Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-8835/2020 09.12.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Arifli Şamxal Mehdi oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “əmək haqqının ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(007)-587/20 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş şikayətə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı “əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, onun məzuniyyətdə olduğu müddət, ona ödənilməli olan əməkhaqqının hər ay 400 manatdan hesablanmaqla və son haqq hesab daxil olmaqla ona ödənilməsi, xx.xx.2019-dan xx.xx.2019 tarixədək və iyul ayı üçün əmək haqqı şirkətin laqeydliyi ucbatından ödənilmədiyinə görə həmin müddətin ona iş günü kimi hesablanması, xx.xx.2018-ci ildən xx.xx.2019-cu ilə kimi o, iki deponun gözətçisi olmuş və ona görülən iş müqabilində əmək haqqının ödənilməsi, işlədiyi 16 ay ərzində bütün bayram günlərində işləmiş və onun müqabilində mək haqqı ödənilməsi, xx.xx.2019-cu ildən xx.xx.2019-cu ilə kimi müqavilədə göstərilən qaydada yemək pulunun ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakim H.Əhmədova, iş № 2(007)-587/20) iddia tələbi qismən təmin edilərək Cavabdeh MMCdən 2075 (iki min yetmiş beş) manat məbləğində əmək haqqının İddiaçı xeyrinə tutulması qət edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv olunmasını xahiş etmişdir. Apellyasiya şikayəti xx xxxxxx 2020-ci il tarixdə mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə verilmiş apellyasiya şikayəti apellyasiya icraatı qaydasında baxılması üçün mümkün hesab edilmişdir. İşə apellyasiya qaydasında baxılan zaman Bakı şəhər Nizami Rayon Məhkəməsi 2(007)- 587/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli məktubla mürciət edərək mübahisələndirilən qətnamədə yol verilmiş texniki səhvə düzəliş edilməsi üçün mülki işin Bakı şəhəri Nizami Rayon Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək hesab edir ki, mülki iş apellyasiya baxışından çıxarılmalı və qətnamədə yol verilmiş yanlışlığın düzəldilməsi məsələsinə baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263 və 400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki iş apellyasiya baxışından çıxarılsın və qətnamədə yol verilmiş yanlışlığın düzəldilməsi məsələsinə baxılması üçün həmin məhkəməyə qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Sədrlik edən Akif İsgəndərov Hakimlər Elşən Kazımov
Məhkəmə qərarları › İş №2(103)-8835/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-8835/2020
09.12.2020 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver