Məhkəmə qərarları › İş №2(103)-8708/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-8708/2020

20.11.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-8708/2020 20.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “uşağın ananın yanında saxlanılması və aliment” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3835/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən iş üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiyanın mümkünlüyünü açıq məhkəmə iclasında yoxlayaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “uşağın ananın yanında saxlanılması və aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3835/2020 saylı, xx xxxxxx 2020ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, xx.xx.2019-cu il təvəllüdlü X3 anası İddiaçı yanında saxlanılmış, xx.xx.2020-ci il tarixdən başlayaraq xx.xx.2011-ci il təvəllüdlü X4 və xx.xx.2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay, hər uşağa görə 170 (yüz yetmiş) manat, cəmi 340 (üç yüz qırx) manat sabit pul məbləğində aliment, həmçinin xx.xx.2019-cu il təvəllüdlü X3 3 (üç) yaşına çatanadək hər ay 50 (əlli) manat aliment Cavabdeh tutularaq İddiaçı ödənilməsi,iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qeyd olunan qətnamədən narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin alimenin tutulması hissəsində qismən ləğv edilməsi xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(103)-7378/2020 saylı qərardadı ilə İddiaçı Cavabdeh qarşı “uşağın ananın yanında saxlanılması və aliment” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3835/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən iş üzrə Cavabdeh tərəfindənverilmiş apellyasiya şikayəti dövlət rüsumu ödənilmədiyindən qeyri-mümkün hesab edilmiş və apellyasiya şikayət geri qaytarılması üçün mülki işlə birlikdə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilmişdir. İş materiallarından görünür ki, mülki iş Binəqədi Rayon Məhkəməsinə qaytarıldıqdan sonra cavabdeh dövlət rüsumu ödəmiş və buraxılmış prosessual müddəti bərpasına dair ərizə ilə müraciət etmişdir. Aşağıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya qeyrimümkün hesab edilməli və mülki iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Kollegiya qeyd edir ki, cavabdeh tərəfindən birinci instansiya məhkəməsinə ötürülmüş müddətin bərpa edilməsinə dair ərizə ilə müraciət edilməsinə baxmayaraq, mülki iş birinci instansiya məhkəməsi tərəfindən həmin ərizəyə hüquqi qiymət verilmədən Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Belə olan halda Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilməli və mülki iş ötürülmüş prosessual müddətin bərpa edilməsinə dair cavabdeh tərəfindən verilmiş ərizəyə baxılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366.2-ci maddəsinə görə isə, əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa o, qəbul olunmamış hesab edilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366-cı maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı “uşağın ananın yanında saxlanılması və aliment” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3835/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən iş üzrə Cavabdeh tərəfindənverilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin və mülki iş cavabdeh tərəfindən verilmiş prosessual müddətin bərpa edilməsinə dair ərizəyə baxılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar