Məhkəmə qərarları › İş №2(103)-8792/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-8792/2021

31.08.2021 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-8792/2021 31.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ QƏRARDAD – 8792 Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlundan və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Cəfərova Şəfəq Natiq qızının katibliyi, Cavabdeh3 nümayəndəsi X2 iştirakı ilə, İdiaçı İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “müqavilənin ləğvi və hüquqi nəticələrinin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 22 iyul 2021-ci il tarixli, 2(004)-3568/2021 saylı qərardadından İddiaçı şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “müqavilənin ləğvi və hüquqi nəticələrinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bundan sonra, 01 iyul 2021-ci il tarixdə məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili X4 iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, 30.112015-ci il tarixli alqı-satqı müqaviləsinin və 20.12.2019-cu il tarixli alqı-satqı müqaviləsinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Eyni zamanda İddiaçı nümayəndəsi və vəkili X4 ərizə ilə məhkəməyə müraciət edərək, iddia tələbinə mahiyyəti üzrə baxılıb yekun məhkəmə qərarı olanadək ünvan 1 ünvanında yerləşən 1 otaqlı 17 kv.m yaşayış sahəsinin üzərinə həbs qoyulmasına dair qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 01.07.2021-ci il tarixli, 2(004)-3568/2021 nömrəli qərardadı ilə İddiaçı nümayəndəsi və vəkili X1 iddianın təmini tədbiri barədə ərizəsi qismən təmin edilmiş, hazırki mülki iş üzrə yekun məhkəmə aktı qəbul edilənədək, ünvan 2 ünvanında yerləşən 1 (bir) otaqlı 17 kv.m yaşayış sahəsinin özgəninkiləşdirilməsi qadağan edilmişdir. Qərardadın icrası Azərbaycan Respublikası Əmlak Məsələlləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi idarəsinə həvalə edilmişdir. Qərardad dərhal icra edilmişdir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 22.07.2021-ci il tarixli, 2(004)-3568/2021 nömrəli qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “alqı-satqı müqavilələrinin ləğvi” tələbinə dair iddiası rədd edilmişdir. Həmçinin, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 22.07.2021-ci il tarixli, 2(004)- 3568/2021 nömrəli qərardadı ilə iş üzrə iddianı təmin etmə tədbiri kimi mübahisə predmeti olan ünvan 2 ünvanında yerləşən 1 (bir) otaqlı 17 kv.m yaşayış sahəsinin özgəninkiləşdirilməsinə qoyulmuş qadağanın ləğv edilməsi qərara alınmışdır. Həmin qərardaddan narazı qalan İddiaçı nümayəndəsi və vəkili X4 şikayət verərək, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 22 iyul 2021-ci il tarixli, 2(004)-3568/2021 saylı qərardadının ləğv edilməsini və həmin iş üzrə yekun məhkəmə qərarı qəbul edilənədək iş üzrə apellyasiya və kassasiya şikayətinə baxılması və iş üzrə yeni qərar qəbul edilənədək iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 01.07.2021-ci il tarixli, 2(004)- 3568/2021 saylı qərardadının dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 05 avqust 2021-ci il tarixli, 2(004)- 3568/2021 saylı qərardadı ilə sonuncu qərardaddan İddiaçı nümayəndəsi və vəkili X4 tərəfindən verilmiş şikayət təmin edilməmiş və şikayət mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Apellyasiya baxışı zamanı Cavabdeh3 nümayəndəsi X5 şikayəti qəbul etməyərək onun təmin olunmamasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, iş üzrə digər tərəflər iclasda iştirak etməmiş və bunun səbəblərini bildirməmişlər. Kollegiya işə həmin tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş üzrə cavabdehin nümayəndəsini dinləyib, iş materiallarını və şikayətlərin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 162.1-ci maddəsinə əsasən iddianın təmin edilməsi məhkəmənin təşəbbüsü ilə və ya tərəflərin xahişi ilə həmin məhkəmənin özü tərəfindən ləğv oluna bilər. Azərbaycan Respublikası MPM-in 162.3-cü maddəsinə əsasən iddia rədd edildikdə, məhkəmənin qəbul etdiyi iddianı təmin etmə tədbirləri qətnamə qanuni qüvvəyə minənə qədər saxlanılır. Lakin məhkəmə qətnamə ilə eyni zamanda və ya qətnamə çıxarıldıqdan sonra, iddianın təmin olunmasını ləğv etmək haqqında qərardad çıxara bilər. Məhkəmə kollegiyası qeyd edir ki, işin mahiyyəti üzrə yekun məhkəmə qətnaməsi ilə iddia rədd edildiyi üçün məhkəmənin özü tərəfindən mübahisələndirilən əmlakın özgəninkiləşdirilməsinə qoyulmuş qadağanın ləğv edilməsi barədə qərardad qəbul edilməsi qanuni və əsaslıdır. Qeyd edilənlərə əsasən, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 263-264, 400-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şikayət təmin edilməsin. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 22 iyul 2021-ci il tarixli, 2(004)-3568/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar