Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-861/2024 05.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin X15 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ Açar sözlər: (“pul ”) hakimlər X10 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, hakim köməkçisi Həsənova Ləman Rasim qızının katibliyi, iddaçının nümayəndəsi vəkil Nümayəndə iştirakı ilə, İddiaçı MMC-nin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin X15 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə Cavabdeh qarşı “pul” tələbinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1524/2023 saylı işi üzrə xx.xx.2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı:
1. İddiaçı MMC-nin Azərbaycan Respublikasındakı Nümayəndəliyi cavabdehlər X13, X6 və X11 qarşı “əqdlərin etibarsız hesab olunması və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC-nin Azərbaycan Respublikasındakı nümayəndəliyinin mülkiyyətində olmuş H014070 dövlət qeydiyyat nişanlı «Subaru Outback» markalı minik avtomobilinin cavabdeh X3 barədə xx.xx.2015-ci il tarixli alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin müqavilə əsasında verilmiş AC 452895 saylı qeydiyyat şəhadətnaməsinin ləğv edilməsi, **-XF-*** dövlət qeydiyyat nişanlı «Subaru Outback» markalı minik avtomobilinin cavabdeh X1 barədə xx.xx.2004-cü il tarixli alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin müqavilə əsasında verilmiş AD 791391 saylı qeydiyyat şəhadətnaməsinin ləğv edilməsi, **-XF-*** dövlət qeydiyyat nişanlı «Subaru Outback» markalı minik avtomobilinin cavabdeh X13 istifadəyə verilməsi barədə xx.xx.2020-ci il tarixli etibarnamənin etibarsız hesab edilməsi, **-XF-*** dövlət qeydiyyat nişanlı «Subaru Outback» markalı minik avtomobilinin cavabdehlərdən alınaraq "Franke Kaukasus” MMC-nin Azərbaycan Respublikasındakı nümayəndəliyinə işlək vəziyyətdə qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. Cavabdeh X9 nümayəndəsi vəkil X18 etiraz təqdim edərək, iddia ərizəsinin təmin edilməməsini və iddia müddətinin tətbiqi barədə ərizə təqdim edərək, iddia tələbinə iddia müddətinin tətbiq edilərək iddia ərizəsinin təmin edilməməsini xahiş etmişdir.
3. İddiaçı "Franke Kaukasus” MMC-nin Azərbaycan Respublikasındakı Nümayəndəliyi iddia ərizəsinə əlavə təqdim edərək, "Franke Kaukasus” MMC-nin Azərbaycan Respublikasındakı nümayəndəliyinin mülkiyyətində olmuş H014070 dövlət qeydiyyat nişanlı "Subaru Outback” markalı minik avtomobilinin qanunsuz satılmasından əldə olunmuş 12000 ABŞ dolları məbləğində pul vəsaitinin Cavabdeh iddiaçı "Franke Kaukasus” MMC-nin Azərbaycan Respublikasındakı nümayəndəliyinin xeyrinə tutulması barədə qətnamə qəbul və Cavabdeh hərəkətlərində AR Cinayət Məcəlləsinin 178.3, 308.2ci maddələrində nəzərdə tutulmuş cinayətlərin əlamətləri olduğu üçün bu barədə xüsusi qərardad çıxarmaqla müvafiq prokurora xəbər verilməsini xahiş etmişdir.
4. İddiaçı "Franke Kaukasus” MMC-nin Azərbaycan Respublikasındakı Nümayəndəliyi ərizə təqdim edərək, iddianın qiyabi icraat qaydasında baxılmasına etiraz etmədiyini bildirmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə işə qiyabi icraat qaydasında baxılması qərara alınmışdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(006)-474/2022 nömrəli qərardadı ilə "Franke Kaukasus” MMC-nin Azərbaycan Respublikasındakı nümayəndəliyinin keçmiş işçisi Cavabdeh xx.xx.2015-ci il tarixli alqı-satqı müqaviləsinin bağlanmasında əməllərinin araşdırılması və hüquqi qiymət verilməsi üçün Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilməsi qərara alınmışdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(006)-474/2022 nömrəli qiyabi qətnaməsi ilə iddia təmin edilmiş, 12000 ABŞ dolları məbləğində pulun (ödəniş anında Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla) Cavabdeh tutularaq iddiaçı "Franke Kaukasus” MMC-nin Azərbaycan Respublikasındakı nümayəndəliyinə ödənilməsi qət edilmişdir.
5. Cavabdeh nümayəndəsi Vəkil ərizə təqdim edərək, qiyabi qətnamənin ləğv edilməsi və işin təzələnərək mahiyyəti üzrə baxılması barədə qərardad çıxarılmasını xahiş etmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(006)-1524/2023 nömrəli qərardadı ilə ərizə təmin edilmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(006)-474/2022 nömrəli qiyabi qətnaməsinin ləğv edilməsi və mülki işin təzələnərək mahiyyəti üzrə baxılması qərara alınmışdır.
6. İşin icraatı zamanı müəyyən edilmişdir ki: - Cavabdeh məxsus MT-İ seriyalı ******* nömrəli əmək kitabçasına əsasən, o, xx.xx.2007-ci ildə "Franke Kaukasus” MMC-nin AR Nümayəndəliyinə baş menecer vəzifəsinə qəbul olunmuş, xx.xx.2010-cu ildə AR Əmək Məcəlləsinin 68-ci maddəsinə (öz xahişinə) əsasən işdən azad edilmişdir; - Nəqliyyat vasitəsinin AA seriyalı 924700 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən, H014070 qeydiyyat nişanlı "Subaru Outback” minik markalı nəqliyyat vasitəsinin sahibi xx.xx.2007-ci il tarixli alğı-satqı müqaviləsinə (BDYPİ) əsasən "Franke Kaukasus” MMC Nümayəndəliyidir; - Nəqliyyat vasitəsinin AC seriyalı 452895 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən 99- XF-895 qeydiyyat nişanlı "Subaru Outback” minik markalı nəqliyyat vasitəsinin sahibi xx.xx.2015-ci il tarixli alğı-satqı müqaviləsinə (BDYP) əsasən X14r; - Nəqliyyat vasitəsinin AD seriyalı 791391 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən, 99- XF-895 qeydiyyat nişanlı "Subaru Outback” minik markalı nəqliyyat vasitəsinin sahibi xx.xx.2020-ci il tarixli alğı-satqı müqaviləsinə (BDYPİ) əsasən X7r; - "e-gov.az”dan çıxarışa əsasən, Cavabdeh xx.xx.2014xx.xx.2019-cu illər ərzində "Ava-Best” MMC-də baş menecer işləmişdir; - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X25 İdarəsinin xx.xx.2021-ci il, xx.xx.2021-ci il və xx.xx.2023-cü il tarixli cavab məktublarına əlavə edilmiş "Subaru Outback” markalı H014070 dövlət qeydiyyat nişanlı avtomobilin qeydiyyat hərəkətləri barədə məlumatların kompüter çıxarışına əsasən, həmin nəqliyyat vasitəsi:- xx.xx.2007-ci il tarixdə bağlanmış alğı-satqı müqaviləsinə əsasən H014070 dövlət qeydiyyat nişanı ilə "Franke Kaukasus” MMC Nümayəndəliyinin; - xx.xx.2015-ci il tarixli alğı-satqı müqaviləsinə əsasən 99XF895 dövlət qeydiyyat nişanı ilə X9; - xx.xx.2020-ci il tarixli alğı-satqı müqaviləsinə əsasən 99XF895 dövlət qeydiyyat nişanı ilə X5 mülkiyyətində olmuşdur. xx.xx.2020-ci ildən xx.xx.2030-cu ilədək X13 etibarnamə verilmişdir; - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X25 İdarəsinin xx.xx.2022-ci il tarixli cavab məktubuna əlavə edilmiş nəqliyyat vasitəsinin xx.xx.2020ci il tarixli alğı-satqı müqaviləsinə əsasən, X15 99XF895 dövlət qeydiyyat nişanlı "Subaru Outback” minik markalı nəqliyyat vasitəsini 9000 manata X2; - "Unibank KB” ASC tərəfindən "Franke Kaukasus” MMC-nin Azərbaycan Respublikasındakı nümayəndəliyinin rəhbərliyinə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktuba əsasən, "Franke Kaukasus” MMC-yə məxsus olan cari hesablar xx.xx.2013-cü il tarixdə bağlanmışdır, hesablarda heç bir əməliyyat aparılmamışdı və bu hesablarda pul qalığı yoxdur; - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X25 İdarəsinin xx.xx.2022-ci il və xx.xx.2023-cü il tarixli cavab məktublarına əsasən, **-XF-*** (H014070) dövlət qeydiyyat nişanlı, "Subaru Outback” markalı minik avtomobilinin X9 adına rəsmiləşdirilməsinə əsas olmuş xx.xx.2015-ci il tarixli alğı-satqı müqaviləsinin və ona əlavə edilmiş sənədlərin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 mart 1999-cu il tarixli 39 nömrəli Qərarı ilə təsdiq edilmiş Əsasnamədə müəyyən edilmiş saxlama müddəti bitdiyi üçün onlar müvafiq qaydada məhv edildiyindən alğı-satqı məbləği və digər məlumatların təqdim edilməsi mümkün olmamışdır; - xx.xx.2021-ci il, xx.xx.2021-ci il və xx.xx.2022-ci il tarixli mədaxil qəbzlərinə əsasən, "Franke Kaukasus” MMC-nin Azərbaycan Respublikasındakı Nümayəndəliyi tərəfindən iddia ərizəsinin verilməsinə görə cəmi 252 manat məbləğində rüsum ödənilmişdir; - Bakı şəhər Binəqədi rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinin xx.xx.2022-ci il tarixli cavab məktubuna əsasən, Binəqədi rayon Prokurorluğundan "Franke Kaukasus” MMC-nin keçmiş işçisi Cavabdeh şirkətə məxsus avtomobili qanunsuz yolla ələ keçirməsi barədə Nəsimi Rayon Məhkəməsinin qərardadı ilə bağlı vətəndaş Nümayəndə izahatı alınmış, araşdırma zamanı məlum olmuşdur ki, göstərilən xüsusatlar mülki xarakterli əhəmiyyət daşıyır, ona görə məsələnin həlli üçün mülki qaydada məhkəməyə müraciət edilməlidir. Nümayəndə izahatı məktuba əlavə edilmişdir; - "e-taxes. gov. az” dan çıxarışa əsasən,"Franke Kaukasus” MMC-nin Azərbaycan Respublikasındakı nümayəndəliyinin fəaliyyəti xx.xx.2010-xx.xx.2015, xx.xx.2015xx.xx.2020, xx.xx.2020-xx.xx.2025-ci illər ərzində dayandırılmışdır; - Bakı şəhəri 1 saylı Notariat Ofisinin xx.xx.2023-cü il tarixli cavab məktubuna əlavə edilmiş xx.xx.2015-ci il tarixli etibarnaməyə əsasən, X15 99XF895 dövlət qeydiyyat nişanlı "Subaru Outback” minik markalı nəqliyyat vasitəsini idarə etmək səlahiyyətini X12 vermişdir; - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X25 İdarəsinin xx.xx.2023-cü il tarixli cavab məktubuna əlavə edilmiş xx.xx.2020-ci il tarixli akta əsasən, DİN-in xx.xx.2015-ci il tarixli Q36-001-15 saylı qərarına müvafiq olaraq nəqliyyat vasitələrinin qeydiyyat, təkrar qeydiyyat, uçotdan çıxma və digər qeydiyyat hərəkətlərinin əsasları 2015-ci ilin iyun ayının 1-dən 30-dək dövr ərzində 5 illik saxlama müddəti keçdiyinə görə yandırma üsulu ilə ləğv olunmuşdur.
7. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1524/2023 saylı işi üzrə xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddia təmin edilməmiş, məhkəmə xərclərinin iddiaçıya aid edilməsi qət edilmişdir. Qətnamədə Mülki Məcəllənin 1091; Mülki Prosessual Məcəlləsinin 14.2, 76.1-76.2, 80, 81, 88, 107, 119.1, 217, 218, 220, 265.4 -cü maddələrinə; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunu özünün «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2004-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 may 2006-cı il tarixli qərarına istinadən qeyd edilmişdir ki, iddiaçı mübahisə predmeti olan avtomobilin əvvəllər işçisi olmuş Cavabdeh tərəfindən satıldığını iddia etsə də, bu dəlili təsdiq edən mötəbər sübutu məhkəməyə təqdim edə bilməmiş, iddiaçı tərəfin verdiyi çoxsaylı vəsatətlər məhkəmə tərəfindən təmin olunaraq, zəruri sübutların təqdim edilməsi aidiyyəti orqanlardan tələb edilmiş, lakin yenə də iddiaçının dəlillərini təsdiq edən hər hansı mötəbər sübut məhkəməyə təqdim edilməmişdir. Məhkəmə hesab edir ki, yalnız Həsənov Eynullanın (əvvəllər cavabdeh, hazırda isə üçüncü şəxs qismində cəlb edilmiş) sözlərinə istinadən iddianın təmin edilməsi ədalətli deyildir. Nəzərə alınmalıdır ki, Həsənov Eynulla özü əvvəldən hazırki iş üzrə cavabdeh qismində cəlb edilmişdir. Sonradan iddiaçının vəsatəti ilə cavabdehlər siyahısından çıxarılmış və digər bir vəsatətlə iş üzrə üçüncü şəxs qismində cəlb olunmuşdur. Mülkiyyətində olan əmlakla bağlı sərəncam vermək hüququnu ötürdüyü, etibarnamə (notarial qaydada və ya şirkət möhürü ilə təsdiq olunmuş) və yaxud yol vərəqəsini verdiyi şəxslərin qeydiyyatını aparmaq iddiaçı tərəfin yerinə yetirməli olduğu iş idi, lakin iddiaçı tərəf həmin məlumatları məhkəməyə təqdim edə bilməmişdir. İddiaçının digər şəxslərə qarşı iddia qaldırıb, sonradan məhz Həsənov Eynullanın dediklərinə əsasən cavabdeh qismində Cavabdeh cəlb etməsi, heç bir sübutu olmadığı halda, ehtimallara və məhz Həsənov Eynulladan eşitdiklərinə əsaslanaraq ona qarşı irəli sürülmüş iddiasını əsaslandırmağa çalışması da onu deməyə əsas verir ki, iddiaçı tərəf avtomobilin Cavabdeh tərəfindən satılmasına əmin olmamış, sadəcə bunu ehtimal etmişdir. İş materialları əsasında müəyyən edilir ki, Cavabdeh 2010-cu ildə Nümayəndəlikdən işdən çıxmış, 2015-ci ildə isə avtomobil BDYPİ-də bağlanmış alğı-satqı müqaviləsi əsasında Həsənov Eynullanın mülkiyyətinə keçmişdir. Müqavilənin BDYPİ-də bağlanması onu deməyə əsas verir ki, avtomobilin satılması Nümayəndəliyin səlahiyyətli şəxsi (ya direktorun özü, ya da onun etibarnamə verdiyi və etibarnaməsinin müddəti bitməyən şəxs) tərəfindən həyata keçirilmişdir. BDYPİ-də sənədlərin ləğv edilməsi səbəbindən avtomobili satan şəxsin kimliyi barədə məlumat almaq mümkün olmamış, Nümayəndəlik tərəfindən maşına dair notarial qaydada təsdiq edilmiş etibarnamənin verilmədiyi müəyyən olunmuş, 2013- 2015- ci illərdə avtomobilin kim tərəfindən idarə olunmasına dair məlumatları da əldə etmək mümkün olmamış, şirkət möhürü ilə kimə, hansı müddətdə və hansı səlahiyyətlərə dair etibarnamə verilməsi barədə məlumatlar iddiaçı tərəfindən təqdim edilə bilməmiş, bir sözlə, Cavabdeh əsassız varlanması halı öz təsdiqini tapmamışdır. İddiaçı tərəf 2010-cu ildə Nümayəndəliyin fəaliyyətinin dayandırılmasından məhkəməyə müraciət edilən xx.xx.2021-ci il tarixədək ötən 11 il ərzində mülkiyyətində olan maşının aqibəti ilə maraqlanmamış, həmin müddət ərzində hər hansı səlahiyyəti olmayan şəxsin istifadəsində olması ilə bağlı aidiyyəti orqana müraciət etməmişdir. Bu hal da bir daha təsdiq edir ki, maşın iddiaçının səlahiyyətli şəxsi tərəfindən Həsənov Eynullaya satılmışdır. Maşının satışından əldə edilmiş pulun şirkətin hesablarına daxil olmaması hələ onu deməyə əsas vermir ki, pul məhz Cavabdeh tərəfindən əldə edilib mənimsənilmişdir. Cavabdeh iddiaçının mülkiyyətində olan maşını səlahiyyəti olmadan sataraq əsassız varlanması halı öz təsdiqini tapmadığından, hazırki iddianın təmin edilməsi ədalətli və ağlabatan deyildir. Mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki Prosessual Məcəllə sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Məcəllə, həmçinin, məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Bu baxımdan iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olubolmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri:
8. İddiaçı apellyasiya şikayəti verərək, Nəsimi rayon məhkəməsinin e-2(006)-1524/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi ləğv edilməsini, İddiaçı MMC-nin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin Cavabdeh qarşı “pul” tələbinə dair iddiasının təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567, 598; Mülki Prosessual Məcəllənin 104.1-ci maddələrinə istinadən qeyd edilmişdir ki, Nəsimi rayon məhkəməsi işin hallarını tam araşdırmamış, işin hallarına uyğun olmayan nəticəyə gəlmişdir. İddia predmeti olan İddiaçı MMC-nin Azərbaycan Respublikasındakı nümayəndəliyinin mülkiyyətində olmuş H014070 dövlət qeydiyyat nişanlı SUBARU OUTBACK markalı minik avtomobili (indi 99XF895 dövlət qeydiyyat nişanlı) xx.xx.2015-ci il tarixdə X15 əvvəllər (təxminən 2000-ci illərin sonlarında) iddiaçının işçisi olmuş Cavabdeh almış, alğı-satqı prosesində özünü iddiaçının nümayəndəsi kimi təqdim etmiş Cavabdeh iştirak etmişdir. Halbuki Cavabdeh xx.xx.2015-ci il tarixində artıq iddiaçının işçisi olmamış və ona iddiaçı tərəfindən bu alğı-satqını həyata keçirmək üçün heç bir səlahiyyət, etibarnamə verilməmişdir. Bundan başqa, iş üzrə şahid X15 və onun nümayəndəsinin bildirdiklərinə, məhkəmə təqdim etdiyikləri səs yazısına əsasən, avtomobilin alınması üçün X4 Denis Aleksandroviçə 12000 ABŞ dolları ödəmişdir. Lakin Cavabdeh həmin pul vəsaitini iddiaçıya təhvil verməmiş və bank hesabına da mədaxil etməmişdir. Apellyasiya icraatında müəyyən edilən hallar və məhkəmə prosesi iştirakçılarının izahatları:
9. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddaçının nümayəndəsi vəkil Nümayəndə apellyasiya şikayətlərini müdafiə etdiklərini qeyd etməklə, iddiaçı şirkətin keçmiş əməkdaşı olan cavabdehin şirkətə məxsus avtomobili səlahiyyəti olmadan satdığını və əldə etdiyi vəsaiti şirkətin hesabına mədaxil etmədiyini, cavabdehin 2010-cu ildə həmin şirkətdə işdən azad edildiyini, alğısatqının isə 2015-ci ildə baş tutduğunu, avtomobilin daimi olaraq cavabdehin sahibliyində və istifadəsində olduğunu və alğı-satqı üçün zəruri olan bütün hərəkətlərin onun tərəfindən edildiyini, bunu sübut edəcək sənədləri təqdim etmələrinin mümkün olmadığını, çünki X25 tərəfindən təqdim edilmiş akta əsasən həmin dövrə aid sənədlərin məhv edildiyini, iddia tələblərini sübut etmək üçün şahid ifadəsinin kifayət etdiyini, X9 məhkəmədə verdiyi ifadəsində avtomobili Cavabdeh yol polisinin iştirakı ilə alğı-satqı etdiyini və ona 12000 dollar pul ödədiyini qeyd etdiyini bildirmişdir. Qeyd edilən hallara əsasən iddia tələblərinin sadə və əsaslı olduğunu, apellyasiya şikayətinin təmin edilərək iddia tələblərinin təmin edilməsinə dair qərar qəbul edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etmişdir.
10. Məlumatlandırılması üçün qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin görülməsi nəticə vermədiyindən Cavabdeh və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X9 iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının hədləri:
11. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli Qərarına və Mülki Prosesual Məcəllənin 372-ci maddəsinə əsasən: maddi və prosessual hüquq normalarına riayət etməsi baxımından birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı onun barəsində açıq (və dolayısı ilə) mübahisə edilən hissədə yoxlanılmalıdır. Tətbiq edilən hüquq və apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
12. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324, 385-390, 560, 1091-1095; Mülki Prosessual Məcəllənin 14, 76, 77, 80-88, 106.2, 119, 217.4, 385-390-cı maddələrinə əsasən qeyd edilməlidir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri, qanunla müəyyən olunmuş qaydada əldə edilən, habelə işdə tərəflərin öz tələb və etirazlarını müəyyənedən (sübuta yetirən) faktlarla və hallarla əlaqədar (məhkəmə iclasında tədqiq olunmuş) sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Diqqətə çatdırılmalıdır ki, iddiaçı ilə cavabdeh arasında əmək münasibətləri olsa da, iddia tələbində mülki qanunvericiliyinin əsassız varlanma müddəalarına istinad edilmişdir. Hər bir halda müəyyən sübutetmə vasitələri ilə sübut edilməli olan hallar başqa sübutlarla təsdiq edilə bilməz. Hazırda, cavabdeh tərəfindən nəqliyyat vasitəsinə hüquqların mövcudluğu, heç bir səlahiyyət olmadan məhz onun tərəfindən əmlakın satılması dayanıqlı və mötəbər sübutlarla təsdiq edilmir. Bundan əlavə, iddiaçının balansında olan əmlakın saxlanılması və dövriyyəsi üzrə təşkilatın müvafiq vəzifəli şəxslərinin illər boyu öz səlahiyyətlərinin həyata keçirməməsi onlara mənsub mülki məsuliyyəti istisna etməyən hüquqi rejimə rəğmən başqa şəxslərdən tələb hüququnu yarada bilməz. Təşkilat ilkin olaraq öz təsərrüfatının malliyə-mühasibat və digər qeydiyyat sənədləşməsi üzrə məsul şəxslərinin müvafiq əmlak üzrə sərəncamverici hərəkətlərini təftiş etməli və bundan irəli gələrək kimdən və hansı əsasla tələb hüququnu müəyyən etməlidir.
13. Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə əsasən: 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: 1092.1.1. bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; 1092.1.2. əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə. 1092.2. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. 1092.3. Varlanmış şəxs qaytarmanın tələb olunduğu anda daha özünün varlı olmadığını sübut edərsə, bu Məcəllənin 1092.1 və 1092.2-ci maddələrinə uyğun iddiaların irəli sürülməsi istisna edilir. Varlanmadan əvvəl və ya bilavasitə varlanma zamanı bunun üçün hüquqi əsasın olmadığını bilən varlanmış şəxsə bu qayda şamil edilmir. 1093.1. Öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. 1093.2. Aşağıdakı hallarda qaytarma tələbi istisna edilir: 1093.2.1. əgər məqsədə çatılması əvvəlcədən qeyri-mümkün idisə və verən bunu bilirdisə; 1093.2.2. əgər verən məqsədə çatmağa vicdansızcasına mane olmuşsa. 1094. Əsassız varlanmış şəxsin heç bir hüquqi əsas olmadan əldə etdiyi əşyaya çəkilən xərclərin qaytarılması bu Məcəllənin 157.6-cı və 157.7-ci maddələri ilə müəyyən edilmiş qaydada həyata keçirilir. 1095. Əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir.
14. Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərinə əsasən: 191. 1. Əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar. 2. Aşağıdakı şərtlərin eyni zamanda hər üçü olduqda tərəflərin birinin digərinə qəsdən və ya ehtiyatsızlıqla vurduqları ziyana görə maddi məsuliyyəti yaranır: a) ziyanın həqiqətən vurulduğu aşkar olduqda; b) təqsirkarın əməli, yəni hərəkəti və ya hərəkətsizliyi qanuna zidd olduqda; c) təqsirkarın qanunazidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olduqda; 198. Bu Məcəllənin 199 və 200-cü maddələrində nəzərdə tutulmuş hallardan başqa qalan bütün hallarda işçi işəgötürənə vurduğu ziyana görə bir aylıq orta əmək haqqı məbləğinədək maddi məsuliyyət daşıyır; 199. İşçi qanunazidd hərəkətləri ilə aşağıdakı hallarda vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır: a) saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə tam maddi məsuliyyət götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda; b) işçi əmlakı və digər sərvətləri birdəfəlik etibarnamə və ya digər birdəfəlik hüquqmüəyyənedici sənədlər əsasında işəgötürənə, yaxud onun nümayəndəsinə hesabat vermək şərti ilə qəbul etdikdə; c) inzibati xətalar, yaxud cinayət, habelə vergi qanunvericiliyi ilə cəza verilməsi nəzərdə tutulmuş hərəkət və ya hərəkətsizliyində ictimai təhlükəli əməllərin əlamətləri olduqda; ç) əmlakı və ya digər maddi sərvətləri qəsdən korladıqda, məhv etdikdə, habelə digər üsulla işəgötürənə qəsdən ziyan vurduqda.
15. Apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, apellyasiya şikayətinin dəlillərinə dəlalət edən və münasibətlərin səciyyəsini müəyyən edən əsaslı şübhələrdən kənar mötəbər sübutlar təqdim edilməmişdir.
16. Apellyasiya şikayəti əsassız olduğundan onun verilməsi üçün ödənilmiş dövlət rüsumu üzrə məhkəmə xərci şəxsin özünə aid olmalıdır.
17. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏTETDİ: İddiaçı MMC-nin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1524/2023 saylı işi üzrə xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.