Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-8570/2022 30.12.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Əli oğlunun sədrliyi ilə, İsgəndərov Akif Əsgər oğlu və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Sadıqov Mehman Norəs oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Akçalı (Musayeva) Zibeydə İlham qızına qarşı “aliment borcları ödəməkdən azad edilməsi” tələbinə dair iddiası üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 28 oktyabr 2022-ci il tarixli, 2(011)-5599/2022 saylı qətnaməsindən iddiaçının vəkili tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiyanın mümkünlüyünü Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında yoxlayaraq M Ü Ə Y Y Ə N E T D İ: Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 28 oktyabr 2022-ci il tarixli, 2(011)- 5599/2022 saylı qətnaməsi ilə İddiaçı cavabdeh Akçalı (Musayeva) Zibeydə İlham qızına qarşı – qızı X1 üçün cavabdeh Akçalı (Musayeva) Zibeydə İlham qızının xeyrinə məhkəmədə iddia qaldırılan günə kimi tutulmalı olan aliment üzrə borcu ödəməkdən tam azad edilməsi, ondan tutulan alimentin miqdarının əlillik pensiyasının ¼ hissəsi – 45 manat məbləğində müəyyən edilməsi tələbinə dair iddiası rədd edilmişdir. İddiaçının vəkili Vəkil həmin qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası mülki işin materiallarını və daxil olmuş apellyasiya şikayətini nəzərdən keçirərək hesab edir ki, apellyasiya qeyri-mümkün hesab edilməli və apelyasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə Bakı Şəhəri Xətai Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir; 10-1.7-ci maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sistemində elektron sənəd dövriyyəsi üçün gücləndirilmiş elektron imzadan və sertifikatlaşdırılmış elektron imza vasitələrindən istifadə edilir; 74.2-ci maddəsinə əsasən iddia ərizəsinin imzalanması, işin münsiflər məhkəməsinə verilməsi, iddia tələblərindən tam və ya qismən imtina edilməsi, iddianın etiraf edilməsi, iddianın predmetinin və ya əsasının dəyişdirilməsi, barışıq sazişi bağlanması səlahiyyətinin başqa şəxsə tapşırılması, mübahisənin mediasiya vasitəsilə həllinə razılıq verilməsi, məhkəmə aktından şikayət verilməsi, məhkəmə aktının məcburi icrası tələbləri, qət olunmuş əmlakın və ya pul məbləğinin alınması ilə əlaqədar nümayəndənin səlahiyyətləri təmsil olunan tərəfin verdiyi etibarnamədə xüsusi göstərilməlidir. 361.2-ci maddəsinə görə, apellyasiya şikayəti, şikayəti vermiş şəxs, onun qanuni nümayəndəsi və ya nümayəndəsi, yaxud vəkili tərəfindən imzalanır. Qanuni nümayəndə və ya nümayəndə, yaxud vəkil tərəfindən verilən apellyasiya şikayətinə, əgər işdə yoxdursa müvafiq olaraq nümayəndənin, yaxud vəkilin səlahiyyətini təsdiq edən etibarnamə, vəkilin orderi və ya digər sənəd əlavə edilməlidir; 363.1 və 363.1.1-ci maddələrinə əsasən apellyasiya şikayəti imzalanmamışdırsa və ya onu imzalamağa hüququ olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışdırsa, habelə apellyasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. 364-cü maddəsinə əsasən birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. “Elektron Məhkəmə” İnformasiya Sistemində yaradılan elektron kabinet vasitəsilə verilmiş apellyasiya şikayəti iddiaçının vəkili tərəfindən elektron imza ilə təsdiq edilsə də, şikayətə vəkilin səlahiyyətini təsdiq edən etibarnamə əlavə edilməmişdir. Göründüyü kimi, işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsaslar yoxdur. Yuxarıda göstərilənlərə əsasən və və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 361, 363, 366 və 402, 405-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, Q Ə R A R A A L D İ: İddiaçı cavabdeh Akçalı (Musayeva) Zibeydə İlham qızına qarşı “aliment borcları ödəməkdən azad edilməsi” tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 28 oktyabr 2022-ci il tarixli, 2(011)-5599/2022 saylı qətnaməsindən iddiaçının vəkili tərəfindən verilmiş apelyasiya şikayəti üzrə apelyasiya qeyri-mümkün hesab edilsin və apelyasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə Bakı Şəhəri Xətai Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Məhəmməd Rüstəmli Hakimlər: Akif İsgəndərov Vahid Sadıqov
Məhkəmə qərarları › İş №2(103)-8570/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-8570/2022
30.12.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver