Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8520/2020 25.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Məmmədov Məmməd Allahverdi oğlundan və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Arifli Şamxal Mehdi oğlunun katibliyi, cavabdehin nümayəndəsi və vəkili X2 iştirakı ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(005)- 2721/20 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə mülki işə baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “aliment tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakim V.Quliyev, iş № 2(005)-2721/20) iddia qismən təmin edilərək Cavabdeh xx.xx.2013-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay sabit pul məbləğində 170 (bir yüz yetmiş) manat miqdarında alimentin alınaraq İddiaçı ödənilməsi qət edilmiş, iddia tələbi qalan hissədə təmin olunmamışdır. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin qismən ləğv edilməsini və iddianın tam təmin olunmasını xahiş etmişdir. İşin halları: İddiaçı 3 il ərzində Cavabdeh tərəfindən ona ödənilməmiş sabit pul məbləğində aliment - 2017-ci ilin avqust ayının 1- dən 2017-ci ilin dekabr ayının 31-dək 5 ay ərzində ayda 136.6 manat olmaqla 683 manat, 2018-ci ilin yanvar ayının 1-dən 2018-ci ilin dekabr ayının 31-dək 12 ay ərzində ayda 154 manat olmaqla 12 ay üçün 1848 manat, 2019-cu ilin yanvar ayının 1-dən 2019-ci ilin dekabr ayının 31-dək 12 ay ərzində ayda 160 manat olmaqla 12 ay üçün 1920 manat, 2020-ci ilin 7 ayı üçün yanvar ayının 1-dən iyul ayının 31-dək ayda 170 manatdan olmaqla 1.190 manat, ümumilikdə 3 il (36 ay) ərzində 5641 manat sabit pul məbləğində aliment və xx xxxxxx 2013-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanması üçün sabit pul məbləğində ayda 170 manat olmaqla alimentin Cavabdeh tutularaq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı daha sonra iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək son 3 il ərzində Cavabdeh tərəfindən İddiaçı ödənilməmiş sabit pul məbləğində aliment - 2017ci ilin avqust ayının 1-dən 2017-ci ilin dekabr ayının 31-dək 5 ay ərzində ayda 136.6 azn olmaqla 683 manat, 20 İ 8-ci ilin yanvar ayının 1-dən 2018-ci ilin dekabr ayının 31-dək 12 ay ərzində ayda 154 manat olmaqla 12 ay üçün 1848 manat, 2019-cu ilin yanvar ayının 1dən 2019-ci ilin dekabr ayının 31-dək 12 ay ərzində ayda 160 manat olmaqla 12 ay üçün 1920 manat, 2020-ci ilin 7 ayı üçün yanvar ayının 1-dən iyul ayının 31-dək ayda 170 manatdan olmaqla 1.190 manat, ümumilikdə 3 il (36 ay) ərzində 5641 manat sabit pul məbləğində aliment və xx xxxxxx 2013-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanması üçün sabit pul məbləğində ayda 170 manat olmaqla alimentin Cavabdeh tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı apellyasiya şikayətini iddia ərizəsi ilə eyni əsaslarla əsaslandırmışdır. Cavabdehin nümayəndəsi (vəkili) S.Quliyev məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini qəbul etməyərək onun rədd olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı heç bir üzrlü səbəb göstərmədən məhkəməyə gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsini rəhbər tutaraq gəlməyən tərəfin iştirakı olmadan işə baxılmasını mümkün saydı. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Mülki Prosessual Məcəllənin 372.6 və 372.7-ci maddələrinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İşdən göründüyü kimi, hazırkı qətnamə ilə iddiaçı iddianın təmin edilməyən hissəsini mübahisələndirmişdir. İddianın təmin edilən hissəsində (hər ay 170 manat alimentin tutulması) qətnamə cavabdeh tərəfindən mübahisələndirilməmişdir. Məhkəmə kollegiyası bunu nəzərə alaraq qətnamənin qanuniliyini və əsaslılığını yalnız mübahisələndirilən hissədə yoxlayır və qiymət verir. Məhkəmə kollegiyası sədrlik edənin işin hallarına dair məruzəsini, cavabdehin nümayəndəsinin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı və Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi apellyasiya şikayəti üzrə mübahisələndirilən hissədə (iddianın təmin edilməyən hissəsində) dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. Birinci instansiya məhkəməsi iddianın təmin edilməyən hissəsində mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı tərəf məhkəmə iclasında cavabdehdən son 3 il ərzində aliment tələb etməsinə dair sübut təqdim edə bilməmişdir. Birinci instansiya məhkəməsinin qənaətinə görə iddia 3 il ərzində aliment tələbinə dair hissədə təmin edilməməlidir. Məhkəmə iş üzrə gəldiyi nəticəni Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.3cü maddəsi ilə əsaslandırmışdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.3-cü maddəsinə görə məhkəmə iddiaçının aliment almaq üçün məhkəməyə müraciət edənədək tədbirlər gördüyünü, lakin aliment ödəməli olan şəxsin onu verməkdən boyun qaçırması nəticəsində alimentin alınmadığını müəyyən edərsə, əvvəlki dövr üçün aliment 3 illik müddət həddində verilə bilər. Yuxarıda qeyd olunduğu kimi, qətnamədən yalnız iddiaçı apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri iddia ərizəsi ilə eynilik təşkil etdiyindən məhkəmə kollegiyası bir daha qeyd edir ki, cavabdehə son 3 il ərzində aliment ödənilməsi ilə bağlı hər hansı müraciət edilməsi, yaxud tədbir görülməsi və cavabdehin onu verməkdən boyun qaçırması halları müəyyən edilməmişdir. Cavabdeh iddiaya etiraz edərək maddi yardım göstərdiyini, sonuncu dəfə xx.xx.2019-cu il tarixdə 2000 manat pul vəsaiti verdiyini bildirmişdir. Apellyasiya şikayətinə əlavə edilmiş xəbərdarlıq isə xx.xx.2020-ci il tarixdə tərtib edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni apellyasiya qaydasında mübahisələndirilən hissədə düzgün həll etmiş, qətnamə həmin hissədə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. İddiaçının apellyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin mübahisələndirilən hissədə dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi apellyasiya şikayəti üzrə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Akif İsgəndərov Hakimlər: Məmməd Məmmədov Elşən Kazımov
Məhkəmə qərarları › İş №2(103)-8520/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8520/2020
25.11.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver