Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8679/2021 28.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Qürbət Ağa oğlu Əsgərovun sədrliyi və məruzəsi ilə, Azad Nizam oğlu İmanov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Qantural İlqar oğlu Mürsəlzadənin katibliyi, İddiaçı1, Cavabdeh oglunun iştirakları ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(0011)-2276/2021 saylı, 22 iyun 2021-ci il tarixli qətnaməsindən İddiaçı1 tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı1 Cavabdeh qarşı “zinət əşyalarının qaytarılması tələbinə dair” iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək, 3.500 manat dəyərində 1 ədəd briliyant dəstin (boyunbağı, qolbaq, sırğa və üzük), 1.300 manat dəyərində 1 ədəd briliyant üzüyün, 700 manat dəyərində nişan üzüyünün, 250 manat dəyərində 1 ədəd nazik qızıl sep və klonun ona qaytarılmasına və ya bu mümkün olmadıqda onların dəyərinin Cavabdeh tərəfindən ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İşə Bakı şəhəri Xətai Rayon Məhkəməsində baxılarkən İddiaçı1 iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, 3.500 manat dəyərində 1 ədəd briliyant dəstin (boyunbağı, qolbaq, sırğa və üzük), 1.300 manat dəyərində 1 ədəd briliyant üzüyün, 700 manat dəyərində nişan üzüyünün, 250 manat dəyərində 1 ədəd nazik qızıl sep və klonun ona qaytarılmasına və ya bu mümkün olmadıqda onların dəyərinin Cavabdeh tərəfindən ona ödənilməsinə və ona məxsus telefon, yaddaş kartı, qonaq otağı mebeli - 2 qorka, 1 kamod, 6 stul 1 stol, televizor altlığı, yumşaq mebel - künc divan, yataq otağı mebeli - qardirob, taxt, güzgülü termo, soyuducu, paltaryuyan, tozsoran, televizor, qısadalğalı soba, elektrik sobası, qaz sobası, toster, 2 blender - doğrayıcı və əzən, mikser, kofeüyüdən, sokçəkən maşın, ətçəkən maşın, elektrikli qəfədan və çaynik, ütü - ütü stolu, 3 ədəd çilçıraq, 3 dəst yemək dəsti, 34 ədəd tək boşqab, 4 dəst çay dəsti, 24 xrustal stəkan - 24 nəlbəki, 5 dəst kompot dəsti, 4 dəst xrustal bakal, 3 xrustal, 1 bogema güldan, 6 xrustal, 2 yarı xrustal mürəbbə qabı, 4 xrustal meyvə qabı, 1 xrustal, 2 yarıxrustal külqabı, 8 xrustal, 1 bogema, 2 yarıxrustal konfet qabı, bohema çay dəsti, 12 xrustal razetka, 12 xrustal limon qabı, 6 duz qabı, 5 salfetka qabı, 5-li qranit qazan dəsti, 2 dəst çuğun qazan dəsti, 3 dəst nikkel qazan dəsti, tefal qazan dəsti, 3 qəfədan, 4 ləpəqabı, 12 kasa, 2 dəst qaşıq-bıçaq dəsti 1-i çəmədan, 2 dəst çömçə dəsti - 2 dəst bıçaq dəsti, 12 salat qabı, 12 araq stəkanı, 6 çaynik, 8 fincan, 6 tas, 1 aşsüzən, 2 ələk, 1 yağqabı, 4 pərdə - pərdə altlığı, 4 xalça, gecə lampası, saat, şamdan, 8 böyük hamam dəsmalı, 8 əl-üz dəsmalı, 12 çay dəsmalı, 2 mətbəx dəsmalı, 12 çay dəsmalı, 15 çarpayı dəsti, yay ədyalı, 2 tək və 2 cüt, qış ədyalı, 1 tək 1 cüt, 3 skater, 3 yorğan, 2 döşək, 6 döşəkçə, 8 başaltı, 1 yataq örtüyü, zibil vedrəsi, ləpə çəkən maşın, balon bağlayan maşın, keks qabı, tort qabı, 3 padnos, slimmor polsilən, sürtgəç, nicer-dicer doğrayıcı, balaca üçlü qab, 1 çuqun 1 kauçuk vedrə, taxta çömçə, balıqtəmizləyən, kartofsoyan, kəfkir, düyməqabı, şpilka, şpilkaqabı ve xeyli sayda xırda mətbəx və ev əşyası, taxta qaşıq dəsti, çörək qabı, böyük paltar səbəti, uşaq çarpayısı, uşaq yorğan döşəyi, uşaq şkafı, uşaq arabasının Cavabdeh tərəfindən ona qaytarılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İşə Bakı şəhəri Xətai Rayon Məhkəməsində baxılarkən İddiaçı1 12.03.2021-ci il tarixdə məhkəməyə iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə verərək, сavabdeh Cavabdeh ona məxsus olan nişan və nikaha daxil olan zaman ona hədiyyə kimi verdikləri qızıl-zinət əşyalarının, yəni 3.500 (üç min beş yüz) AZN dəyərində olan boyunbağı, qolbağı, sırğa və üzük dəstim, 1.300 (min üç yüz) AZN dəyərində olan 1 (bir) biriliant üzüyü, 700 (yeddi yüz) AZN dəyərində olan nişan üzüyü, 250 AZN dəyərində olan bir ədəd nazik qızıl sep və klon, cehiz əşyaları - telefon - Samsung GALAXY A2016, Fly Quattro, 32GB yaddaş kartı 600 AZN, qonaq otağı mebeli - 2 qorka, 1 kamod, 6 stul 1 stol, televizor altlığı - 2.000 AZN, yumşaq mebel - künc divanı – 1.000 AZN, yataq otağı mebeli - qardirob, taxt, güzgülü termo – 2.000 AZN, soyuducu - Samsung, 1.250 AZN, paltaryuyan - Siemens 870 AZN, tozsoran - Samsung, 250 AZN, televizor - 570 AZN, qısadalğalı soba - 240 AZN, elektrik sobası - 130 AZN, qaz sobası - 140 AZN, toster - 50 AZN, 2 blender - doğrayıcı - 32 AZN və əzən - 35 AZN, mikser - 30 AZN, kofeüyüdən - 25 AZN, sokçəkən maşın - 80 AZN, ətçəkən maşın - 120 AZN, elektrikli qəfədan və çaynik - 70 AZN, ütü - 140 AZN, ütü stolu - 40 AZN, 3 ədəd çilçıraq - 200 AZN, 3 dəst yemək dəsti – 1.800 AZN, 34 ədəd tək boşqab - antik, 4 dəst çay dəsti - 1.200 AZN, 24 xrustal stəkan, 24 nəlbəki 150 AZN, 12 armudu stəkan, nəlbəki - 24 AZN, 5 dəst kompot dəsti ümumilikdə 250 AZN, 4 dəst xrustal bakal - 300 AZN, 3 xrustal, 1 bohema güldan - 540 AZN, 6 xrustal, 2 yarı xrustal mürəbbə qabı - 125 AZN, 4 xrustal meyvə qabı - 510 AZN, 1 xrustal, 2 yanxrustal külqabı - 60 AZN, 8 xrustal, 1 bohema, 2 yarıxrustal konfet qabı - 735 AZN, bohema çay dəsti - 200 AZN, 12 xrustal razetka - 84 AZN, 12 xrustal limon qabı - 30 AZN, 6 duz qabı - 12 AZN, 5 salfetka qabı - 14 AZN, 5 li qranit qazan dəsti-280 AZN, 2 dəst çuqun qazan dəsti - 140 AZN, 3 dəst nikkel qazan dəsti - 270 AZN, tefal qazan dəsti - 80 AZN, 3 qəfədan - 100 AZN, 4 ləpəqabı 16 AZN, 12 kasa - 48 AZN, 2 dəst qaşıq-bıçaq dəsti 1-i çemodan - 260 AZN, 2 dəst çömçə dəsti, 2 dəst bıçaq dəsti - 130 AZN, 12 salat qabı - 24 AZN, 12 araq stəkanı - 12 AZN, 6 çaynik - 80 AZN, 8 fincan - 16 AZN, 6 tas - 45 AZN, 1 aşsüzən, 2 ələk, 1 yağqabı - 25 AZN, 4 pərdə, pərdə altlığı - 200 AZN, 4 xalça - 550 AZN, gecə lampası - 35 AZN, saat - 40 AZN, şamdan - 20 AZN, 8 böyük hamam dəsmalı - 96 AZN, 8 əl-üz dəsmalı - 50 AZN, 12 çay dəsmalı - 30 AZN, 2 mətbəx dəsmalı - 6 AZN, 15 çarpayı dəsti - 450 AZN, yay ədyalı; 2 tək ve 2 cüt - 120 AZN, qış ədyalı; 1 tək, 1 cüt - 100 AZN, 3 skater - 84 AZN, 3 yorğan, 2 döşək, 6 döşəkçə, 8 başaltı, 1 yataq örtüyü - 80 AZN, zibil vedrəsi - 12 AZN, ləpə çəkən maşın - 10 AZN, balon bağlayan maşın - 10 AZN, keks qabı, tort qabı - 8 AZN, 3 padnos - 9 AZN, slimmor polsilən - 35 AZN, sürtgəç, nicer-dicer doğrayıcı-13 AZN, balaca üçlü qab - 16 AZN, 1 çuqun, 1 kauçuk vedrə - 24 AZN, taxta çömçə, balıqtəmizləyən, kartofsoyan, kəfkir, düyməqabı, şpilka, şpilkaqabı - 20 AZN, xeyli sayda xirda mətbəx və ev əşyası, taxta qaşıq dəsti, çörək qabı - 36 AZN, böyük paltar səbəti - 16 AZN, uşaq çarpayısı - 350 AZN, uşaq yorğan döşəyi, uşaq şkafi - 25 AZN, uşaq arabası - 120 AZN və pakraval - 200 AZN olmaqla, cəmi 26.694 (iyirmi altı min altı yüz doxsan dord) AZN dəyərində qeyd edilən əmlakların, icra vaxtı həmin əşyalar olmadığı halda isə onların dəyərinin cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(0011)-2276/2021 saylı, 22 iyun 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, İddiaçı1 məxsus - telefon - Samsung GALAXY A2016, Fly Quattro, 32GB yaddaş kartı 600 AZN, qonaq otağı mebeli - 2 qorka, 1 kamod, 6 stul 1 stol, televizor altlığı – 2.000 AZN, yumşaq mebel - künc divanı – 1.000 AZN, yataq otağı mebeli - qardirob, taxt, güzgülü termo - 2.000 AZN, soyuducu- Samsung, 1.250 AZN, paltaryuyan - Siemens 870 AZN, tozsoran - Samsung, 250 AZN, televizor - 570 AZN, qısadalğalı soba - 240 AZN, elektrik sobası - 130 AZN, qaz sobası - 140 AZN, toster - 50 AZN, 2 blender - doğrayıcı - 32 AZN və əzən - 35 AZN, mikser - 30 AZN, kofeüyüdən - 25 AZN, sokçəkən maşın - 80 AZN, ətçəkən maşın - 120 AZN, elektrikli qəfədan və çaynik - 70 AZN, ütü - 140 AZN, ütü stolu - 40 AZN, 3 ədəd çilçıraq - 200 AZN, 3 dəst yemək dəsti - 1.800 AZN, 34 ədəd tək boşqab - antik, 4 dəst çay dəsti- 1.200 AZN, 24 xrustal stəkan, 24 nəlbəki - 150 AZN, 12 armudu stəkan, nəlbəki - 24 AZN, 5 dəst kompot dəsti - ümumilikdə 250 AZN, 4 dəst xrustal bakal - 300 AZN, 3 xrustal, 1 bohema güldan - 540 AZN, 6 xrustal, 2 yarı xrustal mürəbbə qabı - 125 AZN, 4 xrustal meyvə qabı - 510 AZN, 1 xrustal, 2 yanxrustal külqabı - 60 AZN, 8 xrustal, 1 bohema, 2 yanxrustal konfet qabı - 735 AZN, bohema çay dəsti - 200 AZN, 12 xrustal razetka - 84 AZN, 12 xrustal limon qabı - 30 AZN, 6 duz qabı - 12 AZN, 5 salfetka qabı - 14 AZN, 5 li qranit qazan dəsti-280 AZN, 2 dəst çuqun qazan dəsti - 140 AZN, 3 dəst nikkel qazan dəsti - 270 AZN, tefal qazan dəsti - 80 AZN, 3 qəfədan - 100 AZN, 4 ləpəqabı - 16 AZN, 12 kasa - 48 AZN, 2 dəst qaşıqbıçaq dəsti 1-i çemodan - 260 AZN, 2 dəst çömçə dəsti, 2 dəst bıçaq dəsti - 130 AZN, 12 salat qabı - 24 AZN, 12 araq stəkanı - 12 AZN, 6 çaynik - 80 AZN, 8 fincan - 16 AZN, 6 tas - 45 AZN, 1 aşsüzən, 2 ələk, 1 yağqabı - 25 AZN, 4 pərdə, pərdə altlığı - 200 AZN, 4 xalça - 550 AZN, gecə lampası - 35 AZN, saat - 40 AZN, şamdan - 20 AZN, 8 böyük hamam dəsmalı - 96 AZN, 8 əl-üz dəsmalı - 50 AZN, 12 çay dəsmalı - 30 AZN, 2 mətbəx dəsmalı - 6 AZN, 15 çarpayı dəsti - 450 AZN, yay ədyalı; 2 tək ve 2 cüt - 120 AZN, qış ədyalı; 1 tək, 1 cüt - 100 AZN, 3 skater - 84 AZN, 3 yorğan, 2 döşək, 6 döşəkçə, 8 başaltı, 1 yataq örtüyü - 80 AZN, zibil vedrəsi - 12 AZN, ləpə çəkən maşın - 10 AZN, balon bağlayan maşın - 10 AZN, keks qabı, tort qabı - 8 AZN, 3 padnos - 9 AZN, slimmor polsilen - 35 AZN, sürtgəç, nicer-dicer doğrayıcı - 13 AZN, balaca üçlü qab - 16 AZN, 1 çuqun, 1 kauçuk vedrə - 24 AZN, taxta çömçə, balıqtəmizləyən, kartofsoyan, kəfkir, düyməqabı, şpilka, şpilkaqabı - 20 AZN, xeyli sayda xirda mətbəx və ev əşyası, taxta qaşıq dəsti, çörək qabı - 36 AZN, böyük paltar səbəti - 16 AZN, uşaq çarpayısı - 350 AZN, uşaq yorğan döşəyi, uşaq şkafi - 25 AZN və pakraval - 200 AZN, Cavabdeh alınaraq İddiaçı1 verilməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi, dövlət rüsumunun əvəzi qismində ödənilmiş 15 (on beş) manatın Cavabdeh alınaraq İddiaçı1 ödənilməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalan İddiaçı1 apelyasiya şikayəti vermiş və apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(0011)- 2276/2021 saylı, 22 iyun 2021-ci il tarixli qətnaməsi qismən - iddianın təmin edilmədiyi hissədə əsassızdır və ləğv edilməlidir. Qızıl-zinət əşyaları ilə bağlı məhkəmənin müvafiq nəticəyə gəlməsinə əsas olan qənaət prosessual və maddi hüquq normalarına ziddir. Cavabdehin nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş izahatda qızıl-zinət əşyalarının mövcud olması etiraf edilmiş, sadəcə olaraq iddiaçı tərəfindən qızıl-zinət əşyalarının dəyərinin şişirdildiyi qeyd edilmişdir. Həmçinin cavabdehin nümayəndəsi iddiaçının ata evinə gedərkən qızıl-zinət əşyalarını özü ilə apardığını bildirmişdir. Eyni izahat daxilində isə guya ki, iddiaçının pula ehtiyacı olduğu üçün qızılları satdığını da bildirmişdir. Göründüyü kimi nümayəndənin izahatı birmənalı deyil və həmçinin özü-özlüyündə zidiyyətlidir. Cavabdeh də izahatında qızıl-zinət əşyalarının mövcudluğunu tam olaraq, qızılların dəyərini isə qismən qəbul etmiş, iddiaçı evdən gedərkən qızıl-zinət əşyalarının bir qismini özü ilə apardığını bildirmişdir. Azərbaycan Respublikası MPM-nin 106.3-cü maddəsinin tələbinə əsasən cavabdeh tərəf qızıl-zinət əşyalarının mövcudluğunu etiraf etdiyi üçün artıq iddiaçı tərəfin bu halı sübut etməsi vəzifəsi aradan qalxmış olur. Məhkəmə prosessual pozuntuya yol verərək artıq cavabdeh tərəfdən etiraf edilmiş halın yenə də iddiaçı tərəfin sübut etməli olduğu qənaətinə gələrək hüquqi savadsızlıq nümayiş etdirmişdir. Odur ki, qızıl-zinət əşyalarının onun tərəfindən ata evinə aparıldığını iddia edən Cavabdeh bu halı sübut etməlidir. Göründüyü kimi cavabdeh tərəf qızıl-zinət əşyalarının onun tərəfindən aparıldığına dair heç bir sübut təqdim edə bilməmişdir. Həmçinin cavabdehin nümayəndəsi və vəkili guya ki, onun qızıl-zinət əşyalarını aparıdığını və habelə satdığını iddia etmiş, cavabdeh isə onun qızıl-zinət əşyalarının bir qisminin apardığını bildirmişdir. Göründüyü kimi cavabdeh tərəflə onun nümayəndəsinin izahatları belə bir-birinə ziddiyyət təşkil edir. Ona məxsus cehiz əşyalarının hamısının (uşaq arabası xaric) məhz cavabdehə məxsus evdə qalması elə qızıl-zinət əşyalarının da cavabdehdə olduğuna dəlalət edir. Apelyasiya şikayətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(0011)-2276/2021 saylı, 22 iyun 2021-ci il tarixli qətnaməsinin qismən, yəni iddianın tələbinin qızıl-zinət əşyaları tələbinə dair hissəsində ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Apelyasiya məhkəməsinin iclasında, İddiaçı1 verdiyi apelyasiya şikayətini müdafiə etdiyini bildirdi, iddia ərizəsində, ərizəyə əlavələrdə göstərilənlərə və apelyasiya şikayətinin dəlillərinə üyğun izahat verərək, apelyasiya şikayətinin təmin edilməsini, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(0011)-2276/2021 saylı, 22 iyun 2021-ci il tarixli qətnaməsinin qismən, yəni iddianın tələbinin qızıl-zinət əşyaları tələbinə dair hissəsində ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Apelyasiya məhkəməsinin iclasında, Cavabdeh İddiaçı1 tərəfindən verilmiş apelyasiya şikayətinə qarşı etiraz etdiyini bildirərək, apelyasiya şikayətinin təmin edilməməsini, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(0011)-2276/2021 saylı, 22 iyun 2021-ci il tarixli qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılması barədə yeni qətnamə qəbul edilməsini xahiş etdi. Azərbaycan Respublikası MPM-nin 2.1-ci maddəsinə əsasən mülki işlər üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Kоnstitusiyasından, qanunlarından və digər nоrmativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq оlunmasıdır. Həmin Məcəllənin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə оlan və əlavə təqdim оlunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin əsaslılığını оnun düzünə və ya dоlayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və оna etirazlarda ifadə оlunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz оlduqda isə tam yоxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı оlmayaraq, məhkəmənin maddi və prоsessual hüquq nоrmalarına riayət etməsini yоxlayır. Həmçinin Azərbaycan Republikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apelyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apelyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Hazırki halda İddiaçı1 apelyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamədən narazı qalaraq, qətnamənin qismən, yəni qızıl-zinət əşyaları tələbinə dair hissədə ləğv edilməsini xahiş etməklə, qətnaməni qismən mübahisələndirmişlər. Оna görə də məhkəmə kоllegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qismən, yəni mübahisələndirilən hissədə yоxlanılmalıdır. Birinci instansiya məhkəməsi iş materiallarında olan sübutlara əsaslanaraq iddianın qızıl-zinət əşyaları ilə bağlı hissəsində belə nəticəyə gəlmişdir ki, İddiaçı1 öz tələblərinin əsası kimi istnad etdiyi hallarla bağlı sübut etmə vəzifəsi daşıyır, lakin o, bu hallara dair mötəbər sübutları iş materiallarına əlavə etməmiş, həmçinin bu hallar məhkəmə tərəfindən müəyyən olunmadığından iddia tələbi həmin hissədə təmin oluna bilməz və gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 80 və 89.1-ci maddələri ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan İddiaçı1 qətnamənin qızıl-zinət əşyaları ilə bağlı hissəsində ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası tərəflərin izahat dinləyib, apelyasiya şikayətinin dəlillərini, habelə iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək və həmin sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini nəzərə almaqla mülki iş materiallarının tədqiqindən aşağıdakı sübutları müəyyən etmişdir. İş materiallarında olan,Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2654/2020 saylı, 11.11.2020-ci il tarixli qətnaməsindən çıxarışdan görünür ki, İddiaçı1 ilə Cavabdeh arasında 11.09.2017-ci il tarixdə 5 saylı Bakı “ASAN Xidmət” X1 bağlanmış və 3125 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması, tərəflərin birgə nikahlarından anadan olmuş 07.01.2019-cu il təvəllüdlü X2 anası İddiaçı1 himayəsində saxlanılması, Cavabdeh 07.01.2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması 11.11.2020-ci il tarixdən başlayaraq hər ay 170 manat sabit pul məbləğində aliment tutularaq, İddiaçı1 ödənilməsi qət edilmişdir.(İ.v 6) İş materiallarında olan, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2276/2021 saylı, 15.03.2021-ci il tarixli qərardadından görünür ki, İddiaçı1 məxsus olan və qərardadda sadalanan əşyaların üzərinə həbs qoyulmuş və qərardadda qeyd olunan əşyalar ilə bağlı hər-hansı hərəkətlərin cavabdehə qadağan edilməsi qərara alınmışdır.(İ.v 51-53) Məhkəmə kоllegiyası hesab edir ki, birinci instansiya məhkəməsi İddiaçı1 öz tələblərinin əsası kimi istnad etdiyi hallarla bağlı mötəbər sübutları iş materiallarına əlavə etmədiyindən, iddia tələbinin qızıl-zinət əşyaları ilə bağlı hissədə təmin edilməməsi nəticəsinə gəlməkdə haqlı оlmuşdur. Belə ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 34.1-ci maddəsinə əsasən nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən isə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157-ci maddəsində (mülkiyyətin müdafiəsi) göstərilir ki, mülkiyyətçinin özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb etmək kimi hüquqları vardır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “C.Əzimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2 aprel 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına” dair 28 noyabr 2018-ci il Qərarında formalaşdırılan hüquqi mövqeyə görə, mülki prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud sübutlarla təsdiq edilib əsaslandırılmalıdır. Materiallar o zaman sübut kimi qəbul oluna bilər ki, onlar faktları təsdiq edən halları nəzərdə tutsun və yalnız obyektiv təsdiqini tapan həmin hallar əsasında məhkəmə iş üçün əhəmiyyət daşıyan faktiki halları müəyyən etsin. Məhkəmə kollegiyası hesab edir ki, İddiaçı1 iddia ərizəsində göstərdiyi qızıl-zinət əşyalarının məlum olmayan səbəbdən ona qaytarılmamasını, cavabdehdə qalan qızılzinət əşyalarının qaytarılmasını tələb edərək buna nail ola bilməməsini bildirsə də, qızılzinət əşyalarının cavabdehdə olması barədə hər hansı mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Belə ki, İddiaçı1 iddia ərizəsində 2020-ci ilin iyun ayında əri, Cavabdeh tərəfindən Bakı şəhərində yaşayan valideynlərinin evinə qonaq gətirdiyini və həmin vaxtdan bir daha geri ər evinə qayıtmadığını bildirsə də, valideynlərinin evinə qonaq gələrkən özünə aid olan qızıl-zinət əşyalarını aparmamasını sübuta yetirə bilməmişdir. Həmçinin İddiaçı1 apelyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozmasını qeyd etsə də, həmin pozuntuların nədən ibarət olmasını və məhkəmənin gəldiyi nəticəyə qarşı etdiyi etirazını əsaslandıra bilməmiş, göstərilənlərin məhkəmə qətnaməsindən fərqli olması barədə məhkəmələrə heç bir sübut təqdim etməmişdir. Halbu ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istfadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi xatırlatmışdır ki, Konvensiya araşdırılmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm-mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Eyni zamanda, Qavazov Bolqarıstana qarşı iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir (§ 93). Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 106.3-ci maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə kоllegiyası həmçinin apelyasiya şikayətinin dəlillərini araşdıraraq müəyyən etmişdir ki, işə baxan birinci instansiya məhkəməsi düzgün olaraq iddiaçı tərəfindən təqdim edilmiş sübutlara istinad etmiş və mübahisənin həll edilməsi üçün həmin sübutlardan istifadə etmiş, Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun оlaraq iş üzrə tədqiq оlunmuş sübutlara qanuna müvafiq qiymət vermişdir. Odur ki, məhkəmə kоllegiyası hesab edir ki, iddiaçının apelyasiya şikayətində sadalanan dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin qanunsuz və əsassız hesab edilərək ləğv edilməsi üçün əsas оla bilməz. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 384.0.1-ci maddəsinin tələbinə görə apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Beləliklə məhkəmə kollegiyası qeyd edilənlərə əsasən apelyasiya şikayətinin dəlilləri üzrə yekun hüquqi dəyərləndirmə apararaq hesab edir ki, apelyasiya şikayəti faktlar nöqteyi-nəzərdən qanuni və əsaslı olan birinci instansiya məhkəməsinin gəldiyi nəticənin ləğv və ya dəyişdirilməsi üçün əsas ola bilməz və formal mülahizələrdən ibarətdir. Buna görə də apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, Qət etdi: İdiaçı İddiaçı1 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Hazırki mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(0011)-2276/2021 saylı, 22 iyun 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Qürbət Əsgərov Hakimlər Azad İmanov Vahid Sadıqov
Məhkəmə qərarları › İş №2(103)-8679/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8679/2021
28.09.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver