Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-8603/2020 24.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi ilə İddiaçı Cavabdeh1 MTK-ya və Cavabdeh2 qarşı “ümumi yığıncağın qərarının ləğv edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qərardadından Cavabdeh2 nümayəndəsi tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1 MTK-ya və Cavabdeh2 qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə (məhkəmə) müraciət edərək, Bakı şəhəri, Nərimanov rayonu, S.Rəhimov küçəsində yerləşən 11 saylı evin 36 saylı mənzilinin Cavabdeh2 veriməsi barədə Cavabdeh1 Ümumi Yığıncağının xx.xx.2020-ci il tarixli qərarının ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmənin xx xxxxxxx 2020-ci il tarixli qərardadı ilə Cavabdeh2 İddiaçı və Cavabdeh1xxxxxxxxxxxxxx“MTK-nın ümumi yığıncağının növbədənkənar çağrılmış ümumi yığıncağının xx xxxxx 2018-ci il tarixli qərarının ləğv edilməsi” məzmunlu qarşılıqlı iddia ərizəsi geri qaytarılmış, həmin tarixli qətnamə ilə isə İddiaçı iddia tələbinin təmin olunması qət edilmişdir. Həmin qərardaddan Cavabdeh2 nümayəndəsinin verdiyi şikayət təmin edilməyərək baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq və şikayətin dəlillərini müzakirə edərək hesab edir ki, şikayət təmin olunmamalı, birinci instansiya məhkəməsinin mübahisələndirilən qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 155.1-ci maddəsinə əsasən, cavabdeh ilk iddia ilə birlikdə baxılmaq üçün iddiaçıya qarşılıqlı iddia verməyə haqlıdır. Qarşılıqlı iddia işin baxılmasına başlanana kimi verilməlidir. Məhkəmə baxışı zamanı qarşılıqlı iddia o halda verilə bilər ki, onun verilməsi üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, Cavabdeh2 qarşılıqlı iddia ərizəsi işin baxılmasına başlananadək verilməmiş və onun verilməsi üçün əsaslar məhkəmə baxışı gedişində yaranmamışdır. Xüsusilə nəzərə alınmalıdır ki, iddiaçı özü Cavabdeh1 MTK-nın ümumi yığıncağının növbədənkənar çağrılmış ümumi yığıncağının xx xxxxx 2018-ci il tarixli qərarına istinadla müvafiq iddia tələbini irəli sürmüş, Cavabdeh2 nümayəndəsi iddianın məzmunundan xəbərdar olmaqla ona dair etirazlarını bildirmişdir; belə olan halda isə qarşılıqlı iddianın verilməsi üçün əsasların məhkəmə baxışının gedişində yarandığı nəticəsinə gəlmək mümkün deyildir. Həmçinin qeyd olunmalıdır ki, artıq iş üzrə yekun məhkəmə aktı çıxarılmışdır; bu isə o deməkdir ki, qarşılıqlı iddianın icraata götürülməsinin digər prosessual əsasları da qalmamışdır. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Şikayət təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1216/2020 saylı iş üzrə xx xxxxxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz. Hakimlər: Elnur Həsənov Xumar Mərdanova Fuad Babayev
Məhkəmə qərarları › İş №2(103)-8603/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-8603/2020
24.11.2020 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver