Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8718/2021 10.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Emin Mehdiyev və Xəyal Sarıyevdən ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, İddiaçı, cavabdeh Zaur Əliyevin iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliement ödənilməsi barədə” iddiasına dair mülki iş üzrə Xətai Rayon Məhkəməsinin 16.07.2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia ərizəsində 23.08.2017-ci il təvəllüdlü uşaq X1 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay 175 manat aliment cavabdehdən (atadan) alınaraq iddiaçıya (anaya) verilsin. Qətnamə ilə qət olunub ki, iddia qismən təmin olunsun, uşağın saxlanması üçün hər ay 87,5 manat cavabdehdən alınaraq iddiaçıya verilsin. Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və iddia təmin olunsun. Məhkəmə iclasında iştirak İddiaçı apellyasiya şikayətinin əsaslı olduğunu, cavabdeh Zaur Əliyev isə apellyasiya şikayətinin əsassız olduğunu bildirdi. Məhkəmə işin həlli ilə bağlı aşağıdakıları qeyd edir. Uşağın saxlanması üçün aliment tutulması və alimentin miqdarının hər ay hər ay 87,5 manat müəyyən edilməsi Ailə Məcəlləsinin 75.4 və 78.2-ci maddələrinin göstərişlərinə uyğundur. Belə ki, TSEK-in arayışından görünür ki, cavabdeh 2-ci dərəcə əlildir. Diaqnozu “Kəskin ifadə olunmuş debillik dərəcəsində oliqofreniya. Episindrom” (iş v. 17). Arayışda qiymətləndirmə tarixi 21.07.2016-cı il kimi göstərilib, 21.07.2021-ci ildə əlillik müddət bitib. Apellyasiya icraatı zamanı yeni arayış təqdim olunub. Arayışda qiymətləndirmə tarixi 30.07.2021-ci il kimi göstərilib və əlillik dərəcəsi verilməsindən imtina olunub. Səbəbi “əlavə müalicəyə ehtiyacı var”, diaqnozu isə “qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu” kimi qeyd olunub. Göründüyü kimi, cavabdehin ciddi sağlamlıq problemi var. Alimentin miqdarı müəyyən edilərkən ciddi sağlamlıq problemləri olan şəxslərlə belə problemləri olmayan şəxslər bərabər tutulmalı deyil. Ciddi sağlamlıq problemi olan şəxsin üzərinə 175 manat aliment ödəmək vəzifəsinin qoyulması üçün onun münasib qazanca (həm aliment ödəməyə, həm də özünün maddi və müalicə xərclərini ödəməyə imkan verən qazanca) malik olduğunu təsdiq edən sübutlar olmalıdır. Hazırkı işdə belə sübutlar yoxdur. Ona görə də birinci intansiya məhkəməsi düzgün olaraq alimentin miqdarını 87,5 manat müəyyən edib, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin olunmasın. Hazırkı iş üzrə Xətai Rayon Məhkəməsinin 16.07.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-8718/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8718/2021
10.09.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver