Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-882/2024 24.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iddia tələbi ilə əlaqədar iş üzrə (Açar sözlər: “alimentin tutulması” tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X8 (sədrlik edən və məruzəçi), X10 və X6 ibarət tərkibdə, Mirzəyev Ziya Əziz oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin tutulması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3866/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(006)-273/2022 saylı qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı (Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Orqanı 3-cü şəxs qismində cəlb edilməklə) “nikahın pozulması və s” tələbinə dair ilk iddiasının qismən təmin edilməsi, İddiaçı ilə Cavabdeh arasında 14 yanvar 2010-cu il tarixdə Bakı şəhəri Nəsimi rayon Qeydiyyat şöbəsində 19 saylı akt qeydi ilə bağlanmış nikahın pozulması, ilk iddianın qalan hissədə təmin edilməməsi, Cavabdeh İddiaçı qarşı “uşağın himayəyə qaytarılması və alimentin ödənilməsi” tələbinə dair qarşılıqlı iddiasının təmin edilməsi, xx.xx.2011-ci il təvəllüdlü X5 və xx.xx.2019-cu il təvəllüdlü X7 anaları qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ilə qalmaları, xx.xx.2011-ci il təvəllüdlü X4 və xx.xx.2019-cu il təvəllüdlü X7 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün xx.xx.2021-ci il tarixdən (qarşılıqlı iddianın verildiyi tarixdən) başlayaraq İddiaçı Cavabdeh xeyrinə hər ay hər uşaq üçün 175 manat olmaqla, ümumilikdə 350 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(103)-368/2023 saylı qətnaməsi ilə İddiaçı apellyasiya şikayətinin qismən təmin edilməsi, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(006)-273/2022 saylı qətnaməsinin “xx.xx.2011-ci il təvəllüdlü X4 anası Cavabdeh ilə qalması, yetkinlik yaşına çatanadək onun saxlanılması üçün xx.xx.2021-ci il tarixdən (qarşılıqlı iddianın verildiyi tarixdən) başlayaraq İddiaçı Cavabdeh xeyrinə hər ay 175 manat sabit pul məbləğində alimentin tutulması” hissəsində ləğv olunması, qarşılıqlı iddianın həmin hissədə təmin edilməməsi, İddiaçı “xx.xx.2011-ci il təvəllüdlü X4 onun yanında saxlanılması” tələbinin təmin olunması, İddiaçı ilə Cavabdeh birgə nikahlarından doğulmuş xx.xx.2011-ci il təvəllüdlü X4 İddiaçı himayəsində saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(102)- 2376/2023 saylı qərarı ilə kassasiya şikayətinin təmin edilməməsi, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(103)-368/2023 saylı qətnaməsinin mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır.
2. Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışdan görünür ki, Cavabdeh "xxxx" MMC-də satıcı-nəzarətçi, kassir (ərzaq və qeyri-ərzaq malları üzrə) vəzifəsində çalışmaqla aylıq 407 manat əmək haqqı alır. İddiaçı adına isə əmək müqaviləsi aşkar edilməmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, alimentin tutulması xx.xx.2021-ci il tarixindən hesablanaraq xx.xx.2011-ci il təvəlüldlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh 220 manat sabit pul məbləğində alimentin tutularaq onun xeyrinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 13 mart 2010-cu il tarixdə X9 ilə rəsmi nikaha daxil olaraq ailə qurmuşlar. Birgə nikahlarından xx.xx.2011-ci il təvəllüdlü X5 və xx.xx.2019-cu il təvəllüdlü X12 adlı övladları dünyaya gəlmişlər. Əvvəllər ailə münasibətləri yaxşı olsa da, sonralar ailə münasibətləri kəskin şəkildə pozulmuşdur. Bu baxımdan da nikahın pozulmasını və böyük qızı X4 onun himayəsinə verilməsi tələbinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət etmişdir. Belə ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-273/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi qismən təmin olunduğundan apellyasiya şikayəti vermiş və Bakı Apellyasiya Məhkəməsinin 2(103)-368/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi üzrə İddiaçı apellyasiya şikayəti qismən təmin edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-273/2022 saylı iş üzrə 30 iyun 2022-ci il tarixli qətnaməsi xx.xx.2011-ci il təvəllüdlü X4 anası Cavabdeh ilə qalması, yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2021-ci il tarixdən (qarşılıqlı iddianın verildiyi tarixdən) başlayaraq ondan Cavabdeh xeyrinə hər ay 175 manat sabit pul məbləğində alimentin tutulması hissəsində ləğv olunması, xx.xx.2011-ci il təvəllüdlü X4 onun yanında saxlanılması tələbi təmin olunaraq Cavabdeh ilə birgə nikahlarından doğulmuş xx.xx.2011-ci il təvəllüdlü X4 onun himayəsində saxlanılması qərarlaşdırılmışdır. Belə ki, qızı X5 xx.xx.2021-ci il tarixindən onun himayəsindədir. Bu günə qədər cavabdeh uşağın maddi ehtiyacları və sosial inkişafında heç bir maraq göstərməmişdir. Ondan əlavə digər uşağı xx.xx.2019-cu il təvəllüdlü X7 onun himayəsində qalmasına baxmayaraq, ona da ana nəvazişi və qayğısı göstərmir. Özü işlədiyinə görə demək olar ki, kiçik qızı qonşuların ümidinə qalmışdır. Bu da onu bir ata kimi narahat edən məsələlərdən biridir. Göründüyü kimi, cavabdeh bir valideyin kimi uşaqların böyüməsində, sosial inkişafında heç bir maraq göstərmir.
5. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3866/2023 nömrəli, xx.xx.2023cü il tarixli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməməsi, xx.xx.2011-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə xx.xx.2023-cü il tarixdən (iddia ərizəsi ilə məhkəməyə müraciət edildiyi tarixdən) başlayaraq hər ay 175 manat sabit pul məbləğində alimentin tutulması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir (hakim X11).
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
b) Apellyasiya şikayətinin dəlilləri
6. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin məzmunu iddia ərizəsinə uyğun əsaslandırılmış və əlavə olaraq göstərilmişdir ki, məhkəmədə qızı xx.xx.2011-ci il təvəllüdlü X4 xx.xx.2021-ci il tarixindən onun yanında qalması ilə əlaqədar məhkəməyə təqdim etdiyi rəsmi sənəd sübut kimi qiymətləndirilməmişdir. Eyni zamanda Azərbaycan Respublikasının 2023-cü il tarixli uşaqlar üçün minimum yaşayış haqqında qanunda göstərilən 220 manat sabit aliment məbləği məhkəmə tərəfindən nəzərə alınmayıb.
c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
8. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
ç) Proses iştirakçılarının izahatı
9. Məhkəmə iclasında iddiaçı apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, təmin edilməsini xahiş etmişdir.
10. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, iş üzrə cavabdeh məhkəmə iclasına gəlməmişdir. Kollegiya işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
11. Azərbaycan Respublikası Ailə Məcəlləsinin:
75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (ailment) məhkəmə qaydasında tutulmalıdır. 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən isə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir.
12. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:
14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. 384.0.1-ci maddəsinə əsasən pellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
13. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
14. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
15. Hazırkı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın tam təmin edilməsi xahiş edildiyindən qətnamə tam yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
16. Məhkəmə kollegiyası iddiaçının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
17. Məhkəmə kollegiyası bu mövqeyi ilə bağlı yuxarıda göstərilən və bu sahəni tənzimləyən qanunvericiliyin digər aidiyyəti müdəalarına istinadən qeyd etməyi zəruri hesab edir ki, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar, habelə uşağın minimum dolanacaq xərcindən az olmayan maddi təminat almaq hüququnun təminatı və valideynləri ilə birlikdə yaşadığı vaxtdakı təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir.
18. İddiaçı birinci instansiya məhkəməsi tərəfindən tutulmuş aliment məbləği ilə razılaşmır.
19. Lakin nəzərə alınmalıdır ki, tərəflər 14 yanvar 2010-cu il tarixdə rəsmi nikaha daxil olmuş, birgə nikahlarından xx.xx.2011-ci il təvəllüdlü X5 və xx.xx.2019-cu il təvəllüdlü X12 adlı iki övladları dünyaya gəlmişdir. Daha sonra aralarında olan nikah münasibətlərinə məhkəmə qaydasında xitam verilmişdir. Tərəflər arasında nikahın pozulması, uşaqların valideynlərdən birinin himayəsinə verilməsi və azyaşlıların saxlanılmaları üçün alimentin tutulması məsələsinə məhkəmədə baxıldığı dövrdə tərəflərin birgə nikahlarından olan xx.xx.2011-ci il təvəllüdlü X4 atası İddiaçı ilə və xx.xx.2019-cu il təvəllüdlü X7 anası Cavabdeh yanında saxlanılması qət edilmişdir. Eyni zamanda, xx.xx.2019-cu il təvəllüdlü X7 anası Cavabdeh himayəsinə verilməklə, yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı onun xeyrinə hər ay 175 manat sabit pul məbləğində alimentin tutulması müəyyən edilmiş, lakin İddiaçı aliment tələbinə dair iddiası apellyasiya instansiyası məhkəməsində təmin edilməmiş və işə kassasiya qaydasında baxılarkən qəbul edilmiş qətnamə dəyişdirilmədən saxlanılmışdır.
20. Qeyd edilməlidir ki, uşaqları saxlamaq hər iki valideynin vəzifəsi olduğundan, habelə xx.xx.2019-cu il təvəllüdlü X3 üçün İddiaçı Cavabdeh xeyrinə hər ay 175 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Göründüyü kimi digər uşağın saxlanılması üçün həmin məbləğ yetərli olduğu təqdirdə iddiaçının himayəsinə verilən X1 yetərli olmamasını zəruri edən hər hansı bir hal mövcud deyildir.
21. Bundan əlavə məhkəmə kollegiyası vurğulayır ki, mövcud vəziyyətdə 220 manat məbləğində alimentin Cavabdeh tutulmasını zəruri edən hal da mövcud deyildir. Yəni, cavabdehin iddia tələbində qeyd edilən məbləğdə alimentin ödənilməsi üçün zəruri vəsaitə malik olması təsdiqini tapmır. Hazırki durumda faktiki olaraq hər iki valideyn yanında qalan uşağa münasibətdə bütün xərclərin çəkilməsini öz vasaitləri hesabına çəkməli olurlar ki, bu halda bir tərəfin digər tərəfdən daha çox zəruri vəsaitə malik olması təsdiqini tapmadığından məhkəmə tətərfindən alimentin məhz qeyd edilən məbləğdə müəyyən edilməsi barədə nəticəsinin ləğv edilməsi üçün hər hansı bir əsas yoxdur. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq İddiaçı himayəsinə verilmiş xx.xx.2011-ci il təvəllüdlü X2 üçün cavabdehdən 175 manat məbləğində aliment tutulması qənaətinə gəlmişdir.
22. Beləliklə, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri əsassız olmaqla qətnamənin dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas vermir. Bu səbəbdən apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
22. Hazırkı iş üzrə qətnamənin alimentin məbləği ilə bağlı mübahisələndirilən hissəsində iddianın qiyməti (220-175=45x12=540 manat) 540 manat təşkil etdiyindən, bununla da beş min manatdan az olduğundan, qətnamədən kassasiya şikayəti verilə bilməz. 23.Göstərilənlərə əsasən, habelə Azərbaycan Respublikası MPM-in 372-ci, 382-ci, 384-cü, 392-ci, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qət etdi:
İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3866/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir.