Məhkəmə qərarları › İş №2(103)-8562/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8562/2021

03.09.2021 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8562/2021 03.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Emin Mehdiyev və Xəyal Sarıyevdən ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, İddiaçı, cavabdehin vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “əmək haqqının ödənilməsi barədə” iddiasına dair mülki iş üzrə Xətai Rayon Məhkəməsinin 30.06.2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia ərizəsində tələb olunub ki, 2.430 manat əmək haqqı cavabdehdən alınaraq iddiaçıya verilsin. Qətnamə ilə qət olunub ki, iddia təmin edilməsin. Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və iddia təmin olunsun. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin əsaslı olduğunu, cavabdehin nümayəndəsi isə apellyasiya şikayətinin əsassız olduğunu bildirdi. Məhkəmə işin həlli ilə bağlı aşağıdakıları qeyd edir. Tərəflər arasında bağlanmış 01.04.2019-cu il tarixli əmək müqaviləsinə əsasən iddiaçı cavabdeh təşkilatda sürücü işləyib. 14.02.2020-ci ildə əmək müqaviləsi işçinin təşəbbüsü ilə ləğv edilib. 17.02.2020-ci ildə iddiaçı ərizə ilə cavabdeh təşkilata müraciət edərək təsdiq edib ki, işdən azad olunması ilə əlaqədar son haqq-hesabı alıb və əmək kitabçasını götürüb (iş v. 27). İddiaçı bu tarixdən 1 il 3 ay sonra hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edib. Bununla da iddiaçı Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü hissəsində müəyyən edilmiş 1 illik iddia müddətini ötürüb. Cavabdeh isə iddia müddətinin tətbiq edilməsi barədə ərizə verib (iş v. 26). Beləliklə, məhkəmə Əmək Məcəlləsinin 296-cı maddəsinin və Mülki Məcəllənin 375.2-ci maddəsinin göstərişlərinə əsaslanaraq hesab edir ki, birinci instansiya məhkəməsi iddianı rədd etməklə düzgün nəticəyə gəlib, qətnamənin ləğv edilməsi üçün əsas yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Xətai Rayon Məhkəməsinin 30.06.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar