Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-8529/2020 20.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Elşən Kazımov və Elmira Nağıyevadan ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı “mənəvi zərərin əvəzinin ödənilməsi barədə” iddiasına dair mülki iş üzrə Xətai Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Həmin qərardadla qərara alınıb ki, hazırkı iş üzrə xx.xx.2020-ci il tarixli qətnamədən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti geri qaytarılsın. Geriqaytarma onunla əsaslandırılıb ki, apelyasiya şikayətini etibarnaməyə əsasən imzalamış nümayəndənin apelyasiya şikayətini imzalamaq səlahiyyəti etibarnamədə göstərilməyib, bu hal isə belə qiymətləndirilir ki, apelyasiya şikayəti onu imzalamağa hüququ olmayan şəxs tərəfindən imzalanıb. Mülki-Prosessual Məcəllənin 363.1.1-ci maddəsinə görə apelyasiya şikayəti onu imzalamağa hüququ olmayan şəxs tərəfindən imzalanmışdırsa o, qaytarılır Şikayətdə tələb olunub ki, qərardad ləğv edilsin. Şikayət təmin olunmalıdır. Belə ki, Mülki-Prosessual Məcəllənin 74.2-ci maddəsinə görə məhkəmə aktından şikayət verilməsi ilə əlaqədar nümayəndənin səlahiyyəti təmsil olunan tərəfin verdiyi etibarnamədə xüsusi göstərilməlidir. Hazırkı iş üzrə apelyasiya şikayətini imzalamış nümayəndənin məhkəmə aktlarından şikayət vermək səlahiyyəti apelyasiya şikayətinə əlavə edilmiş etibarnamədə (iş v. 136) xüsusi göstərilib. Odur ki, qərardad ləğv edilməli və apelyasiya şikayəti qəbul olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 397 və 398-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət təmin olunsun. Hazırkı iş üzrə Xətai Rayon Məhkəməsinin “apelyasiya şikayətinin qaytarılması barədə” xx.xx.2020-ci il tarixli qərardadı ləğv olunsun və həmin apelyasiya şikayəti qəbul olunsun. Qərardaddan şikayət verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-8529/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-8529/2020
20.11.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver