tarixin əvvəli məhz ipoteka müqavilələri barədə məlumat aldığı tarix (2016-cı ilin aprel-may ayı) olaraq qəbul edilməlidir.. Belə ki, Cavabdeh1 isə Nəsimi rayon məhkəməsində xx xxxx 2016-cı il tarixli məhkəmə iclasında iştirak etmiş, həmin tarixli məhkəmə iclas protokoluna nəzər saldıqda bildirmişdir ki, “X5 xeyrinə ipotekaya qoyulmasından arvadının, yəni İddiaçı razılığı olmamış, ipoteka müqavilələrinin bağlanmasından xəbəri olmamışdır. Həmin əmlak onların birgə nikahı dövründə alınmışdır. Ona heç bir kredit vəsaiti verilməmişdir. Atasına bizneslə pul lazım olduğu üçün ipoteka müqaviləsini imzalamışdır. Lakin atası da pulu götürməmişdir. O vaxt həyat yoldaşının razılığı alınmamış, notariusa getməmişdir, indi bu işdən xəbər tutmuşdur. Bütün bunları həyat yoldaşından gizlətmişdir.” Bununla da apellyasiya şikayətinin dəlilləri öz təsdiqini tapmamışdır. “L.İ. Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının xx xxxx 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” x xxx 2008-ci il tarixli Qərarında Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, “iddia müddəti pozulmuş hüququn müdafiəsinin müddəti kimi bu müddətin axımının başlanmasına səbəb olan subyektiv hüququn pozulması ilə ayrılmaz surətdə bağlıdır. Buna görə, məhkəmə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələlərini araşdırmadan iddia müddətinin keçməsinə görə iddianı rədd etməkdə haqlı deyil. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassızdır, çünki iddia müddətinin keçməsinə görə məhkəmənin gəldiyi nəticə lazımi əsasa söykənmir”. Bu mənada kollegiyanın qənaətinə görə, iddiaçının qanunvericiliklə təminat altına alınan subyektiv hüquqlarının kobud şəkildə pozulmuş olduğu müəyyən edildiyindən, iddia müddətinin ötürülmüş olması arqumentinin – hətta bu arqument qəbul edilmiş olsaydı belə - onun iddiasının rədd edilməsi üçün əsas hesab edilməsi, gəlinən qənaətlə ziddiyət təşkil edər və lazımi əsasa söykənməmiş olardı. Kollegiya onuda qeyd etməyi zəruri hesab edir ki, öhdəlik hüququnda etibarsızlıq, bir müqavilənin öhdəlik əmələ gətirməsi üçün tələb olunan şərtlərdən biri və ya bir neçəsinin əksikliyini ifadə edir. Etibarsızlıq halında öhdəlikyaradıcı müqavilə bağlanmış, meydana gəlmiş olmaqla birlikdə, hüquq sistemi, tərəflərin belə bir müqavilə ilə reallaşdırmaq istədikləri hüquqi nəticənin əmələ gəlməsinə mane olur. Mülki Məcəllənin 337-ci maddəsinin göstərişinə görə, qanunvericiliyin tələblərinin pozulması, bağlanmış əqdin hüquqi nəticə doğurmasına imkan vermir, yəni bu halda etibarsızlıq qanuna zidliyin sanksiyası kimi ortaya çıxır. Mülki Məcəllə etibarsız əqdləri “əhəmiyyətsiz əqd” və “mübahisə edilən əqd” adlı iki əsas qrupda birləşdirir (m. 337.1/2-ci cümlə). Mülki Məcəllənin 337.2-ci maddəsinin 1-ci cümləsi mübahisə edilən əqdin mübahisə edildiyi halda, bağlandığı andan etibarsız olmasını nəzərdə tutur; başqa sözlə, bu cür əqd bağlandığı andan etibarlıdır, lakin mübahisə edilərsə, onda digər şərtlərin də mövcudluğu halında, bağlandığı andan etibarsız olacaqdır. Bu etibarsızlıq növünün əsas cəhəti, qüsurlu əqdin tam şəkildə etibarsız hala gəlməsi üçün, pozulan etibarlılıq şərti ilə qorunan tərəfə əqdi mübahisələndirmək hüququnun tanınmasıdır. Kollegiya hesab edir ki, mübahisə edilən əqdlərin mübahisələndirilməsi kəsici müddətə tabedir; bununla belə nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 354.2-ci maddəsinə əsasən maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığını mübahisə etmək hüququna malikdir. Hazırkı işin hallarından görünür ki, iddiaçının mübahisələndirdiyi əqdlər 2009-2010-cu illərdə bağlanmış olsalar da, Mərkəzi Bankın xx xxxxx 2016-cı il tarixli bildirişi yaşadığı ünvana göndərilənədək iddiaçının onlardan məlumatı olmamış, o, əqdlərin etibarsız sayılmasına əsas verən halı məhz bu tarixdən sonra bilərək müddəti ötürmədən məhkəməyə müraciət etmişdir. Bu mənada kollegiyanın qənaətinə görə, iddiaçının müvafiq müddəti, yəni Mülki Məcəllənin 354.2-ci maddəsində nəzərdə tutulmuş müddəti ötürdüyü qənaətinə gəlmək də işin hallarına uyğun deyildir. Şərh olunanları ümumiləşdirərək məhkəmə kollegiyası hesab edir ki, birinci intansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Xüsusilə qeyd olunmalıdır ki, Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4742/2016 saylı, xx xxxxxx 2016ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği apellyatora aid olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim: Fuad Babayev Hakimlər: Ziya Şirinov Vahid Sadıqov
Məhkəmə qərarları › İş №2(103)-8497/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8497/2020
27.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver