Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-8633/2020 02.12.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Dadaşzadə Günay Möhübbət qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh ləğv prosesində olan Cavabdeh ASC-yə qarşı ipoteka yüklülüyünün götürülməsi tələbi barədə mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Əmanətlərin Sığortalanması Fonduna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Əmanətlərin Sığortalanması Fondu tərəfindən alqı-satqı müqaviləsi əsasında aldığı mənzilin üzərindən ipoteka yüklülüyünün götürülməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı zamanı iddiaçının təşəbbüsü ilə cavabdeh Əmanətlərin Sığortalanması Fondu əsl cavabdeh LPO Cavabdeh ASC ilə əvəz edilmişdir. Məhkəmədə işə baxılarkən Cavabdeh ASC-nin nümayəndəsi X1 məhkəməyə vəsatət ünvanlayaraq cavabdeh LPO Cavabdeh ASC-nin hüquqi ünvanı Bakı şəhəri Nərimanov rayonunun ərazisinə aid olduğundan işin aidiyyəti üzrə baxılması üçün Nərimanov Rayon Məhkəməsinə göndərilməsinə dair qərardad qəbul edilməsini xahiş etmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qərardadı ilə vəsatət təmin olunmamışdır. Həmin qərardadla razılaşmayan cavabdeh ləğv prosesində olan Cavabdeh ASC ondan şikayət vermiş və şikayətini də onunla əsaslandırmışdır ki, müvafiq ipoteka müqaviləsi Cavabdeh ASC ilə bağlanmışdır. İddiaçı isə Əmanətlərin Sığortalanması Fondunun hüquqi ünvanı üzrə məhkəməyə müraciət etmişdir. Buna görə də mülki işə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsində baxılmalıdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçı şikayətin təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə kollegiyasının iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 35.1-ci və 35.2-ci maddələrinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar müəssisənin ünvanının olduğu yerə görə verilir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən aidiyyət qaydalarına riayət etməklə məhkəmənin öz icraatına qəbul etdiyi iş, sonradan başqa məhkəməyə aid olsa da, mahiyyəti üzrə həmin məhkəmədə həll edilməlidir. İddia ərizəsinin məzmunundan göründüyü kimi, iddiaçı Əmanətlərin Sığortalanması Fondunu cavabdeh qismində işə cəlb etmiş, məhkəmə Əmanətlərin Sığortalanması Fondunun hüquqi ünvanının ünvan 3 olduğunu nəzərə alaraq işi icraata qəbul etmiş, daha sonra isə iddiaçı məhkəməyə cavabdeh Əmanətlərin Sığortalanması Fondunun əsl cavabdeh ləğv prosesində olan Cavabdeh ASC ilə əvəz olunmasına dair ərizə təqdim etmiş, cavabdeh əsl cavabdehlə əvəz edilmişdir. Məhkəmə hesab edir ki, mülki iş aidiyyət qaydalarına riayət etməklə məhkəmənin icraatına qəbul edildiyindən işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsində baxılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2(006)-2825/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 45, 398, 400, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh ləğv prosesində olan Cavabdeh ASC-nin şikayəti təmin edilməsin. Mülki işin ərazi aidiyyəti üzrə göndərilməsi haqqında vəsatətin təmin edilməməsi barədə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2(006)- 2825/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-8633/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-8633/2020
02.12.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver