Məhkəmə qərarları › İş №2(103)-8651/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8651/2021

13.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8651/2021 13.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Musayev Şahəli Calal oğlunun katibliyi, İddiaçı nümayəndəsi X3, Cavabdeh2 ASC-nin nümayəndələi X7 və X5 iştirakı ilə, İddiaçı cavabdehlər "Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi” MMC, "xxxx" ASC, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakin Dövlət Reyestri Xidmətinin 1 sayli Bakı Ərazi İdarəsi və Bakı şəhəri Nizami rayon İcra şöbəsinə qarşı "ipoteka müqaviləsinə xitam verilməsi və s." tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2067/2021 saylı, 01 iyun 2021-ci il tarixli qətnaməsindən Cavabdeh2 ASC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı cavabdehlər "Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi” MMC-yə, "xxxx" ASC-yə, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında yanında Daşınmaz Əmlakin Dövlət Reyestri Xidmətinin 1 sayli Bakı Ərazi İdarəsinə, Bakı şəhəri Nizami rayon İcra şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəmə müraciət edərək və daha sonra iddia tələbinin həcminin artırılması barədə ərizə verərək cavabdehlər "xxxx" ASC ilə "Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi” MMC arasında bağlanmış 06 aprel 2021-ci il tarixli, 26/02 saylı hərracın yekunları barədə protokolun etibarsız hesab edilməsi, "xxxx" ASC ilə ipoteka qoyan İddiaçı arasında bağlanmış ipoteka müqaviləsi üzrə ipotekaya xitam verilməsi, həmin ipoteka müqaviləsi üzrə İddiaçı məxsus Bakı şəhəri, Nizami rayonu, Nəsimi küçəsində yerləşən 16 saylı evin 23 saylı mənzilin ipoteka ilə yüklülükdən azad edilməsi, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən Bakı şəhəri, Nizami rayonu, Nəsimi küçəsində yerləşən 16 saylı evin 23 saylı mənzil üzərində Cavabdeh2 ASC-nin mülkiyyət hüquqlarına dair Dövlət Reyestrindən Seriya RX, ******* saylı verilmiş Çıxarışın ləğv edilməsi, Bakı şəhəri, Nizami rayonu, Nəsimi küçəsində yerləşən 16 saylı evin 23 saylı mənzilin İddiaçı mülkiyyətinə qaytarılması, iddiaçının həmin mənzil üzərində mülkiyyət hüquqlarını təsdiq edən Çıxarışın verilməsi və bu barədə müvafiq qeydlərin Azərbaycan Respublikası Daşınmaz Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 Saylı Bakı Ərazi İdarəsi tərəfindən aparılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 30 sentyabr 2015-ci il tarixli qətnaməsinə əsasən Cavabdeh2 ASC-nin iddiası qismən təmin edilmiş, X11 “Rabitəbank’’ ASC-nin xeyrinə 15 noyabr 2013-cü il tarixli, RBN- 5638/BK saylı baş kredit müqaviləsi üzrə əsas borc qismində 31.764 manat 84 qəpik, faiz borcu qismində 9.073 manat 66 qəpik, cərimə qismində 1.000 manat, cəmi 41.838 manat 50 qəpik məbləğincə pul vəsaitinin tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş, İddiaçı məxsus olan, Bakı şəhəri, Nizami rayonu, Nəsimi küçəsində yerləşən 16 saylı evin 23 saylı mənzilinə yönəldilməsi, İddiaçı məxsus olan, Bakı şəhəri, Nizami rayonu, Nəsimi küçəsirdə yerləşən 16 saylı evin 23 saylı mənzilinin ilkin satış qiymətinin 57.000 manat məbləğində müəyyən edilməsi, Bakı şəhəri, Nizami rayonu, Nəsimi küçəsində yerləşən 16 saylı evin 23 saylı mənzilin açıq hərracdan satılması və həmin evin hərracdan satılması yolu ilə əldə edilmiş vəsait hesabına X14 "Rabitəbank” ASC-yə olan borcunun ödənilməsi, Bakı şəhəri, Nizami rayonu, Nəsimi küçəsində yerləşən 16 saylı evin 23 saylı mənzili tutma yönəldildikdən və satıldıqdan sonra 1 ay müddətində cavabdehlər İddiaçı, X4 və X2 Bakı şəhəri, Nizami rayonu, Nəsimi küçəsində yerləşən 16 saylı evin 23 saylı mənzilindən çıxarılmaları və həmin mənzilin boşaldılması, ödənilmiş dövlət rüsumunun bir hissəsinin əvəzi qismində 26 manat məbləğində pul vəsaitinin X17, İddiaçı, X4 və X1 “Rabitəbank" ASC-nin xeyrinə tutulması qət olunmuş, “Rabitəbank" ASC-nin iddiası qalan hissədə rədd edilmişdir. Nizami rayon İcra şöbəsi tərəfindən Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 30.09.2015-ci il tarixli icra sənədi üzrə icraata başlanılmış və icra şöbəsinin müvafiq sifariş məktubu əsasında İddiaçı məxsus Bakı şəhəri, Nizami rayonu, Nəsimi küçəsində yerləşən 16 saylı evin 23 saylı mənzili "xxxx" MMC tərəfindən 18.12.2020-ci il tarixdə ilkin və 07.01.2021-ci il tarixdə təkrar hərracda açıq hərracdan satışa çıxarılmış, əmlak ipoteka saxlayan tələbkar “Rabitəbank" ASC tərəfindən "xxxx" MMC-nin 30.012017-ci il tarixli hərracın yekunları barədə protokol və 30.01.2017-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən əldə edilmiş, həmin protokol və alqı-satqı müqaviləsi əsasında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən Bakı şəhəri, Nizami rayonu, Nəsimi küçəsində yerləşən 16 saylı evin 23 saylı mənzil üzərində "xxxx" ASC-nin mülkiyyət hüquqlarına dair Dövlət Reyestrindən Seriya RX, ******* saylı Çıxarış verilmiş, bu barədə 21.09.2017-ci il tarixdə Daşınmaz Əmlakın Dövlət Reyestrində 2000 nömrəli reyestr kitabının 184766 nömrəli vərəqində qeydiyyat aparılmışdır. Belə ki, qaldırılmış müvafiq iddia əsasında "xxxx" MMC tərəfindən 12.12.2016-cı il tarixdə və 16.01.2017-ci il tarixdə keçirilmiş hərraclar və həmin hərracların nəticəsi kimi “Rabitəbank" ASC ilə "Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi” MMC arasında bağlanmış 30.01.2017-ci il tarixli alqı-satqı müqaviləsi və həmin tarixli hərracın yekunlarına dair protokol mübahisələndirilmiş və həmin mülki iş üzrə yekun məhkəmə aktı olan Bakı Apelyasiya Məhkəməsinin 30.01.2019-cu il tarixli Qətnaməsinə əsasən (sədrlik edən N.Cəfərov) iddianın təmin edilməsi, Bakı şəhəri, Nizami rayonu, Nəsimi küçəsində yerləşən 16 saylı evin 23 saylı mənzilə dair "xxxx" MMC tərəfindən keçirilmiş hərrac və onun nəticələrinin - hərracın yekunları barədə 30.01.2017-ci il tarixli protokolun ve hərracın yekunları üzrə bağlanmış 30.01.2017-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi qət edilmişdir. Həmin Qətnamə qanuni qüvvəyə minmiş, onun əsasında icra vərəqəsi verilmiş və həmin icra vərəqəsi "xxxx" MMC tərəfindən icra olunmuş, 30.01.2017ci il tarixli protokol və hərracın yekunları üzrə bağlanmış 30.01.2017-ci il tarixli alqı-satqı müqaviləsi həmin icra sənədi əsasında etibarsız hesab edilərək ləğv edilmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-234 saylı, 30.09.2015-ci il tarixli icra vərəqəsinə əsasən ipoteka predmetinin açıq hərracdan satılması üçün Cavabdeh4 52-10 nömrəli, 12.11.2020-ci il tarixli sifariş məktubuna əsasən ipoteka qoyan İddiaçı tərəfindən ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Nizami rayonu, Nəsimi küçəsində yerləşən 16 saylı evin 23 saylı mənzil "xxxx" MMC tərəfindən 18.12.2020-ci il tarixində açıq hərracdan satılması üçün ilkin satış qiyməti 57000 manat olmaqla ilkin hərraca çıxarılmış lakin hərracda alıcı olmadığı üçün hərrac baş tutmamışdır. İlkin hərracda alıcı olmadığı üçün “Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi" MMC tərəfindən hərracın baş tutmaması ilə bağlı X10 müvafiq elan verilmişdir. Sonradan ipoteka predmeti qanunvericiliyin tələbinə uyğun olaraq dəyərinin 15% aşağı qiymətinə 48450 (qırx səkkiz min dörd yüz əlli) manata 07.01.2021-ci il tarixində təkrar hərraca çıxarılmışdır. Təkrar hərracda da alıcı olmadığı üçün "Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi” MMC tərəfindən hərracın baş tutmaması ilə bağlı 12.01.2021-ci il tarixində X10 müvafiq elan verilmişdir. Elan tarixindən ipoteka saxlayan (tələbkar) “Rabitəbank" ASC ilə hərracın təşkilatçısı “Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi" MMC arasında həmin ipoteka predmetinin əldə edilməsinə dair hərracın yekunları barədə № 26/02 saylı protokol 06 aprel 2021-ci il tarixdə bağlanmışdır. Hərrac təşkilatçısı “Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi" MMC tərəfindən ipoteka predmetinin açıq hərracdan satışı üzrə keçirilmiş hərraclar baş tutmamış və "İpoteka haqqında" Qanunun 43.7-ci maddəsinin tələblərinə əsssən ipoteka saxlayan banka təklif edilmişdir. Hərrac təşkilatçısı "xxxx" MMC- nin ipoteka predmetinin əldə edilməsinə dair 12.01.2021-ci il tarixli Təklifində qeyd edilir ki, İpoteka Haqqında” Qanun 43.7-ci maddəsinə müvafiq olaraq ipoteka predmeti təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan yəni 36337,50 manat olmaqla ipoteka saxlayana təklif edilir. “İpoteka Haqqında" Qanunun 43.7, 43.8-ci maddəslərinə uyğun olaraq ipoteka saxlayan 30 təqvim günü ərzində ipoteka predmetini əldə etdiyi halda Mülki Məcəllənin 298.2, 319.3.5-ci maddələrinə müvafiq isə hərracın xidmət haqqını ödədikdən sonra protokol tərtib olunur. Həmçinin, "xxxx" MMC-yə 15.03.2021 -ci il tarixli Sorğu məktubu ilə müraciət edilmiş və həmin müraciətdə “ipoteka saxlayan "xxxx" ASC tərəfindən hərrac protokolu bağlanıb-bağlanmaması, həmçinin sonrakı icra hərəkətləri barədə ona rəsmi qaydada məlumat verilməsi” xahiş edilmişdir. "xxxx" MMC-nin 832 saylı, 16.03.2021-ci il tarixli Sorğuya cavab məktubunda bildirilmişdir ki, “tələbkar Rabitə Bank" ASC-nə əmlakı balansa götürmələri üçün təklif verilmiş, tələbkar tərəfindən əmlakı əldə etmələri üçün xidmət haqqının ödənməsinə görə hesab faktura təqdim edilmişdir. Bugünə qədər tələbkar banka tərəfimizdən protokol təqdim edilməmişdir”. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2067/2021 saylı, 01 iyun 2021-ci il tarixli qətnaməsi ilə (hakim Ü.Yusifova) iddianın təmin edilməsi, cavabdehlər "xxxx" ASC ilə "Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi” MMC arasında bağlanmış 06 aprel 2021-ci il tarixli, 26/02 saylı Hərracın Yekunları barədə Protokol etibarsız hesab edilməsi, "xxxx" ASC ilə ipoteka qoyan İddiaçı arasında bağlanmış ipoteka müqaviləsi üzrə ipotekaya xitam verilməsi, həmin ipoteka müqaviləsi üzrə İddiaçı məxsus Bakı şəhəri, Nizami rayonu, Nəsimi küçəsində yerləşən 16 saylı evin 23 saylı mənzil ipoteka ilə yüklülükdən azad edilməsi, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən Bakı şəhəri, Nizami rayonu, Nəsimi küçəsində yerləşən 16 saylı evin 23 saylı mənzil üzərində Cavabdeh2 ASC-nin mülkiyyət hüquqlarına dair Dövlət Reyestrindən Seriya RX, ******* saylı verilmiş Çıxarışın ləğv edilməsi, Bakı şəhəri, Nizami rayonu, Nəsimi küçəsində yerləşən 16 saylı evin 23 saylı mənzil İddiaçı mülkiyyətinə qaytarılması, iddiaçının həmin mənzil üzərində mülkiyyət hüquqlarını təsdiq edən Çıxarışın verilməsi və bu barədə müvafiq qeydlərin Azərbaycan Respublikası Daşınmaz Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 Saylı Bakı Ərazi İdarəsi tərəfindən aparılması, məhkəmə xərclərinin cavabdehlərə aid edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan Cavabdeh2 ASC-nin nümayəndəsi apellyasiya şikayəti verərək Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2067/2021 saylı, 01.06.2021-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. Apelyator şikayətini onunla əsaslandırmışdır ki, qətnamə qanunvericiliyinin, maddi və prosessual hüquq normaları pozulmaqla çıxarılmış, işin halları tam, obyektiv və hərtərəfli araşdırılmamış, sübutlara düzgün hüquqi qiymət verilməmiş, yalnız subyektiv fikirlərə əsaslanaraq qəbul edilmişdir. Nəticədə, bankın hüquqları və qanunla qorunan mənafeləri mühüm dərəcədə pozulmuşdur. Qeyd olunmuşdur ki, Nizami Rayon Məhkəməsinin hazırkı qatnaməsində iddianın təmin edilməsinin əsası ondan ibarətdir ki, Hərrac Mərkəzinin ipoteka predmetinin sonuncu hərracının 07.01.2021-ci il tarixdə baş tutmadığı barədə qəzetdə verdiyi 12.01.2021-ci il tarixli elanından 30 gün keçənə kimi Cavabdeh2 ASC ipoteka predmetini əldə etməmişdir. Yəni məhkəmə hesab etmişdir ki, “İpoteka haqqında” qanunun 43.8-ci maddəsinə əsasən, ipoteka saxlayan təkrar harrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə ipotekaya xitam verilir. Lakin məhkəmə nəzərə almamışdır ki, həmin elanla bağlı təklifi alan Cavabdeh2 ASC 02.02.2021-ci il tarixində təklifə cavab verərək ipoteka predmetini əldə etmək istədiyini və lazımi sənədləşmələrin aparılmasını xahiş edərək ofertanı aksept etmişdir. Hərrac Mərkəzinin təklif məktubundan sonra isə, yalnız 12 fevral 2021-ci il tarixində Cavabdeh2 ASC-nə xidmət haqqı ödənilməsi ilə bağlı hesab faktura gəlmişdir. Cavabdeh2 ASC ilə "xxxx" MMC arasında Hərracın Nəticələri barədə protokol 06 aprel 2021-ci il tarixdə tərtib edilsə də, bu protokolun bağlanması təklifi onlara 02.02.2021-ci il tarixdə daxil olmuş və tərəflərindən cavab məktubu ilə təklif oferta edilərək qəbul edilmiş və müqavilə bağlanmış sayılmışdır. İpoteka predmetini əldə etməyə gəldikdə isə, DƏDRX-in 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən Bakı şəhəri, Nizami rayonu, Nəsimi küçəsində yerləşən 16 saylı evin 23 saylı mənzili üzərində Cavabdeh2 ASC-nin mülkiyyət hüquqlarına dair Dövlət Reyestrindən 21.09.2017-ci il tarixli, RX ******* saylı Çıxarışı mövcuddur ki, bu da həmin ipoteka predmetinin əldə etmə anının daha əvvəl baş verdiyini göstərir. Bundan başqa qeyd olunmuşdur ki, "xxxx" MMC 06 aprel 2021-ci il tarixli, 26/02 saylı Hərracın yekunları barədə Protokolu və xidmət haqqının ödənilməsi ilə bağlı hesab fakturanı vaxtında tərtib edərək Banka təqdim etməmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 ASC-nin nümayəndələri apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək şikayətin təmin olunmasını, iddiaçının nümayəndəsi isə şikayətin təmin edilməməsini xahiş etmişlər. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış digər cavabdehlər səbəbləri barədə məlumat vermədən məhkəmə iclasına gəlməmiş, kollegiya onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının həddini qətnamənin bütövlükdə qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünki apelyator qətnaməni bütövlükdə mübahisələndirmişdir. Məhkəmə kollegiyası izahatları dinləyib, iş materiallarını araşdıraraq və işdə olan sübutları tədqiq edərək hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRXnın RX seriyalı ******* nömrəli çıxarışından görünür ki, Bakı şəhəri, Nizami rayonu, Nəsimi küçəsi, 16 saylı evin 23 saylı mənzili ********** qeydiyyat nömrəsi ilə 21.09.2017-ci il tarixdə Cavabdeh2 ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Daha sonra müəyyən edilmişdir ki, Bakı şəhəri Nizami rayon Məhkəməsinin 30.09.2015-ci il tarixli icra sənədi üzrə icraata başlanılmış və icra şöbəsinin müvafiq sifariş məktubu əsasında İddiaçı məxsus Bakı şəhəri, Nizami rayonu, Nəsimi küçəsində yerləşən 16 saylı evin 23 saylı mənzili "xxxx" MMC tərəfindən 12.12.2016-ci il tarixdə ilkin və 16.01.2017-ci il tarixdə təkrar hərracda açıq hərracdan satışa çıxarılmış, əmlak ipoteka saxlayan tələbkar “Rabitəbank" ASC tərəfindən "xxxx" MMC-nin 30.01.2017-ci il tarixli hərracın yekunları barədə protokol və 30.01.2017-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən əldə edilmiş, həmin protokol və alqı-satqı müqaviləsi əsasında DƏDRX-in 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən Bakı şəhəri, Nizami rayonu, Nəsimi küçəsində yerləşən 16 saylı evin 23 saylı mənzil üzərində "xxxx" ASC-nin mülkiyyət hüquqlarına dair qeydiyyat aparılmışdır. Bundan sonra Nərimanov Rayon Məhkəməsinin 10.11.2017-ci il tarixli qətnaməsi ilə İddiaçı cavabdehlər "Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi” MMC, "xxxx" ASC, DƏDRX-in 1 sayli Bakı Ərazi İdarəsi, Bakı şəhəri Nizami rayon İcra şöbəsinə qarşı hərrac nəticələri haqqında protokolun ləğv edilməsi və əmlakın yenidən qiymətləndirilməsi tələbinə dair iddiası təmin edilmiş, cavabdeh "Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi” MMC-nin İddiaçı oğluna məxsus olan Bakı şəhəri, Nizami rayonu, Nəsimi küçəsində yerləşən 16 saylı evin 23 saylı mənzilinə dair 30 yanvar 2017-ci il tarixdə keçirilmiş hərracın nəticələri barədə tərtib olunmuş Y-723 saylı hərrac protokolu etibarsız hesab edilməsi qət edilmişdir. Daha sonra iş materiallarına əsasən müəyyən edilir ki, Bakı Apelyasiya Məhkəməsinin 30.01.2019-cu il tarixli qətnaməsi ilə apelyasiya şikayətinin qismən təmin edilməsi, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 10.11.2017-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iddianın təmin olunması, Bakı şəhəri, Nizami rayonu, Nəsimi küçəsi, ev 16 yerləşən 23 saylı mənzilə dair "Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi” MMC tərəfindən keçirilmiş hərrac və onun nəticələri – hərracın yekunları baədə 30.01.2017-ci il tarixli protokol və hərracın yekunları üzrə bağlanmış 30.01.2017-ci il tarixli alqı-satqı müqaviəsi etibarsız hesab olunması qət edilmişdir. Bundan sonra Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 30.09.2015-ci il tarixli icra vərəqəsinə əsasən ipoteka predmetinin açıq hərracdan satılması üçün yenidən Cavabdeh4 52-10 nömrəli, 12.11.2020-ci il tarixli sifariş məktubuna əsasən ipoteka qoyan İddiaçı tərəfindən ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Nizami rayonu, Nəsimi küçəsində yerləşən 16 saylı evin 23 saylı mənzil "xxxx" MMC tərəfindən 18.12.2020-ci il tarixində açıq hərracdan satılması üçün ilkin satış qiyməti 57.000 manat olmaqla ilkin hərraca çıxarılmış lakin hərracda alıcı olmadığı üçün hərrac baş tutmamışdır. İlkin hərracda alıcı olmadığı üçün “Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi" MMC tərəfindən hərracın baş tutmaması ilə bağlı X10 müvafiq elan verilmişdir. Sonradan ipoteka predmeti qanunvericiliyin tələbinə uyğun olaraq dəyərinin 15% aşağı qiymətinə 48450 manata 07.01.2021-ci il tarixində təkrar hərraca çıxarılmışdır. Təkrar hərracda da alıcı olmadığı üçün "Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi” MMC tərəfindən hərracın baş tutmaması ilə bağlı 12.01.2021-ci il tarixində X10 müvafiq elan verilmişdir. İş materiallarında olan "Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi” MMC-nin 12.01.2021-ci il tarixli 01/98 nömrəli ipoteka predmetinin əldə olunmasına dair “Təklif”-indən görünür ki, Cavabdeh4 52-10 saylı 12.11.2020-ci il tarixli sifariş məktubuna əsasən ipoteka yüklü Bakı şəhəri, Nizami rayonu, Nəsimi küçəsində yerləşən 16 saylı evin 23 saylı mənzilinin təkrar hərracının baş tutmaması barədə “Birja yenilikləri” qəzetinin 12.01.2021-ci il tarixli nömrəsində elan dərc edilmişdir. “İpoteka Haqqında” Qanunun 43.7-ci maddəsinə müvafiq olaraq ipoteka predmeti təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə yəni 36337,50 manat olmaqla ipoteka saxlayana təklif olunur. “İpoteka Haqqında” qanunun 43.7, 43.8 -ci maddələrinə uyğun olaraq ipoteka saxlayan 30 təqvim günü ərzində ipoteka predmetini əldə etdiyi halda Azərbaycan Respublikası Mülki Məcəlləsinin 298.2, 319.3.5 maddələrinə müvafiq isə hərracın xidmət haqqını ödədikdən sonra protokol tərtib olunur. Nəzərə alınsın ki, “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” 2018-ci il 30 noyabr tarixli 1356 VQD nömrəli qanunun 150.1.13, 150.3-1 həmçinin 220.8, 220.8.1 maddələrinə uyğun olaraq alıçı və ya ipoteka predmetini əldə edən yaşayış, qeyri yaşayış və torpaq sahələrinin ödəmə mənbəyindən tutulan sadələşdirilmiş vergini protokol əldə etməzdən öncə ödəməlidir. İş materiallarında olan "xxxx" ASC-nin 02.02.2021-ci il tarixli məktubundan görünür ki, o, "xxxx" MMC-dən müraciət edərək İddiaçı məxsus Bakı şəhəri, Nizami rayonu, Nəsimi küçəsində yerləşən 16 saylı evin, 23 saylı mənzili hərracdakı ilkin satış qiymətindən -15%- 25% aşağı qiymətə yəni 36337,50 manata əldə etmək niyyətində olduğunu bildirir və əmlakın qanunvericilikdə nəzərdə tutulan müddətdə Cavabdeh2 ASC-nin adına rəsmiləşdirilməsini xahiş edir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhəri Nizami rayon İcra şöbəsinin 03.05.2021-ci il tarixli 1964-10 nömrəli məktubundan görünür ki, Nizami Rayon Məhkəməsinin 2(007)~234/2015 saylı, 30.09.2015-ci il tarixli icra vərəqəsinə əsasən borclu İddiaçı məxsus Bakı şəhəri, Nizami rayonu, Nəsimi küçəsində yerləşən 16 saylı evin 23 saylı mənzil 12.11.2020-ci il tarixdə hərraca çıxarılmış, 06.04.2020-ci il tarixli 26/02 nömrəli hərraca yekunları barədə protokola əsasən "xxxx" ASC-nin nümayəndəsi X6 tərəfindən alınmışdır. İş materiallarında olan məhkəmə sorğusuna "Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi” MMC-nin 30.04.2021-ci il tarixli 01/1402 nömrəli cavabında tələbkar tərəfindən əmlakı əldə etmələri üçün xidmət haqqı ilə bağlı hesab faktura götürülmüş, tərəflərindən 06.04.2021-ci il tarixdə ödəniş həyata keçirilərək protokol əldə edilməsi qeyd olunmuşdur. Məhkəmə araşdırılması zamanı müəyyən olunmuşdur ki, 30.09.2015-ci il tarixli icra vərəqəsinə əsasən ipoteka predmetinin açıq hərracdan satılması üçün Cavabdeh4 12.11.2020-ci il tarixli sifariş məktubuna əsasən ipoteka qoyan İddiaçı tərəfindən ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Nizami rayonu, Nəsimi küçəsində yerləşən 16 saylı evin 23 saylı mənzil "xxxx" MMC tərəfindən 18.12.2020-ci il tarixində açıq hərracdan satılması üçün ilkin satış qiyməti 57.000 manat olmaqla ilkin hərraca çıxarılmış, lakin hərracda alıcı olmadığı üçün hərrac baş tutmamışdır. İlkin hərracda alıcı olmadığı üçün “Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi" MMC tərəfindən hərracın baş tutmaması ilə bağlı X10 müvafiq elan verilmişdir. Sonradan ipoteka predmeti qanunvericiliyin tələbinə uyğun olaraq dəyərinin 15% aşağı qiymətinə 48450 manata 07.01.2021-ci il tarixində təkrar hərraca çıxarılmışdır. Təkrar hərracda da alıcı olmadığı üçün "Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi” MMC tərəfindən hərracın baş tutmaması ilə bağlı 12.01.2021-ci il tarixində X10 müvafiq elan verilmişdir. Hərrac təşkilatçısı “Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi" MMC tərəfindən ipoteka predmetinin açıq hərracdan satışı üzrə keçirilmiş hərraclar baş tutmamış və "İpoteka haqqında" Qanunun 43.7-ci maddəsinin tələblərinə əsasən ipoteka saxlayan banka təklif edilmişdir. 12.01.2021-ci il tarixindən 06 aprel 2021-ci il tarixədək ipoteka saxlayan (tələbkar) “Rabitəbank" ASC ilə hərracın təşkilatçısı “Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi" MMC arasında həmin ipoteka predmetlərinin əldə edilməsinə dair hərracın yekunları barədə protokol bağlanmamışdır. Hərrac təşkilatçısı "xxxx" MMC-nin ipoteka predmetinin əldə edilməsinə dair 12.01.2021-ci il tarixli Təklifində qeyd edilir ki, İpoteka Haqqında” Qanun 43.7-ci maddəsinə müvafiq olaraq ipoteka predmeti təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan yəni 36337,50 manat olmaqla ipoteka saxlayana təklif edilir. Həmçinin, "xxxx" MMC-yə 15.03.2021-ci il tarixli Sorğu məktubu ilə müraciət edilmiş və həmin müraciətdə “ipoteka saxlayan "xxxx" ASC tərəfindən hərrac protokolu bağlanıb-bağlanmaması, həmçinin sonrakı icra hərəkətləri barədə rəsmi qaydada məlumat verilməsi” xahiş edilmişdir. "xxxx" MMC-nin 832 saylı, 16.03.2021-ci il tarixli Sorğuya cavab məktubunda bildirilmişdir ki, "tələbkar "xxxx" ASC-nə əmlakı balansa götürmələri üçün təklif verilmiş, tələbkar tərəfindən əmlakı əldə etmələri üçün xidmət haqqının ödənməsinə görə hesab faktura təqdim edilmişdir. Bugünə qədər tələbkar banka protokol tərəfimizdən təqdim edilməmişdir.". “İpoteka haqqında” Qanunun 43.1-ci maddəsinə əsasən, hərracın təşkilatçısı aşağıdakı hallardan biri baş verdikdə, hərracın baş tutmadığı barədə hərracın keçirilməsinə dair elanın verildiyi kütləvi informasiya vasitəsində məlumat dərc etdirir: hərraca iki nəfərdən az alıcı gəldikdə; hərracın iştirakçısı olmadıqda; hərracı udmuş iştirakçı hərracın nəticələri barədə protokol imzalamaqdan imtina etdikdə; hərracı udmuş iştirakçı bu Qanunla müəyyən olunmuş müddətdə alış qiymətini tamamilə ödəmədikdə, bu şərtlə ki, ipoteka saxlayanın razılığı ilə həmin müddət uzadılmasın. Həmin Qanunun 43.3-cü, 43.4-cü, 43.5-ci, 43.6-cı və 43.7-ci maddələrinə görə isə, hərracın baş tutmaması barədə elanın dərc edildiyi gündən sonra 10 təqvim günü müddətində ipoteka saxlayan ipoteka qoyanla müqavilə əsasında ipoteka predmetini ilkin satış qiymətilə ala bilər. İpoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3-cü maddəsində nəzərdə tutulmuş müqavilə baş tutmadıqda, birinci hərracın keçirildiyi gündən bir 45 təqvim günündən gec olmayaraq, təkrar hərrac keçirilir. Təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərrac təşkilatçısı ipoteka predmetini ilkin satış qiymətilə, bu Qanunun 43.1.2-ci maddəsində nəzərdə tutulmuş səbəbə görə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxarır. Təkrar hərracda bir iştirakçı olduqda hərrac baş tutmuş hesab olunur və bu halda həmin şəxs hərracın qalibi olur. Bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə, ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər. Həmin Qanunun 43.8-ci maddəsinin tələblərinə əsasən bank tərəfindən təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində əmlakı əldə etməmişdir. Beləliklə, “İpoteka haqqında” Qanunun 43-cü maddəsinə əsasən, yalnız iki hərracın keçirilməsi nəzərdə tutulduğundan, hər hansı yeni hərracların keçirilməsi həmin Qanunun tələblərinə ziddir və ikinci hərrac keçirildirkdən sonra 30 gün müddətinə ipoteka saxlayan ipoteka predmetini əldə etmədikdə, ipoteka qoyanın iddiası ilə məhkəmə icraatı qaydasında ipotekaya xitam verilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "İpoteka haqqında" Azərbaycan Respublikası Qanununun 43.4-43.8 və 48-ci maddələrinin şərh edilməsinə dair 28 oktyabr 2014-cü il tarixli Qərarında qeyd edilmişdir ki, "İpoteka haqqında" Qanunun 43-cü maddəsinin mənasından belə nəticəyə gəlmək olar ki, bu Qanunun 42-ci maddəsində göstərilmiş qaydada cəmi iki hərracın keçirilməsi nəzərdə tutulmuşdur. Belə ki, birinci hərracın həmin Qanunun 43.1.2-ci maddəsində nəzərdə tutulmuş səbəbə görə, yəni hərracın iştirakçısının olmamasına görə baş tutmaması nəticəsində təkrar keçirilən hərracda ipoteka predmetinin ilkin satış qiymətinin əvvəlki hərracdakı qiymətindən 15 faiz aşağı qiymətlə satılması nəzərdə tutulmuşdur. Bundan fərqli olaraq, həmin Qanunun 43.1.1, 43.1.3 və 43.1.4-cü maddələrində nəzərdə tutulmuş digər səbəblərə görə (yəni hərraca iki cəfərdən az alıcı gəldikdə, hərracı udmuş iştirakçı hərracın nəticələri barədə protokol imzalamaqdan imtina etdikdə, hərracı udmuş iştirakçı bu Qanunla müəyyən olunmuş müddətdə alış qiymətini tamamilə ödəmədikdə) hərrac baş tutmamış elan edildikdə, ilkin satış qiyməti dəyişməmiş saxlanılır. İşdə olan sənədlər və sübutlardan müəyyən edilir ki, "xxxx" MMC-nin ipoteka predmetinin əldə edilməsinə dair “Təklif”i Cavabdeh2 ASC-yə 12.01.2021-ci il tarixdə ünvanlanmışdır. Bankın nümayəndəsinin təqdim etdiyi cavab məktubundan görünür ki, ipoteka saxlayan 02.02.2021-ci il tarixdə İddiaçı məxsus Bakı şəhəri, Nizami rayonu, Nəsimi küçəsində yerləşən 16 saylı evin, 23 saylı mənzili hərracdakı ilkin satış qiymətindən -15%-25% aşağı qiymətə yəni 36337,50 manata əldə etmək niyyətindədir. Həmçinin müəyyən edilir ki, Bank hesab-fakturanı 12.02.2021-ci il tarixdə almışdır. Lakin Cavabdeh2 ASC “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.8-ci maddəsinin tələblərini pozaraq 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməmiş, 12.02.2021-ci il tarixdən 50 gündən artıq müddətdə hərəkətsizlik etmiş və yenidən 05.04.2021-ci il tarixli hesab-faktura əsasında 06 aprel 2021-ci il tarixdə ödəniş həyata keçirərək protokol əldə etmişdir. Başqa sözlə Cavabdeh2 ASC “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.8-ci maddəsinin tələblərini pozaraq 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməmiş, hətta tarixi onların, yəni bankın hesabfaktura aldığı taixdən hesablasaq belə 12.03.2021-ci il tarixdə əldə etməli olduğu halda yalnız 06 aprel 2021-ci il tarixdə əldə etmişdir. Kollegiya həmçinin, qeyd edir ki, bankın bildirdiyi kimi onlara olunan 12.01.2021-ci il tarixli təklifə cavab olaraq əmlakın əldə etmək istəklərinin bildirilməsi nə qanunvericiliyin müəyyən etdiyin ipoteka predmetinin əldə etmə müddətini dayandırmır nə də ki, əmlakın əldə olunması anlamına gəlmir. Həmçinin, hüquqi müəyyənlik prinsipi kontekstində Kollegiya qeyd etməyi zəruri hesab edir ki, Avropa Məhkəməsinin hüquqi mövqeyi də ondan ibarətdir ki, qanun, qanunverici normaların kifayət qədər dəqiq ifadə olunmasını, bu və ya digər hərəkətin hansı nəticələrə səbəb olacağını görməyə imkan verməsini tələb edən müəyyən olunmuş standarta cavab verməlidir (Avropa Məhkəməsinin Deryus Litvaya qarşı iş üzrə 31 iyul 2000-ci il tarixli qərarı və həmin Məhkəmənin Böyük Palatasının Baranovski və Braniovski Polşaya qarşı işlər üzrə 28 mart 2000-ci və 22 iyul 2004-cü il tarixli qərarları). Bundan başqa, AİHM-in "Miragall Eskolano və digərləri İspaniyaya qarşı" iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında deyilir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdır. Beləliklə, Məhkəmə kollegiyası "xxxx" ASC ilə "Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi” MMC arasında bağlanmış 06 aprel 2021-ci il tarixli, 26/02 saylı Hərracın Yekunları barədə Protokolun etibarsız hesab edilməsi, "xxxx" ASC ilə ipoteka qoyan İddiaçı arasında bağlanmış ipoteka müqaviləsi üzrə ipotekaya xitam verilməsi, həmin ipoteka müqaviləsi üzrə İddiaçı məxsus Bakı şəhəri, Nizami rayonu, Nəsimi küçəsində yerləşən 16 saylı evin 23 saylı mənzil ipoteka ilə yüklülükdən azad edilməsi, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən Bakı şəhəri, Nizami rayonu, Nəsimi küçəsində yerləşən 16 saylı evin 23 saylı mənzil üzərində Cavabdeh2 ASC-nin mülkiyyət hüquqlarına dair Dövlət Reyestrindən Seriya RX, ******* saylı verilmiş Çıxarışın ləğv edilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyini nəticəni əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məcəllənin 77-ci və 217.4-cü maddələrinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2067/2021 saylı, 01 iyun 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği Cavabdeh2 ASC-yə aid olunsun. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim: Fuad Babayev Hakimlər: Xumar Mərdanova Elnur Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar