Məhkəmə qərarları › İş №2(103)-888/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-888/2022

13.01.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-888/2022 13.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Məmmədov Məmməd Allahverdi oğlundan və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi Alıyeva Gülər Neymət qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “aliment tələbi”nə dair mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-925/2021 saylı, 12 fevral 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiyanın mümkünlüyünü Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında yoxlayaraq, MÜƏYYƏN ETDİ : Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-925/2021 saylı, 12 fevral 2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh 11.12.2020-ci il tarixdən hesablanmaqla 14.03.2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay qazancının (başqa gəlirlərin) ¼ hissəsi miqdarında aliment tutularaq İddiaçı verilməsi, məhkəmə xərcləri 30 (otuz) manat dövlət rüsumunun Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilməsi, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir. Həmin qətnamədən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 357.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Mülki Prosessual Məcəlləsinin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. İş materiallarından müəyyən olunur ki, İddiaçı 07.04.2021-ci il tarixdə Suraxanı rayon Məhkəməsinin 2(010)-925/2021 saylı 12.02.2021-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti vermişdir. Suraxanı rayon məhkəməsinin 09.04.2021-ci il tarixli qərardadı ilə İddiaçı Cavabdeh qarşı "aliment" tələbinə dair mülki iş üzrə Suraxanı rayon Məhkəməsinin 2(010)- 925/2021 saylı 12.02.2021-ci il tarixli qətnaməsindən verdiyi apellyasiya şikayəti geri qaytarılmışdır. İddiaçı 14.06.2021-ci il tarixdə Suraxanı rayon Məhkəməsinin 2(010)-925/2021 saylı 12.02.2021-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti vermiş və şikayətin verilməsi üçün buraxılmış müddətin bərpasına dair vəsatətlə məhkəməyə müraciət edərək, Bakı şəhəri Suraxanı rayon məhkəməsinin 12.02.2021-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün nəzərdə tutulmuş müddətin buraxılması üzrlü hesab edilərək, Bakı şəhəri Suraxanı rayon məhkəməsinin 12.02.2021- ci i tarixli qətnaməsindən verdiyi apellyasiya şikayətinin baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Suraxanı rayon məhkəməsinin 29.06.2021-ci il tarixli qərardadı ilə İddiaçı Cavabdeh qarşı "aliment" tələbinə dair iddiası üzrə mülki işlə bağlı Suraxanı Rayon Məhkəməsinin 2(010)-925/2021 saylı 12.02.2021-ci il tarixli qətnaməsindən İddiaçı apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsinə dair vəsatəti təmin edilmiş və İddiaçı münasibətdə apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddət bərpa edilərək Bakı şəhəri Suraxanı rayon məhkəməsinin 2(010)-925/2021 saylı 12.02.2021-ci il tarixli qətnaməsindən İddiaçı verdiyi apellyasiya şikayəti mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 11.08.2021-ci il tarixli 2(103)-7899/2021 saylı qərardadı ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-925/2021 saylı, 12 fevral 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilmiş və mülki işin şikayətin geri qaytarılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. 23.09.2021-ci il tarixdə Suraxanı rayon məhkəməsinə poçt vasitəsi ilə İddiaçı Suraxanı rayon məhkəməsinin 2(010)-925/2021 saylı 12.02.2021-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti daxil olmuşdur. İddiaçı apellyasiya şikayətində Suraxanı rayon məhkəməsinin 2(010)-925/2021 saylı 12.02.2021-ci il tarixli qətnaməsinin dəyişdirilərək, iddianın təmin olunması, Cavabdeh 14.03.2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 175 manat sabit pul məbləğində aliment tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qanunla müəyyən edilmiş müddət daxilində verilməmişdir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, sonuncu dəfə Bakı Apellyasiya Məhkəməsinin MK-nın 11.08.2021-ci il tarixli 2(103)-7899/2021 saylı qərardadı ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-925/2021 saylı, 12 fevral 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilərkən iddiaçının nümayəndəsi həmin məhkəmə iclasında iştirak etmiş və şikayətin hansı əsasla qeyri-mümkün hesab edilməsindən xəbərdar olmuş, lakin apellyasiya şikayətinə düzəliş edərək sözügedən qərardadın qəbul edilməsindən 1 aydan çox müddət keçdikdən sonra Suraxanı Rayon Məhkəməsinə təqdim etmişdir. Beləliklə, İddiaçı tərəfindən apellyasiya şikayəti verilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş prosessual müddət ötürülmüşdür. Azərbaycan Respublikası MPM-nin 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 130.3-cü maddəsinə əsasən prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Həmin Məcəllənin 363.1.3-cü maddəsinə görə isə apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə, birinci instansiya məhkəməsi tərəfindən geri qaytarılır. İş materiallarından müəyyən olunur ki, birinci instansiya məhkəməsi cavabdehin apellyasiya şikayətinin vaxtında verilib-verilmədiyini araşdırmadan şikayəti baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Həmin Məcəllənin 366.2-ci maddəsinə əsasən əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Məhkəmə kollegiyası hesab edir ki, İddiaçı tərəfindən verilmiş şikayətin prosessual müddətin tələblərinə uyğun verilib-verilməməsi barədə hər hansı sübut mövcud olmadığından apellyasiya qeyri-mümkün hesab edilməli və mülki iş apellyasiya şikayətinin geri qaytarılması üçün həmin məhkəməyə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366-cı maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi QƏRARA ALDİ : Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-925/2021 saylı, 12 fevral 2021-ci il tarixli qətnaməsindən İddiaçı vermiş olduğu apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin və mülki iş apellyasiya şikayətinin geri qaytarılması üçün həmin məhkəməyə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar