Məhkəmə qərarları › İş №2(103)-8714/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-8714/2021

13.08.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-8714/2021 13.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsinin binasında İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 şərəf və ləyaqətin müdafiəsi üçün kompensasiya tələbinə dair mülki işin aidiyyəti məsələsi ilə bağlı məhkəmələr arasında fikir ayrılığına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı iddia ərzəsi ilə Şahbuz Rayon Məhkəməsinə müraciət edərək mənəvi zərərə görə Cavabdeh1 10000 manat, Cavabdeh2 5000 manat, vəkil xidməti və dövlət rüsumuna görə 292,40 manat cavabdehlərdən alınaraq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Şahbuz Rayon Məhkəməsinin 2(090)-89/2021 saylı 06.07.2021-cu il tarixli qərardadı ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 şərəf və ləyaqətin müdafiəsi üçün kompensasiya tələbinə dai mülki iş Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 44.2.5-ci maddəsinə istinad olunmaqla ərazi aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4085/2021 saylı, 03 avqust 2021-ci il tarixli qərardadı ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 şərəf və ləyaqətin müdafiəsi üçün kompensasiya tələbinə dair iş üzrə məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün mülki işin Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 şərəf və ləyaqətin müdafiəsi üçün kompensasiya tələbinə dair dair mülki iş aidiyyəti üzrə baxılması üçün Şahbuz Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası MülkiProsessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərədə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 36.2-ci maddəsinə görə, rəsmi yaşayış yeri, olduğu yer və ya hüquqi ünvanı müxtəlif olan bir neçə cavabdehə iddia cavabdehlərdən birinin rəsmi yaşayış yeri və ya hüquqi ünvanı üzrə verilə bilər. Həmin Məcəllənin 40.1-ci maddəsinə əsasən ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. Həmin Məcəllənin 40.2-ci maddəsinə görə tərəflər öz aralarındakı saziş ilə mübahisəli işin ərazi aidiyyətini dəyişdirə bilərlər. Saziş yazılı şəkildə ifadə olunmalıdır. Həmin Məcəllənin 45.2-ci maddəsinə əsasən, mübahisənin məhkəməyə aid olmaması və ya işin başqa məhkəməyə verilməsi məsələləri barədə hakim bu Məcəllənin 21-ci fəslinin qaydalarına uyğun olaraq qərardad çıxarır. Kollegiya qeyd edir ki, Şahbuz Rayon Məhkəməsi mülki işin aidiyyat məsələsinə münasibətdə, sübutların əksər hissəsi və hadisənin Nərimanov Rayon ərazisində baş verdiyindən mülki işin baxılması Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilməsi qənəatinə gəlməkdən haqlı olmamışdır. Belə ki, iş materiallarından müəyyən olunur ki, iddia ərizəsi üzrə Cavabdeh1 Naxçıvan MR, Şahbuz rayonu, Kükü kəndində, Cavabdeh2 isə Naxçıvan MR, Şahbuz rayonu, Badamlı qəsəbəsində pasport qeydiyyatdadır Hazırki iş üzrə materiallarından həmçinin müəyyən edilir ki, hazırkı iddia tələbi ilə iddiaçı məhkəməyə müraciət etmiş və aidiyyat qaydaları pozulduğu üçün Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4565/2020 saylı 17.12.2020-ci il tarixli qərardadı ilə iddia ərizəsi geri qaytarılmışdır. Həmin qərardaddan şikayət verilmiş və Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2877/2021 saylı 19.02.2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4565/2020 saylı 17.12.2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi, Bakı Apellasiya Məhkəməsinin 2(103)-2877/2021 saylı 19.02.2021-ci il tarixli qərardadı ilə aidiyyat məsələsi artıq müəyyən edilmişdir. Ona görə də hazırki mülki işə Şahbuz Rayon Məhkəməsində baxımalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə görə məhkəmə aidiyyətinin qanunsuz dəyişdirilməsinə yol verilmir. Həmin maddəyə əsasən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 31.1-ci maddəsinə əsasən aidiyyat qaydalarının pozulmasına yol verilmir. Həmin Məcəllənin 45.4-cü maddəsinə əsasən bir məhkəmədən digərinə göndərilən iş, onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında ərazi aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən iş bir məhkəmədən başqasına verilir. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 şərəf və ləyaqətin müdafiəsi üçün kompensasiya tələbinə dair mülki iş aidiyyəti üzrə baxılması üçün Şahbuz Rayon Məhkəməsinə göndərilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 45.4, 400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 şərəf və ləyaqətin müdafiəsi üçün kompensasiya tələbinə dair mülki iş aidiyyəti üzrə baxılması üçün Şahbuz Rayon Məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilmir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar