Məhkəmə qərarları › İş №2(103)-8633/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8633/2021

14.10.2021 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8633/2021 14.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, İddiaçı nümayəndəsi (vəkili) X1, cavabdeh "xxxx" QSC-nin nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə İddiaçı "xxxx" QSC-nə qarşı “ödənilməmiş əmək haqqının ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 27 may 2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" QSC-yə qarşı iddia ərizəsi, sonradan isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, yeraltı əmək şəraitində işlədiyinə görə 2014-2016-cı illər ərzində ona ödənilməli olan, lakin ödənilməmiş əmək haqqının (hər ay üçün təxminən 400 manat fərqin) QSC-dən xeyrinə tutulması, eyni zamanda yeraltı xidmət şəraitində işləməsi barədə əmək kitabçasında müvafiq qeydin aparılmasının QSC-nə həvalə olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələblərini belə əsaslandırmışdır ki, 22.09.2007-ci il tarixdə “Azərtunelmetrotikinti” SC-nin 3 nömrəli Tunel-Tikinti idarəsinə İİİ dərəcə ilə betonçu (yerüstü əmək şəraiti üzrə) peşəsinə qəbul edilmiş, 07.07.2008-ci il tarixdən İİİ dərəcə ilə nasos maşinisti (yeraltı əmək şəraiti üzrə) peşəsinə keçirilmiş, 12.01.2010-cu il tarixdə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən işdən azad edilmiş, 14.01.2010-cu il tarixdən “Azərtunelmetrotikinti” SC-nin 1 nömrəli Tunel-Tikinti idarəsinə İİİ dərəcə ilə fəhlə (yeraltı əmək şəraiti üzrə) peşəsinə qəbul edilmiş, 31.07.2014-cü il tarixdə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən (öz xahişi ilə) işdən azad edilmiş, 01.08.2014-cü il tarixdən SC-nin 1 nömrəli Tunel-Tikinti idarəsinə İİİ dərəcə ilə dağ-mədən fəhləsi (yerüstü əmək şəraiti üzrə) peşəsinə qəbul edilmiş, 16.05.2016-cı il tarixdən İİİ dərəcə ilə fəhlə (yeraltı əmək şəraiti üzrə) peşəsinə keçirilmiş, 23.09.2019-cu il tarixdə Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən (işçilərin sayı və ya ştatları ixtisar edildikdə) əmək müqaviləsi ləğv edilmişdir. İşlədiyi müddət ərzində əmək haqqı aşağıdakı cədvəldə göstərildiyi kimi olmuş, bütün məbləğlərdən DSMF-na sığorta haqqları ödənilmişdir. Aylar 2010 2011 2012 2013 2014 Yanvar 238,09 1027,2 374,39 393,26 227,85 Fevral 774,97 4 287,12 396,89 393,50 Mart 599,87 317,00 396,09 399,72 Aprel 584,62 238,56 417,00 388,83 406,90 May 629,82 238,56 408,98 393,26 401,15 İyun 851,18 415,62 398,51 404,03 İyul 465,96 389,96 392,26 404,03 Avqust 620,79 389,96 396,89 688,72 Sentya 539,84 398,07 394,30 624,83 br Oktyabr 299,35 309,38 183,92 403,88 741,54 Noyabr 238,56 374,40 205,38 1045,7 741,54 Dekabr 419,90 396,89 8 156,14 Cəmi: 5843,0 2608,0 4184,2 5156,0 5433,8 Yekun: 5 23225,284 manat. 9 9 1 “Bakıtuneltikinti” İdarəsinin 07.01.1992-ci il tarixli 01 saylı əmrinə əsasən 3 nömrəli Tunel-Quraşdırma idarəsinin adı dəyişdirilib 1 №-li Tunel Tikinti idarəsi, Azərbaycan Respublikası Prezidentinin 16.06.1998-ci il tarixli 851 saylı sərəncamına əsasən “Bakıtuneltikinti” İdarəsi “Azərtunelmetrotikinti” SC adlandırılmış, Prezidentin 27.02.2014-cü il tarixli 289 saylı Sərəncamına əsasən isə Bakı Metropoliteni və “Azərtunelmetrotikinti” SC-nin yenidən təşkili yolu ilə səhmləri dövlətə məxsus "xxxx" QSC yaradılmışdır. 01.08.2014-cü il tarixdə "xxxx" QSC-nin struktur dəyişikliyinə uyğun olaraq ondan tələb etmişlər ki, (bu tələb hamıya edilmişdir), işdən azad olunma barədə və yenidən işə qəbul olunma barədə ərizələr yazıb iş yerlərinə versin. Müdiriyyətin tələbinə uyğun olaraq ərizələri yazıb vermiş, sonradan məlum olmuşdur ki, yenidən işə qəbul olunma barədə ərizəsini başqa şəxsin xətti ilə yazıb imzalamışlar və orada onun yeraltı xidmət yerində deyil, yerüstü obyektdə guya işləmək istədiyini göstərmişlər. Bu barədə birinci növbədə əmək haqqında kəskin fərq yarandığında şübhələnmiş və araşdırma nəticəsində yuxarıda göstərilənlər müəyyən olunmuşdur. Bu yanlışlığın aradan qaldırılması üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Bakı şəhər İdarəsinə etdiyi müraciətə aşağıdakı kimi cavab verilmişdir: “Sizin "xxxx" QSC-də əmək hüquqlarınızın pozulması barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinə ünvanladığınız müraciətə X3 Xidmətinin Bakı şəhər idarəsində baxılmışdır. "xxxx" QSC-dən təqdim olunan məktub və s. sənədlərdən məlum olmuşdur ki, Sizinlə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən 23.09.2019-cu il tarixdən xitam verilmiş, son haqqhesabınız ödənilmiş və işlədiyiniz dövrdə yeraltı əmək şəraitində işləməyinizə baxmayaraq, əmək haqqınız yerüstü əmək şəraiti kimi ödənilmişdir. Əmək haqqınızın ödənilməsində əmək qanunvericiliyinin tələbləri pozulduğundan müəssisə rəhbərliyi barəsində Azərbaycan Respublikası İXM-in 192.4-cü maddəsinə əsasən inzibati tənbeh vermə haqqında Qərar qəbul edilmişdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq Sizə ödənilməmiş əmək haqqınıza əlavələrin Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərinə uyğun olaraq ən qısa zamanda hesablanıb ödənilməsi üçün müəssisə rəhbərliyinə tərəfimizdən məktub ünvanlanmışdır”. O, 2014-2016-cı illər ərzində əvvəlki illərdə olduğu kimi yeraltı əmək şəraitində işlədiyini hər dəfə yeraltı şaxtaya düşmək üçün mühafizə kitabından qeydiyyatdan keçdikləri kitaba baxış keçirməklə də yəqin etmək olur. "xxxx" QSC-nin rəhbərliyinə müraciət edib qeyd etdiyi illər ərzində hər iş günü 14-16 saata qədər işlədiyi halda ona ödənilmiş əmək haqqı ilə ödənilməli olan əmək haqqının arasındakı fərqin müəyyən edilməsini xahiş etsə də, məhkəmə sorğu edərsə bu barədə məlumat veriləcəyini bildirmişlər. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 27 may 2021-ci il tarixli qətnaməsi ilə iddia tələblərinin təmin olunmaması qət edilmişdir. Qətnamədən apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddiasının təmin olunmasını xahiş edən iddiaçı, şikayətini iddia ərizəsinin yuxarıda göstərilən məzmununa uyğun əsaslandırmaqla məhkəmənin işin hallarını tam, hərtərəfli və obyektiv araşdırmadığını, qanunvericiliyin tələblərini pozduğunu, son haqq-hesabını 23.09.2019-cu il tarixdə aldığı zaman əmək haqqının az ödənilmiş olduğunu bildiyini və müvafiq qurumlara şikayətlər etdikdən sonra məhkəmədə iddia qaldırdığını nəzərə almayaraq iddia müddətini ötürmüş olması barədə səhv nəticəyə gəldiyini irəli sürmüşdür. İddiaçı məhkəmə iclasında iştirak edən nümayəndəsi (vəkili) apellyasiya şikayətini müdafiə edərək iddiasının təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmiş, cavabdeh təşkilatın nümayəndəsi (vəkili) isə şikayətin əsassız və qətnamənin dəyişdirilmədən saxlanılmalı olduğunu bildirmişdir. Məhkəmə kollegiyası izahatları dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanmalıdır. İşin müəyyən olunmuş hallarına görə iddiaçı, 22.09.2007-ci il tarixdə “Azərtunelmetrotikinti” SC-nin 3 nömrəli Tunel-Tikinti idarəsinə İİİ dərəcə ilə betonçu (yerüstü əmək şəraiti üzrə) peşəsinə qəbul edilmiş, 07.07.2008-ci il tarixdən İİİ dərəcə ilə nasos maşinisti peşəsinə keçirilmiş, 12.01.2010-cu il tarixdə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən işdən azad edilmiş, 14.01.2010-cu il tarixdən “Azərtunelmetrotikinti” SC-nin 1 nömrəli Tunel-Tikinti idarəsinə İİİ dərəcə ilə fəhlə (yeraltı əmək şəraiti üzrə) peşəsinə qəbul edilmiş, 31.07.2014-cü il tarixdə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən (öz xahişi ilə) işdən azad edilmiş, 01.08.2014-cü il tarixdən SC-nin 1 nömrəli Tunel-Tikinti idarəsinə İİİ dərəcə ilə dağ-mədən fəhləsi (yerüstü əmək şəraiti üzrə) peşəsinə qəbul edilmiş, 16.05.2016-cı il tarixdə həmin müqaviləyə dəyişiklik edilməklə o, İİİ dərəcə ilə fəhlə (yeraltı əmək şəraiti üzrə) peşəsinə keçirilmiş, 23.09.2019-cu il tarixdə Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən (işçilərin sayı və ya ştatları ixtisar edildikdə) əmək müqaviləsinə xitam verilmişdir. İddiaçının iddiasına görə, onunla 01.08.2014-cü il tarixdə bağlanmış əmək müqaviləsində yerüstü əmək şəraiti üzrə fəhlə vəzifəsinə qəbul edildiyi göstərilsə də, əslində həmin müqavilə üzrə yeraltı əmək şəraitində işləmiş, beləliklə 16.05.2016-cı il tarixinə qədər ona ödənilməli olan əmək haqqı səhv hesablanmış, eyni zamanda əmək kitabçasında həmin dövr üçün aparılan qeyd düzgün olmamışdır. Kollegiya hesab edir ki, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələblərinin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşmamaqdadır. Belə ki, Əmək Məcəlləsinin 87-ci maddəsinin 1-ci hissəsinə əsasən, işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında — işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Həmin Məcəllənin 95-ci maddəsinə əsasən, iş vaxtının rejimi qaydaları - gündəlik iş vaxtının müddəti, onun başlanması və qurtarması, işdə fasilələrin vaxtı və müddəti, sutkadakı növbələrin sayı, növbə sənədləri və onların tərtibi, bir növbədən digər növbəyə keçirilmə, iş vaxtının cəmlənmiş uçotu, işlənmiş iş günlərinin istirahət günləri ilə əvəz edilməsi (əvəzgünün verilməsi) qaydaları, habelə həftəlik iş günlərinin sayı müəssisədaxili intizam qaydaları və ya əmək müqaviləsi, kollektiv müqavilə ilə müəyyən edilir. Adı çəkilən Məcəllənin 154.1-ci maddəsinə əsasən, əmək haqqı-müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. Bu Məcəllənin 16-cı maddəsində nəzərdə tutulmuş ayrı-seçkiliyə yol verilməməsi prinsiplərini pozaraq işçilərin əmək haqqı məbləğinin hər hansı şəkildə azaldılması və onlara dövlətin müəyyən etdiyi minimum əmək haqqı miqdarından az əmək haqqı verilməsi qadağan edilir; 159-cu maddəsinin 1-ci hissəsinə görə, əmək şəraiti ağır və zərərli olan işlərdə və iqlim şəraitinə görə işləmək üçün əlverişli olmayan iş yerlərində işçilərin əmək haqqının yüksək məbləğdə ödənilməsini təmin edən artımlar (əmsallar) müəyyən edilir. Əmək haqqına belə artımların (əmsalların) məbləğinin minimum miqdarı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. İş materiallarından görünür ki, iddiaçı ilə 01.08.2014-cü il tarixdə bağlanmış əmək müqaviləsində onun yerüstü fəhlə vəzifəsinə qəbul edildiyi və əmək funksiyasını adi şəraitdə icra edəcəyi göstərilmiş, əmək kitabçasında da müvafiq qeyd aparılmış, müqavilə iddiaçı tərəfindən imzalanaraq bir nüsxəsi ona təqdim olunmuş, həmin müqaviləyə məhz 16.05.2016-cı il tarixdə edilən dəyişikliklə o, yeraltı fəhlə vəzifəsinə keçirilmişdir. Nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Kollegiyanın qənaətinə görə, iddiaçının iddia tələblərinin təmin edilməsi onun iddia müddətini ötürməsi səbəbindən də qeyri-mümkündür. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinə əsasən bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir. Yuxarıda qeyd olunduğu kimi iddiaçı, 01.08.2014-cü il tarixli əmək müqaviləsindəki qeydin səhv olduğunu və bu səbəblə 16.05.2016-cı il tarixinə qədər olan müddət üçün əmək haqqının düzgün hesablanmadığını irəli sürmüş, məhkəməyə gec müraciət etməsinin (iddiaçı məhkəməyə 04.12.2020-ci il tarixdə müraciət etmişdir) səbəbini isə 23.09.2019-cu il tarixdə son haqq-hesabını aldığı zaman hüququnun pozulduğunu bildiyi, bundan sonra müxtəlif dövlət orqanlarına şikayətlər ünvanladığı, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti tərəfindən hüquqlarının pozulmuş olması barədə 21.08.2020-ci il tarixli cavab məktubu aldıqdan sonra iddia qaldırdığı ilə izah etmişdir. Bununla belə iş materiallarından aydın olur ki, iddiaçı hələ 2018-ci il tarixdə əmək hüquqlarının pozulduğu barədə X2 şikayət etmiş, adı çəkilən qurum tərəfindən ona göndərilən 06.09.2018-ci il tarixli məktubda “01.08.2014-cü il tarixdə yerüstü fəhlə peşəsinə təyin olunduğu və əmək haqqının müvafiq qaydada ödənildiyi, 16.05.2016-cı il tarixdən isə yeraltı fəhlə peşəsinə keçirildiyi” göstərilərək razı qalmadığı təqdirdə məhkəməyə müraciət etmək hüququnun olduğu diqqətinə çatdırılmışdır. Göründüyü kimi iddiaçının, hüququnun pozulduğunu 2019-cu ilin sonlarında, yaxud 2020-ci ilin ortalarında bilmiş olması barədə irəli sürdüyü arqumentlər öz təsdiqini tapmır və iddia müddətini üzrlü səbəblərlə ötürmüş olması qənaətinə gəlməyə əsas verən hallar kimi qəbul edilmələri mümkün deyildir. “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1-ci hissəsinin, 294 və 296-cı maddələrinin şərh edilməsinə dair” 30 iyul 2021-ci il tarixli Qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, “...X3 Xidməti əmək qanunvericiliyində fərdi əmək mübahisələrinə baxan orqanların dairəsinə daxil edilmədiyindən, həmçinin .... Əsasnaməyə görə təyinatı əmək qanunvericiliyi sisteminə daxil olan normativ hüquqi aktların tələblərinə əməl olunmasına dövlət nəzarətini həyata keçirmək olduğundan, o, fərdi əmək mübahisələrinə məhkəməyə qədər baxan orqan kimi qəbul edilə bilməz. Fərdi əmək mübahisələrinin həllində iddia müddətinin tətbiqi ilə bağlı təcrübədə yaranan qeyri-müəyyənliklərlə bağlı isə qeyd olunmalıdır ki, Əmək Məcəlləsinin 296-cı maddəsində fərdi əmək mübahisələrinin həm məhkəməyə qədər baxan orqan tərəfindən, həm də məhkəmələr tərəfindən həlli zamanı tətbiq olunan müddətlər nəzərdə tutulmuşdur. ...Bununla yanaşı Əmək Məcəlləsinin 296-cı maddəsinin 6-cı hissəsinə müvafiq olaraq, bu maddədə göstərilən müddətlər üzrlü səbəblərdən – iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər. ...Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 2013-cü il 3 iyun tarixli Qərarında qeyd etmişdir ki, işin məhkəmə baxışına hazırlığı zamanı hakimin tərəflərdən hər hansı birindən iddia müddətinin keçməsi ilə bağlı sübutları təqdim etməyi və ya izahat verməyi tələb etməsi yolverilməzdir. Əgər maraqlı tərəf, yəni cavabdeh iddia ərizəsinə qarşı verdiyi etirazda iddia müddətinin keçməsinə istinad edərsə, hakim işin məhkəmə baxışına hazırlığı qaydasında işin düzgün və vaxtında həllini təmin etmək üçün tərəflərin hər birinə iddia müddəti ilə bağlı müvafiq sübutların təqdim olunmasını təklif edə bilər. Beləliklə, məhkəmənin öz təşəbbüsü ilə iddia müddətini tətbiq etmək səlahiyyəti olmadığından, iddiaçıdan ötürülmüş müddətin bərpasına dair ərizə verməsini tələb etmək səlahiyyəti də yoxdur. Bu cür ərizənin verilməsi yalnız iddiaçının şəxsi təşəbbüsü ola bilər və bu zaman məhkəmə iddiaçı tərəfindən iddia ərizəsi ilə birlikdə iddia müddətinin üzrlü səbəbdən ötürülməsinə dair təqdim edilmiş sübutları araşdırıb qiymətləndirməlidir”. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddia tələbləri üzrə birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə əsaslı olmaqla, apellyasiya şikayətinin dəlilləri formal mülahizələrdən ibarətdir; buna görə də şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Xüsusilə nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1503/2021 saylı iş üzrə 27 may 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar