Məhkəmə qərarları › İş №2(103)-8851/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-8851/2021

02.09.2021 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-8851/2021 02.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi ilə, Məmmədov Məmməd Allahverdi oğlu və İbayev Vəfaddin Ələm oğlundan ibarət tərkibdə, Orucova Məryəm Faiq qızının katibliyi ilə, İlkin iddia üzrə İddiaçı nümayəndəsi-vəkili Vəkil1, Cavabdeh2, Müstəqil tələb irəli sürən üçüncü şəxs Maraqlı şəxs nümayəndəsi-vəkili Vəkil2 iştirakı ilə, İlkin iddia üzrə İddiaçı ilkin iddia üzrə cavabdehlər Cavabdeh1nə və Cavabdeh2 qarşı “MTK üzvlərinin ümumi iclasının protokolunun və ondan çıxarışın, maliyyə arayışının etibarsız hesab edilməsi və s. tələbi”nə dair ilkin, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 qarşılıqlı iddia üzrə cavabdehlər Cavabdeh1nə və İddiaçı qarşı “müqavilənin etibarsız hesab edilməsi tələbi”nə dair qarşılıqlı, həmçinin müstəqil tələb irəli sürən üçüncü şəxs Maraqlı şəxs cavabdehlər Cavabdeh1nə, İddiaçı və Cavabdeh2 qarşı “mənzildən istifadəyə yaradılan maneələrin aradan qaldırılması və s.tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 29.06.2021-ci il tarixli, 2(006)- 1473/2021 nömrəli qərardadından müstəqil tələb irəli sürən üçüncü şəxs Maraqlı şəxs tərəfindən verilmiş şikayətə əsasən işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi : İddiaçı cavabdehlər Cavabdeh1nə və Cavabdeh2 qarşı “MTK üzvlərinin ümumi iclasının protokolunun və ondan çıxarışın, maliyyə arayışının etibarsız hesab edilməsi və s. tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Öz növbəsində, Cavabdeh2 Cavabdeh1nə və İddiaçı qarşı “müqavilənin etibarsız hesab edilməsi tələbi”nə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Həmçinin, müstəqil tələb irəli sürən üçüncü şəxs Maraqlı şəxs cavabdehlər Cavabdeh1nə, İddiaçı və Cavabdeh2 qarşı “mənzildən istifadəyə yaradılan maneələrin aradan qaldırılması və s. tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-6275/2020 saylı, 11 dekabr 2020-ci il tarixli qərardadı ilə İddiaçı iddianın təmini tədbirinə dair ərizəsinin təmin edilməsi, hazırkı mülki iş üzrə iddianın təmini tədbiri kimi Bakı şəhəri Nəsimi rayonu 3007-ci məhəllə Tbilisi prospekti 44C ünvanda yerləşən binanın A girişi, binanın 13-cü mərtəbəsindəki ümumi sahəsi 131,43 kv.m olan, üç otaqlı, 59 saylı mənzilində hər hansı bir şəxs və ya tikinti briqadası tərəfindən təmir, daxili yerdəyişmə işlərinin qadağan edilməklə üzərinə həbsin qoyulması və iş üzrə cavabdehə və digər üçüncü şəxslərə əmlak barəsində sərəncam verilməsinin rəsmiləşdirilməsinin məhdudlaşdırılması, qərardadın dərhal icra edilməsi, qərardadın icrasının Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər 1 saylı Ərazi İdarəsinə, Nəsimi rayon İcra və Probasiya şöbəsinə və Cavabdeh1nə həvalə edilməsi qərara alınmışdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1473/2021 saylı, 29.06.2021-ci il tarixli qətnaməsi ilə ilkin iddia üzrə İddiaçı ilkin iddia üzrə cavabdehlər Cavabdeh1nə və Cavabdeh2 qarşı “MTK üzvlərinin ümumi iclasının protokolunun və ondan çıxarışın, maliyyə arayışının etibarsız hesab edilməsi və s. tələbi”nə dair ilkin iddia tələbi təmin edilmiş, Cavabdeh1 tərəfindən inşa olunmuş Bakı şəhəri, Nəsimi rayonu, 3007-ci məhəllə, Tbilisi prospekti, 44 C ünvanında yerləşən binanın A girişi, ümumi sahəsi 131,43 kv.m olan, üç otaqlı, 59 saylı mənzilinin keçmiş payçısı Cavabdeh2 adına alqı-satqı edilmiş 16.02.2006-cı il tarixli müqavilənin ləğv edilmiş hesab olunması. Cavabdeh2 Bakı şəhəri, Nəsimi rayonu, 3007-ci məhəllə, Tbilisi prospekti 44 C ünvanda yerləşən binanın A girişi, ümumi sahəsi 131,43 kv.m olan, üç otaqlı, 59 saylı mənzilin payçısı olmasının təsdiq edilməsi barədə Cavabdeh1 üzvlərinin ümumi iclasının 28 aprel 2020-ci il tarixli, 85 saylı protokolun və ondan çıxarışın və Cavabdeh2 adına verilmiş 28 aprel 2020-ci il tarixli maliyyə arayışının etibarsız hesab edilməsi, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 qarşılıqlı iddia üzrə cavabdehlər Cavabdeh1nə və İddiaçı qarşı “müqavilənin etibarsız hesab edilməsi tələbi”nə dair qarşılıqlı iddia tələbinin təmin edilməməsi, müstəqil tələb irəli sürən üçüncü şəxs Maraqlı şəxs cavabdehlər Cavabdeh1nə, İddiaçı və Cavabdeh2 qarşı “mənzildən istifadəyə yaradılan maneələrin aradan qaldırılması və s. tələbi”nə dair iddia tələbinin təmin edilməməsi, məhkəmə xərclərinin qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 və müstəqil tələb irəli sürən üçüncü şəxs Maraqlı şəxs aid edilməsi qət edilmişdir. Müstəqil tələb irəli sürən üçüncü şəxs Maraqlı şəxs nümayəndəsi və vəkili Vəkil2 məhkəməyə ərizə göndərərək, iş üzrə qətnamə qəbul edərkən, məhkəmə qərardadı ilə tətbiq olunmuş iddianın təmin tədbiri barədə qərardadın ləğv edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1473/2021 saylı, 29.06.2021-ci il tarixli qərardadı ilə müstəqil tələb irəli sürən üçüncü şəxs Maraqlı şəxs nümayəndəsi və vəkili Vəkil2 tərəfindən verilmiş «iddianın təmini tədbirinin ləğv edilməsi»nə dair ərizənin təmin edilməməsi qərara alınmışdır. Həmin qərardaddan müstəqil tələb irəli sürən üçüncü şəxs Maraqlı şəxs nümayəndəsi və vəkili Vəkil2 tərəfindən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 1473/2021 saylı, 29.06.2021-ci il tarixli qərardadından şikayət verilərək qərardadın ləğv olunması xahiş edilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, işin hallarından müəyyən olunduğu kimi hazırda mübahisəli mənzili mülkiyyətçisi məhz üçüncü şəxsdir və onun ən azı mənzildən istifadə hüquqları (mənzildə yaşamaq, etmək və s.) işin mahiyyəti üzrə baxılıb yekunlaşanadək bərpa olunmalıdır. Hazırki iş üzrə yalnız MTK tərəfindən cavabdehin adına verilmiş sənədlər mübahisə predmeti olmaqla, üçüncü şəxsə aid hüquqmüəyyənedici sənədlər mübahisələndirilməmişdir. Bu baxımdan üçüncü şəxsin mənzillə bağlı bütün hüquqularından demək olar ki, məhrum olunması, onun mülkiyyət hüquqlarını kobud şəkildə pozmaqla yanaşı, məntiqsiz və hüquqi baxımdan əsassızdır. Belə ki, 2020-ci ilin dekabr ayından etibarən üçüncü şəxs ailə üzvləri ilə birlikdə digər bir ünvanda kirayə yaşamağa məcbur qalmış, iddiaçıların və qeyrilərinin ucbatından bu günədək kirayə haqqı ödəyir və şəxsi mənzilin bir insana verə biləcəyi bütün rahatlığından məhrum olmuşdur. Bununla da, ona həm maddi, həm də mənəvi zərər vurulmuşdur və bu zərər artmaqda davam edir. Halbuki, AR Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin, 30.06.2021-ci il tarixli, 2(006)-1473/2021 saylı qərardadı ilə şikayət təmin olunmayaraq baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən müstəqil tələb irəli sürən üçüncü şəxs Maraqlı şəxs nümayəndəsi-vəkili Vəkil2 şikayəti müdafiə edərək, onun təmin edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış Cavabdeh1 nümayəndəsi səbəbləri barədə məlumat vermədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki-Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsaslanaraq onun iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən ilkin iddia üzrə İddiaçı nümayəndəsivəkili Vəkil1 şikayəti əsassız hesab edərək, onun təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 şikayəti əsassız hesab edərək, onun təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 162-ci maddəsinə əsasən iddianın təmin edilməsi məhkəmənin təşəbbüsü ilə və ya tərəflərin xahişi ilə həmin məhkəmənin özü tərəfindən ləğv oluna bilər. Həmin Məcəllənin 162.4-cü maddəsinə əsasən iddia təmin edildikdə onun təmin edilməsi üçün görülmüş tədbirlər məhkəmə aktının icrasına qədər öz qüvvəsini saxlayır. İddianın təmin edilməsi məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədilə görülən və gələcəkdə qətnamənin icrasını çətinləşdirə və ya qeyri-mümkün edə bilən halların aradan qaldırılmasına yönəlmiş prosessual tədbirdir. Qanunun mənasına görə iddia ərizəsinin icraata qəbul edilməsi anından qətnamənin çıxarılmasınadək olan istənilən mərhələdə iddianın təmin edilməsi mümkündür. İddianı təmin etmək barədə qərardadın müvəqqəti xarakter daşıması onunla izah olunur ki, həmin qərardadın sonrakı hüquqi taleyi mübahisənin mahiyyəti üzrə yekun həllinin nəticəsindən asılıdır. Belə ki, iddianı təmin etmə tədbirlərinin görülməsi zamanı əsas tutulan iddianın əsaslılığı prezumpsiyası mübahisənin mahiyyətcə yekun həllinin nəticəsi ilə aradan qaldırıldıqda, yəni iddia rədd edildikdə, iddianı təmin etmə tədbirləri yalnız qətnamə qanuni qüvvəyə minənə qədər saxlanılır. İddianı təmin etmə tədbirlərinin görülməsi iddianın əsaslılığı prezumpsiyasına (ehtimalına) əsaslanır və qanunvericilik barəsində iddianı təmin etmə tədbiri görülmüş mübahisəyə dair iddianın gələcəkdə rədd edilməsi imkanını da nəzərdə tutur. Ona görə də iddianı təmin etmə tədbirlərinin görülməsi barədə qərardad aid olduğu işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Beləliklə, iddianın təmin edilməsi tədbirinin görülməsinin yeganə məqsədi qətnamənin gələcəkdə icrasını təmin etməkdən ibarətdir. İş materialları ilə müəyyən edilir ki, mübahisəli mənzillə bağlı iddianı təmin tədbiri ilk iddiaçı tərəfindən verilmiş ərizə əsasında tətbiq edilmişdir. Həmçinin, ilk iddiaçının mübahisəli mənzilə dair iddiası təmin edilmişdir. Bundan başqa, müstəqil tələb irəli sürən 3-cü şəxs tərəfindən verilmiş iddia tələbi də təmin edilməmişdir. Həmin qətnamədən apellyasiya şikayəti verilmiş və qətnamə qanuni qüvvəsini almamışdır. Belə bir şəraitdə mübahisəli əmlakla bağlı tətbiq edilmiş iddianı təmin tədbirinin ləğv edilməsini zəruri edən heç bir əsas məhkəmə kollegiyası tərəfindən müəyyən edilmir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hakiminin qərardadından verilmiş şikayəti əsassız hesab edir. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı : Şikayət təmin olunmasın. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1473/2021 saylı saylı, 29 iyun 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın Qərardaddan şikayət verilə bilməz

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar